Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   37   38   39   40   41   42   43   44   45

 
135
əsaslandırır. Beləliklə, empirik qanunlar da ancaq nəzəri 
qanunlar əsasında izah olunur və başa düşülür. 
Qanunlar keyfiyyət və  kəmiyyət qanunlarına bölünə 
bilər. Keyfiyyət qanunu dedikdə, sistemin davamlılığı, tamlığı, 
sistem xassələri, səbəbiyyət  şərtləri vasitəsilə  əldə edilən 
qanunlar nəzərdə tutulur. Məsələn, biogenetik qanun, 
cəmiyyətdə materializmə  əsaslanan sinfi mübarizə qanunu 
keyfiyyət qanunu hesab olunur. Kəmiyyət qanunlarını  əks 
etdirən münasibətlər, rəqəmlər, funksional asılılıq kimi 
formalarda özünü göstərir. 
Qanunlar dinamik və statik qanunlar kimi də təsnif oluna 
bilər
101
. Dinamik qanunların təsir göstərdiyi sistemlərin 
elementləri bir-biri ilə əlaqəlidir və onlar bir-birini şərtləndirir. 
Cazibə qanunu, dinamikanın  əsas qanunu olan Om qanunu 
kimi qanunlar dinamik qanunlardır. 
Hadisənin yaranmasını, onun xassəsinin dəyişməsini 
əvvəlcədən kifayət qədər dəqiqliklə söyləməyə imkan vermək 
dinamik qanunların səciyyəvi
 
cəhətlərindəndir. Buna misal 
olaraq, dinamik qanun olan Faradey qanununa görə müəyyən 
zaman daxilində elektrod üzərində ayrılacaq maddənin 
miqdarını əvvəlcədən söyləmək olar. 
Statik qanunlar bir-birinə nəzərən təsadüf kimi çıxış edir 
və bir çox təkcə hadisələrin qarşılıqlı təsiri nəticəsində təzahür 
edir. Statik qanunlarda tədqiq olunan xassə,  əlamət və 
xarakteristika ayrı-ayrı obyektlərə deyil, bütöv bir sinfə aid 
edilir. Misal üçün Boyl-Mariot qanununda sabit temperaturda 
qazın təzyiqi ilə  həcmi arasındakı asılılıq statik xarakterlidir. 
Bu qanun qazın həcmini təşkil edən çoxlu miqdarda xaotik 
hərəkətdə olan molekullar üçün doğrudur. Ayrı-ayrı molekullar 
bu qanuna tabe olmurlar. Cəmiyyət qanunlarının bir hissəsi də 
statik qanunlara tabedir. Dinamik qanunlardan fərqli olaraq 
                                           
101
  Я.П.Терлецкин.  Динамические  и  статические  законы  физики.  Изд. 
МГУ,  Г.Мякишев.  Динамические  и  статические  закономерности  в 
физике. Изд. «Наука», М., 1973. 


 
136
statik qanunlar hər hansı konkret hadisənin baş verib-
verməyəcəyini, baş verə biləcək dəyişikliklərin istiqamətini və 
xarakterini əvvəlcədən söyləməyə əsas vermir. 
102
 
 
 
                                           
102
 V.N.Nəsibov, F.B.Məmmədov. Elmi idrakın metodu və formaları. 
Maarif nəşriyyatı, 1980, s.127-128.üm.s.148. 


 
137
NƏTİCƏ 
 
Bəşəriyyətin inkişaf tarixi sübut edir ki, cəmiyyət, o 
cümlədən hər bir fərdin daşıdıgı əxlaqi, dini, siyasi və hüquqi 
dəyərlər təkcə bioloji əsaslarla deyil, həm də ruhi-mənəvi 
tələbatlar  əsasında müəyyən edilir. Müasir dövrün hüquqi 
təfəkkürü əsasında hüququn sırf ruhi bir hadisə olduğu barədə 
fikirlər qəbul edildiyindən hüquqi təfəkkürün problemlərini 
fərqli müstəvidə ciddi şəkildə araşdırmaga zərurət vardır. 
Pozitiv hüququn onu determinasiya edən ideyalarla uygunluq 
təşkil etməsi avtomatik olaraq hüquqi şüura və təfəkkürə təsir 
edir.  Əgər belə olarsa, onda hüququ yaradan subyektlərin 
hüquqi təfəkkürü göstərdiyimiz ideyalarla zənginləşər və 
nəticədə pozitiv hüququn ruhuna çevrilə bilər. Obyektiv aləmin 
beyində subyektiv inikası olan determinasiya hadisəsi 
səbəbiyyətlə  əlaqədardır. Determinizm dünyada mövcud olan 
maddi cisim və hadisələrin qarşılıqlı  əlaqəsindən ibarətdir. 
Determinizm psixi hadisələrin əmələ gəlməsinin səbəbi rolunda 
çıxış edir. Eyni zamanda determinizm orqanizm ilə onun 
yaşadığı  və  fəaliyyət göstərdiyi mühit arasında  əlaqə  əsasında 
mövcud olur. Determinizm eyni  zamanda beynin xarici 
mühitdən gələn müxtəlif məzmunlu qıcıqlara verdiyi 
qanunauyğun cavab aktı ilə bağlıdır. Determinizm psixi 
hadisələrin ən ümumi əlaqə və qarşılıqlı təsirini müəyyən edir. 
Biz dünyada baş verən hadisə və hərəkətlərə baxdıqda görürük 
ki, ayrı-ayrı cisim, hadisə və hərəkətlər arasında qarşılıqlı əlaqə 
mövcuddur. Bu əsasda qeyd etmək olar ki, bütün psixi 
proseslər səbəbiyyət zənciri əsasında bir-biri ilə bağlıdır.  
İctimai normalar sistemində əxlaq, siyasət, din və hüquq 
kimi normaların vəzifəsi cəmiyyət daxilində  şəxsiyyətlə 
cəmiyyət arasındakı münasibətləri nizama salmaqdan ibarətdır. 
Əxlaqi və hüquqi münasibətlər maddi istehsal münasibətləri 
əsasında yarandığı üçün sosial-ideoloji münasibətlər sferasına 
daxildir. Əxlaqi və hüquqi münasibətlər obyektiv xarakter kəsb 


 
138
edir. Bu münasibətlər mahiyyətcə hər hansı bir şəxsin iradəsini 
deyil, bütöv bir sinfin iqtisadi mənafeyini müəyyən edir. Eyni 
zamanda  əxlaqi və hüquqi normaların obyektiv meyarını 
cəmiyyətin iqtisadi münasibətlərinin inkişaf qanunlarında 
axtarmaq lazımdır.  
Cəmiyyətdə fəaliyyət göstərən insanlar maddi və mənəvi, 
o cümlədən, əxlaqi sərvətləri yaradır və qoruyur. Məlumdur ki, 
əxlaqi münasibətləri,  əxlaqi ideyaları  və normaları xalq 
kütlələri hazırlamış, nəsildən-nəslə verib onları yaşatmışdır. 
Cəmiyyət inkişaf etdikcə  əxlaqi və hüquqi normalar da 
mahiyyəti etibarı ilə təkmilləşir və həmin normalara münasibət 
də  dəyişir. Hüquq və  əxlaq bir-birinə qarşılıqlı  təsir edir, 
cəmiyyətdə vahid əxlaqi norma əsasında hüquqi və  əxlaqi 
qiymətlər qarşılıqlı surətdə bir-birini tamamlayır. 
Hər hansı bir ideya, normativ akt və s. əgər onlarda 
insanların davranışına təsirini təmin edə bilən mexanizm 
olmasa, o mənasız söz olaraq qalacaqdır. Hər hansı ictimai 
təhlükəli əməlin törədilməsi hüquqi fakt olub, hüquq normasına 
əsaslanır. Törədilən təhlükəli  əməlin kriminallığı hüquq 
norması ilə müəyyən edilir. Qanunun tətbiqi funksiyasını 
həyata keçirən dövlət ədliyyə orqanlarından qanunlar əsasında 
həyata keçirməli olduqları əməliyyatlarda professionallıq tələb 
olunur. Hüquq norması yaradıldığı vaxtdan hüquqi şüurdan 
ayrılaraq hüquqi əhəmiyyət daşıyan obyektiv məna kəsb 
etməyə başlayır və davranışının qiymətləndirilməsinin 
ölçüsünə çevrilir. 
Hüquq normasının tətbiqi nəticəsində qanunu tətbiq edən 
subyektin hüququ şüuruna köçürülmüş  əmələ hüquqi qiymət 
verilir. Burada şüura köçürülmüş hüquq normasının qadağan 
etdiyi ictimai təhlükəli  əməllə baş vermiş ictimai təhlükəli 
əməlin obrazı müqayisə edilir. Baş vermiş  əməl ictimai 
təhlükəli əməl kimi hüquqi şüurda tanındıqda qanunla nəzərdə 
tutulan sanksiya tətbiq edilir.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə