Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix28.03.2022
ölçüsü0,92 Mb.
#84786
1   ...   27   28   29   30   31   32   33   34   35
Maşınşünaslıq (Mühazirələr) (1) (1)

 

 

ATOM STANSİYALARI VƏ ONLARIN İŞİ BARƏDƏ 

 

Nüvə enerjisi artıq demək olar ki, dünyanın əksər İnkişaf Etmiş Ölkələrinin diqqət 

mərkəzindədir. Bəzi ölkələr elektrik enerjilərinin böyük bir qismini nüvə 

stansiyalardan əldə edirlər. Məsələn, Fransa Beynəlxalq Atom Enerjisi 

Agentliyinin məlumatlarına görə, elektrik enerjisinin 75 faizini nüvə enerjisindən 

təmin edir. Amerika isə enerjisinin 15 faizini buradan ödəyir, lakin bəzi 

bölgələrində stansiyalar daha sıx şəkildə enerji istehsalı etməkdədir. Dünya 

miqyasında isə 400-dən çox nüvə stansiyası var və təkcə Amerikada bunların 100-

dən çoxu yerləşir. 

Bir nüvə stansiyası qurmaq üçün ən başlıca göstərici zənginləşdirilmiş urana 

ehtiyacın təmin edilməsidir. Bu uran növləri U-235 başda olmaqla, U-233, U-238 

və Plutonium P-239 və P-241-dir. Uranın parçalanması nəticəsində ortaya çox 

yüksək miqdarda enerji çıxır. Bu parçalanma üçün neytronlar yüksək sürətlə uran 

elementinin nüvəsinə çırpılır. Toqquşma nüvənin xaotik hərəkətə keçməsinə və 

daha sonra böyük bir enerji istehsal edən bölünməyə səbəb olur. Baş verən 

parçalanma nəticəsində mühitə neytronlar yayılır. Bu neytronlar digər uran 

nüvələrinə çırpılaraq, parçalanmanı elementin hər atom nüvəsində reallaşdırana 

qədər davam edir. Əmələ gələn enerjiyə nəzarət edilmədikdə isə ölümcül fəlakətlər 

baş verir.  

 Buna nəzarət etmək üçün reaktorlarda tərkibində çoxlu sayda neytronlar saxlayan 

və reaksiyaya girməsini maneə yaradan modullar var. Onun sayəsində idarə olunan 



parçalanma zənciri yaradılır. Nüvə stansiyanın daxili quruluşuna baxdıqda görərik 

ki, uranın parçalanması nəticəsində yaranan enerji su buxarının çox yüksək 

temperatura qədər isidilməsini təmin edir. Yüksək temperaturlu bu buxar, elektrik 

generatoruna bağlı olan turbinlərə (içərisində buxar, qaz və ya axar suyun enerjisi 

mexaniki qüvvəyə çevrilən mühərrik) verilir. Turbin divarlarına çırpılan yüksək 

enerjili buxar, məlum olduğu şəkildə turbin vallarını çevirir və generatorun elektrik 

enerjisi istehsalını təmin edir. Generatorda yaranan elektrik isə kabellər vasitəsiylə 

istifadə ediləcəyi yerə göndərilir. Turbindən çıxan təzyiq və istiliyi azalmış buxar 

təkrar istifadə üçün sıxlaşdırıcıya ötürülür, su halına gəldikdən sonra təkrar 

parçalanma ilə yaranacaq enerji ilə isidilib buxar halına gətirilir və dövr davam 

edir. 

Nüvə stansiyalarının problemləri nələrdir? 



Yaxşı tikilmiş nüvə stansiya elektrik istehsalında əhəmiyyətli üstünlüklərə 

malikdir. Daş kömür istifadə edən elektrik stansiyaları ilə müqayisə etdikdə daha 

təmizdir və atmosferə daha az radioaktiv tullantı buraxır. Daş kömürdən atmosferə 

atılan tonlarla karbon, kükürd və digər elementlər, yaxşı işləyən nüvə stansiyasına 

nisbətdə daha çox çirkləndirici təsir yaradır. Bu baxımdan enerji istehsalında nüvə 

enerjisi son dərəcə təmiz olaraq xarakterizə edilir. Amma buna baxmayaraq, bəzi 

problemlər də mövcuddur. 

 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə