Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə147/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   143   144   145   146   147   148   149   150   ...   160

 

 

 



566 

www.vivo-book.com 

 

 

Kimdən: АnasteyĢa Stil 



Mövzu: Pərvaz etmək, yoxsa kötəkləmək? 

Tarix: 2 iyun 2011, 10:20 ġVQ 

Kimə: Kristian Qrey 

 

Sən demə, qızı əyləndirə bilirsənmiĢ. 



Çox sağ ol. 

Аnа 


öpücüklər 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Pərvaz etmək, yoxsa kötəkləmək? 

Tarix: 2 iyun 2011, 10:24 ġVQ 

Kimə: АnasteyĢa Stil 

 

Pərvaz  etmək,  yoxsa  kötəkləmək  –  nə  fərqi  var,  hər  Ģey  sənin 



xorultundan yaxĢıdır. Mən də vaxtı əla keçirdim. Amma burda təəccüblənəsi 

nə var ki. Axı vaxtı səninlə keçirdim. 

Kristian Qrey, ―Qrey enterprayzes‖in baĢ direktoru 

 



 

 

 



567 

www.vivo-book.com 

 

Kimdən: АnasteyĢa Stil 



Mövzu: XORULTU? 

Tarix: 2 iyun 2011, 10:26 ġVQ 

Kimə: Kristian Qrey 

 

MƏN  XORULDAMIRAM!  Əgər  xoruldayıramsa  da,  bunu  mənə 



demək  ədəbsizlikdir.  Siz  centlmen  deyilsiniz,  mister  Qrey!  Bir  də  ki 

unutmayın, siz Cənubdasınız! 

Аnа 

 

Kimdən: Kristian Qrey 



Mövzu: ġübhə  

Tarix: 2 iyun 2011, 10:28 ġVQ 

Kimə: АnasteyĢa Stil 

 

Məgər mən nə vaxtsa centlmen adına iddialı olmuĢam? DavranıĢım 



buna  sübutdur.  Nahaq  yerə  zəhmət  çəkirsiniz:  Sizin  DƏHġƏTLĠ  baĢ 

hərfləriniz  məni  əsla  qorxutmadı.  Etiraf  edim  ki  (bu,  xilas  üçün  deyilən 

yalandır), Siz xoruldamırsınız, yuxuda danıĢırsınız. Bu, çox gözəldir! 

ÖpüĢüm niyə yox oldu? 

Kristian Qrey, ―Qrey enterprayzes‖in baĢ direktoru 



 

 

 



568 

www.vivo-book.com 

 

 

Ġblis!  Yuxuda  danıĢdığımı  bilirəm,  bunu  Keytdən  də  soruĢa  bilər. 



Amma lənət Ģeytana, görəsən, nə danıĢmıĢam? Yo-ox! 

 

Kimdən: АnasteyĢa Stil 



Mövzu: Sirri açın 

Tarix: 2 iyun 2011, 10:32 ġVQ 

Kimə: Kristian Qrey 

 

Siz  kobud  əclafsınız  və  yüzəyüz  centlmen  deyilsiniz.  Dərhal  cavab 



verin: yuxuda nə demiĢəm? Və bir daha heç bir marçıltılı öpüĢ gözləməyin, 

cavab verməyə qədər. 

 

Kimdən: Kristian Qrey 



Mövzu: BoĢboğaz yuxulu qadın 

Tarix: 2 iyun 2011, 10:35 ġVQ 

Kimə: АnasteyĢa Stil 

 

Yuxuda dediyinizi təkrarlamaq mənim tərəfimdən ədəbsizlik olardı, 



həm  də  ki  bir  daha  kobudluq  eləməkdən  ehtiyatlanıram.  Amma  özünüzü 


 

 

 



569 

www.vivo-book.com 

 

ədəbli aparsanız, bunu axĢam Sizə etiraf edə bilərəm. Ġndisə iĢgüzar görüĢə 



getməliyəm. 

Hələlik, balaca. 

Kristian Qrey, ədəbsiz və əclaf, ―Qrey enterprayzes‖in baĢ direktoru 

 

Di yaxĢı! AxĢam balıq kimi ağzıma su alacam. Əsəbdən partlayıram. 



Doğrudanmı ona nifrət etdiyimi  yuxuda etiraf eləmiĢəm? Ya da bundan da 

betər, sevdiyimi? Ümid edirəm ki, yox. Mən Kristiana sevgi etirafı etməyə 

hazır deyiləm. Ġnanmıram ki, o, sevgi etirafımı eĢitməyə hazırdır, hətta özü 

istəsə  belə.  QaĢqabağımı  tökürəm,  ekrana  baxır  və  qərara  gəlirəm:  mütləq 

çörək biĢirəcəm. 

 

 



Anam Ģam yeməyinə qaspaço Ģorbası və qrildə biĢmiĢ, zeytun yağı, 

sarımsaq  və  limonla  turĢuya  qoyulmuĢ  steyk  məsləhət  bilib.  Kristian  ət 

xoĢlayır, resept çox sadədir: Bob barbekyu hazırlığı görür. KiĢilər və onların 

oda  olan  sevgisi  haqda  düĢünərək  supermarketdə  anamın  ardınca  arabanı 

sürüyürəm. 

Əti  seçirik  və  bu  vaxt  telefon  zəng  çalır.  Zəngə  cavab  verirəm  – 

birdən Kristian olar deyə? Nömrə tanıĢ deyil. 

– EĢidirəm. 




 

 

 



570 

www.vivo-book.com 

 

– AnasteyĢa Stil? 



– Bəli. 

– Bu, SĠP-dən Elizabet Morqandır. 

– Hə-ə, salam! 

–  Sizə  mister  Cek  Haydın  köməkçisi  vəzifəsini  təklif  edirik.  Bazar 

ertəsi iĢə çıxmağa hazırsınız? 

– Hazıram! Çox sağ olun! 

– Bilirsiniz nə qədər əməkhaqqı veririk? 

– Hə, hə… mənə… yəni mən razıyam. 

– Əla. Bazar ertəsi sizi gözləyirik, doqquzun yarısında. 

– Hələlik. Çox sağ olun.  

ĠĢıq saçaraq anama tərəf çevrilirəm. 

– ĠĢə düzəlmisən? 

Mən  sevinc  hissiylə  baĢımla  təsdiqləyirəm,  anam  ciyildəyir  və  düz 

―Pabliks‖ supermarketin ortasında boynuma sarılır. 

– Təbrik edirəm, əzizim! ġampan almaq lazımdır! 

Anam atılıb-düĢür və əl çalır. FikirləĢmək olar ki, onun qırx iki yox, 

on iki yaĢı var! 

BaxıĢlarımı  ekrana  endirirəm.  Kristiandan  cavabsız  zəng. 

Qüssələnirəm.  О,  hələ  mənə  zəng  eləməyib.  Çox  fikirləĢmədən  nömrəni 

yığıram. 




 

 

 



571 

www.vivo-book.com 

 

– АnasteyĢa, – o, dərhal cavab verir. 



– Salam, – utanaraq donquldanıram. 

– Mən Sietlə qayıtmalı olacam. Hilton-Hedə gedirəm. Mənim yerimə 

anandan üzr istə. 

Səsin ahəngi iĢgüzar və ciddidir. 

– XoĢagəlməz heç nə yoxdur ki? 

–  Bəzi  problemlər  var.  Cümə  günü  görüĢərik.  Səni  hava  limanında 

görməsəm, Teyloru göndərəcəm. 

Kristianın səsi acıdır; demək olar ki, acıqlıdır, amma ilk dəfədir ki, 

onun bu əhvali-ruhiyyəsini öz səhvlərimlə əlaqələndirmirəm. 

– Ümid edirəm, hər Ģey yaxĢı olacaq. YaxĢı yol! 

–  Salamat  qal,  balaca,  –  nəfəsini  buraxır  və  mən  yenidən  öz 

Kristianımın səsini eĢidirəm. Sonra telefon danıĢığı bitir. 

Yo-ox.  Onun  sonuncu  problemi  mənim  bakirəliyim  idi.  Ġlahi,  ümid 

edirəm,  bu  dəfə  oxĢar  bir  Ģey  yoxdur.  Anama  baxıram.  Onun  coĢqusu 

həyəcanla əvəzlənir. 

–  Bu  Kristian  idi,  o,  Sietlə  qayıtmalı  oldu.  ġam  yeməyinə  gələ 

bilməyəcəyinə görə üzrxahlıq elədi. 

– Heyif, əzizim! Amma biz barbekyunu təxirə salmarıq, sənin yeni iĢ 

yerini ―yuyarıq‖. Mən hər Ģeyi təfsilatıyla bilməliyəm. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə