Filologiya
məsələləri, №4, 2017
460
ancaq bu ildən hər gün meşəyə odun qırmağa gedirdi və qırdığı odunu
şələləyib, bazarda dükançılara bir az pula satırdı. İki gün bundan qabaq
Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu
bir şahı pula satıb anasına vermişdi.“
Ananın son ümidi olan uşaqlar qardaşının intiqamını günahsız kənd
camaatından alan quldur Səfərin qurbanına çevrilir. Onların gül-çiçəyə
bürünmüş dağ döşündə qətlə yetirilməsi təbiətin gözəlliyi ilə təzad təşkil
edir. Abbas və Zeynəbin ölümünü, həyatda hər şeydən məhrum olmuş Fatma
ananın talesizliyini yazıçı böyük sənətkrlıqla əks etdirməyə müvəffəq
olmuşdur: “Gecədən xeyli keçmiş bir arvad dağları, daşları, meşələri
axtarırdı. Bu arvad Fatma və axtardığı da iki balası idi.
- Zeynəb, Abbas, gözəl balalarını, yetim balalarım, haradasınız, səs
verin!.. - deyə Fatma nalə edirdi. Lakin çəmən üstündə, lalələr arasında
qucaq-qucağa verib qanlarına qəltan olmuş Zeynəb və Abbas - bu iki
məsum, anaları Fatmanın naləsini eşitmirdilər.
Hekayədə yalnız Qayadibi kəndinin günahsız camaatı, Aslan və
Zeynəb deyil, təbiət də insan vəhşiliyinin qurbanına çevrilir. Gülləbaran
olunan təbiətin gözəlliyi daha gözə görünmür, , heyvanlar, quşlar quldur
Səfərin «vəhşi hərəkətlərindən el xofa düşmüşdülər ki, hələ cürət edib
yuvalarından çıxa bilmirdilər».
“Nurəddin” hekayəsi də silsilədəki xoşbəxt sonluqla bitən əsərlər-
dəndir. Ailə tərbiyəsi anası Həlimənin yaratdığı mehribanlıq, qayğıkeşlik
mühiti Nurəddinin xasiyyətinə müsbət təsir göstərmiş, onun saf mənəviy-
yatlı, elmə, biliyə həvəsli uşaq kimi böyüməsinə zəmin yaratmışdır. Lakin
anasının qəfil ölümü ilə Nurəddinin həyatının axarı dəyişir. Atasının yanlış
addımı, yaxşı tanımadığı, “bədxasiyyət” Gülpəri ilə evlənməsindən sonra
Nurəddinin qara günləri başlayır. Öz səhvini dərk edən atası Hacı Nəsirin
ölümü ilə vəziyyət daha da ağırlaşan Nurəddin qarşılaşdığı çətinliklər
qarşısında sarsılmır, Əmiraslanın, Gülpərinin xain niyyətlərindən xəbərdar
olub faciədən qurtula bilir. Əmiraslanın, Gülpərinin simasında yazıçı ailə
tərbiyəsindəki qüsurların insan taleyindəki mənfi rolunu göstərmişdir.
Hekayənin əvvəlində xatırladılan “yaxşılığa yaxşılıq hər
kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir“ atalar sözü gənc oxucunu
hadisələrin axarından düzgün baş çıxarmağa istiqamətləndirir. Rəhim kimi
xeyirxah insanların sayəsində xilas olan Nurəddini həyatda qarşılaşdığı
çətinliklər, gördüyü pisliklər qəddarlaşdırmır, əksinə xeyirxahlığa, mər-
həmətə sövq edir.
Əsərin sonunda Gülpərinin öz səhvini başa düşməsi, peşmançılıq
çəkməsi səhnəsinin təsviri ibrətamizdir: “Gülpəri başını aşağı salıb yenə
ağlamağa başladı. Rəhim dedi:
Filologiya məsələləri, №4, 2017
461
- Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan.
Bunların xatiri üçün və Nurəddinin özü sənin günahından keçdiyi üçün
burada qalıb rahat olacaqsan.
Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
- Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin
meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər
etmədim, çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu isə hər kişinin işidir.
Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidır. -
Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü.”
Bu səhnədə yazıçının humanist həyat mövqeyi, cəmiyyətdə, ailədə
tərbiyə problemlərinə təcrübəli pedaqoq münasibəti öz əksini qabarıq surətdə
tapmışdır.
Ədibin “Qaraca qız” hekayəsi mövzu, problem baxımından uşaq
ədəbiyyatımızda yeni bir hadisə idi. Əsərdə yazıçının uşaq həyatına, taleyinə
həssas münasibəti, həyat həqiqətlərini bədii dillə çatdırmaq məharəti onun
yazıldığı dövrdən bu günədək oxucular tərəfindən sevilməsinə, maraqa
oxunmasına səbəb olmuşdur. Qaraca qızın simasında zəhmətkeş ailəsindən
olan uşağın dolğun, yaddaqalan obrazı yaradılmışdır.
Bu hekayədə də cəmiyyət, mühit, tərbiyə, uşaq taleyi problemi
qoyulur və öz bədii həllini tapır. Əsərdə fərqli təbəqələrin nümayəndəsi olan
iki qızın Ağca xanımın və Qaraca qızın ilk dəfə qarşılaşmasının bədii
təqdimi diqqəti cəlb edir: “Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə
salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı:
Birinin ata-anası bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir
işdə özgəyə möhtac olduğu halda, o biri polad kimi sağlam bədənli, az
yaşında çox görmüş, öz zəhmətilə məişət edən bir uşaq idi. Birinin baxışı
sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.” Yazıçı
öz qəhrəanlarına bir-birinə zidd olan Ağca və Qaraca dadlarını süçməklə
onların fərqli həyat tərzini diqqətə çatdırır. Lakin zahiri fərqə baxmayaraq,
hadisələrin gedişi bu iki qızcığazın mənən yaxın olduğunu, təbiətindəki
saflığı, səmimiyyəti göstərir.
Pəricahan xanım qızının aşağı təbəqədən olan Tutu ilə ünsiyyətini,
oynamasını öz şəstinə sığışdırmır. Onun tərbiyə üsulu da öz sərtliyi,
qəddarlığı ilə seçilir. Qaraca qızla oynamağın Ağca xanımın tərbiyəsinə pis
təsir göstərəcəyini düşünüb qızını qaranlıq otağa salır. Bir ana kimi
həssaslığını itirərək övladını sərt şəkildə cəzalandırması, acılaması, qadağa-
lar qoyması onun ailədə tərbiyə metodlarından xəbərsizliyini göstərir. O, öz
hərəkətləri, Qaraca qıza münasibəti ilə Ağca xanımın xarakterinə, fiziki
sağlamlığına mənfi təsir göstərdiyini dərk etmir. Bu isə ana ilə qızı
arasındakı səmimiyyət bağlarının qırılmasına gətirib çıxarır. Bu baxımdan