Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

125
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Aytən Məmmədova (III qrup, 631 bal) – Abituriyent ali məktəbə qəbul olmaq üçün fərdi
şəkildə, repetitorla və yaxud hazırlıq kursunda hazırlaşa bilər. Ancaq bütün hallarda
abituriyentdə oxumağa, öyrənməyə istək olmalıdır. Özünüzdə bu istəyi formalaşdırın, səylə
çalışın və nəticədə uğur sizinlə olacaq.
Vüsalə Lətifova (III qrup, 630 bal) – Qəbula hazırlaşarkən səbrli və iradəli olun. Bunlar
insana güc verir. Rəqabət hissi də insanı irəli aparır. Özünüzü daim daha yüksək bilik və
bacarığa malik abituriyentlərlə müqayisə edin.
Aysel Qurbanova (III qrup, 630 bal) – Qəbula hazırlaşarkən “Abituriyent” jurnalının bütün
saylarını oxumaq imtahan prosesinin bütün mərhələləri haqda məlumatlanmağa imkan
yaradır. Həmçinin mütəmadi olaraq sınaq imtahanlarında iştirak etmək imtahan həyəcanını
dəf etməyə kömək edir. 
Gülçin Baharova (III qrup, 623 bal) – Hər kəs bilməlidir ki, uğur qazanmaq üçün insana
iki şey lazımdır: özünəinam və davamlı çalışmaq. Mən bunları etdim və zəhmətimin bəhrəsini
gördüm. Gələcək abituriyentlərə də bu iki amilə əməl etməyi tövsiyə edirəm.
Aytən Quliyeva (III qrup, 619 bal) – Məktəb illərini boş‑boşuna keçirmək olmaz. Dərsləri,
mövzuları öyrənməyə aşağı siniflərdən başlamaq lazımdır.
Əfsanə Əsgərova (III qrup, 615 bal) – Dərslərinə ciddi yanaşsınlar. Mütəmadi olaraq sınaq
imtahanlarında iştirak etməklə imtahan prosesinə adaptasiya olsunlar. İmtahanda diqqətli
olsunlar.
Nigar Ağayeva (III qrup, 608 bal) – Fikrimcə, təkcə ali məktəbə qəbulda deyil,
ümumiyyətlə, həyatın hər bir pilləsində uğur qazanmağın sirri insanın öz qarşısına aydın
məqsəd qoyması, bu məqsədə nail olmaq üçün bütün gücü ilə mübarizə aparması və bu
mübarizədə qalib gələcəyinə inanmasıdır. Əziz şagirdlər, qarşınıza aydın məqsəd qoyun, ona
nail olmaq üçün sona qədər mübarizə aparın və nəticənin gözlədiyinizdən də yaxşı olacağına
inanın.
İlkin Kərimov (III qrup, 606 bal) – Qəbul imtahanına hazırlaşan abituriyent əzmli olmalı,
vaxtını boş‑boşuna keçirməməli, özünə güvənməli və çalışmalarında məqsədyönlü olmalıdır.
Səriyyə Zeynalova (III qrup, 605 bal) – Qəbula hazırlaşarkən əsas şərt vaxtını səmərəli
şəkildə bölüb sistemli bilik əldə edə bilməkdir.
Nigar Teymurlu (III qrup, 605 bal) – Qəbul imtahanına hazırlıq prosesi həm maraqlı, həm
də məsuliyyətli mərhələdir. Məktəbdə təhsil aldığım illərdə davamlı çalışdığımdan qəbul
imtahanı mənim üçün asan oldu. Əsas bilik məktəbdə qazanılır. Yaxşı oxusanız,  mütləq uğur,
nailiyyət qazanacaqsınız.
Nigar Bayramova (III qrup, 605 bal) – Qəbul imtahanına hazırlıq işini planlı təşkil etmək
çox vacibdir. Şagird aşağı siniflərdən başlayaraq davamlı olaraq fənləri öyrənsə, mövzuları
yaxşı mənimsəsə, qəbul imtahanında yüksək nəticə qazana bilər. Əsas bilik məktəbdə
qazanılır, repetitorla hazırlaşarkən yalnız öyrəndiklərini təkrar etmiş olursan. Məktəbdə bilik
qazanmamısansa, repetitorla hazırlıq sənə çox şey verə bilməz.
Sevinc Səlimova (III qrup, 605) – Yüksək müvəffəqiyyət əldə etmək üçün qarşınıza aydın
məqsəd qoyun. Məqsədinizə çatmaq üçün davamlı surətdə çalışın. Unutmayın ki, hər bir
çətinliyin sonu, sərf edilən əməyin nəticəsi qələbədir.


126
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Aysel Haqverdiyeva (IV qrup, 690 bal) – Şagirdlər dərslərinə gərək aşağı siniflərdən
diqqətlə yanaşsınlar, hər bir fənn üzrə bilikləri sistemli şəkildə mənimsəsinlər. TQDK‑nın nəşr
etdiyi vəsaitlərdən də istifadə etsinlər. Bir məsləhətim də odur ki, hər bir abituriyent ixtisas
qrupunu və ixtisası seçərkən öz bilik və bacarıq səviyyəsini nəzərə alsın, sevdiyi ixtisası,
peşəni seçsin.
Turan Babayeva (IV qrup, 680 bal) – Qəbula hazırlığın başlanğıcında qazanacaqları
nəticəni hesablamağa çalışsınlar və bunu özlərinin fəaliyyət motivasiyasına çevirsinlər. Hər
zaman inamla çalışsınlar.
Səkinə Nəcəfova (IV qrup, 680 bal) – Qəbul imtahanına hazırlaşarkən bütün fənlərə eyni
dərəcədə məsuliyyətlə yanaşsınlar. Heç bir çətinliyə baxmayaraq, ruhdan düşməsinlər.
Aynur Bəylərzadə (IV qrup, 677 bal) – Abituriyent üçün ən mühüm amil onun öz
potensialına olan inamıdır. Təbii ki, özünəinam sistemli və planlı hazırlığın nəticəsində
yaranır. Bundan əlavə, sınaq imtahanlarında iştirak etmək, test tapşırıqları üzərində işləmək
vərdişlərinə yiyələnmək də uğur qazanmağa yardım edir.
Rəna Seyidli (IV qrup, 676 bal) – Yüksək nəticə əldə etmək üçün davamlı və sistemli şəkildə
çalışmaq lazımdır. Bunun üçün isə abituriyentdən əzm və iradə tələb olunur.
Leyla Vəliyeva (IV qrup, 675 bal) – Abituriyent bilməlidir ki, yalnız sistemli çalışmaqla,
bütün mövzuları diqqətlə öyrənməklə, vaxtını düzgün bölməklə tələbə adı qazanmaq olar.
Cəmilə Kərimova (IV qrup, 673 bal) – Abituriyent yalnız son bir və ya iki il ərzində gərgin
rejimdə hazırlaşıb imtahanda yüksək nəticə əldə edəcəyinə ümid olmamalıdır. Dərsləri aşağı
siniflərdən başlayaraq mütəmadi yaxşı oxumaq lazımdır. Bu, şagirdin sonuncu sinfə qədər
sistemli biliyə yiyələnməsini təmin edir. Bir də məsləhət görərdim ki, qəbula hazırlıq
dövründə əyləncələrə sərf olunan vaxtı minimuma endirsinlər. 
Fəxriyyə İsmayılova (IV qrup, 665 bal) – Gələcək abituriyentlərə dərslərə diqqətlə,
məsuliyyətlə yanaşmağı tövsiyə edirəm. Yadda saxlasınlar, öyrənməyin əziyyəti müvəqqəti,
savadsızlığın əzabı isə əbədidir.
Mətanət Cəfərova (IV qrup, 661 bal) – Gələcək  abituriyentlərə məsləhət görərdim ki,
dərslərlə yanaşı, idman, gəzinti və istirahətə də vaxt ayırsınlar. Çünki yüksək nəticənin əldə
olunmasında sağlamlıq və fiziki hazırlığın da rolu vardır.
Sona Məmmədzadə (IV qrup, 657 bal) – Abituriyentlərə tövsiyəm budur ki, qarşılarına
konkret və aydın məqsəd qoysunlar. Aydın məqsəd varsa, hər şeyə nail olmaq olar. 
Aygün Alıyeva (IV qrup, 655 bal) – Abituriyentlər imtahan verəcəyi ixtisas qrupunu
həqiqətən sevib seçsinlər. Bilik və bacarıqlarını həm arzularına, həm də potensiallarına uyğun
sahəyə yönəltsinlər. 
Sona Əsgərova (IV qrup, 652 bal) – Birincisi, düzgün istiqamət seçsinlər. İkincisi, dərslərə
hazırlıqda əzbərçilikdən uzaq olsunlar. Üçüncüsü, bilikləri yalnız test tapşırıqlarını düzgün
cavablandırmaq üçün yox, ən mühümü onlardan gələcəkdə istifadə edə bilmək üçün
öyrənsinlər.
Ülkər Xəlilova (IV qrup, 642 bal) – Yadda saxlasınlar ki, məktəbdə aşağı siniflərdən
mütəmadi olaraq dərslərə yaxşı hazırlaşmaq, tapşırıqları vaxtlı‑vaxtında yerinə yetirmək
gələcəkdə arzuladıqları ali təhsil müəssisəsinə daxil olmağa kömək edir.
Aytac Bədəlova (IV qrup, 640 bal) – Qəbula hazırlaşarkən fənlər arasında vaxtı düzgün


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə