135
əsaslandırır. Beləliklə, empirik qanunlar da ancaq nəzəri
qanunlar əsasında izah olunur və başa düşülür.
Qanunlar keyfiyyət və kəmiyyət qanunlarına bölünə
bilər. Keyfiyyət qanunu dedikdə, sistemin davamlılığı, tamlığı,
sistem xassələri, səbəbiyyət şərtləri vasitəsilə əldə edilən
qanunlar nəzərdə tutulur. Məsələn, biogenetik qanun,
cəmiyyətdə materializmə əsaslanan sinfi mübarizə qanunu
keyfiyyət qanunu hesab olunur. Kəmiyyət qanunlarını əks
etdirən münasibətlər, rəqəmlər, funksional asılılıq kimi
formalarda özünü göstərir.
Qanunlar dinamik və statik qanunlar kimi də təsnif oluna
bilər
101
. Dinamik qanunların təsir göstərdiyi sistemlərin
elementləri bir-biri ilə əlaqəlidir və onlar bir-birini şərtləndirir.
Cazibə qanunu, dinamikanın əsas qanunu olan Om qanunu
kimi qanunlar dinamik qanunlardır.
Hadisənin yaranmasını, onun xassəsinin dəyişməsini
əvvəlcədən kifayət qədər dəqiqliklə söyləməyə imkan vermək
dinamik qanunların səciyyəvi
cəhətlərindəndir. Buna misal
olaraq, dinamik qanun olan Faradey qanununa görə müəyyən
zaman daxilində elektrod üzərində ayrılacaq maddənin
miqdarını əvvəlcədən söyləmək olar.
Statik qanunlar bir-birinə nəzərən təsadüf kimi çıxış edir
və bir çox təkcə hadisələrin qarşılıqlı təsiri nəticəsində təzahür
edir. Statik qanunlarda tədqiq olunan xassə, əlamət və
xarakteristika ayrı-ayrı obyektlərə deyil, bütöv bir sinfə aid
edilir. Misal üçün Boyl-Mariot qanununda sabit temperaturda
qazın təzyiqi ilə həcmi arasındakı asılılıq statik xarakterlidir.
Bu qanun qazın həcmini təşkil edən çoxlu miqdarda xaotik
hərəkətdə olan molekullar üçün doğrudur. Ayrı-ayrı molekullar
bu qanuna tabe olmurlar. Cəmiyyət qanunlarının bir hissəsi də
statik qanunlara tabedir. Dinamik qanunlardan fərqli olaraq
101
Я.П.Терлецкин. Динамические и статические законы физики. Изд.
МГУ, Г.Мякишев. Динамические и статические закономерности в
физике. Изд. «Наука», М., 1973.
136
statik qanunlar hər hansı konkret hadisənin baş verib-
verməyəcəyini, baş verə biləcək dəyişikliklərin istiqamətini və
xarakterini əvvəlcədən söyləməyə əsas vermir.
102
102
V.N.Nəsibov, F.B.Məmmədov. Elmi idrakın metodu və formaları.
Maarif nəşriyyatı, 1980, s.127-128.üm.s.148.
137
NƏTİCƏ
Bəşəriyyətin inkişaf tarixi sübut edir ki, cəmiyyət, o
cümlədən hər bir fərdin daşıdıgı əxlaqi, dini, siyasi və hüquqi
dəyərlər təkcə bioloji əsaslarla deyil, həm də ruhi-mənəvi
tələbatlar əsasında müəyyən edilir. Müasir dövrün hüquqi
təfəkkürü əsasında hüququn sırf ruhi bir hadisə olduğu barədə
fikirlər qəbul edildiyindən hüquqi təfəkkürün problemlərini
fərqli müstəvidə ciddi şəkildə araşdırmaga zərurət vardır.
Pozitiv hüququn onu determinasiya edən ideyalarla uygunluq
təşkil etməsi avtomatik olaraq hüquqi şüura və təfəkkürə təsir
edir. Əgər belə olarsa, onda hüququ yaradan subyektlərin
hüquqi təfəkkürü göstərdiyimiz ideyalarla zənginləşər və
nəticədə pozitiv hüququn ruhuna çevrilə bilər. Obyektiv aləmin
beyində subyektiv inikası olan determinasiya hadisəsi
səbəbiyyətlə əlaqədardır. Determinizm dünyada mövcud olan
maddi cisim və hadisələrin qarşılıqlı əlaqəsindən ibarətdir.
Determinizm psixi hadisələrin əmələ gəlməsinin səbəbi rolunda
çıxış edir. Eyni zamanda determinizm orqanizm ilə onun
yaşadığı və fəaliyyət göstərdiyi mühit arasında əlaqə əsasında
mövcud olur. Determinizm eyni zamanda beynin xarici
mühitdən gələn müxtəlif məzmunlu qıcıqlara verdiyi
qanunauyğun cavab aktı ilə bağlıdır. Determinizm psixi
hadisələrin ən ümumi əlaqə və qarşılıqlı təsirini müəyyən edir.
Biz dünyada baş verən hadisə və hərəkətlərə baxdıqda görürük
ki, ayrı-ayrı cisim, hadisə və hərəkətlər arasında qarşılıqlı əlaqə
mövcuddur. Bu əsasda qeyd etmək olar ki, bütün psixi
proseslər səbəbiyyət zənciri əsasında bir-biri ilə bağlıdır.
İctimai normalar sistemində əxlaq, siyasət, din və hüquq
kimi normaların vəzifəsi cəmiyyət daxilində şəxsiyyətlə
cəmiyyət arasındakı münasibətləri nizama salmaqdan ibarətdır.
Əxlaqi və hüquqi münasibətlər maddi istehsal münasibətləri
əsasında yarandığı üçün sosial-ideoloji münasibətlər sferasına
daxildir. Əxlaqi və hüquqi münasibətlər obyektiv xarakter kəsb
138
edir. Bu münasibətlər mahiyyətcə hər hansı bir şəxsin iradəsini
deyil, bütöv bir sinfin iqtisadi mənafeyini müəyyən edir. Eyni
zamanda əxlaqi və hüquqi normaların obyektiv meyarını
cəmiyyətin iqtisadi münasibətlərinin inkişaf qanunlarında
axtarmaq lazımdır.
Cəmiyyətdə fəaliyyət göstərən insanlar maddi və mənəvi,
o cümlədən, əxlaqi sərvətləri yaradır və qoruyur. Məlumdur ki,
əxlaqi münasibətləri, əxlaqi ideyaları və normaları xalq
kütlələri hazırlamış, nəsildən-nəslə verib onları yaşatmışdır.
Cəmiyyət inkişaf etdikcə əxlaqi və hüquqi normalar da
mahiyyəti etibarı ilə təkmilləşir və həmin normalara münasibət
də dəyişir. Hüquq və əxlaq bir-birinə qarşılıqlı təsir edir,
cəmiyyətdə vahid əxlaqi norma əsasında hüquqi və əxlaqi
qiymətlər qarşılıqlı surətdə bir-birini tamamlayır.
Hər hansı bir ideya, normativ akt və s. əgər onlarda
insanların davranışına təsirini təmin edə bilən mexanizm
olmasa, o mənasız söz olaraq qalacaqdır. Hər hansı ictimai
təhlükəli əməlin törədilməsi hüquqi fakt olub, hüquq normasına
əsaslanır. Törədilən təhlükəli əməlin kriminallığı hüquq
norması ilə müəyyən edilir. Qanunun tətbiqi funksiyasını
həyata keçirən dövlət ədliyyə orqanlarından qanunlar əsasında
həyata keçirməli olduqları əməliyyatlarda professionallıq tələb
olunur. Hüquq norması yaradıldığı vaxtdan hüquqi şüurdan
ayrılaraq hüquqi əhəmiyyət daşıyan obyektiv məna kəsb
etməyə başlayır və davranışının qiymətləndirilməsinin
ölçüsünə çevrilir.
Hüquq normasının tətbiqi nəticəsində qanunu tətbiq edən
subyektin hüququ şüuruna köçürülmüş əmələ hüquqi qiymət
verilir. Burada şüura köçürülmüş hüquq normasının qadağan
etdiyi ictimai təhlükəli əməllə baş vermiş ictimai təhlükəli
əməlin obrazı müqayisə edilir. Baş vermiş əməl ictimai
təhlükəli əməl kimi hüquqi şüurda tanındıqda qanunla nəzərdə
tutulan sanksiya tətbiq edilir.
Dostları ilə paylaş: |