120
ilə əvəz etməklə, gerçəkliyin differensiyası yolu ilə onların
müxtəlifliyindən baş çıxarmağa imkan verir
76
.
Abstraktlaşdırma prosesi xarakterinə görə müxtəlifdir:
eyniləşdirmə abstraktlaşdırma, təcridedici abstraktlaşdırma və
sair.
Riyaziyyatçı və məntiqçi olan A.A.Markov tərəfindən
təklif edilən abstraktlaşmanın bu adları riyaziyyatda və
məntiqdə
tətbiq edilir. Eyniləşdirmə abstraksiyası
“ümumiləşdirmə abstraktlaşdırması” adı ilə fəlsəfi ədəbiyyatda
təsvir edilir
77
.
Eyniləşdirilmə abstraktlaşdırması zamanı bir-biri ilə
əlaqəli cisimlərin bütün fərqli cəhətlərindən təmizlənərək
birləşdirilməsi, eyniləşdirilməsi prosesi baş verir. Eyni
keyfiyyətli cisimlərin eyniləşdirilməsi nəticəsində onları əks
etdirən anlayışlar yaradılır. Təcridedici abstraktlaşdırma
zamanı cisimlərin ayrı-ayrı xassə və münasibətlərinin seçilib
ayrılmasından və onların adlandırılmasından söz gedir. Bu növ
abstraksiyalardan “həlledicilik”, “keçiricilik”, “etibarlılıq” və s.
anlayışları misal göstərmək olar. Təcridilik abstraksiyasının
eyniləşdirmə abstraksiyasından fərqi ondadır ki, birincidə
obyektin xassələr kompleksi, ikincidə isə obyektin bir xassəsi
təcrid edilərək götürülür.
Analiz idrak metodu kimi məzmunca tamı və ya
mürəkkəb hissəni onu təşkil edən tərkib hissələrinə fikrən
parçalamaq və onun ayn-ayrı tərəf, xassə və əlaqələrini seçib
ayırmaq üçün istifadə edilən üsul və qanunauyğunluqların
cəmidir. Hər hansı bir qanunauyğunluğu öyrənmək üçün bu
hadisənin özünün tərkib elementlərini mühüm və qeyri mühüm
xassələrinə uygun olaraq ayırmaq və onları ayrı-ayrı öyrənmək
lazımdır.
76
Г.И.Рузавин. О природе математического знания. Изд. «Мысль», М.,
1968, с.8-15.
77
С.А.Яновская. О философских вопросах математической логики.
«Проблемы логики». Изд. АН ССР, М., 1963, с.3-17.
121
Predmetin hissələrə bölünməsi həm fiziki cəhətdən, həm
də fikirdə mümkündü. Birinci halda bütöv hərfi mənada
bütövün onu təşkil edən komponentlərə parçalanmasıdır. Ikinci
halda isə fiziki cəhətdən deyil, yalnız hissələrə bölünmə
zamanı bütöv reallıqda necə mövcuddursa elə də qalır.
Təbiətdə, xüsusən qeyri-üzvi aləmdə, bütöv çox hallarda fiziki
olaraq hissələrə bölünür. Məsələn, kimyəvi birləşmələr
(molekullar) onları təşkil edən hissələrə-atomlara, ionlara və s.
bölünür. Canlı orqanizmlər də fiziki cəhətdən bölünə bilər.
Lakin bu halda ayrılan hissələrin xüsusiyyəti dəyişir: canlı
ölüyə çevrilir. Yalnız mücərrədləşdirmək yolu ilə, ağılın gərgin
analitik işi ilə bütövün hissələrini, tərəflərini ayırmaq olar.
Məhsuldar qüvvələrlə istehsal münasibətləri kimi əks
tərəflərin dialektik vəhdətini müəyyən etmək üçün istehsal
üsulunu tərkib elementlərinə ayırmaq, onu təşkil edən
əksliklərdən hər birini ayrılıqda tədqiq etmək lazımdır. Rus
alimi K.A.Timiryazev bitkiləri öyrənmək üçün onları əvvəlcə
fikrən ayrı-ayrı kök, gövdə, yarpaq kimi hissələrə ayırmağı
vacib hesab edirdi. Sonra, onları hüceyrələrə və hüceyrələri də
öz tərkib hissələrinə bölürdü. Bu bizim üçün ona görə
əhəmiyyətlidir ki, bu yolla biz bitkini təşkil edən saysız-
hesabsız maddələrin necə hazırlandıgını mikroskopik
laboratoriyaya nəzər salmaqla öyrənmiş oluruq.
78
Analiz idrak prosesinin başlanğıcıdır. Hər hansı bir
hadisəni öyrənmək üçün onun ayrı-ayrı hissələrini öyrənmək
kifayət deyildir.
Hər bir tamın dərk olunması prosesində biz onun
hissələrinin dərk edilməsini zəruri hesab edirik. Hissə sistemin
tərkibinə daxil olan nisbi müstəqilliyə malik olan
komponentdir. Tam isə öz aralarında qarşılıqlı surətdə
əlaqələnən hissələrdən təşkil olunan bir sıra yeni xassələrə
malik olan müəyyən sistemdir. Məsələn, su molekulu bir
78
К.А.Тимирязев. Жизнь растений. М., 1948, с.63.
122
oksigen və iki hidrogen atomlarından təşkil edilmişdir. Ancaq
burada tamı təşkil edən hər bir atom spesifik keyfiyyət
göstəricisinə malikdir.
Sintez idrak metodu olub, məzmunca cismin ayrı-ayrı
hissələrini bir tam halında birləşdirməyə imkan verən üsul və
qanunauyğunluqların məcmusudur. Sintez prosesi bir-birindən
ayrı salınmış elementlərin mexaniki surətdə birləşdirilməsi
deyildir. Əgər təhlil prosesində konkretdən abstrakta, təkcədən
ümumiyə, mürəkkəbdən sadəyə keçilirsə, sintez prosesi
abstraktdan konkretə, ümumidən təkcəyə, sadədən mürəkkəbə
doğru cərəyan edir.
Analiz elə hesabla aparılmalıdır ki, sonradan sintez, yəni
bölünmüş hissələri bütöv sistemdə birləşdirmək mümkün
olsun. Bu isə o halda mümkün ola bilər ki, mövcud bütöv məhv
edilmir, onun özəlliyi yox edilmir. Məsələn, canlı orqazmi
atomlara, elimentar hissəciklərə bölmək mənasizdır, cünki belə
halda canlının bütün özəllikləri itir və onun sonrakı sintezi
mümkün olmur.
“İnduksiya” latın sözü olub, hərfi mənası “təhrik”
deməkdir. Müşahidə və eksperimentə əsaslanan induksiya
hadisələrin səbəbiyyət əlaqələrinin axtarılması metodudur.
İnduksiya xüsusidən ümumiyə aparan əqli nəticədir. İnduksiya
müəyyən sinif və ya növ haqqında, bütün elementar hissəciklər,
insanlar, bölmələr və s. haqqında ümumi nəticə hasil etmək
üsuludur. Bu üsul vasitəsi ilə obyektin hansı sinfə və ya növə
aid oldugu müəyyən edilir.
Induksiya elə idrak metodudur ki, ümumi nəticə xüsusi
fikrlərdən yaranır. Induktiv metod bütün hallarda həqiqətə
aparır. F.Engels göstərdi ki, induktiv əqli nəticə mahiyyətcə
şübhəlidir.
79
Ən sadə, indüktiv yolla əldə edilən ən bəsit
79
К.Маркс и Ф.Энгельс. Сочинения. Т. 20, с. 542.
Dostları ilə paylaş: |