Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə144/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   140   141   142   143   144   145   146   147   ...   160

 

 

 



551 

www.vivo-book.com 

 

– Yuxarı qaldırım? 



– Hə. 

Buyrulduğu kimi eləyirəm. 

– Ġçəri gir, – Kristian əmr edir. 

Onun səs ahəngində o qədər sakit amiranəlik var ki... 

Arxada oturmaq istəyirəm, amma Kristian buna imkan vermir. 

– Yox, qabaqda. Arxada pilot oturur. 

– Axı heç nə görməyəcəksən! 

– Mənə bu da bəs edir, – gülümsəyir. 

Kristianı  heç  vaxt  belə  xoĢbəxt  görməmiĢəm.  Amiranə,  amma 

xoĢbəxt. Kabinənin içinə girirəm: dəri oturacaqlar çox yumĢaqmıĢ. Kristian 

baĢım  üstündən  əyilir,  çiyinləri  düzəldir,  sonra  ayaqlar  arasından  kəməri 

çıxararaq qarındakı karabini Ģaqqıldadır və stropları yoxlayır. 

–  Hm,  səhərdən  iki  dəfə,  bəxtəvər,  –  o  donquldanır  və  üzümü 

marçıltıyla  öpür.  –  Havada  iyirmi-otuz  dəqiqə  olacağıq.  Səhər  elə  də  isti 

olmur, Ģəfəq vaxtı uçuĢun isə tayı-bərabəri yoxdur. Həyəcanlanırsan? 

– Həzzi indidən duyuram, – deyib gülümsəyirəm. 

Nəyə sevinirəm? Əslində, bədənimın hansısa hissəsi qorxudan tir-tir 

əsir. Daxili ilahəm divanın altına girib, baĢını da adyalla örtüb. 

– YaxĢı. – Kristian təbəssümlə gözdən itir. 



 

 

 



552 

www.vivo-book.com 

 

Onun  kabinəyə  necə  girdiyini  eĢidirəm.  Kristian  kəmərləri  çox 



möhkəm  sıxıb,  odur  ki,  ona  sarı  çevrilə  bilmirəm.  Təəccüblənmirəm. 

QarĢımda  siferblat  var,  dəstəklər  və  nəsə  anlamadığım  bir  Ģey.  Nə  deyim, 

bundan da pis ola bilərdi. 

Dodaqlarındakı  təbəssümlə  Mark  Benson  peyda  olur.  O,  stropları 

dartır, sonra baĢını kabinəyə soxaraq döĢəməni  yoxlayır. Yəqin ki ballastla 

nəsə edir. 

– Hər Ģey qaydasındadır. Ġlk dəfədir? 

– Hə. 


– XoĢunuza gəlir. 

– Çox sağ olun, mister Benson. 

–  Məni  Mark  deyə  çağırın.  –  O,  Kristiana  sarı  çevrilir.  – 

Qaydasındadır? 

– Hə. 

YaxĢı  ki,  nahar  eləmədim.  Emosiyalarla  dolub-daĢıram.  Çətin  ki, 



mədəm  yerdən  ayrılmağa  dözə  bilərdi.  Yenə  də  taleyimi  bu  məharətli 

kiĢinin  ixtiyarına  verirəm.  Mark  kabinənin  damını  örtür,  öz  təyyarəsinə 

doğru gedir və kabinənin içində yox olur. 

Təyyarənin  motoru  taqqıldayır,  hissiyyatlı  mədəm  boğazımadək 

yuxarı qalxır. Ġlahi... doğrudanmı bu, mənim baĢıma gəlir? Mark təyyarəni 

asta-asta  zolaq  boyu  aparır,  tros  dartılır,  təkan...  və  planer  yerdən  ayrılır. 




 

 

 



553 

www.vivo-book.com 

 

Radio donquldanır. Yəqin ki, Mark dispetçerlə danıĢır, amma sözləri ayırd 



etmək  olmur.  Planer  sürət  yığır,  əməlli-baĢlı  silkələnirik.  Ġlahi,  havaya  nə 

vaxt qalxacağıq? Nəhayət, biz yerdən qopururq. 

– Uçuruq, balaca! – Kristian qıĢqırır. Öz Ģəxsi köpüyümüzdə pərvaz 

edirik; iki nəfərçün bir köpük. Yalnız küləyin vıyıltısı və yedək təyyarənin 

motorunun uzaq səsi eĢidilir. 

Oturacağın 

kənarlarından 

elə 


möhkəm 

yapıĢmıĢam 

ki, 

barmaqlarımınm  sümükləri  ağarıb.  Qərbə  istiqamət  götürmüĢük;  daha  da 



yuxarı  qalxır,  zəmilər,  meĢələr,  evlər  üzərindən  uçaraq  Ġ-95  Ģosesini 

adlayırıq. Mərhəmətli Tanrı!.. BaĢımız üzərində yalnız səma, yayğın və zərif 

günəĢ  iĢığı  var.  Mən  Xosenin  fotoqrafların  Ģəfəqöncəsi  anı  haqda  dediyi 

sözləri  xatırlayıram...  və  ecazkar  iĢıqda  Kristianla  birgə  səmada  pərvaz 

edirəm. 

Söz  düĢmüĢkən,  Xosenin  sərgisini  tamam  unutmuĢam.  Bunu 

Kristiana  demək  lazımdır.  Maraqlıdır,  görəsən  mənə  nə  cavab  verəcək? 

Qulaqlarım  tutulur,  yüksəkliyi  artırır,  Yerdən  daha  çox  uzaqlaĢırıq. 

Yuxarıda  səssizlikdir.  Deyəsən,  Kristianı  anlamağa  baĢlayıram.  Gündəlik 

qayğılardan,  heç  vaxt  susmayan  ―blekberri‖dən  uzaqda,  səmada  pərvaz 

eləmək... 

Radio oyanır və Mark bizə xəbər verir ki, üç min futluq yüksəkliyə 

qalxmıĢıq. Ġnanılmazdır! BaxıĢlarımı endirirəm, altda boĢluq görünür.  



 

 

 



554 

www.vivo-book.com 

 

–  Endir,  –  Kristian  radioyla  deyir  və  qəfildən  təyyarə  gözdən  itir, 



həm də elə bir hiss yaranır ki, biz irəli dartınırıq. Corciya üzərində sərbəst 

Ģəkildə pərvaz edirik. 

Lənət,  bu  əladır!  Küləyin  səmtinə  itaət  edərək  planer  yavaĢ-yavaĢ 

yüksəkliyi  itirir, havada  sakitcə sürüĢür.  Ġkar, indi mən səni  anladım! Mən 

düz  GünəĢə  sarı  uçuram.  Amma  Kristian  da  mənimlədir,  o  məni 

istiqamətləndirir və səhər iĢığında biz birgə pərvaz edirik. 

– Möhkəm tut! – Kristian çığırır və biz yenidən səmaya baĢ vururuq. 

Qəfildən  baĢ-ayaq  vəziyyətə  düĢür,  kabinənin  Ģəffaf  qapağından  yeri 

görürəm. 

Gurultulu  ciyiltiylə  əllərimlə  pleksiqlasdan  yapıĢır  və  Kristianın 

gülüĢünü  eĢidirəm.  Əclaf!  Amma  onun  Ģadyanalığı  elə  yoluxucudur  ki, 

planer əvvəlki vəziyyətinə döndükdə onunla birgə gülürəm. 

– YaxĢı ki nahar yemədim! – qıĢqırıram. 

– Ola bilər. Çünki bunu təkrarlamağa hazırlaĢıram. 

О,  yenidən  planeri  çevirir,  amma  indi  buna  hazıram.  Kəmərlərdən 

asılı qalaraq baĢ-ayaq sallanmıĢ və səfehcəsinə hırıldayıram. Kristian planeri 

ilkin vəziyyətinə qaytarır. 

– Hə, necədir? – qıĢqırır. 

– Adam dəli olar! 



 

 

 



555 

www.vivo-book.com 

 

Biz  səhər  günəĢinin  Ģüaları  altında  aĢağı  enir,  külək  və  sükutu 



dinləyirik. Bundan gözəl nə ola bilərdi? 

– QarĢındakı dəstəyi görürsənmi? – Kristian qıĢqırır. 

Ayaqlarım  arasında  azca  yellənən  nəsnəyə  baxıram.  Yo-ox,  onun 

ağlındakı nədir? 

– Ondan yapıĢ. 

Ġblis! О, planeri idarə etməyimi istəyir? Əsla! 

– Hə, AnasteyĢa! – Kristian çığırır. 

Ürkək-ürkək  dəstəkdən  tutur  və  pərlərin  yellənməsini  duyuram,  ya 

da bu Ģoğəribi havada saxlayan nədisə onu. 

 



Möhkəm tut... düz. Siferblatı görürsən? Əqrəbi izlə, o tən ortada 

dayanmalıdır. 

Ürəyim  sinəmdən  qopmağa  hazırdır.  Lənət  Ģeytana!  Mən  planeri 

idarə edirəm... uçuram! 

– Afərin! – Kristian manevrimi dəstəkləyir. 

– Doğrudanmı mənə rəhbərlik etməyə izn verəcəksən? 

–  Siz  hələ  çox  heyrətlənəcəksiniz,  miss  Stil,  qarĢıda  o  qədər  iznlər 

olacaq ki... Ġndi də mən. 

Dəstək dartınır, onu buraxıram,  planer daha bir  neçə fut aĢağı  enir, 

qulaqlarım yenə də batır. Yer getdikcə yaxınlaĢır. Mənə elə gəlir ki, indicə, 

bu saat yerə çırpılacağıq. Yo-ox! 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə