Menecmentin ilkin tarixi şərtləri
VƏ bir elmi fənn kimi sistemləşdirilməsidir. İdarəetməyə ilk dəfə böyük
maraq 1911-ci ildə özünü qabarıq şəkildə biruzə vermişdir. Məhz həmin
dövrdə Frederik U.Teylor özünün «elmi idarəetmənin pinsipləri» kitabın
nəşr etdirmişdir ki, bu da elmi idarə edilmənin və onun sərbəst tədqiqat
sahəsi kimi qəbul edilməsinin başlanğıcı idi. Əlbəttə doğrudur ki, qarşıya
qoyulmuş məqsədlərə effektiv şəkildə nail olmaq üçün təşkilatın elmi
idarəedilməsi anlayışı qısa bir dövrdə yaranmamışdır. Bu konsepsiyanın
inkişafı uzun bir dövrü əhatə edir (XIX əsrdən başlayaraq XX əsrin 20-ci
illərinədək). İdarəetməyə ilkin marağı, İngiltərədə başlamış sənaye
inqlabi sürətləndirdi. Lakin idarəetmənin, təşkilatın inkişafı və uğur
qazanmasma əhəmiyyətli tövhə verməsi haqqında ideya ilk dəfə
Amerikada yaranmışdır. İdarəetmənin elmi fənn kimi inkişafı, irəliləyişi
təmin edən ardıcıl silsilə addımları özündə əks etdirmirdi.
Daha doŞusu bu bir-birinə uyğun gələn bir neçə müxtəlif yanaşma
idi. İdarəetmənin obyekti bu həm texnika, həm də insanlardır. İdarəetmə
nəzəriyyəsindəki müvəffəqiyyət həmişə idarəetmə ilə bağlı olan
riyaziyyat, mühəndislik elmləri, psixologiya, sosialogiya və
antropologiya - kimi sahələrin uğurundan asılı olmuşdur. Bu elm
sahələrinin inkişafı dərəcəsindən asılı olaraq, idarəetmə sahəsindəki
tədqiqatçılar, nəzəriyyəçilər və praktiklər təşkilatın uğuruna təsir edəcək
amillər haqqında daha çox məlumat əldə edirdilər. Bu biliklər,
mütəxəssislərə daha əvvəllər yaranmış nəzəriyyələrin təcrübədə tətbiq
edilə bilməmtisi və idarəetməyə yeni yanaşmaların meydana çıxmasına
kömək etdi. Dünyanın sürətli dəyişikliklər meydanına çevrilməsi,
elmi-texniki yeniliklərin daha tez-tez baş verməsi və əhəmiyyətli olması
səbəbindən, hökumət biznesə münasibətdə daha əzmkarlıq göstərməyə
başladı. Bu və digər amillər idarəetmə fikrinin nümayəndələrini təşkilata
münasibətdə xarici mühiti nəzərə almağa və yeni yanaşmaların işlənib
hazırlanmasına məcbur etdi.
Hal hazırda idarəetmə nəzəriyyə və təcrübəsinin inkişafını
əhəmiyyətli dərəcədə təmin edən dörd mühüm yanaşma məlumdur
(aşağıdakı şəkildə gösətrilib.).
İdarəetməyə müxtəlif məktəblərin mövqeyindən yanaşma olan, 5
müxtəlif nöqteyi-nəzərdən elmi menecment məktəbi, inzibati idarəetmə,
insan münasibətləri, davranış haqqında elm, həmçinin idarəetmə elmi və
kəmiyyət metodları məktəbi mövqeyindən baxmağa imkan verir.
49
Menecmentin mərhələləri və elmi məktəbləri
Zaman dövrü
1885 1920 1930 1940 1950 1960 Cari dövr
1.
İdarəetmə məktəbləri
◄ -------
1.1 .Elmi menecment məktəbi
M
-------
1.2.
İnzibati məktəb
^
l.S.İnsan münasibətləri məktəbi ........ <-
1.4.
Davranış haqqında elmi məktəb ---
1.5.
Kəmiyyət metodları məktəbi < ...
2.
Prosesli yanaşma
3.
Sistemli yanaşma
<—
4.
Situasiyalı yanaşma
<—
Prosesli yanaşma idarəetməyə idarəetmə funksiyalarının bir-
birilə qarşılıqlı əlaqədə olan fasiləsiz bir seriyası kimi baxır. Sistem
yanaşmada təşkilat özündə qarşılıqlı əlaqədə olan elementlərin -
insanların, strukturların vəzifələrin və texnologiyaların məcmusunu
birləşdirir. Bu elementlər dəyişən xarici mühit şəraitində müxtəlif
məqsədlərə nail olunmasına istiqamətlənir. Situasiyalı yanaşma bu və ya
digər idarəetmə metodunun tətbiqini situasiya ilə müəyyən edildiyini
nəzərdə tutur. Çünki, həm təşkilatın daxilində, həm də ondan kənarda
çoxlu sayda amillər mövcuddur və bunların hamısını vahid «yaxşı»
üsulla idarəetmək mümkün deyildir. Ona görə də konkret situasiyada ən
effektli metod həmin situasiyaya daha çox müvafiq gəlməlidir.
§2. Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə
yanaşmalar
Menecmentin bir elm kimi təkamülü 100 ildən artıq deyil. İlk dəfə
olaraq elmi əsaslarda sənaye istehsalının təşkili İngiltərədə XIX əsrdə
artıq mövcud olmuşdur. «Bulton, Uott end Ko» London şirkətinin tökmə
sexinin mühəndis xidməti tərəfindən hələ 1820-ci illərdə metal
məhsulların axın üsulu ilə istehsalı xəttinin təşkili məqsədi üçün sexlərdə
maşın və mexanizmlərin rasional yerləşdirilməsi üzrə elmi tədqiqatlar
keçirilirdi. Bunun üçün bütün istehsal prosesi ardıcıl əməliyyatlar
seriyasına bölünürdü, hər bir işçiyə standartlaşdırılmış funksiya
tapşırılırdı, iş yerləri isə attestasiyadan keçirildi. Bu attestasiya ixtisar
normativlərinə və funksional ixtisaslaşmaya - dəmirçi, təmir və sair görə
aparılırdı.
O
zamanlar sənaye istehsalının inkişafının əsas
50
Müxtəlif məktəblərin fərqləndirilməsi əsasında menecmentə yanaşmalar ____________________
problemlərindən biri əmtəə məhsullarının keyfiyyətinə nəzarət idi. Çünki
məhsullar qeyri kondision materiallardan hazırlanırdı, texnoloji
prosedurlar gözlənilmirdi, bu isə eyni məhsulun istehlak keyfiyyətlərində
«qayçı» yaradırdı. Təerübədə real həyata keçirilən standartlar isə ölçü,
çəki və məhsulun inqridientlərinin təmizliyidir. Əmtəələrin keyfiyyətinə
nəzarət onun istehlak keyfiyyətlərinin və xüsusiyyətlərinin istehlakçılar
tərəfindən öyrənilməsi idi. İstehsalın idarəedilməsi metodları hələ ilkin
inkişaf mərhələsində idi, lakin onların bəziləri sənayeçilər tərəfindən
artıq istifadə olunurdu. Çox az adam şübhə edirdi ki, işəmuzd əmək haqqı
alan işçinin məhsuldarlığı, eyni işi saathesabı qaydasında yerinə yetirilən
işçinin əməyindən daha məhsuldar olaeaqdır.
XVIII
əsrin sonu XIX əsrin əvvəllərində istehsal vasitələrinin
mülkiyyətçilərini xalis kapitalistlər kimi xarakterizə etmək çətin idi.
Onların çox hissəsi ticarətçi-man u fakturaçılar idilər və onlar istehsalın
təşkilinin təkmilləşdirilməsi,
məhsulun istehlak
xüsusiyyətlərini artırılması və maya dəyərinin aşağı salınmasından daha
çox istənilən yollarla məhsulun satışı maraqlandırırdı. Lakin sürətlənən
rəqabət amili yeni idar >etmə elminin elementlərini öyrənməyə və
onların praktik planlaşdırılmasına məcbur edirdi. Fabrik istehsal sistemi
insanların əmək predmetlərinin və istehsal vasitələrinin vahid texnoloji
və iqtisadi sistemdə birləşməsinin hesabına yaranmışdırsa, kapitalist
müəssisələrinin fəaliyyətinin ilk tədqiqatçıları fabriklərin istismarının
texniki iqtisadi aspektləri ilə məşğul idilər. Bu isə təşkilati idarəetmə
.məsələlərindən çox uzaq idi.
Artıq XIX əsrin birinci yarısında iqtisadçılar kapitalist istehsalında
və onun effektiv təşkilində idarəedici rolunun əhəmiyyətini başa
düşməyə başladılar. 1935-cu ildə İngilis iqtisadçısı
S.Nyumen qeyd edirdi ki: «Hal-hazırda bir insanın çox az malik olduğu
keyfiyyətlərin kombinasiyasına malik yaxşı sahibkarlar lazımdır. O
qabaqgörmə və hesab qabiliyyətlərinə malik olmalıdır ki, onun nəzərdə
tutduğu ideyaları planlaşdıra bilsin. O eyni zamanda planlarınm
reallaşdırılması üçün qətiyyət və inadkarlığa malik olmalıdır. Çox
hallarda o insanların səylərinin idaəedilməsi və koordinasiyası üçün tələb
olunur və bu tapşırığın icrası, xarakterin qətiyyəti və tarazlıq üçün
lazımdır. Bundan başqa istehsalın müxtəlif sahələrini uğurla idarəetmək
üçün bütövlükdə dünya haqqında müxtəlif əmək və məşğuliyyətlər
haqqmda dəqiq biliklər lazımdır».
XIX
əsrin birinci yarısı, İngiltərə və ABŞ-da menecment
adlanacaq predmetin yaranması ilə əlaqədardır.
51
Dostları ilə paylaş: |