Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

119
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
göstərməmiş, izah‑şərh verməmişlər. Bəziləri isə imtahandakı şəraitin onları qane etməməsini
“otaqda nəzarətçilərin imtahana zəif nəzarət etməsi” (amma, təəccüblüdür ki, həmin abi‑
turiyentlər sonrakı əlaqəli sualı cavablandırarkən nəzarətçilərin işini yüksək qiymətlən dir miş lər),
“zalda artıq səs‑küy olması”, “başına gün düşməsi”, “küçədən səs gəlməsi” və s. kimi səbəb lərlə
izah etmişlər. Abituriyentlərin 15 nəfəri ( 1,42%) sualı cavablandırmaqdan imtina etmiş dir. 
Demək olar ki, eyni mənzərə “Qəbul imtahanlarının gedişində neqativ hallarla rast‑
laşdınızmı?” sualını cavablandırmada da müşahidə olunub. Böyük əksəriyyət (980 nəfər –
93,06%) imtahanların gedişində neqativ hallarla rastlaşmadığını bildirmişdir. İmtahanda
neqativ halla rastlaşdığını  bildirənlər də olmuşdur (53 nəfər – 5,03%).  Lakin burada da, bəzi
abituriyentlər öz mövqelərində ardıcıl olmamış, ziddiyyətli cavablar vermiş və yaxud neqativ
halın nədən ibarət olduğunu dəqiq və konkret göstərməmiş, cavablarını faktlarla əsaslandır‑
mamışlar, üstəlik də bu hal imtahan nəzarətçilərinə verilən qiymətlərdə  adekvat əksini tap‑
mamışdır. Respondentlərdən 20 nəfər (1,89%) suala cavab  verməmişdir.
Yuxarıda şərh edilən son iki sual (“Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?”, 
“Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınızmı?”) və növbəti  “İmtahan
zalında nəzarətçilər imtahanı necə idarə edirdilər?” sualları məqsəd baxımından əlaqə‑
lidirlər.  Abituriyentlərin bir qismi bu əlaqələrə fikir verməmiş və onların mövqelərindəki
qeyri‑ardıcıllıq və ziddiyyətli məqamlar da elə buradan irəli gəlmişdir. “İmtahan zalında
nəzarətçilər imtahanı necə idarə edirdilər?” sualına həmin abituriyentlərin verdiyi
qiymətləndirmə cavabları da bu deyilənləri təsdiqləyir. Belə ki, rəyi soruşulan 1053 nəfərdən
yalnız 22‑si (2,08%) nəzarətçilərin işini mənfi qiymətləndirmiş, 13 nəfər (1,23%) suala cavab
verməmişdir. Deməli, faktiki olaraq 1053 nəfərdən 1018‑i (96,67%) imtahan nəzarətçilərinin
işinə müsbət qiymət vermişdir. Qiymətlərdən 704‑ü (69,13%) “əla”, 271‑i (26,62%) “yaxşı”, 43‑
ü (4,22%) “kafi” olmuşdur. Nəzarətçilərin işinə mənfi qiymət verənlərin qiymətləndirmə prin‑
siplərində də ziddiyyətli cəhətlər özünü göstərir. Məsələn, eyni abituriyentlər tərəfindən
nəzarətçiyə irad tutulur, imtahanın gedişində neqativ hal olduğu qeyd edilir, amma
qiymətləndirmədə ona “kafi”, hətta “yaxşı” qiymət verilir. Yaxud da şəraitin qənaətbəxş
olduğunu, neqativ hallarla rastlaşmadığını, nəzarətçilərə heç bir əsaslı iradları olmadığını
bildirən bir neçə abituriyent nəzarətçilərə aşağı qiymət vermişdir. Bu mənada, verilən ən aşağı
qiymətlərin meyarını müəyyənləşdirmək və izah etmək çətinlik yaradır.
“İmtahana düşən sualların məzmunu barədə nə deyə bilərsiniz?” sorğusuna 1003 nəfər ( 95,25
%) müsbət cavab verərək sualların proqram materiallarını əhatə etdiyini qeyd etmişdir. Qalan
50 nəfərin ( 4,74 %) 46‑sı (4,36%) sualların proqramı əhatə etmədiyini bildirmiş, 4 nəfər (0,37 %)
isə sualı cavabsız qoymuşdur.
Sorğuda abituriyentlərin açıq tipli test tapşırıqlarına münasibəti də öyrənilmişdir. Onların 269
nəfəri (25,54%) açıq tipli test tapşırıqlarına müsbət münasibət bildirmişdir. Fikirlərini  belə
əsaslandırmışlar ki, bu  tipli testlər abituriyentlərin   təfəkkürünü,  düşüncə və mühakimə
qabiliyyətini  inkişaf etdirir, onları əzbərçilikdən uzaqlaşdırır, gənclərin biliklərini daha dəqiq
və düzgün qiymətləndirməyə imkan verir. Bu fikirdə olan abituriyentlər açıq tipli test
tapşırıqlarının digər fənlər üzrə də test blokuna salınmasını məqbul saymışlar, lakin onlardan
bəziləri cavablarına onu da əlavə etmişlər ki, bu halda imtahanın vaxtının uzadılması
məqsədəuyğun olar. Abituriyentlərdən 650 nəfər (61,72%) açıq tipli testlərin digər fənlər üzrə
test blokuna salınmamasını qeyd etmişdir. Onlar bunun səbəbini, əsasən, vaxt amili ilə
əlaqələndirmiş və bildirmişlər ki, açıq tipli testlərin həlli xeyli vaxt itkisinə səbəb olur. Onların
fikrincə, açıq tipli testlər digər fənlər üzrə test blokuna da daxil edilərsə, onda imtahana ayrılan
müddət də müvafiq şəkildə nəzərə alınmalıdır. Göründüyü kimi, hər iki halda başlıca amil


120
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
olaraq vaxt amili önə çəkilir və  abituriyentlər bütövlükdə açıq tipli testlərin digər fənlər üzrə
test blokuna salınmasının əleyhinə olmadığını ifadə edirlər. “Digər cavab” bəndini seçənlər
111 nəfər (10,54%) olmuşdur. Lakin onların, demək olar ki, heç biri öz mövqe və münasibəti‑
ni əsaslandırmamışdır. 23 nəfər (2,18%) abituriyent bu sualı cavablandırmaqdan imtina
etmişdir. 
“İmtahan suallarının çətinlik dərəcəsi barədə fikriniz” sualına  abituriyentlərdən 690 nəfər
(65,52%) sualların çətin olmadığını, 164 nəfər (15,57%) çətin olduğunu bildirmişdir. Sualların
çətinlik dərəcəsinin artırılması və azaldılmasına müasibət belə olmuşdur: 76 nəfər (7,21%)
sualların çətinlik dərəcəsinin artırılmasını,   120 nəfər (11,39 %) azaldılmasını  təklif etmişdir.
3 nəfər ( 0,28%) isə sualı cavablandırmamışdır.  
“İmtahan vaxtı barədə nə deyə bilərsiniz?” sualına   da  cavablar maraqlı olmuşdur.
Abituriyentlərin   855 nəfəri ( 81,19%) hesab edir ki, qəbul imtahanına   ayrılan vaxt kifayət
qədər idi.  39 nəfər (3,70%) abituriyent imtahanda test tapşırıqlarını cavablandırmaq üçün
ayrılan vaxtın çox olduğunu, 156 nəfər ( 14,81%)  az olduğunu bildirmişdir.  3 nəfər (0,28 %)
isə suala cavab verməkdən imtina etmişdir. Abituriyentlər imtahan suallarının sayı barədə də
rəylərini bildirmişlər. Sorğuda iştirak edən 1053 nəfərin 1019‑u (96,77%) sualların sayının
kifayət qədər olduğunu, cəmi 19 nəfər (1,80%) çox olduğunu, 11 nəfər isə (1,04 %) az
olduğunu qeyd etmişdir. 4 nəfər ( 0,37 %) suala cavab verməmişdir.
Anket sorğusunda yüksək nəticəli gənclərə qəbul imtahanına  hazırlıqla
bağlı öz iş təcrübələri barədə fikirlərini, gələcək abituriyentlərə məsləhət və
tövsiyələrini bildirməyə də imkan yaradılmışdır. Aşağıda bununla bağlı
cavablardan daha çox diqqət çəkən nümunələri təqdim edirik.
Bilik yarışı öncüllərinin gələcək abituriyentlərə 
məsləhət və tövsiyələri
Qədirzadə Sərxan (I qrup, 687 bal) ‑ Məsləhət görürəm ki, aşağı siniflərdən başlayaraq
yalnız seçəcəkləri ixtisas qrupunun fənlərini yox, digər fənləri də yaxşı oxusunlar, çünki
gələcəkdə peşə seçimində bəzən tərəddüdlər ola bilər. Bu baxımdan bütün fənləri yaxşı
oxumaq lazımdır ki, ixtisas qrupunu dəyişəndə çətinlik yaranmasın. Digər fənləri öyrənmək
həm də bilik dairəsi və dünyagörüşünün genişliyi üçün lazımdır.  
Həsənov Elgün (I qrup, 685 bal) ‑ Qəbul imtahanına əzmlə hazırlaşmaq, sınaq
imtahanlarında iştirak etməklə bilik səviyyəni müntəzəm olaraq yoxlamaq, zərərli
vərdişlərdən uzaq olmaq, yuxu və qida rejiminə də riayət etmək lazımdır. 
Hüseynov Rüfət (I qrup, 685 bal) ‑ Çox çalışmaq, çox zəhmət çəkmək lazımdır.
Tənbəllikdən, oxumağa mane olan cürbəcür bəhanələrdən uzaq olmaq, bilik səviyyəni
proqramın tələblərinə uyğun dərinləşdirmək gərəkdir. 
Talıbov Qaraxan (I qrup, 682 bal) ‑  Qəbul imtahanında yaxşı nəticə göstərmək üçün
abituriyentdə, ilk növbədə özünəinam, məsuliyyət və tələbkarlıq olmalıdır. Sistemli oxumaq,
oxuduqlarını mütəmadi təkrar etmək, onların yaxşı yadda qalması ücün təhlil və müqayisələr
aparmaq lazımdır.     


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə