Microsoft Word 013 t?z? yoxlanilan Kitab-Huquqi t?f?kkurun sosial detertminantlar? v? huquqi d?rketm?nin metodlar?doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix17.09.2017
ölçüsü0,81 Mb.
#479
1   ...   37   38   39   40   41   42   43   44   45

 
123
həqiqət həmişə natamamdır, çünki təcrübə  həmişə yarımçıq 
olur.
80
  
“Deduksiya” latın sözü olub, hərfi mənası  nəticə 
deməkdir. Deduksiya ümumi faktlardan xüsusiyə aparan əqli 
nəticədir. Deduksiya  ümumi müddəalardan xüsusi nəticələrə 
gətirən idrak metoduna deyilir. Məsələn, bütün metallar 
elektrik müqavimətinə malikdirlər. Mis metaldır. Nəticə 
etibarilə bizə məlum olur ki, mis elektrik müqavimətinə malik 
olan bir metaldır. 
İnduksiya metodu əsasında dəqiqlik dərəcəsi müxtəlif 
olan ehtimalı bilik, deduksiya metodu əsasında isə həqiqi, səhih 
bilik yaradılır. Eyni zamanda induksiya prosesində əldə edilmiş 
faktların, empirik materialların, eksperimental məlumatların 
ümumiləşdirilməsinin müxtəlif üsulları olduğu halda, 
deduksiya nəzəriyyə  və  fərziyyələrin qurulması üsuludur. 
Ancaq, bu metodları bir-birinə qarşı qoyub fikir söyləmək 
olmaz. Bu metodlar bir-biri ilə bağlı olub, qarşılıqlı surətdə bir-
birini tamamlayır. 
İnduksiya 
əsasında aparılan tədqiqat ümumi 
nəzəriyyədən, qanun və prinsiplərdən istifadə olunmasının 
tələb edir və eyni zamanda induktiv yolla müəyyən edilən 
ümumi müddəalar olmadan deduksiya ola bilməz.  
Analoqiya (yunanca “analogia”- uyğun gəlmə) elə  əqli 
nəticədir ki, eyni olmayan obyektlərin bəzi tərəfləri
keyfiyyətləri, münasibətləri arasında oxşarlıq olduğu 
müəyyənləşdirilir. Analogiyaya görə  çıxarılan elmi nəticənin 
mahiyyəti bundan ibarətdir ki, tutaq ki, cisim və ya hadisələrin 
bütün  əlamət göstəriciləri bir-birinin eynidir. Hər hansı bir 
əlamət isə sual altındadır. Ümumi nəticəyə  ğörə,  əgər bütün 
əlamətlər eynidirsə, təkcə  hər hansı bir və ya bir neçə  əlamət 
ehtimal ki, eyniyyət təşkil edə bilər. Məsələn, Yer kimi yaşayış 
                                           
80
 В.И.Ленин. ПСС. Т. 29, с. 162. 


 
124
obyekti olan planetin başqa qalaktikada da mövcud olması fikri 
bu nəticəyə gəlməyə imkan verir. 
Analogiyaya  əsaslanan elmi nəticələr mühüm elmi 
kəşflərin  əsasını  təşkil edir. Məsələn, səs və  işıq arasında 
aparılan analoji hadisələrin nəticələrinin öyrənilməsi zamanı 
onların eyni hadisələrlə - əks olunma, sınma və s. ilə müşayət 
olunması faktı Hollandiya fiziki Huygens XVII əsrdə  işığın 
dalğa nəzəriyyəsini yaratmağa əsas vermişdir. Tədqiqat metodu 
kimi analogiyadan o vaxt istifadə edilir ki, digər metodlarla 
idrak obyekti haqqında bilik əldə etmək mümkün olmur. “Fikri 
aydın və sadə ifadə etmək mümkün olan hallarda heç kim 
analogiyaya meyl etmir”
81

Elmi metod olan analogiyaya görə çıxarılan əqli nəticələr 
əsasında elmi biliyin mühüm forması olan fərziyyələr yaradılır. 
Tarixi paralellik əsasında ictimai hadisələrin mahiyyəti 
müəyyən edilir, hadisələrin gələcək inkişafı müəyyən edilir. 
Analogiyadan sübut metodu kimi də istifadə edilir. Ancaq, 
nəzərə almaq lazımdır ki, analogiya əsasında çıxarılan  əqli 
nəticələrin böyük əksəriyyəti fərziyyə xarakterli olur. 
Elmi idrak metodu kimi  modelləşdirmə cisim və 
hadisələrin oxşar xassə  və  əlamətlərini abstraksiya etmək və 
onların arasında müəyyən münasibət yaratmaq qabiliyyətinə 
əsaslanır. Modelləşdirmə elə bir elmi üsuldur ki, onun köməyi 
ilə bir prosesi öyrənməklə analoji olaraq tədqiqi bilavasitə çətin 
olan başqa bir prosesin xarakteri və mahiyyəti haqqında 
mülahizə yürüdülür
82
. Müəyyən miqyaslarda Yer kürəsini 
təsvir edən coğrafi və topoqrafik xəritələri modelləşdirməyə 
aid etmək olar. Molekulların kimyəvi tərkibini və strukturunu 
təsvir edən düsturlar da modellərdir. 
Çox vaxt modelləşdirmə metodu ilə analogiya metodunu 
eyniləşdirərək belə bir mülahizə irəli sürürlər ki
                                           
81
 А.И.Герцен. Изб. Философия. Произведения, Т.1, М., 1948, с.106. 
82
 В.А.Штофф. Моделирование и философия. М.-Л., с.19. 


 
125
modelləşdirmə analogiyanın bir növüdür
83
. Lakin tədqiqat 
obyekti ilə onun modeli arasında tam analogiya yaratmaq 
mümkün olmadığından modelləşdirmə vasitəsilə qazanılan 
elmi biliklər mütləq həqiqəti müəyyən edə bilmir. 
Modelləşdirmənin elmi idrakda rolunu aydınlaşdırmaq 
üçün elmi tədqiqatda idrak vasitəsinin rolunu aydınlaşdırmaq 
lazımdır
84
. İdrak prosesi klassik sxem özündə iki komponenti: 
idrak obyektini və idrak subyektini (insanı) müəyyən edir. 
İdrak prosesində obyekt və subyekt arasında yerləşən 
idrak vasitəsi tədqiqatçının idrak obyektinin xassələrini 
öyrənmək məqsədi ilə istifadə edilən süni və  təbii  şeylər ola 
bilər. Teleskop, mikroskop, rentgen aparatı kimi vasitələr bu 
qəbildəndir. 
İnsanın idrak fəaliyyətinin səmərəliliyinin artırılması 
idrak prosesində istifadə olunan təbii imkanları 
qüvvətləndirmək yolu ilə  və ya idrak obyektini ona nisbətən 
müəyyən üstünlüyə malik olan digər obyektlə əvəz etmək yolu 
ilə müəyyən etmək olar. Birinci yola yeni cihazlar yaradılması 
ilə, ikinci yola modellərdən istifadə edilməsi ilə nail olmaq 
olar. Model dedikdə idrak obyektini əvəz edən və onun 
haqqında  əlavə  məlumat mənbəyi rolunu oynayan maddi və 
ideal sistemlər nəzərdə tutulur
85

Intuisionizm və yaxud konstruktivizmin banisi Hollandiya 
riyaziyyatçısı L.Bauerdir. İntuisionistlər aşağıdakıları  təklif 
edirlər: riyazi əməliyyatların başlanğıcını- formalistlər etdiyi 
kimi simvollar ilə deyil, intellektin əyani-aydın riyazi 
intuisiyaları ilə  əlaqələndirmək iazımdir; formulalar çıxarmaq 
deyil, riyazi obyektlər qurmaq, yəni konstruksiya etmək 
zəruridir; aktual sonsuzluq anlayışından imtina etməli, çünki 
                                           
83
А.И.Уемов. Аналогия и модель. «Вопросы философии», 1962, №3.  
84
 О.М.Сичивица. Методы и формы научного познания. Изд. «Высшая 
школа», М., 1972, с.41-42. 
85
А.Брудный.  Модель  и  его  возможности.  Сб. «Проблема  модели  в 
философии и естествознании». Изд. «Илим», Фрунзе, 1969, с.3-5.  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə