Metodoloji İzahat nəqliyyat sektorunda yük daşınması


Ümumi istifadədə olan avtomobil yollarının uzunluğu



Yüklə 61 Kb.
səhifə17/17
tarix10.05.2022
ölçüsü61 Kb.
#86441
1   ...   9   10   11   12   13   14   15   16   17
methodology az

Ümumi istifadədə olan avtomobil yollarının uzunluğu. Ümumi istifadədə olan avtomobil yollarının uzunluğuna şəhərlərin küçələri və sənaye, tikinti, kənd təsərrüfatı və sair təşkilatlara məxsus olan yollardan başqa, ölkənin bütün yol şəbəkəsi daxil edilir. Təhkim edilmiş və fərdi yollara texnoloji, xüsusi və fərdi ehtiyaclar üçün müəssisə, birlik və təşkilatların, kənd (fermer) təsərrüfatının, işgüzar adamların, birliklərin və sair təşkilatların istifadəsinə verilmiş yollar aiddir. Avtomobil yolları örtük şəraitinə görə bərk örtüklü və torpaq yollarına bölünür və əhəmiyyətinə görə dövlət əhəmiyyətli və yerli əhəmiyyətli yollar hesab olunur.
Trolleybus xətti - trolleybus nəqliyyat vasitəsinin hərəkət etməsi üçün çəkilmiş elektrik xətləri (havada) nəzərdə tutulur. Trolleybus xətlərinin istismar uzunluğu qoşa xətt hesabı ilə hesablanır və trolleybusların marşrutu üzrə təyin edilmiş və geriyə dönmək üçün müəyyənləşdirilmiş hissəsi də əlavə edilir.
Tramvay yolları - tramvay nəqliyyatı vasitələrinin hərəkət etməsi və yalnız sərnişin daşınması üçün təchiz edilmiş relslər nəzərdə tutulur. Tramvay nəqliyyatında da geriyə dönmək üçün müəyyənləşdirilmiş hissə də əlavə edilir.
Magistral neft kəmərinin uzunluğu – neft axıtmaq üçün ölkənin ərazisindən keçən magistral kəmərin uzunluğuna görə hesablanır; birqat boru çəkilişinə görə kilometrlə ölçülür.

Magistral qaz kəmərinin uzunluğu – nasos stansiyasından ölkənin sənaye və paylaşdırıcı

müəssisələrinə qaz göndərmək üçün nəzərdə tutulmuş ayrı-ayrı qaz kəmərinin uzunluqlarının cəmi kimi hesablanır. Bu məlumatlara məişət istehlakçılarına qaz göndərən paylaşdırıcı şəbəkələrin uzunluğu daxil edilmir; birqat boru çəkilişinə görə kilometrlə ölçülür.
Yüklə 61 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə