Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

117
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
İmtahana düşən sualların məzmunu barədə nə deyə bilərsiniz?
proqram materiallarını əhatə edirdi  proqram materiallarını əhatə etmirdi
Açıq tipli test tapşırıqlarına münasibətiniz?
digər fənlər üzrə test blokuna da salınsın (səbəbini göstərin)
digər fənlər üzrə test blokuna salınmasın (səbəbini göstərin)
digər cavab
İmtahan suallarının çətinlik dərəcəsi barədə fikriniz:
çətin idi
çətin deyildi
sualların çətinlik dərəcəsini artırmaq lazımdır
sualların çətinlik dərəcəsini azaltmaq lazımdır
İmtahan vaxtı barədə nə deyə bilərsiniz?
ayrılan vaxt çox idi  ayrılan vaxt kifayət idi  ayrılan vaxt az idi
İmtahan suallarının sayı barədə rəyiniz?
çox idi  kifayət qədər idi  az idi
Gələcək abituriyentlərə qəbula hazırlaşmaqla bağlı məsləhət və tövsiyələriniz: 
Əlavə demək istədiyiniz fikirlər, arzular, təkliflər:
Yüksək ballı abituriyentlərin yuxarıda qoyulan anket suallarına 
cavablarının statistik təhlilinə diqqət yetirək
“Qəbula necə hazırlaşmısınız?” sualına cavablardan məlum olub ki, rəyi soruşulanların
əksəriyyəti 723 nəfər (68,66  %) imtahana repetitorla, 211 nəfər (20,03  %) hazırlıq kurslarında,
115 (10,92%) nəfəri isə müstəqil şəkildə hazırlaşmışdır.  3 nəfər bu suala cavab verməmişdir.
Abituriyentlərin bir qismi hazırlığın bir neçə formasından istifadə etdiyini,  yəni həm
müstəqil və repetitorla, yaxud  həm müstəqil və hazırlıq kurslarında hazırlaşdığını
bildirmişdir. 
“İmtahan hazırlığınızın müddəti” barədə suala sorğuda iştirak edən abituriyentlərin yarıdan
çoxu (621 nəfər – 58,97 %) qəbula “2 il” müddətində hazırlaşdığını göstərmişdir. Digər vari‑
antlar üzrə cavabların paylanması belə olmuşdur: 206 nəfər (19,56%) “1 ilə qədər”,  122 nəfər
(11,58%) “2 ildən artıq”, 85 nəfər (8,07%)  “İl yarım”,  18 nəfər (1,71%) “bir neçə ay”. Bir nəfər
suala cavab verməmişdir. 
Qəbula hazırlıq müddətindəki bu müxtəliflik, təbii ki, bir sıra səbəblərlə bağlıdır.
Abituriyentlərin bir çoxu hazırlıq müddətini öz fiziki, psixoloji, zehni imkanlarına, qabiliyyət
və potensialına, eləcə də ailələrinin maddi vəziyyətinə uyğun olaraq müəyyənləşdirdiyini,
başqa sözlə, bunun konkret amillərlə əlaqəli olduğunu qeyd ediblər.
“Ali təhsil müəssisəsinə daxil olmaqda siz hansı amili rəhbər tutmusunuz (bir neçəsini
seçmək olar)?” sualının şərtinə əsasən, abituriyentlər bir neçə cavab variantını seçə bilərdilər.
Odur ki, bu suala cavablar bir sıra müxtəlif kombinasiyalarda  olmuşdur. Məsələn, bəzi seçim
kombinasiyalarında üç cavab variantı –  “Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı iş tapmaq
arzusu” və “Öyrənmək həvəsi“ variantları qeyd edilmişdir. Digər cavab kombinasiyalarında
“Yüksək maaşlı iş tapmaq arzusu” və “Öyrənmək həvəsi“ amillərinə üstünlük verilmişdir.
Abituriyentlərin xeyli hissəsi isə dörd cavab variantından ibarət kombinasiyanı seçmişdir:


118
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
“Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı iş tapmaq arzusu”,”Nüfuzlu ixtisas” və “Öyrənmək
həvəsi“. Statistik müqayisə göstərir ki,   bu suala cavablarda  “Nüfuzlu ixtisas əldə etmək
istəyi”nə üstünlük verilmiş və bu amil 752 dəfə qeyd edilmişdir. Cavablarda “Öyrənmək
həvəsi” amili 502 dəfə,  “Yüksək maaşlı iş tapmaq arzusu” amili  386 dəfə, “Ali təhsilin
nüfuzu” amili isə 364 dəfə göstərilmişdir.   
Rəyi soruşulanlardan ali təhsil müəssisəsinə daxil olmaqda “Hərbi çağırışdan rəsmi möhlət
almaq” amilini əsas götürənlər də olmuşdur. Onlar (5 nəfər) sorğu iştirakçılarının ümumi
sayının 0,47%‑ni təşkil etmişdir. Sorğu iştirakçılarının “Nə isə başqa bir şey” cavab variantını
qeyd edənlər 46 nəfər olmuş (4,36%), 3 nəfər (0,28%) isə bu suala cavab verməmişdir.  
Sorğu iştirakçıları “İxtisas seçiminizə kim və nə təsir etmişdir?” sualına da təklif olunan
cavab variantlarından iki, bəzən də daha artıq variantı, məsələn, “valideynlər və müəllimlər”,
“valideynlər və qohumlar”, “valideynlər və ictimai rəy”, “ictimai rəy və “Abituriyent” jur‑
nalı” və s. kombinasiyalı variantları qeyd etmişlər. Bu kombinasiyalardan  “İxtisas seçiminə
həm valideyinlərin, həm də müəllimlərin təsiri” cavab kombinasiyası üstünlük təşkil etmişdir.
Təsir amillərinin anketlərdə qeyd edilmə tezliyinə gəlincə, göstərmək lazımdır ki, valideyn‑
lərin ixtisas seçiminə təsir etməsi 441 dəfə (41,88%), müəllimlərin təsiri 165 dəfə (15,65%)
qeydə alınmışdır. 424 nəfər ( 40,26%) seçimini müstəqil surətdə etdiyini bildirmişdir. 82 nəfər
(7,78%) ixtisas seçimində ictimai rəyi nəzərə aldığını göstərmişdir. 75 nəfər (7,12%) ixtisası
“Abituriyent” jurnalının müntəzəm olaraq dərc etdiyi materiallara istinadən seçdiyini qeyd
etmişdir. Bu suala cavab verərkən sorğu iştirakçılarından 37 nəfər (3,51%) – dostlarının, 53
nəfər ( 5,03%) – qohumlarının tövsiyələrinə əsaslandığını, 15 nəfər (1,42 %) – televiziyanın, 27
nəfər (2,56%) internetin onlara təsir etdiyini qeydə almışdır.  (2 nəfər –0,18%) təhsil alacağı
ixtisası təsadüfi seçdiyini göstərmişdir, 31 nəfər (2,94%) ixtisas seçiminə “nə isə başqa
səbəblər”in təsir etdiyini, 9 nəfər (0,85%) bu suala cavab verməkdə çətinlik çəkdiyini
bildirmişdir. 1 nəfər sualı cavabsız qoymuşdur. 
“Əgər yenidən qəbul olsaydınız, bu ixtisası seçərdinizmi?” sualı əvvəlki sualla əlaqəlidir.
Bu suala verilmiş cavabların variantlar arasında paylanma nisbəti göstərir ki, çox böyük
əksəriyyət –  929 nəfər (88,22%) öz ixtisas seçiminin düzgünlüyünə əmindir və bunu “bəli”
cavabını seçməklə təsdiqləmişdir. Suala “Xeyr” cavabını verənlər (54 nəfər – 5,12%) və
“Cavab verməkdə çətinlik çəkirəm” variantını qeyd edənlər də (66 nəfər – 6,26%) olmuşdur.
Bu cür hallar və cavablar müxtəlif səbəblərlə bağlıdır: məsələn, “İxtisas seçimi ərizəsi”ndə
1‑ci yerdə göstərdiyi ixtisasa və ya ali məktəbə daxil olmamaq, ödənişli təhsil formalı ixti‑
sasa qəbul olmaq, yaxud ixtisas seçimi zamanı kənar təsir və müdaxilələrlə üzləşmək və s.
4 nəfər abituriyent (0,37%) isə sualı cavalandırmaqdan imtina etmişdir.
“Son tədris ilində «Abituriyent» jurnalını oxumusunuzmu?” sualına verilmiş cavablar da
maraq doğurur. Sorğu iştirakçılarının 396 nəfəri ( 37,67%) jurnalı mütəmadi oxuduğunu, 592
nəfəri  isə (56,22%) bəzi saylarını izlədiyini bildirmişdir. Bütövlükdə isə, rəyi soruşulanların
93,89%‑i “Aituriyent” jurnalının oxucuları olduğunu qeyd etmişdir. 1053 nəfər respodentdən
yalnız 61 nəfəri (5,79%) jurnalı oxumadığını bildirmişdir.  4 nəfər   isə (0,37%)  suala cavab ver‑
məmişdir.  Beləliklə, cavablardan belə nəticə çıxır ki, “Abituriyent”  jurnalı gənclər arasında
kifayət qədər nüfuz və etibar qazanaraq, mötəbər və zəngin məlumat mənbəyi olaraq onların
maariflənməsində  mühüm rol oynayır.
“Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?” sualını cavablandıranlardan 1007
nəfər (95,63%) yaradılan şəraitdən razı qaldığını bildirmişdir. Yalnız 31 nəfər (2,94%) suala
“Qane etmədi” cavabını vermişdir.  Lakin onlar anketdə cavabları əsaslandırmaq üçün kifayət
qədər yer ayrılmasına baxmayaraq bundan yan keçmiş, öz rəylərinə hər hansı tutarlı səbəb


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə