Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


TƏQVANIN YETƏRLİYİ İMANLI ÖLÜMDÜR



Yüklə 1,5 Mb.
səhifə58/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   54   55   56   57   58   59   60   61   ...   91
Mead

TƏQVANIN YETƏRLİYİ İMANLI ÖLÜMDÜR


“Biharda”da bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Hər kəs bir ərəbin (yolçunun) səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən zaminəm.” Salman ərz etdi: “Ya Rəsuləllah, təqva ehtiyatı (tədarükü, yetərliyi) nədir?” Buyurdu: “Ölüm zamanı “La ilahə illəlah” demək. Əgər bunu desən, bizi görərsən, deməsən bizi də görməyəcəksən.”
Tovhid kəlməsini (la ilahə illəllah) deməkdə məqsəd iman və e”tiqadlı ölümdür. Əgər canvermə halında (səkərat) zəiflikdən dil danışmasa da, qəlbin imanı kifayətdir. Təlqini ürəkdən keçirmək kifayətdir.

ƏMƏLLƏRİN PUÇA ÇIXMASI


“Mühəmməd” surəsi, ayə 8: “Kafirlərə gəldikdə isə, hamısı məhv olsun-onların əməllərini puça çıxardar. Bu ona görədir gi, kafirlər Allahın nazil etdiyini (Qur᾽anı) bəyənmədilər, Allah da onların əməllərini puç etdi.”
Sadə desək, ömrünün əvvəlindən axırınadək xeyir işlər görmüş insan dünyadan imansız (Allaha inamsız) gedərsə, xeyir əməllərinin faydası yoxdur. Əgər bir kəs zərrə qədər yaxşı iş görmüşdürsə, xeyrini görəcəkdir. Qur᾽an ayəsinə istinad etsələr, cavab budur: Kafir halda ölən insan öz əliylə öz əməllərini puç etmişdir. Allahı (və Onun ayələrini) inkar etməklə əbədi savaba, Behiştə nail olmaq qeyri-mümkündür. Allah həmin adamın yaxşılıqlarının əvəzini elə həmin dünyada asan can verməklə, sağlamlıqla və s. ödəyir.

HATƏMİ TAİ VƏ ƏNUŞİRƏVANLA OD ARASINDA PƏRDƏ


Kafirin yaxşı əməlləri onun Cəhənnəm əzabını yüngülləşdirə bilər. Çünki səxavətdə məşhur Hatəmi Tai və ədaləti ilə tanınmış Ənuşirəvan Cəhənnəmdədirlərsə də, od onları yandırmır. Xeyir əməllər yalnız odla bu şəxslər arasında pərdə ola bilmişdir. Bir sözlə, dünyadan kafir gedənlərin əməli puçdur.

İMANSIZ ÖLÜMƏ APARAN GÜNAHLAR


Müxtəlif Qur᾽an ayələrində əməli puç edənlərdən şirk (Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç edirmi? Bəli, bə᾽zi günahlar barədə məxsus rəvayətlər vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. İnsanın ardınca ananın narazılıq ahı onun dağca əməllərinə od vurar. Digər günahlardan, böhtan imansızlığa səbəb olar. Başqalarının əziyyətinə, incidilməsinə bais olan həsəd də bu günahlardandır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə