Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
96
batda tədbirin bütün mərhələlərinin, qəbul olunmuĢ qərarların iĢıq-
landırılması nəzərdə tutulur. Bu janra informasiyanın elə cəhətləri
xasdır ki, redaksiyalara - “xüsusi” hesabat, “elmi” hesabat an-
layıĢlarından istifadə etməyə imkan verir.
İntervü mətbuatda çap edilmək üçün müxbirin bir və ya bir
neçə Ģəxslə apardığı müsahibədir. Müsahibə materialının Ģərhi
(ifadəsi, xülasəsi) verilmiĢ suallara cavablar Ģəklində təqdim olu-
nur.
Reportaj mühüm informativ janrlardan biridir. Reportajlar-
dan baĢ vermiĢ hadisə sənədlərlə, faktlarla, Ģahid ifadələr ilə real
Ģəkildə əks edilir.
Analitik - təhlili janrlar aĢağıdakı növlərlə təmsil olunur: mə-
qalə, korrespondensiya (müxbir məlumatı, məktubu), Ģərh, resen-
ziya, icmal.
Analitik janrlar daha miqyaslı və əsaslı olaraq jurnallarda
aparıcı mövqe tutur. Onların məqsədli istiqamətlənməsi eynitipli
hallara mənsub olan faktlar məcmusunun dərin tədqiqini, hərtərəf-
li təhlilini verməkdir.
Analitik materiallarda faktların Ģərhi, müqayisəsi, qarĢılıqlı
əlaqəsi və qarĢılıqlı asılılığı, məntiqi nəticələrin, nəzəri ümumiləĢ-
dirmələrin, təcrübi məsləhətlərin mövcudluğu mütləqdir. Elmi mə-
qalənin konkret növündən və elmi araĢdırmanın sahəsindən asılı
olmayaraq, məna aspektlərinin aĢağıdakı stukturu üzə çıxır: təd-
qiqatın predmeti və yaxud mövzusu, tədqiqatın aparıldığı elm sa-
həsi, tədqiqatın
məqsədi, predmetə baxıĢ
tərzi və yaxud predmetin
nəzərdən keçirildiyi tərəf, tədqiqat obyektinin təyinatı, tədqiqatın
növü, tədqiqatın metodu, istifadə olunan materiallar, tədqiqatın
aparıldığı Ģərait, konkret nəticələr, tədqiqat nəticəsində təklif
olunmuĢ obyektin texniki səmərəliliyi, tədqiqatın iqtisadi cəhəti
(tərəfi), əsaslandırılmıĢ obyektin dəyəri.
Resenziya (tənqidi rəy) müxtəlif profilli jurnallar üçün geniĢ
yayılmıĢ analitik janrdır. Resenziyalar üzərində iĢləyərkən redak-
tor bu anaitik qrupun bütün janrlara münasibətdə irəli sürülən
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
98
Faktik material üzərində iĢ zamanı müəllifin həll etdiyi əsas
vəzifələr aĢağıdakılardan ibarətdir:
1.
Faktik materialın davamlılığının, onun mühümlüyünün,
yeniliyi baxımından qiymətləndirilməsi;
2.
Faktiki materialın kifayət qədər tam təmsil olunub-olun-
mağının qiymətləndirilməsi;
3.
Faktların dəqiqliyinin və həqiqiliyinin qiymətləndirilməsi.
Sitatlar faktik materialın xüsusi formalarındandır. Elmi
məqalənin, xüsusilə icmal məqaləsinin redaktoru qarĢısında adətən
onların prinsipial zəruriliyi haqqında məsələ durmur. Elm varislik
əsasında inkiĢaf etdiyi üçün sələflər tərəfindən aparılmıĢ araĢ-
dırma nəticələrinin iqtibas məqalə olunması çox zaman labüddür.
Ġqtibaslar məqalə müəllifi üçün öz nəzəri müddəalarını inkiĢaf
etdirməkdə istinad, dayaq rolunu oynayır. Bu iqtibasların məz-
munundan çıxıĢ edərək, nəzərdən keçirilən halın və yaxud hadisə-
nin obyektiv surətdə səciyyələndirilməsi və nəticələrin formalaĢdı-
rılması üçün zəruri olan inandırıcı sübutlar sistemini qurmaq olar.
Müəllifin gətirdiyi ayrı-ayrı mühakimələrin, habelə güman olunan
nəticələrin əsaslandırılması sübutu üçün də iqtibaslardan istifadə
oluna bilər. Bütün hallarda istifadə olunan iqtibasların sayı
optimal olmalıdır.
Əsərin qurulması hər Ģeydən öncə onun məqsədli təyinatının
yerinə yetirilməsini, çatdırılan informasiyanın oxucu tərəfindən
asanlıqla və dəqiq qavranılmasını təmin etməlidir. Əsərin kom-
poziyası nəzərdən keçirilərkən onun tərkib hissələrə (
giriş, əsas
hissə və nəticə) ayrılması məqsədəuyğundur. Təbiidir ki, baĢlıca
vəzifələrdən biri əsas hissənin qurulmasının qiymətləndi-ril-mə-
sindən ibarətdir. Onun həlli zamanı redaktor
mətnlərin struktur xü-
susiyyətlərini (təhkiyəvi, təsviri və mühakimələr üzərində qurul-
muĢ) nəzərə almalıdır. Təhkiyələrin və təsvirlərin qiymətləndiril-
məsi zamanı baĢlıca diqqəti aĢağıdakılara yönəldirlər: əsas faktlar
nə dərəcədə uğurla seçilmiĢdir, mahiyyət aydındırmı, Ģərhin zəruri