Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə66/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   62   63   64   65   66   67   68   69   ...   160

 

 

 



223 

www.vivo-book.com 

 

– Eyni Ģeyi mən də soruĢa bilərəm, – cavab olaraq pıçıldayıram. 



Dərindən  köks  ötürüb  Kristian  alnımdan  öpür  və  çıxıb  gedir.  О, 

qərarlı  Ģəkildə  cığırla  avtomobilinə  doğru  addımlayır  və  əliylə  saçlarını 

qarıĢdırır.  Qapını  açır,  mənə  sarı  baxır  və  özünün  adamın  ağlını  baĢından 

alan təbəssümü ilə gülümsəyir, bundan içim odlanır. Azca gülümsəyirəm və 

yenidən özümü GünəĢə çox yaxınlaĢmıĢ Ġkar kimi hiss edirəm. Kristian öz 

idman  avtomobilinə  oturur,  mənsə  giriĢ  qapısını  örtürəm.  Tənhayam  və 

ağlamaq  istəyirəm,  üzgün  nigarançılıq  qəlbimi  sıxır.  Otağıma  tələsirəm, 

qapını  bağlayıram  və  ona  dayaqlanıram,  hisslərimi  rasionallaĢdırmağa 

çalıĢıram,  ancaq əfsus!..  Yerə sürüĢüb otururam,  üzümü  qapayıram  və  göz 

yaĢlarımı saxlaya bilmirəm. 

Keyt astaca qapını döyür. 

– Аna? – pıçıltıyla məni çağırır. 

Onu  içəri  buraxıram.  Mənə  bircə  dəfə  nəzər  yetirir  və  möhkəm 

qucaqlayır. 

– Nə olub? Bu alçaq yaraĢıqlı düdəmə sənə nə edib? 

– Ah, Keyt, yalnız özüm istədiyimi. 

О, məni çarpayıya sarı aparır və biz onun üstündə otururuq. 

– Saçların elə dağınıqdır ki, elə bil çılğın sekslə məĢğul olmusan. 

Ġçimi göynədən üzüntüyə baxmayaraq gülürəm. 

– Seks pis yox, əla idi. 

Keyt gülümsəyir. 

– Lap yaxĢı. Niyə ağlayırsan? Axı sən heç vaxt ağlamırdın. 

Siyirmədən  darağı  götürür,  yanımda  oturur  və  asta-asta  kilkələrimi 

darayıb açmağa baĢlayır. 

–  Sadəcə  fikirləĢirəm  ki,  münasibətlərimiz  yaxĢı  bir  Ģeylə 

sonuclanmayacaq, – deyir və barmaqlarıma baxıram. 

– Axı demiĢdin ki, ÇərĢənbə axĢamı görüĢürsünüz? 

– Hə, belə nəzərdə tutmuĢduq. 

– Onda o, niyə bu gün gəldi? 

– Ona e-mail göndərmiĢdim. 




 

 

 



224 

www.vivo-book.com 

 

– Gəlmək xahiĢli? 



– Yox, yazmıĢdım ki, daha onu görmək istəmirəm. 

– Və o, dərhal qaçıb gəlib? Аna, sən dahisən! 

– Əslində zarafat etmiĢdim. 

– Ah, bax indi heç nə anlamıram. 

E-mailin  məzmununu  ona  səbirlə  danıĢıram,  baĢlıca  məsələni  isə 

demirəm. 

– Deməli, fikirləĢirdin ki, o, sənə elektron poçtla cavab verəcək. 

– Hə. 


– Bunun əvəzində isə öz ayağı ilə bura gəlib. 

– Hə. 


– Məncə, o, səninçün dəli-divanə olub. 

Üz-gözümü  turĢuduram.  Mənimçün  dəli-divanə  olub?  Аha,  əlbəttə. 

O, mənə sadəcə yeni oyuncağı kimi baxır: əylənmək və baĢına min cür oyun 

açılacaq rahat oyuncaq. Ürəyim ağrıdan sıxılır. BarıĢ, gerçək budur. 

– O, məni s..məkçün gəlmiĢdi, vəssalam. 

– Romantikanın öldüyünü kim deyirdi? – Keyt dəhĢətlə pıçıldayır. 

Onu  inandıra  bilmiĢəm.  Heç  fikirləĢməzdim  ki,  bu  mümkündür. 

Xəcalətlə çiyinlərimi çəkirəm. 

– O seksdən silah kimi istifadə edir. 

–  Səni  tam  tabe  edənədək  s..ib?  –  rəfiqəm  narazı  halda  baĢını 

yelləyir. 

Mən  sarsılaraq  gözümü  döyürəm  və  üzümün  necə  allandığını  hiss 

edirəm. Ah, Ketrin Kavana, Pulitser mükafatı laureatı, düz hədəfi vurdun… 

– Аna, baĢa düĢmürəm, sən sadəcə onunla seviĢirdin? 

–  Yox,  Keyt,  biz  seviĢməmiĢik,  biz  s..iĢmiĢik  –  Kristian  bunu  öz 

meyarı ilə belə adlandırır. О, sevgini tanımır. 

–  Mən  belə  də  bilirdim,  bilirdim  ki,  onun  qəribəlikləri  var.  Onda 

yaxın münasibətlərdən hürkü var. 

Sanki razılaĢaraq baĢımla təsdiqləyirəm, hərgah qəlbimdə pəriĢanlıq 

hökm sürür. Аh, Keyt, heyif ki, bu əcaib-qəraib pozgun haqqında sənə hər 




 

 

 



225 

www.vivo-book.com 

 

Ģeyi  danıĢa  bilməyəcəm,  yoxsa  mənə  onu  unutmağı  əmr  edəcəksən.  Məni 



axmaq hərəkətlərdən çəkindirəcəksən. 

– Bütün bunlar narahatlıq doğurur, – donquldanıram. 

Həəə, yumĢaq deyildi. 

Kristian  haqda  daha  danıĢmaq  istəmirəm  və  buna  görə  də  Eliot 

barədə soruĢuram. Onun adının xatırlanması ilə Keyt sanki içdən iĢıqlanır və 

ətrafa Ģüa saçaraq gülümsəyir. 

– Eliot Ģənbə günü səhər gələcək, əĢyaları yükləməyə kömək edəcək. 

O,  darağı  sinəsinə  qoyur.  Оhо...  hə  Keyt  deyəsən  aĢiq  olub!  Artıq 

mənə tanıĢ olan paxıllıq hissinin kiçik sancmasını hiss edirəm. Keyt özünə 

normal kiĢi tapıb və xoĢbəxt görünür! 

Onu qucaqlayıram. 

– Həə, tamam unutmuĢam. Atan zəng eləmiĢdi, sən... e-e-e… məĢğul 

olarkən.  Məsələ  ondadır  ki,  Bob  hansısa  zədə  alıb  və  onlar  ananla  birgə 

buraxılıĢ  mərasiminə  gələ  bilməyəcəklər.  Amma  atan  cümə  axĢamı  burda 

olacaq. О xahiĢ etdi ki, zəng edəsən. 

– Bəs anam heç nə demədi? Bob necədir, hər Ģey qaydasındadırmı? 

– Hə. Ona səhər zəng elə, indi artıq gecdir. 

–  Sağ  ol,  Keyt.  SakitləĢdim.  Sabah  Reyə  də  zəng  edərəm.  Ġndisə 

sadəcə uzanıb yatacam. 

O  gülümsəyir,  əslində  gözlərinin  kənarındakı  qatlar  həyəcandan 

xəbər verir. 

Keyt  çıxıb  getdikdə  oturur  və  bir  daha  müqaviləni  oxuyur,  qeydlər 

aparıram. Bunu bitirib noutbuku iĢə salıram. Müzakirəyə hazıram. 

Poçtda Kristiandan e-mail var. 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Bugünkü axĢam 

Tarix: 23.05.2011, 23:06 

Kimə: АnasteyĢa Stil 

 



 

 

 



226 

www.vivo-book.com 

 

Miss Stil, müqaviləyə dair qeydləri intizarla gözləyirəm. 



Hələliksə gecən xeyrə qalsın. 

 

Kimdən: АnasteyĢa Stil 



Mövzu: Mübahisəli məsələlər 

Tarix: 24.05.2011,00:02 

Kimə: Kristian Qrey 

 

Möhtərəm mister Qrey! 



Mübahisəli  məsələlərə  dair  sadalamam  bunlardır.  ÇərĢənbə  günü 

Ģam yeməyi zamanı onları müzakirə etmək imkanını intizarla gözləyirəm. 

Saylar müqavilənin bəndlərinə müvafiqdir: 

2:  Əmin  deyiləm  ki,  MƏNĠM  hissiyyatlılığımın  və  yolverilən 

hədlərin  tədqiqi  müstəsna  olaraq  MƏNĠM  maraqlarıma  uyğun  aparılacaq. 

Güman  edirəm  ki,  bu  halda  mən  on  səhifəlik  müqaviləsiz  də  keçinə 

bilərdim. Bu, daha çox SĠZĠN maraqlarınıza uyğundur. 

4:  Çox  gözəl  bilirsiniz  ki,  mənim  yeganə  seksual  tərəfdaĢımsınız. 

Mən narkotik maddələr qəbul  etmirəm; mənə heç vaxt  qan köçürməyiblər. 

Böyük ehtimalla durumum qaydasındadır. Bəs Sizinki necə? 

8:  RazılaĢdırılmıĢ  məhdudiyyətlərə  riayət  etmədiyinizi  güman 

etdiyim təqdirdə mən müqaviləni istənilən anda pozmaq hüququna malikəm. 

YaxĢıdır... bu, məni qane edir. 

9:  Sizə  hər  Ģeydə  tabe  olmaq?  Cəzaları  etirazsız  qəbul  etmək?  Bu, 

müzakirə edilməlidir. 

11: Sınaq müddəti – bir ay. Üç yox. 

12:  Sizinlə  hər  istirahət  günləri  görüĢə  bilməyəcəm.  Mənim  Ģəxsi 

həyatım var… hə, ya da olacaq. Dörd əvəzinə üçünü təklif edirəm. 

15.2: Sizin istəyinizə uyğun olaraq bədənimdən seksual, yaxud digər 

hərəkətlər üçün istifadə – zəhmət olmasa, ―yaxud digər‖ təyinatına aydınlıq 

gətirin. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə