Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
99
ardıcıllığına əməl olunurmu, bir hadisənin digəri ilə bağlılığı baĢa
düĢülürmü?
Mühakimələr nəzərdən keçirilərkən mühakimə və nəticə ara-
sındakı struktur asılılığına istinad edilir. Əgər mühakimədə nə isə
sübut olunursa, dəlillərin dəqiqliyi yoxlanılır. Təsviri səciyyəli
mətnlərdə tərkib hissələrin faktiki materiallının yoxlanılması, mü-
hakimələrdə isə bir fikrin digərindən törəməsinin qiymət-lən-diril-
məsi həlledici əhəmiyyət kəsb edir.
Qeyri bədii ədəbiyyat əsərlərinin strukturu materialın ifadə
olunmasının ardıcıllığı, onun müxtəlif hissələrinin qarĢılıqlı müna-
sibətlərinin məntiqiliyi və mütənasibliyi ilə fərqlənir. Bu struktur
predmetin inkiĢafının xarakteri və daxili məntiqi, əsərin janr xü-
susiyyətləri, eləcə də, müəllifin ifadə tərzi ilə Ģərtlənir.
Qeyd etdiyimiz kimi, janrından, həcmindən asılı olmayaraq
məqalələri üç tərkib hissəyə ayırmaq olar: giriĢ, əsas hissə və nəti-
cə.
Əsərin giriş qismi oxucunu materialı qavramağa hazırlamalı-
dır. Burada müəllif əsərin məzmununu, onun nəzərdən keçirilmə-
sinin aspektlərini qeyd etməlidir. Redaktor bu hissənin yığcam
halda əsərin əsas məzmununu təkrar etməməsinə nəzarət etməli-
dir. Əsərin bu hissəsi oxucuda əsərə məqsədyönlü maraq oyatma-
lıdır.
Əsərin əsas hissəsinin vəzifəsi müəllif konsepsiyasını tam
həcmdə əks etdirmək, əsərin məzmununu bütövlükdə açmaq, onun
ideyasını gerçəkləĢdirməkdir. Bu struktur hissəsi predmet və
yaxud hadisə haqqında material müəllifinin ifadə etdiyi tədqi-qatın
təhlili və sintezi əsasında yeni biliyin formalaĢmasına xidmət
edir.
Əsərin nəticə qismi oxucu qavrayıĢının məntiqi və psixologi-
yası baxımından zəruri olan sonluq rolunu oynayır. Burada araĢ-
dırmanın nəticəsinə yekun vurulur, əsas nəticələr qısaca və dürüst
ifadə olunur, məsləhətlər verilir, məsələnin bundan sonra da araĢ-
dırılmasının mümkün yolları göstərilir.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
100
Bəzən elmi jurnallarda nəzərə çatdırılması önəm kəsb edən
hər hansı bir fikir, ifadə və ya cümlə səhifənin kənarında verilərək
fərqləndirilir (Əlavə 30).
Əsərin stukturunun redaktor tərəfindən qiymətləndirilməsi-
nin baĢlıca meyarları məzmunun ifadə olunmasının bütövlüyü, sis-
temliliyi, tələblərə uyğunluğu və əlaqəliliyidir. Tamlılıq prinsipi
əsərin strukturunun qiymətləndirilməsinin dialektik vəhdəti kimi
yanaĢılmasını, onların qırılmaz Ģəkildə və qarĢılıqlı əlaqədə nə-
zərdən keçirilməsini tələb edir. Bu baxımdan elmi məqalənin
strukturu onu təĢkil edən bütün komponentlərin vəhdəti, struktu-
run hər bir elementi isə bütövlükdə məqalənin bir qismi kimi təm-
sil olunmalıdır. Bu prinsipin pozulması materialın ifadə olunma-
sında sistemsizliyə gətirib çıxarır.
Sistemlilik meyarı məqalənin vahid məntiqi strukturunu ay-
dınlaĢdırmaq, onun ayrı-ayrı fraqmentlərini sistemin qarĢılıqlı əla-
qədə və qarĢılıqlı hərəkətdə olan elementləri kimi təqdim etmək
imkanı verir. Həmin meyar ciddi qüsuru elmi məqaləni təĢkil edən
müxtəlif elementlərin formal, mexaniki cəhətdən birləĢdirilməsini
görmək və vaxtında aradan qaldırmaq imkanı yaradır.
Uyğunluq meyarı bu və ya digər mətn fraqmentinin həcmi-
nin onun məna əhəmiyyətinə, dərk olunma həcminə uyğunluğunun
müəyyənləĢdirilməsini nəzərdə tutur. Bu prinsip əsərin struktu-
runu onun mətnin oxucu tərəfindən qavrayıĢı xüsusiyyətlərinə uy-
ğunluğu baxımından qiymətləndirmək imkanı verir.
Bağlılıq meyarı materialın sistemləĢdirilməsinin müəllif
prinsipini, mətnin müxtəlif hissələrinin mütənasibliyinin xarakteri-
ni, müəllif tərəfindən seçilmiĢ ifadə olunma ardıcıllığının səmərə-
liliyini aydınlaĢdırmaqda redaktora yardım edir.
Redaktor əsərin strukturu üzərində iĢləyərkən müəllifə mate-
rialın təqdim olunması ardıcıllığına, ayrı-ayrı fraqmentlərin nisbə-
tinə dəyiĢikliklər etməyi təklif edə bilər. DüzəliĢ zamanı mətnin ti-
pinin nəzərə alınması vacibdir. Belə ki, ifadənin təsviri tipi məz-
muna xələl gətirmədən mətnin müxtəlif hissələrinin yerinin dəyiĢ-
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
101
dirilməsini mümkün hesab edir. Hekayə səciyyəli mətndə yerdə-
yiĢmələri yalnız ifadədə xronologiyanı qorumaq Ģərtilə etmək olar.
Əlyazmanın ədəbi səviyyəsi onun kommunikativ dəyəri,
müəyyən üsluba və dil normalarına uyğunluğu mövqelərindən qiy-
mətləndirilir.
Təhlil gediĢində dil-üslub normalarının və üslubun müəllifə
xas olan fərdi üsullarının pozulmasını fərqləndirmək lazımdır. Bu,
redaktoru fərdi zövqlərinə uyğun olan düzəliĢlərdən çəkindirər,
müəllif ifadəsinin redaktor ifadəsi ilə əvəzlənməsi təhlükəsini ara-
dan qaldırar.
Elmi məqalədə istifadə olunan leksik vasitələrin fərqləndirici
xüsusiyyəti ondan ibarətdir ki, bu vasitələr böyük məna tutumu
olan, semantik cəhətdən yüklənmiĢ sözlərin yüksək faizinə malik-
dir. ÜmumiləĢdirici sözlərdən də istifadə olunması səciyyəvidir.
Bu cür sözlər tədqiqatın gediĢini və nəticələrini xülasə etmək üçün
lazım olur. Mətnlərdə terminlər və terminoloji söz birləĢmələri
mühüm yer tutur. Bunlar informasiyanın tutumlu, aydın və lako-
nik tərzdə ifadə olunmasına, bu informasiyanın birmənalı surətdə
baĢa düĢülməsinə yardım edir. Redaktordan terminologiyanın
standartlaĢmasına, dövriyyəyə ilk dəfə daxil olunan, lakin mətnin
kontekstindən anlaĢılmayan terminlərin izahına nail olunması tə-
ləb edilir.
Terminoloji məntiq xeyli dərəcədə çoxmənalılıq xüsusiyyəti-
nə malik olduğuna görə yalnız yeni deyil, habelə hamı tərəfindən
qəbul olunmuĢ terminləri də, izah etmək, onların müəllif tərəfin-
dən hansı mənada iĢlədildiyini sübut etmək zərurəti meydana çıxa
bilər.
Ġfadənin qrammatik - üslubi vasitələrinin qiymətləndirilməsi
redaktordan böyük diqqət tələb edir. Ġnformasiyanın tezliklə və
adekvat surətdə qavrayıĢına adətən düzgün qrammatik formaya
malik olan sadə bitmiĢ cümlələr yardım edir. Daxili əlaqələrin
xeyli sayı ilə seçilən mürəkkəb, yüklənmiĢ, ağır cümlələr mətnin
baĢa düĢülməsini çətinləĢdirir. Oxucu bu cür mətni nəzərdən keçi-
Dostları ilə paylaş: |