235
www.vivo-book.com
– Hə.
– Aydındır.
Görkəmi qayğılıdır, hətta məzlum və onun bu qədər heyrətli hala
düĢməsinə görə özümü bir qədər günahkar sayıram. Daxili ilahəm də
narazıdır. О, Pola barmaqlarla ədəbsiz bir iĢarə göstərir.
Bu söhbətdən sonra Pol məni rahat buraxır və düz saat beĢdə mən
evə tələsirəm.
Keyt mənimçün bir cüt ayaqqabı və iki don seçib: həm bugünkü
görüĢ, həm də sabahkı mərasim üçün. Heyif ki, geyim-kecim həvəskarı
deyiləm və demək olar ki, dəbə fikir vermirəm – pal-paltar mənlik deyil.
―Bəs xoĢunuza gələn nədir, АnasteyĢa?‖ – Kristianın asta səsi qulağımda
cingildəyir. BaĢımı yelləyir, özümə hakim olmağa çalıĢıram və bu gün ...
gavalı rəngli, qılafĢəkilli don geyinməyə qərar verirəm. О, təvazökar və
iĢgüzar görkəm yaradır – əvvəl-axır axı mən müqaviləni müzakirə edəcəm.
DuĢ qəbul edir, ayaqlarımı və qoltuqlarımın altını qırxır, baĢımı
yuyur və düz yarım saat fenlə saçlarımı elə qurudub-darayıram ki, onlar
yumĢaq dalğalarla sinəmə və kürəyimə axsın. Saç düzümümə Ģana batırıram
ki, tellərim üzümün ancaq bir tərəfini örtsün. Kirpiklərimə tuĢ çəkir,
dodaqlarıma bir qədər parıltı verirəm. Kosmetikadan nadir hallarda istifadə
edirəm – özümü rahat hiss etmədiyimdən. Sevimli ədəbi qəhrəmanlarımdan
heç biri boyadan istifadə etməyib, əks halda mən makiyaj etməyi
bacarardım. Ayaqlarımı mismardaban tuflilərə keçirirəm, onlar rənginə görə
dona tam uyğun gəlir və yeddinin yarısında mən artıq tam hazıram.
– Hə, necədi? – deyə Keytdən soruĢuram.
O gülümsəyir.
– Ana, nəhayət lələklərini təmizləmisən ki! – О, razılıqla baĢını
tərpədir. – Çox seksual görünürsən.
– Seksual? Mən istəyirdim ki, çox təvazökar və iĢgüzar görünüm!
– Bu da öz yerində, amma ilk növbədə seksual. Paltar sənə yaraĢır,
rəngi də üzünə düĢüb. Həm də bədəni elə qabardır ki... – Rəfiqəm mənalı-
mənalı gülümsəyir.
236
www.vivo-book.com
– Keyt! – hirslənirəm.
– Аna, həqiqətin gözümə düz bax. Hər Ģey əladır, yaraĢır. Paltarı
özünə saxla. Kristian sənə ağzıaçıla baxacaq.
Dodaqlarımı sıxıram. ―Ah, Keyt, hər Ģey tərsinədir‖.
– Mənə uğur arzula.
– Sənə görüĢdə uğur lazımdır? – О, qayğıyla qaĢlarını çatır.
– Hə, Keyt.
– Hə, onda uğurlar!
Məni qucaqlayır və evdən çıxıram.
MaĢını ayaqyalın sürmək lazım gəlir. Vandanı – mavi səma rəngli
maĢınımı, aydındır ki, hündürdaban həvəskarı olan qadınlar üçün
yaratmayıblar. Düz saat yeddiyə on dəqiqə qalmıĢ ―Hitman‖ oteli qarĢısında
dayanır və maĢının açarını parklama iĢlərinə baxana verirəm. О, ikrahla
―Böcəy‖imə baxır, amma bu, vecimə də deyil. Dərindən köks ötürür və otelə
girirəm.
Kristian dayanıb – barın dirəyinə ehtiyatsız söykənərək – və ağ Ģərab
içir. Əynində, adətən olduğu kimi, ağ kətan köynək var, üstəlik, qara pencək
və cins Ģalvar, qalstuk da qaradır. Saçları necə gəldi qarıĢdırılıb. Köks
ötürürəm. О, əla görünür, buna azacıq belə Ģübhə yoxdur. Bir müddət
qapıda dayanır və Kristianı heyranlıqla seyr edirəm. Оnun ilahi gözəlliyi
var! Kristian, mənə elə gəlir ki, giriĢə azca narahat nəzər yönəldir və məni
görərək donub-qalır. Bir neçə dəfə gözlərini döyür və asta, tənbəl və seksual
təbəssümüylə gülümsəyir; bundan nitq qabiliyyətimi itirirəm və içimdə hər
Ģey əriyir. Alt dodağımı diĢləməməyə çalıĢaraq, bara daxil oluram. Bir
saniyə belə unutmuram ki, mən, AnasteyĢa Stil, köntöy qız, nə cür olur-
olsun, bu gün hündürdabanlar üstündəyəm. Kristian ahəstə yeriĢlə mənə
qarĢı gəlir.
– Sən əla görünürsən, – o pıçıldayır və yavaĢca yanağımdan öpür. –
Donu nəzərdə tuturam, miss Stil. Dəstəkləyirəm.
О qoluma girir, özəl kabinəyə aparır və ofisianta əl yelləyir.
– Nə içəcəksən?
237
www.vivo-book.com
Kabinəyə girdikdə və masa arxasında oturduqda dodaqlarımda
hiyləgər təbəssüm oynaĢır: Kristian nə içəcəyimi soruĢur!
– Siz içəndən.
Bax belə! Mən yaxĢı qız ola və özümü necə lazımdır apara bilərəm.
Heyrətlənərək o, daha bir ağ Ģərab sifariĢ edir və mənimlə üzbəüz oturur.
– Onların əla Ģərab anbarı var, – Kristian deyir və baĢını yana əyir.
Biləklərini masaya qoyaraq о, barmaqlarını gözəl ağzına dayayır,
boz gözlərdə qeyri-müəyyən hisslər iĢıldayır. Və budur… içdə, dərinlikdə
artıq mənə tanıĢ olan hissi duyuram və məni sanki elektrik cərəyanı vurur.
Kristianın baxıĢları altında qurcalanıram, qəlbim bərkdən döyünür.
Sakitliyimi qoruyub saxlamalıyam.
– Həyəcanlanırsan? – sakitcə soruĢur o.
– Hə.
Kristian mənə doğru əyilir.
– Elə mən də, – məkrli ahənglə pıçıldayır.
Kəskin hərəkətlə baxıĢlarımı qaldırıram. О həyəcanlanır. Belə Ģey
ola bilməz. Özümü itirərək gözümü döyürəm, osa özünün ecazkar əyri
təbəssümüylə gülümsəyir. Оfisiant Ģərabımı gətirir, qoz-fındıqlı nimçəni və
daha birini – zeytunlunu.
– Hə, biz nəyi müzakirə edəcəyik? – soruĢuram. – Ġradlarımı bir-bir
nəzərdən keçirək?
– HəmiĢəki kimi səbirsizsiniz, miss Stil.
– Ġstəyirsiniz ki, bugünkü havayla bağlı rəyinizi soruĢum?
О gülümsəyir, uzun barmaqları ilə zeytun dənəsini götürür və onu
ağzına göndərir. BaxıĢım bu ağızda, bədənimdə... hər yerdə hiss etdiyim
dodaqlarda donub-qalır. Mən alıĢıram.
– Məncə, hava xüsusən bu gün çox yaxĢıdır, – o, özündənrazı halda
gülümsəyir.
– Məni ələ salırsınız, mister Qrey?
– Hə, miss Stil.
– Bilirsinizmi, bu müqavilənin hüquqi qüvvəsi yoxdur?
Dostları ilə paylaş: |