Microsoft access 2010 veriLƏNLƏr bazasinin idarəetmə Sİstemi



Yüklə 125,56 Kb.
səhifə2/10
tarix02.05.2023
ölçüsü125,56 Kb.
#107958
1   2   3   4   5   6   7   8   9   10
Mühazirə 10

hesabi tipli verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (məsələn, "boyu 176 sm").

  • mətin tipli verilənlərdə qiymət sözə (simvollarla) ifadə olunur (məsələn, "qırmızı rəngli")

  • məntiqi tipli verilənlərdə qiymət məntiqi kəmiyyətlə (“yalan”, “doğru”) ifadə olunur (məsələn, "ikinin tək ədəd olması yalandır").

  • göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.

    Qeyd edək ki, proqramlaşdırmada verilənlər, həmçinin, say sisteminə, təsvir formasına,uzunluğuna görə də xarakterizə edilirlər.
    "İnformasiya" və "verilənlər" məna baxımından bir-birinə çox yaxın anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan, əsasən, idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müəssisənin kadrlar şöbəsində nəzərdən keçirilən hər bir əməkdaşı haqqında yuxarıda verilmiş elementlər verilənlərdir, bu verilənlər əsasında qurulmuş əməkdaşı əks etdirən verilənlər toplusu isə informasiyadır.
    Real informasiya sistemlərində çoxsaylı müxtəlif verilənlər saxlanılır. Belə sistemlərdə axtarışın hansı əlamətə görə aparılacağını qabaqcadan demək mümkün olmur. Lazım olan informasiyanın vaxtında tapılması yalnız kompüterlərin meydana çıxmasından sonra daha asan olmuşdur.
    Kompüterlərdə informasiyanı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur. Verilənlər bazası (VB) informasiyanın, yaxud verilənlərin nizamlı yığımıdır. Başqa sözlə, Verilənlər bazası (VB) dedikdə əsasən, müxtəlif xüsusiyyətli,müəyyən əlamətlərə əsasən qruplaşdırılmış eyni tipli elementlərə malik informasiya saxlanan yer başa düşülür. Adətən VB konkret şəkildə hər hansı predmet sahəsini əhatə edir. Predmet sahəsi dedikdə, artma prosesinin avtomatlaşdırılması üçün verilənlər bazasının yaradılmasını nəzərdə tutan real dünyanın bir hissəsi başa düşülür.
    VII Kompüterdə xüsusi formalı fayllarda saxlanılan informasiyadır.”Faylın formatı” termini komputer faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur.Verilənlər bazası (VB) informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.Məlumatların kompüterdə VII şəklində saxlanılması, həmin məlumatların çevik olaraq tapılmasına çap olunmasını, istifadəsini asanlaşdırır.
    Verənlər bazası strukturu, Verənlər sadə informasiya elementi-bitdən başlayaraq fayl və fayllar sisteminə qədər müxtəlif mürəkkibliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin strukturu əks etdirir.Verilənlərin strukturu hər bir informasiya elementinin ümumi xarakteristikasıdır.
    Verilənlərin strukturu onlar kompiterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki,verilənlərin səmərəli istifadəni təmin etsin.
    Verilənlərin struktur xarakteristikasına iki cəhətdən baxılır: məntiqifiziki cəhətdən Verilənlərin məntiqi strukturu həmin kompüterdən kənar təsviri və ya modelidir. Verilənlərin məntiqi sutrukturunu müəyyənləşdirilməsi,başqa sözlə, verilənlərin strukturlaşdrılması və onların əlverişli formatda verilənlər bazalarının layihələndirilməsinin əsasını təşkil edir. Verilənin fiziki strukturu ən kompüter yaddaşında yerləşdirilməsi sxemini təyin edir.
    Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir. Lakin struktur xassələri verilənlərin semantikasini və onlardan istifadə üsulların tam açmağa imkan vermir.Bunun üçün verilənlərin üzərindəki əməliyyatlar da müəyyən olunmalıdır və həmin əməliyyatlar verilənlərin sutrukturu ilə uyğunlaşdırılır.
    Verilənlərini modelləri yüksək dərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Bu o deməkdir hər bir verilən bu və ya digər kateqoriyaya aid edilə bilər. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlanır.Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmlıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsin.
    Verilənlərin struktur modelləşdirilməsi üçün klassik və onları əsasında yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir: iyerarxik, şəbəkə və relyasiya modelləri. Son illərdə yaranan və praktikada aktiv tətbiq olunan yeni modelə obyektyönlü model aid edilir. Bu nöqteyi nəzərdən verilənlər bazası struktura görə əsasən dörd modeldə verilir.

    Yüklə 125,56 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə