Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   37   38   39   40   41   42   43   44   45

 
132
mümkün deyildir. Eyni zamanda ideya əsasında predmet və 
hadisələr haqqında qazanılmış biliklərin sintezinə  əsaslanan 
nəzəriyyələr yaranır. 
Dialektik təfəkkürün nəticəsi olaraq empirik biliklər 
yenidən işlənir və  nəzəri biliyə çevrilir. Bu yenidən işlənmə 
prosesində mahiyyət dərk edilir və ideya yaranır. Dialektik 
təfəkkürün təşəkkülü prosesində  məntiqi vasitələrdən istifadə 
edilir və mahiyyət aşkar olunur. Ancaq bu vasitələr də 
mahiyyətin aşkara çıxması üçün kifayət etmir. İntellektual 
intuisiya ilə birlikdə kateqorial təhlil nəzəri biliyə  gətirib 
çıxaran vahid prosesin ayrılmaz tərkib hissəsidir. Nəzəri 
təfəkkürün yaradılmasında kateqorial təhlilin rolu faktların 
kateqoriyalar  şəklində ümumiləşdirilməsindən ibarətdir. Fakt 
öyrənilən predmetə aid empirik bilik, kateqoriya isə ümumiliyə 
malik olan, gerçəkliyin müəyyən sahəsinə daxil olan nəzəri 
bilikdir
94
. Empirik bilikdə də öz əksini tapmayan əlamətləri əks 
etdirən kateqoriyalar cisimlərin və hadisələrin sabit və davamlı 
tərəflərinin məcmusundan ibarətdir ki, bu da cisim və 
hadisələrin mahiyyətinin dərk edilməsi prosesinə 
istiqamətlənir. Kateqoriya təfəkkürün, ideya isə  nəzəriyyənin 
əsas anlayışlarıdır. İdeyanın yaranması kateqoriya ilə müəyyən 
olunur. Ancaq, ideyanın məzmunu kateqoriyanın məzmununun 
sərhədlərindən kənara çıxır.  İdrakda kateqoriya və faktların 
əlaqəsi intellektual intuisiya vasitəsi ilə  təmin edilir. İntuisiya 
əsasən, həqiqəti birdəfəyə aşkara çıxaran bilik mənasındadır
95

İntuisiyanın bilavasitə hissi biliklə bağlı olan hissi intuisiya və 
intellektual biliklə bağlı olan intellektual intuisiya növləri 
vardır. İntuisiyanın estetik növü də vardır ki, bu da gözlənilməz 
kəşflər üçün nəzərdə tutulur. İntuisiyanın  əsas  əlamətləri 
gözlənilməzlik və kor-təbiilikdir. 
İntuisiya məntiqin 
                                           
94
  П.В.Колнин.  Гносеологические  и  логические  основы  науки.  Изд. 
«Мысль», М., 1974, с.455. 
95
  И.К.Родинова.  О  природе  интуиции.  Сб. «Проблемы  огражения  и 
современная наука», Изд. МГУ, 1967. 


 
133
mühakimələrinin müəyyən mərhələsində  təfəkkürün qəflətən 
təzahür etməsinin nəticəsində əmələ gəlir. İntuisiya nəticəsində 
axtarılan elmi kəşflər gözlənilmədən əldə edilir. 
Nəzəriyyənin  əsasını bir ideya təşkil edir. Nəzəriyyəni 
təşkil edən prinsiplər bir neçə ola bilər. Qanun anlayışını verən 
prinsip ümumi və mühüm qanunauyğunluqları özündə 
birləşdirir. (Məsələn, işıq surətinin sabitliyi qanunu və ya 
prinsipi) Elmi tədqiqatın  əsas məqsədi qanunların kəşf 
edilməsidir. 
Obyektiv aləmin, cisim və hadisələrin mühüm əlaqəsini 
qanunlar vasitəsi ilə ifadə etmək olur. 
Qanunlar qneseoloji cəhətdən və proseslər arasında bir 
sıra  əlamətləri ilə  fərqlənən  əlaqədir. Qanunların mühüm 
əlamətlərindən biri onun təbiətən obyektiv olmasıdır. 
Qanunların mütləq ideya tərəfindən yaradılmasına  əsaslanan 
idealizmin  əksinə olaraq dialektik materializm qanunların 
obyektiv xarakterə malik olduğunu qeyd edir. Yəni, bu o 
deməkdir ki, qanunlar insan tərəfindən məhv edilə  və ya 
yaradıla bilməz. Qanunlar bizim şüurumuzdan kənarda 
mövcuddur. Qanunların obyektivliyi o deməkdir ki, həmin 
qanunların təsiri bizim onları bilib-bilməməyimizdən, onların 
mənafeyimizə uyğun gəlib-gəlməməsindən asılı deyildir
96

Qanun hadisələr arasında ümumi zəruri münasibətləri  əks 
etdirir, Məsələn, yuxarı atılmış  əşyanın aşağı  hərəkəti 
ümumdünya cazibə qanunu ilə müəyyən edilir. Qanunun idarə 
etdiyi ümumi və  zəruri  əlaqələr o deməkdir ki, müəyyən növ 
hadisələrə  və proseslərə xas olan, ümumi xarakterdə olan, 
hadisələrin dəyişməsi prosesində sabit qalan və  təkrar olunan 
zəruri əlaqələri əks etdirir. 
Hadisələr dairəsinin genişliyindən asılı olaraq qanunları 
ümumilik dərəcəsinə görə xüsusi, ümumi və  ən ümumi 
                                           
96
 C.Əhmədli Materialist, dialektikanın əsas qanunları haqqında. Azərnəşr, 
B., 1967, s.15. 


 
134
qanunlara bölürlər. Xüsusi qanunlar müəyyən qrup hadisələrdə 
və ya onların müəyyən inkişaf mərhələsində  təsir göstərən 
qanunlar kimi, ümumi qanunlar gerçəkliyin müəyyən sahəsinə 
daxil olan bütün hadisələrin inkişafında  əvvəldən axıra qədər 
təsir göstərən qanunlar kimi; ən ümumi qanunlar isə hər zaman, 
hər yerdə, hər bir şəraitdə  təbiət cəmiyyət və insan idrakının 
bütün hadisələrinə  təsir göstərən qanunlar kimi təfsir 
olunurlar
97
. Qanunlarda istifadə olunmuş anlayışların 
abstraksiya səviyyəsindən asılı olaraq qanunları empirik və 
nəzəri qanunlara bölürlər
98

Empirik qanunlar induktiv metod əsasında qazanılan 
eksperimental materialların bilavasitə ümumiləşdirilməsi 
nəticəsində yaranır. Məsələn, Om qanun, Boyl-Mariot qanunu 
empirik qanunlardır. Empirik qanunların əsas cəhəti onları əks 
etdirən zəruri əlamətlərin deduktiv surətdə əsaslandırılmasıdır. 
Empirik qanunlar R.Karnapa görə ya bilavasitə müşahidə 
olunan terminləri  əhatə edən, ya da nisbətən sadə texnika ilə 
ölçülə bilən qanunlardır
99
. Nəzəri qanunlar tədqiqatın nəzəri 
səviyyəsində  əldə edilən qanunlardır
100
. Nəzəri qanunlar 
sistemin mahiyyətini, onun elementlərini, səbəb və  nəticə 
əlaqələrini, strukturunun çoxcəhətli asılılıqlarının açılmasını 
tələb edir. Cazibə qanunu, ətalət qanunu, cəmiyyətin ümumi 
inkişaf qanunları- nəzəri qanunlardır. Ancaq, nəzəri qanunlar 
empirik qanunlar vasitəsilə  təzahür edir. Empirik qanunlar 
nəzəri qanunları  təsdiq edir və onları empirik cəhətdən 
                                           
97
  Л.А.Дурянов.  Закон  в  системе  философских  категорий.  М.,  Знание, 
1973. 
98
  Г.И.Рузавин.  Методы  научного  исследования.  Изд. «Мысль»,  М., 
1974, с.178-179. 
99
Р.Карнал.  Методы  научного  исследования.  Изд. «Прогресс»,  М., 
с.303.  
100
  Методологические  основы  научного  познания.  Изд. «Высшая 
школа», М., 1972, с.151. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə