Filologiya
məsələləri, №4, 2017
458
mövqe tutmağa sövq edir. Hekayələrdə yazıçı uşaq marağını nəzərə almış,
əsərin süjet xəttinin, təsvir edilən hadisələrin maraqlı, cəlbedici olmasına
xüsusi diqqət yetirmişdir. İnsan xarakterləri, obrazların daxili aləmi, bədii
portreti, duyğu və düşüncələri elə sənətkarlıqla əks etdirilmişdir ki, oxucu
hadisələrin həqiqətən də baş verdiyinə inanır, həyəcanlanır, qəhrəmanların
taleyinə biganə qala bilmir.”(3, s.214-215)
N.Vəlixanov bu məsələyə münasibət bildirərək yazır ki, “Qorxulu
nağıllar”ın realizmi və müasir əhəmiyyəti ilə əlaqədar olaraq bir mühüm
məsələni də aydınlaşdırmaq vacibdir. Nə üçün ədib bu hekayələri “Qorxulu
nağıllar” adlandırmışdır? Burada qorxulu epizodlar, qorxu hissi nə kimi qayə
daşıyır? Bu əsərlərin ədəbi-ictimai problematikasını, ədibin həyat hadisə-
lərinə yanaşma üsulunu, eləcə də hekayələrin ideya-estetik istiqamətini
ardıcıl müşahidə etdikdə məlum olur ki, qorxu hissi burada yşaqlara həyatı
az-çox həərtərəfli öyrətmək səyi ilə bağlıdır.i nsan sövq-təbiilərindən olan
qorxu hissi burada iztirabları törədən real səbəblərin dərkinə, fərdiyyətçilik,
acgözlük, qəddarlıq, xudbinlik və sair rəzil sifətləri tanıtdırıb onların insana,
ictimai tərəqqiyə vurduğu zərəri görməyə, şərə nifrət doğurmağa, uşaqları
doğru yola çağırmağa xidmət edir... Süleyman Sani qorxulu epizodlar təsvir
edərkən uşaqlara doğruucul, xeyirxah, bilikli, mərd, cəsarətlim olmaq kimi
nəcib insani sifətlər aşılamaq qayğısına qalır. “Qorxulu nağıllar”da Hacı
Səmədin söylədiyi nağıllar ədibin təbliğ etmək istədiyi əxlaqi-tərbiyəvi
ideyaların bədii təcəssümüdür. Hacı Səmədin dili ilə təsvir edilən rəngarəng,
maraqlı epizodlarda oxucu həyatın enişli-yoxuşlu, müxtəlif xarakterli(mər-
həmətli, mərhəmətsiz, ədalətli, ədalətsiz və s.) adamlara rast gəlir. (7,s.8-9 )
«Əhməd və Məleykə», «Abbas və Zeynəb» adlı kiçik həcmli
hekayələrdə uşaqların düşdüyü çətin durumdan söz açılır. Əkinçiliklə ailəsini
güc-bəla dolandıran Nurəddinin quraqlıq ucbatından kənddə aclıq başladığı
bir vaxtda “atı ilə şəhərə kirayəçiliyə” gedərkən atlı-arabalı dərəyə uçub
ölməsi xəbəri arvadı Xədicəni, övladları Əhməd və Məleykəni faciəli
vəziyyətə salır. Əsərdə bu səhnə təsirli bir dillə təsvir edilir: “Uşaqlar...
acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı bunların
günündə idi. Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq
Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya
kimi oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.”
Göründüyü kimi, hamı fəlakətli durumdadır, Əhmədgilin yaşadığı kəndin
əhalisi aclıq çəkir. Xədicə ananın «çörək üçün hansı qonşuya getdisə, əliboş
qayıtmasının, hamının bunların günündə olmasının təsvirindən aydın olur ki,
yazıçı bir ailənin faciəsini o dövrdə Azərbaycan kəndlisinin məhrumiy-
yətlərlə dolu vəziyyəti ilə vəhdətdə qələmə alır.
Qarlı, çovğunlu gecədə acından ağlayıb yata bilməyən uşaqlara
təskinlik vermək üçün əlacsız qalan ananın yalana əl ataraq mələk bacamız-
Filologiya məsələləri, №4, 2017
459
dan çörək atacaq deməsi də əsərdəki nağıl elementlərindən biri kimi diqqəti
cəlb edir. Nağıllardakı kimi möcüzə baş verir. Səyyah Cəmaləddinin xeyir-
xahlığı ailəni aclığın girdabından, faciəli sonluqdan xilas edir. Bir ailənin
ümid çırağına çevrilən səyyah Cəmaləddinin yazdığı məktub oxucunu
həyatda humanizmin, xeyirxahlığın itmədiyinə inam oyadır: “"Qızım
Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun çarxı
oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam.
Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu
sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa,
mən qoca babanı da yaddan çıxartma. Xüdahafiz. Səyyah Cəmaləddin". Bu
sözlərlə yazıçı təmənnasız yardımı, insanpərvərliyi, xeyirxahlığı, mərhəməti
milli-mənəvi dəyər kimi təqdim edərək oxucunu təsvir edilən hadisədən ibrət
almağa səsləyir.
«Əhməd və Məleykə» hekayəsi yoxsulluq girdabında çapalayan
ailənin xilasını əks etdirən nikbin sonluqla bitsə də, aydın məsələdir ki,
xeyirxah səyyah Cəmaləddin yalnız bir yoxsul, kimsəsiz ailəyə kömək edə
bilər. Məhz bu həqiqəti diqqətə çatdıran ədib bir parça çörəyə möhtac olan
başqa yoxsul ailələrin də aclıq keçirdiyindən, fəlakətə düçar olduğundan
ürək ağrısı ilə söz açır.
«Abbas və Zeynəb» hekayəsində təsvir olunan əhvalat da maarifçi-
realist sənətkarın cəmiyyətdə hökm sürən yazılmış və yazılmamış qanunlarla
bağlı düşüncələrini, zərərli adət-ənənələrlə bağlı oxucuya çatdırmaq istədiyi
qənaətləri əks etdirir. Qan düşmənçiliyi, nəsillər arasında sonu görünməyən
ədavət, kin-küdurətin törətdiyi dəhşətlər iki günahsız uşağın Abbas və
Zeynəbin faciəli taleyi timsalında əks etdirilir.Hekayədəki faciəli hadisələr
təbiətin gözəl çağında – bahar fəslində baş verir: “Getdikcə dan yerinin
qızartısı artırdı. Dərələrdən və çaylardan duman qalxırdı. Günəş dağın
dalından ahəstə-ahəstə çıxırdı. Hələ özü görünmüşdü. Amma şəfəqi,
qarşıdakı uca dağın başına düşmüşdü. Sonra yavaş-yavaş qalxıb dağın
dalından göründü və ruh verən qızıl zərrələrini aləmə dağıdıb cümlə
yatmışları oyatdı.
Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərva-
nələri və anlarıoyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları
cütcünü şura gətirdi.
O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə
sürüsünüotaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.”
Hekayədə təsvir edilən sonrakı qanlı hadisər təbiətin gözəlliyi fonunda
daha faciəli mahiyyət kəsb edir. Atadan yetim qalmış Abbas və Zeynəbin quru
daxmadan başqa heç nəyi yoxdur:” Ancaq anaları Fatma cəhrəçilik edib bir növ
gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər
köməkləri çatmırdı. Abbasın on yaşı, Zeynəbin yeddi yaşı vardı. Abbas