Məşhədi Feyruz Bağırlı



Yüklə 6,65 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix27.10.2018
ölçüsü6,65 Mb.
#75801
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 
55
Şeyx Xorasan piri 
 
Culfa rayon mərkəzindən 37 km-lik məsafədə  Əlincə çayının hər iki sahilində Xanəgah kəndi 
vardır. Kəndin yaxınlığında okean səviyyəsindən 2.000 metr yüksəklikdə XII əsrin möhtəşəm istehkamı 
Əlincə qalası yerləşir. Qala ilə üzbəüz çayın sol sahilində  qədim Paradaş  şəhərinin xərabəlikləri 
qalmaqdadır.  
Orada Azərbaycan xalqının filosofu, hürufilik təriqətinin bilicilərindən olmuş, Astaabadlı  Şeyx 
Fəzullah Nəiminin məzarüstü sərdabəsi vardır. Bununla yanaşı orada XIV əsrdə tikilmiş  və  dəfələrlə 
bərpa olunmuş Şeyx Xorasan piri (xanəgahı) yerləşmişdir.  
Hürufilik təriqəti altında xarici işğalçılara qarşı Azərbaycanda baş vermiş xalq hərəkatları 
tarixinə  nəzər salsaq, həmin xanəgahın monqol işğalçılarına və teymurilərə qarşı baş vermiş 
mübarizələrdə görkəmli mövqe tutduğunu güman etmək olar (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-
1992. səh. 49). 
Kəndin yaranmasına səbəb bir tərəfdən  ərazidəki mövcud Xanəgahla, digər tərəfdən isə Cahan 
xanın qədim Paradaş şəhərindəki iqamətgahı ilə bağlıdır.  
Haliyyədə Xanəgah kəndində 1.212 nəfər (2005-ci il. st. məl.) əhali yaşayaraq heyvandarlıq və 
bağçılıqla məşğuldurlar. Kəndin əhalisi qonaqpərvər, əməksevər və uzunömürlüdürlər.  
Xanəgah kəndində XVIII əsrdən qalma hamam, XVI əsrdən qalma məscid, XIX əsrdə qazılmış 
kəhriz quyuları və s. vardır.  
Şeyx Xorasan piri kəndin yaxınlığındakı  qədim Paradaş (xəzinə deməkdir)  şəhərinin xərabəlik 
yerindədir. Burada qədim memarlıq abidələrindən məscid, mədrəsə  və  məzarüstü sərdabə tikililəri 
vardır.  
Şeyx Xorasan piri iki mərtəbəli olmuş, iki tağlı giriş qapısı üzərində divarda ərəbcə yazılmış 
kitabə vardır.  
Kitabənin tərcüməsi belədir:-“Bu müqəddəs, mübarək məqbərənin tikilməsinə öz xüsusi malı 
hesabına əmir, usfəhsalar (baş sərkərdə), qüdrətli, böyük alim, adil, dinin və dövlətin xoşbəxtliyi, islam 
və müsəlmanların gözəlliyi, hökmdarların və sultanların qılıncı, hər iki müqəddəs yerin (Məkkə  və 
Mədinənin) şöhrəti, hacc zəvvarı və iki müqəddəs, mübarək məkanın dayağı Uluğ Qutluq Lalabəy əs-
səfvəti (sufi)  (Sufi-ərəbcə yun (cod) paltarlı adam (mömün) deməkdir. Həmin söz həm də, orta əsr türk 
dilli Qafqaz oğuzlarının ləhcəsində “əlifba” deməkdir ki, Hurifi təriqətindəki müsəlmanların 32 hərflik 
ana dilində yazı əlifbaları olmuşdur və sonradan farslaşdırılmışdır. A. Belov “Ateistin cib lüğəti”. Bakı-
1984. səh. 252).-Allah onun kölgəsini  əsirgəməsin. Bu imarətin (mədrəsənin) (Orta  əsrlərdə 
Azərbaycanda sufi müsəlman təriqəti geniş yayılaraq, Astaabadlı filosof Fəzlullah Nəiminin dərs dediyi 
mədrəsə  nəzərdə tutulur) memarı hörmətli və alicənab Xacə  Cəmaləddinindir ” (M. Nemət 
“Azərbaycanda pirlər”. Bakı-1992. səh. 50). 
Xanəgahda əsas binaya bitişik olan sərdabə də üstü qara örtüklə örtülmüş məzar, divarda isə ərəb 
əlifbası ilə yazılmış kitabələr vardır. Kitabələrin tərcüməsi belədir;-“Rəhimli, mərhəmətli Allahın adı 
ilə! Həmd olsun Ona-aləmlərin Rəbbinə, rəhimli, mərhəmətli olana, haqq-hesab gününün sahibinə. Biz 
yalnız Sənə ibadət edirik və yalnız Səndən də, kömək diləyirik. ”  
“O bəndələr ki, “Pərvərdigara biz həqiqətən Sənə iman gətirmişik, günahlarımızı bağışlayıb bizi 
cəhənnəm əzabından qoru deyərlər.  
Və o, bəndələr ki, səbr edən, doğru olan, Allaha ibadət edən, mallarından fəqirlərə verən və sübh 
vaxtı Allahdan bağışlanmaq diləyənlərdir (Quran “Fatihə” (1) surəsi, ayə 1-5, “Ali-İmran” (3) surəsi, 
ayə 16-17”). 
XIII  əsrin axırlarında (1387-ci ildə)  ərazidəki  Əlincə qalasında Orta Asiya hakimi əmir 
Teymurun qoşun dəstələri yerli İnsanları öldürmüşlər. Əmirin oğlu Miranşahın əmri ilə Azərbaycanın 
görkəmli adamları  qətlə çatdırılmış, kişilər vəhşiliklə öldürülərək qadınlarla uşaqlar isə  Səmərqəndə 
sürgün edilmişlər.  
Dövrünün görkəmli  şair-filosofu  Şeyx Fəzlullah Nəimini miladi tarixi ilə 1394-cü ildə  Əlincə 
qalası yaxınlığında edam etmişlər (Ə. Rəhimov “Nəiminin öldürülməsi barədə  İmadəddin Nəsiminin 
“Maddeyi-tarix” kitabı, Azərb. SSR. E. A. -nın məruzələri, XXXI cild, 1975. səh. 89). Naxçıvan xalqı 
mərhumun cənazəsini gizlin sürətdə aparıb xanəgahda (pirdə) dəfn etmişlər. . .  


 
56
Hicri tarixi ilə 901-ci ildə Naxçıvan çuxurunda yaranmış müxtəlif dini təriqətlərə qarşı etiraz 
nümunəsi kimi savaşlar olmuşdur. Burada şiə müsəlman məzhəbiundə olanlar, sünnə  məzhəbində 
olanlara qarşı çıxaraq, Nuh yurdu ərazilərindən onları (təriqətçiləri) qovmuşlar.  
Həmin dövrlərdə Naxçıvana Xorasandan Şeyx Hacı Lələ Məlik adlı müşteyid gələrək, ərazidəki 
müxtəlif təriqətləri qadağan etmiş, yalnız  şiə  məshəbini elan etmişdir.  Şeyx, Xanəgahdakı  sərdabəni 
ziyarət edərkən qəflətən ömrünü tamamlayaraq orada da,dəfn olunmuşdur.  Şeyxin məzarı üzərindəki 
daş kitabənin  ərəbcədən tərcüməsi belədir;-“Bu cənnət (məqbərə), səxavətli, kamil, mükəmməl alim, 
şeyx hacıların və iki müqəddəs məkanın (Məkkə ilə  Mədinənin) iftixarı, xalqlar arasındakı tayfaların 
(sufiliyin) mürşüdi, Allahı tanıyanların şeyxi, Hacı Lələ Məlikindir. Tikinti əzəmətli, kəramətli, xatun, 
Xond Bikə Xatunun-onun isməti artıq olsun-səyi ilə doqquz yüz birinci ildə tamam oldu” (miladi tarixi 
ilə 1495-ci ildə).  
Kitabədə adı çəkilən Şeyx Hacı Lələ Məlik, dövrünün böyük şeyxi olmuş və müqəddəs diyarda 
(Burada, Nuh yurdu-Naxçıvan müqəddəs torpaq əraziləri kimi nəzərdə tutulur) sufilik nəzəriyyəsini 
yayan  Şeyx  Əbu Ömər Nəşəvinin övladlarından (müridlərindən) biri olmuşdur (M. Nemət 
“Azərbaycanda pirlər”. Bakı-1992. səh. 51). 
Şeyx Xorasan piri, haliyyədə Naxçıvanın tarixi memarlıq incilərindən sayılır. Dövlət tərəfindən 
bərpa olunmuş, Mədəniyyət və Turizm Nazirliyində qoruq kimi qeydə alınmışdır.  
 
Xanəgah kəndində başqa bir ziyarətgah vardır ki, bura gələn ziyarətçilər həmin yerdə qurbanlar 
kəsərək ehsanlar verərlər. Həmin pirin yanında köhnə məscid binasının divarında hörülmüş daş üzərində 
ərəbcə kitabə vardır. Kitabənin üzərindəki yazı hərfləri bir neçə yerdən qopub korlandığından oxunuşu 
çətinlik yaradır.  
Daş kitabənin tərcüməsi belədir;-“Bu  şərəfli künbəzin bina olunmasını sahib əl-əzəm Hacı 
Məhəmməd bin mərhum, xoşbəxt  şəhid,  əmir Səyyid  Əhməd  əl-uğlaşami, vəfat etmiş, oğlu  Əmirxan 
üçün ən böyük sultan Cahanşah Bahadur xanın vaxtında-(Allah onun hökmranlığını əbədiləşdirsin)-əmr 
etmişdir.  
Və adı çəkilən bani (Hacı Məhəmməd) dəvət edən (ziyarətgaha çevrilmiş)-məqbərəyə üç “şeyi” 
vəqf (Vəqf-ərəbcə ümumxalq üçün istifadə olunan mülk, mal, kitab və sairədir) etmişdir. . . əkilmiş yer. . 
. bu dəfn yeri olan kümbəzə ildə. (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-1992. səh. 51). (Təcümədəki 
nöqtələrin yeri daş kitabədə ovularaq korlanmışdır).  
Mümkündür ki, daş kitabədə adı  çəkilən Səyyid  Əhmədin məzarı orada olsun. Lakin zamanın 
hökmü ilə mərhumun məzarı itsə də, adamlar oranı inanc yeri kimi ziyarət edirlər.  
Qaraqoyunlu hökmdarı Cahan şah (1436-1467) Nuh yurdunda bir çox tarixi memarlıq abidələrini 
tikdirərək nəsillərə yadigar buraxmışdır. Kitabədə adı çəkilən “xoşbəxt şəhid” ləqəbli sərkərdə Səyyid 
Əhmədin nəvəsi Əmirxan olmuş, vəfat edərkən həmin məqbərə (Şeyx Xorasan xanəgahı) və Əmirxanın 
dəfn olunduğu yer (məscid binası) onun tikilməsi tarixini çox-çox əvvəllərə aparır.  
Qeyd etmək lazımdır ki, Cahanşah “Həqiqi” təxəllüsü ilə ana dilimizdə şeyrlər yazmış, dövrünün 
mədəni irsinə qayğı göstərmişdir.  
Belə ki, onun Təbriz şəhərində tikdirdiyi “Göy məscid” (miladi 1465-ci ildə) binası, Ön Asiyada 
ən nadir və əvəzolunmaz memarlıq əsəridir (M. Nemət “Azərbaycanda pirlər”. Bakı-1992, səh. 53).  
Xanəgah kompleksindəki son vaxtlar aşkar olunmuş daş kitabələrdən göründüyü kimi, burada 
(ərazidə) sufilik təlimi XVIII əsrin sonu və XIX əsrin  əvvəllərinədək qalmış, sonradan isə onun 
fəaliyyəti dayandırılmışdır.  
Lakin bütün bunlara baxmayaraq bu günə kimi müxtəlif təriqətli mömin zəvvarlar həmin ənəni 
davam edirlər (H. F. Səfərli “Naxçıvan ziyarətgahları”. Bakı-1998. səh. 42). 
1985-90-cı illərdə xanəgahda (pirdə) aparılmış  bərpa zamanı  Fəzlullah Nəiminin məzarüstü 
yazılı daş kitabəsi yoxa çıxmış, oradakı çoxsaylı əlyazma kitablar aparılmışdır.  
Sovetlər dövründə ateizm təbliğatı güclü olduğundan bir çox müsəlman ölkələrindəki dini, tarixi 
mədəniyyət nümunələri aparılaraq xaçpərəst ölkələrinin muzeylərində nümayiş olunmaqdadır (1941-ci 
ildə  Səmərqənddə  Əmir Teymurun məzarı açılaraq, oradan məhrumun qılıncı, tacı ilə birlikdə  kəllə 
sümüyü də, Leninqraddakı Ermitaj muzeyinə aparılmışdır). 
“(Allah) onları doğru yola müvəffəq edəcək, onların  əhvalını (dünyada və axirətdə) 
düzəldəcəkdir. Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.”  


Yüklə 6,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə