MəRSİYƏLƏR


Əbulfəzlil Əbbas (ə) şəhadəti



Yüklə 0,73 Mb.
səhifə8/18
tarix05.05.2018
ölçüsü0,73 Mb.
#41492
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Əbulfəzlil Əbbas (ə) şəhadəti


Hardasan arxam elim, sındı belim, yatdı ələm, qardaş,

Məşkimi oxladılar hər iki qol oldu qələm, qardaş,

Gəl ölürəm qardaş,can verirəm qardaş.

İftixar eylərəm öz eylədiyim əhdə vəfadarəm,

Leşkər mərifət eşqə ələmdarəm və sərdarəm,

Hamiyəm dinimə, Quranimə İslamə fədakarəm,

Kasə ləysə və xədəm cürmü-cinayət deyiləm, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş.

Demirəm getdim özüm,əlləri qoynunda anam qaldı,

Demirəm gözləri yollarda şirin dilli balam qaldı,

Deyirəm düşmən içində yaralı yalqız ağam qaldı,

Verəcək üz sənə mənsiz qəmü-ənduh və ələm,qardaş,

Gəl ölürəm qardaş can verirəm qardaş.

Dağıdıb murü-mələx tək qoşunu, at döşünə saldım,

Su yolun açdı cəmaət üzümə Əlqəməni aldım,

Başımın sahibi gəl başıma baş çək, baş açıq qaldım,

Heyf ola çarə yolun kəsdi mənə qovmi-zuləm, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş.

Gərçi su vədəsi vermişdim özüm itrəti-ətharə,

Nə qədər su var idi təng elədim ərsəni küffarə,

Məşkim oxlandı, mənə zülmilə bağlandı rəhi-çarə,

Ver xəbər gözləməsin su yolunu əhli-hərəm,

Gəl ölürəm qardaş can verirəm qardaş

Nə şikayət edərəm gözdə olan tiri-şəqavətdən,

Nə gilayəm var,əxa, Nöfəl edən zülmü-cəsarətdən,

Ürəyim yandı sinəm təngə gəlib tənü-şəmatətdən,

İntizaram gələsən ta sənə qurban kəsilim, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş.

Elə şad oldum əzəl qoydu əcəl, nəhrə yola düşdü,

O qədər çəkmədi bir kani xəta vurdu qolum düşdü,

Sağa döndüm yaralandım, sola döndükcə solum düşdü,

Məşkdən su töküləndə ürəyim etdi vərəm, qardaş,

Gəl ölürəm qardaş,can verirəm qardaş.

Tiri baran elədi əhli-cəfa, balü-pərim sındı

Dəydi bir zərbəti səngin başıma camisərim sındı,

Mərkəb üstdən üzüm üstə yerə gəldim kəmərim sındı,

Dörd tərəfdən ələnir peykərimə tiri-sitəm, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş.

Can çıxınca su verəm, səhm aparam feyzi-hüzurundan,

Ruhumu şad eləyim qəbrə kimi lüməyi-nurundan,

Teşnəyəm, gəl məni sirab elə öz abi-təhurundan,

Gəl qolun boynuma sal, nökərinəm, elə kərəm, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş

Gəl hüzurunda əxa, bəzl eləyim canımı cananə,

Qatilim indi qoyar xəncəri bu həncəri-ətşanə,

Yazacaq nöhə Kərimi, gələcək rüzi-şəb əfğanə,

Məndə can üstə salıb yada, ona baş çəkərəm, qardaş,

Gəl ölürəm qardaş, can verirəm qardaş.

Demirəm layiqəm Əbəlfəzlə,

Nökəri-sadiqəm Əbəlfəzlə,

Hər kim irad edir mənə etsin,

Qəlbidən aşiqəm Əbəlfəzlə.

Qəlbim qəm ilə dolsa, Əbəlfəzlə ağlaram,

Güllər çəməndə solsa,Əbəlfəzlə ağlaram,

Yad eylərəm o saətini düşdü qolları,

Ömrüm min ildə olsa, Əbəlfəzlə ağlaram.


Qardaşına (nohə)


Gəl, Hüseyn, əl tapıb əşrari-zaman qardaşına,

Təng olub zülmilə vüsətli cahan qardaşına.

Şiri-mərdan, sala leşkər tələsir bəndə məni,

Dişdə şəmşir edirəm düşmənilə cəng ələni,

Əlsizəm, toprağa amma yıxıram hər gələni,

Gərçe yox barişi peykandan aman qardaşına.

Hər kimin pəncəmə keçsəydi cədəldə kəməri,

Pərt edərdim yerə qalmazdı nəfəsdə əsəri,

İş dönüb Kufənin acizləri ifritləri,

Dörd tərəfdən əl açıb indi haman qardaşına.

Çün şəqaiq boyanıb qırmızı qana kəfənim,

Deli tufanda sınan kəştiyə bənzər bədənim,

Zirehim parələnib, oxlar olub pirəhənim,

Qalmayıb cismimdə salim şiriyan qardaşına.

Qəlbidən rişteyi-hicranına lazımdı kəsəm,

Yer var aşiqinəm vəslinə xatir tələsəm,

Əkbərin canına verəm səni ey şahi,qəsəm,

Can verən ləhzələrimdə demə can qardaşına.

Ətrini alsam əgər ey şəhi-fərxəndə xisal,

Para şəhpərlərimlə yenə vuram pərü-bal,

Sən gələn vəqtdə sürünnəm edərəm istiqbal,

Öpərəm məqdəmini qalsa təvan qardaşına.

Salıb əşrari-dəni toprağa bir-bir qolumu,

Qan dolub gözlərimə görməyirəm sağ-solumu,

Bir şəqi ahəni əmud əldə kəsibdir yolumu,

Əlsizəm əl yetir əllərdə qalan qardaşına.

Neyləyər fikr eylə çəkiş toxuna daş-qaşıla,

Nə hala ayna düşər gər hədəf olsa daşıla,

Neyləyər ahəni-əmud incə sipərsiz başıyla,

Üz verib gör necə böhrani-zaman qardaşına.

Doğranıb peykərimin ərseyi-dəvadə çoxu,

Arifanə sözümü qardaş özün sözdən oxu,

Əllərim yoxdu necə xaric edim gözdən oxu,

Baş yetir xeymələrindən nigaran qardaşına.

Dolu tək daşdı yağır oxdu kəsilmir arası,

Əzilib başım əmudilə olub ay parası,

Yıxa bilməz məni ox, yıxsa yıxar dil yarası,

Toxunur tiri kimin zəxmi-zəban qardaşına.


Əbbasın (ə) anası Ümmül-bəninin zəban halı


Çox ağladım ahü-zardan yoruldum,

Bu həyati təlx bardan yoruldum,

Hamı gəldi mənim balam gəlmədi,

Bu qapıda intizardan yoruldum.

Ürəyimin gedən dayağı, ey vay,

Dama düşən şikar sayağı, ey vay,

At üstündən yerə qolsuz düşəndə,

Üzəngidə qalan ayağı, ey vay.


Ümmül-bənin diliycə (nöhə)


İftixari-ali-Haşim sahib ələm, balam vay,

Nəxli-zaridə su üstə qolları qələm balam vay,

Kərbəla çölündə gördü bağlanıb Hüseyn qiyamı,

Sadiqanə xidmətinə razı eyliyib imamı,

Qətlgahda can verəndə göndərib mənə pəyamı,

Göz yaşı olan mərkəb, kipriyi qələm balam vay.

Çox dedi mənə xanımlar bu həyatda, bəxtəvərsən,

Fatimə gəzən otaqda iftixarilə gəzirsən,

Heç biri deməzdi bir gün qara pirəhən geyərsən,

Qoymadı zəmanə axır məndə dincələm, balam vay,

Şəhri-Yəsribə pərişan qəmli karivan qayıtdı,

İtrəti-rəsuli-xatəm oldu bağrıqan qayıtdı,

Öldü Zeynəbin Hüseyni qaməti kaman qayıtdı,

Səslədim qəriqi bəhr, mühnəti-ələm, balam vay.

Qarəsin başından açmaz qəlbi dağdar olanlar,

Mən kimi ölüncə ağlar piri-ruzgar olanlar,

Məclis əzanı xoşlar daim əşkbar olanlar,

Var yeri belə ölüncə naləyə gələm balam vay.

Zeynəbim deyir şərari-itilada yandı qolsuz,

Rubəru ədulərilə qərdaşım dayandı qolsuz,

Sinəsində qanlı pərçəm məqtəli dolandı qolsuz,

Toprağa necə düşübdü mən mətələm balam vay.

Axşam olcağın yətimi göz yaşın üzarə bağlar,

Gün batanda ahı artar, qəlbi-əqrəbanı dağlar,

Verəm hər qədər təsəlli vaysınar, ürəkdən ağlar,

Bağlanar gecə dübarə səxt mərhələm, balam vay.


Ətşan səqqayəm


Atdan yıxıldım torpağa gəl Hüseynim gəl,2

Torpağa üz qoydum əxa, gəl Hüseynim gəl,2

Səqqayi-ətşanam - qanıma qəltanam.

Qaldı susuzlar teşnələb xeymədə,qardaş, ²

Cam əldə qızlar teşnələb xeymədə,qardaş,2

Əsğər çalıxlar teşnələb xeymədə, qardaş, ²

Qəmxanə oldu Neynəva gəl Hüseynim gəl.²

Səqqayi-ətşanəm - qanimə qəltanam.

Müşkün düşübdü bir yana nəhr Əlqəmədə,²

Pərçəm batıbdı al qana nəhr Əlqəmədə,²

Qollar düşübdü torpağa nəhr Əlqəmədə,²

Can eylərəm dinə fəda, gəl Hüseynim, gəl,²

Səqqayi-ətşanam - qanıma qəltanam.

Rütbeyi-vala verib Əbbas, həqq yekta sənə,

Bəsdi bu şənidə oğlum səsləyib Zəhra sənə,

Ənbiya həsrət çəkibdir bir Hüseyn tək qardaşa,

Verməyib heç bir kəsə Allah verib tənha sənə,

Səqqayi-ətşanam - qanıma qəltanam.

Əzizi-Fatiməyə sahibi-ləvasan, Əbəlfəzl,

Əbul-əimmə kimi məzhəri vəfasan, Əbəlfəzl,

Üzün qoyan qapına mətləbin alar səndən,

Deyər məqamına qurban düyün güşasən Əbəlfəzl,

Səqqayi-ətşanam - qanıma qəltanam.

Bağban ölsə gül dərəndə kim ağlar,

Bülbül getsə bu çəməndə kim ağlar,

Sən öləndə mən ağladım, Əbəlfəzl,

Başım üstə mən öləndə kim ağlar?

Səqqayi-ətşanam - qanıma qəltanam.


Heydər oğlu


Ey Kufiyan siz çıxmayın sözümdən,

Su olmasa məyusəm öz-özümdən,

İnsaf edin məşkimə ox vurmayın,

ləşkər, vurun bu oxları gözümdən.

Ləşkər, mənəm saqiyi-kövsər oğlu,

Dava günündə şiri-davər oğlu,

Susuzlara müjdə verir Səkinə,

Nəhri alıb bu gündə Heydər oğlu,

Oxlar gələndə at belində yatdım,

Düşmənlərin dərdü-qəmin çoxaltdım,

Qanla liva sağü-sola axanda,

Din pərçəmi xəm oldu, mən ucaltdım.

Qan-qan deyən oxlar gəzir havada,

Məşk axtarır səhrayi Kərbəlada,

Agah olun su məşkimi oxlasaz,

Tufan qopar bu vadiyi-bəlada.

Mən vədə vermişəm ay-ulduzlara,

Təşnə qalan xeymədəki qızlara,

Su məşkim oxlansa yerə su axar,

Var nə cavabım o oğulsuzlara.

Getsə su məşkim xeyməyə salama,t

Qopmaz bu çöldə şürüş-qiyamət,

Üç gün olur Əsğər yanır susuzdan,

Peyğəmbər ilə etməyin ədavət.


Həzrət Əbulfəzl (ə) (Cuş)


Əbəlfəzləm, vəfa dəryasıyam mən,

Bu çöldə təşnələr səqqasıyam mən.

Əgər sağ qol düşübdür peykərimdən,

İtaət eylərəm öz rəhbərimdən,

Ciyər qanı tökülsə gözlərimdən,

Kənara çıxmaram bu səngərimdən,

Qitalın şir bi pərvasıyam mən.

Bu tezliklə yıxılmaz Heydər oğlu,

Təlaş eylər ölüncə səfdər oğlu,

Məhi salaridir Peyğəmbər oğlu,

Olubdur qətə-qətə Əkbər oğlu,

Oğulsuz sərvərin arxasıyam mən.

Bu qədər vurmayın tirü-xədəngi,

Həras etməz ölümdən mərdi-cəngi,

Mənəm lərzan edən bu tip vəhəngi,

Əgərçe şəhdimə qatdız şərəngi,

Hüseynin xəncər almasıyam mən.

Əgərçe qollarım düşdü bədəndən,

Əgərçe qəlbim odlandı mühəndən,

Əgərçe kam alırsız indi məndən,

Bilin qorxmaz hüma zağü-vəzəqdən,

Şücaət qafın ənğasıyam mən.

Hüseynin bargahında vəzirəm,

Bəni-haşim ara mahi-münirəm,

Fədakaram, vəfadaram, şəhirəm,

Babam Heydər kimi şiri-dəlirəm.

Məni oxlar salanmazdı dözümdən,

Desəm aləm yanar odlu sözümdən,

Gəlib üç şöbə ox dəydi gözümdən,

Süzür mərcan kimi qanyaş üzümdən,

Bu kənizin göhər həmsərasıyam mən.

Yolumdan rədd olun, ey qövmi-süfyan,

Edirsiz sağü-solda belə tüğyan,

Əlim yoxdur nədən olduz hərasan,

Gözüm təsvir edənmir çun tutub qan,

Bu meydanın yel həycasıyam mən.


Bayrağa müraciəti


Qal sinəm üstə pərçəm, miri hüda gəlincə,

Biganə yerdə düşmə ta aşina gəlincə.

Ətrafdan baxırlar qövmi fitən yıxılma,

Qoy gözləyək gəlincə şahi-zəmin, yıxılma,

Düşmən şəmatət eylər, səbr eylə,sən yıxılma,

Gözlə o xeymələrdən birdən səda gəlincə.

Yoxdur bədəndə qollar bir belə ləngər etmə

Sağü-sola əyilmə, torpağlar üstə getmə,

Qal sinəm üstə bari, çox meyl edib qayıtma,

Gəl gözləyək Hüseyni ol bavəfa gəlincə.

Ox vurdular başımdan, qanım axıb üzarə,

Düşdü bədən qüvvədən, məşgim olubdu parə,

Sən yatma bircə rəhm et, bu zarü-del fekarə,

Sən pərəçəmi-Hüseynsən, yatma liva gəlincə.

Rəhm etmədi cəmaət, ox vurdular Hüseynə,

Çəkdim oxu dizimlə qan axdı hər qaşımdan,

Etmə məni xəcalət istəkli qardaşımdan,

Əl qanlı sinəm üstə hər macəra gəlincə.

Su vədə vermişdim mən Əsğərə, bilirsən,

Üç gündü dəyməyib su çox ləblərə bilirsən,

Sədmə yetib bu çöldə bu əllərə, bilirsən,

Et təkyə qanlı başa dərdə dəva gəlincə.

Oxlar dəyəndə qan-qan fövrən qabaqladım mən,

Məşgi basıb qucağa hər növi saxladım mən,

Qət olmuş əllərii sən də daraqladım mən,

Səy eylədim yıxılma, müşkül güşa gəlincə.

Ey adı Əbdi saleh ey mənbəi-kəramət,

Bu dərdməndə sən də eylə özün inayət,

Şairlər içrə məndə yox eylə bir ləyaqət,

Adın qalar dilimdə can ağzıma gəlincə.


İmam Hüseynin dililə


Əbbasımı düşmən yıxıb meydana,Zeynəb,

Məşk oxlanıb pərçəm batıb əmana,Zeynəb.

Qardaşımı yıxdı yerə qövmi-şəqavət,

Day əl açarlar sizlərə əhli-ədavət,

Amadə ol, oldu sənə axır-qiyamət,

Ey qəm çəkən, səbr et, gələn hicranə Zeynəb.

Aləm yanar Əbbasımın hər bir qəmindən,

Əhli-hərəm ağlar, yanar bu matəmindən,

Çox-çox hifazət eylədi öz pərçəmindən,

Axırda təslim olmadı üdvanə, Zeynəb.

Dərk eləyən vaxt səsin səbrim azaldı,

Qəlbim alovlandı mənim rəngim saraldı,

Qardaşımın gül peykəri sinəmdə qaldı,

Qurban olum mən eylə bir qurbanə, Zeynəb.

Vədə verən axır gedər çun vədə gahə,

Qandan yetibdi münxəsif rövşənli mahə,

Şam əhli əsla baxmadı bu suzi-ahə,

Döndü gözüm yaşı mənim ümmalinə, Zeynəb.

Ox vurdular məşgə, axıb yerdə əmanət,

Əbbasıma ol halidə oldu qiyamət,

Teşnə qalan ətfalidən çəkdi xəcalət,

Yandı uşaqlar atəşi suzanə, Zeynəb.

Atdan düşəndə qardaşım qəlbim sıxıldı,

Birdən dedim ey vay, evim Allah, yıxıldı,

Qan gəldi başdan gül üzə neylim yıxıldı,

Haqq müştəridir vaqiən ol qanə, Zeynəb.

Məqtəldə aldım nəşini cəllad əlindən,

Ahunu qurtardım bu gün səyyad əlindən,

Ey-vay Nöfəl xanəsi bərbad əlindən,

Yarə vurubdur bu del şanə-şanə, Zeynəb.


Əmannamə həzrət Əbulfəzl (ə)


Gecə-gündüz əhli-beytin səri-pasibanı qardaş!

Sənə Şümr namə gətdi,atamın nişanı qardaş!

Bu bəlalı çöldə söz yox olasan sipaha sərhəng,

Sən olan məkanda vurmaz başıma bu kufiyan səng,

Mənəm üstə olma, qardaş dəri bargahda deltəng,

Bu Hüseyn Xudaya versin gərək imtahanı, qardaş!

Vuracaq sinan zalım başıma əxa sinanə,

Edəcək o Kufə əhli başımı daşa nişanə,

Bu kəsik başım bəradər, batacaq dübarə qanə,

Olacaq o nizə başı başımın məkanı, qarda!

Olasan bu kufiyana atam oğlu, sən də sərdar,

Nə yanar xiyamə diba,nə çölə qaçar bu qızlar,

Nə minər sınıq kəcavə, nə bacıların qan ağlar,

Nə gedər Dəmeşqə Zeynəb, nə yanar zəbanı, qardaş!

Nə cənazəmi kəfənsiz qoyasan qala, bəradər,

Nə xiyamdan hərəmlər gələ qətligaha yeksər,

Gedəcək başım cüdada, qalacaq bürəhnə peykər,

Bu Hüseyn vətən edibdir belə qəm fəzanı, qardaş!

Nə Səkinə at döşündə dolanar bəla çölündə,

Tapacaq bü rəhnə nəşi əxa, Kərbəla çölündə,

Əli Əkbərimdi qurbani-həqqə bu Mina çölündə,

Cəm eylə məgər sözüm var bağa şamiyanı, qardaş!

Məni qovma sən qapından, şahi-Kərbəla, amandır,

Əli Əsğərin başına məni xeymədə dolandır,

Əli Əkbərə qulamam, bu qapında daldalandır,

Eylərəm təsəddüq Əkbər başına bu canı, qardaş!

Əzəl al bu tiği məndən, yola sal məni şahənşah

Gedərəm Nəcəf çölündə edərəm babamı agah,

Deyərəm Hüseyn qovubdur qapıdan məni çəkim ah,

Ucalar dəri-Əlidən dilimin fəğanı, qardaş!

Ver icazə qana ol boyanım bu Kərbəlada,

Səri pa kuyi Hüseynim görə bilmərəm cidadə,

Kəsilər uzun bu qollar qala peykərim arada

Tökərlər Fəratın üstə yerə ləxtə qanı, qardaş!

Sən həzrət Əbulfəzl edərəm bu dərdi izhar,

Neçə ildi mən dəxiləm sənə,et nəzər, ələmdar,

Yatışıbdı damənindən gözü yaşlı xırda qızlar,

Eylədim bu eşqi sabit sənə bir də anı, qardaş!


Əbəlfəzlin dililə


Məşgim olub gözüm kimi tiri-qəmə nişan, Hüseyn!

Saldı məni üqabidən torpağa Kufiyan, Hüseyn!

Əynimə geymişəm əxa, qırmızı güllü camə mən,

Səy elədim su məşgimi ta yetirəm xiyamə mən,

Heyf ola xali oldu məşk, yetmədim indi kamə mən,

Gəl bu fədayi-eşqini etgilən kamiran,Hüseyn!

Yarələrin əziyyəti olsa da gəlmərəm dilə,

Qanilə-gözlərim dolub, yanam əxa, bu nisgilə,

Yoxdu bu çöldə bir nəfər gözlərimin qanın silə,

Başımın üstə əzm elə halım olar əyan, Hüseyn!

Gözlərimi tutubdu qan, xeymədə çox yubanma gəl,

Başda əmud yarəsi, qalmadı peykərimdə əl,

Gözlərimi nişan edən əllər ola həmişə şil,

Qollarım qayimin məni eylədi natəvan, Hüseyn!

Peykərimin qanı axır yoxdu qiyama taqətim,

Ğütəvər olmuşam qəmə, vardı ürəkdə hacətim,

Nail elə məramıma şəmi-şəb səadətim,

Şirüvi damə saldılar ləşkəri Kufiyan, Hüseyn!

Ey atamın nişanəsi, pərçəmin oldu sərnigun,

Düşmənim həddən keçib, cismim olubdu qərqi-xun,

Başımı istəyir kəsə ləşkər pəstü-rəzilü-dun,

Gəl kəsə başımı ədu məqdəminə inan, Hüseyn!

Qan düzülüb dodağıma ey gözümün ziyası, gəl,

Başımın hər qədər ola xoşdu bu ibtilası gəl,

Qardaşının bu vəqtidə ərşə yetir nəvası gəl,

Qoyma qəmində qızları eyləllər fəğan, Hüseyn!

Düşcək üqabidən yerə dövrəmi aldı Kufiyan,

Aldı araya nəşimi bir neçə din evin yıxan,

Şiri-Xida nişanə səni oxlara olmuşam nişan,

Sındı əmudilə başım cari olubdu qan, Hüseyn!

Qızları qoyma xeymədə çox gələ ahü-şivənə,

Başın üstə çox gülür, düşmənim əl çalır mənə,

Başımın üstə tez yetiş, çoxdu sözüm deyim sənə,

Şahidim olar qollarım, vermişəm imtahan, Hüseyn!



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə