Filologiya
məsələləri, №4, 2017
455
ни. Человек и общество-ето основной конфликт в его романах который
определяет судьбу персонажей, которые он создал. Романы один из са-
мых мощных представителей современного турецкой литературы
Р.Н.Гюнтекина и в наше время любима и почитаема.
Gunel Zeynalli
The new breath of the Turkish
novel Reshat Nuri Guntekin
Summary
One of the founders of the Turkish national literature of the republican
period, Reshat Nuri Gyuntekin wrote a number of novels and left an indelib-
le mark on Turkish literature. He is the author of 19 novels. One of the long-
lived and prolific author of Turkish literature Reshat Nuri Gyuntekin wrote
his first novels during the First World War. His works played an invaluable
role in the development of lyrical and psychological style in Turkish
literature. In such novels as “The Hidden Hand”, “The Bird Song”, “The
Stamp”, “ From the Lips in the Heart”, “The Evening Sun”, “The Woman's
Enemy”, “Green Night”, “Sympathy”, “Leaf Fall”, "Heaven", "Old Disease",
"Fire of the Night", "Windmill", "Topol winds", "Last refuge", "Blood
revenge" he created a panorama of Turkish social and political life. Man and
society is the main conflict in his novels that determines the fate of the
characters he created. Novels are one of the most powerful representatives of
modern Turkish literature R.N. Guntekina and in our time is loved and
honored.
Rəyçi: Elman Quliyev
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri, №4, 2017
456
BAHAR ƏLİYEVA
ADPU-nun nəznində Azərbaycan
Dövlət Pedaqoji kolleci
baharaliyeva2017@gmail.com
S.S.AXUNDOVUN “QORXULU NAĞILLAR” HEKAYƏLƏR
SİLSİLƏSİNİN İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: hekayə, ədəbiyyat, obraz, yazıçı, əsər, qəhrəman, ideya, bədii,
mövzu
Ключевые слова: рассказ, литература, образ, писатель, произведение,
герой, идея, художественный, тема
Keywords: Story, literature, image, writer, work, hero, idea, artistic, theme
XX əsr Azərbaycan ədəbiyyatında görkəmli dramaturq, hekayə
ustası, xalq müəllimi, maarif və mədəniyyət xadimi kimi özünəməxsus
mövqeyi olan Süleyman Sani Axundovun yaradıcılığının mühüm bir qolunu
uşaq əsərləri tutur. Uşaq ədəbiyyatımızın təşəkkülü və inkişafında böyük
xidmətləri olan ədibin dövrün tələblərinə cavab verən yeni məzmunlu uşaq
əsərlərində ilk növbədə humanist yanaşma, sağlam məfkurə, bədii
sənətkarlıq diqqəti cəlb edir.
Ədibin uşaq ədəbiyyatına gəlişi təsadüfi deyildi. 1906-cı ildə xalq
mənafeyini, vətəndaşlıq borcunu, ictimai idealları hər şeydən uca tutan
S.S.Axundov «Münsiflər məzhəkhalı» adlı məqaləsində böyük narahatlıq və
təəssüf hissi ilə yazırdı ki, uşaqlarımızı oxutmağa kitablarımız yoxdur. Bakı
rus və müsəlman məktəblərinin müəllimləri axırıncı ictimailərində məktəb-
lərimiz üçün təşkil etdikləri təzə proqramı müzakirə edən vaxt belə qərar
qoydular ki, bu proqram üzrə təzə kitab hazırlasınlar. İndi onlar hazır olub
meydana çıxanda hansı pul ilə çap olunacaqdır? Müəlliflərin, müəllimlərin
pulu ilə? Böylə biliriz ki, heç birinin qüvvəsi çatmasın. Pəs nə etmək? Yenə
də mi qışqırmalı ki, ay aman, kitablarımız yoxdur? Qışqırmaqdan bir şey
çıxmaz. Lazımdır ki, bu barədə bir çarə tapmaq…»[4 ]
Məktəblərdə təlim-tərbiyə işinə mane olan bu problemi qismən də
olsa, aradan qaldırmaq üçün uşaq əsərləri yazan S.S.Axundovun uşaq
mütaliəsinə daxil olan əsərlərini iki qismə bölmək olar: Yaşlılar üçün
yazılmış, lakin gənc nəslin tərlim-tətbiyəsi baxımından əhəmiyyətli olan
uşaq mütaliəsi nümunəдəri və bilavasitə uşaqlara ünvanlanmış bədii əsərlər.
O, 1911-ci ildə Bakıda nəşrə başlayan «Məktəb» məcmuəsində «Qorxulu
nağıllar» (1912-1914) sərlövhəsi altında uşaq taleyinə, uşaq psixologiyasına
dərin bələdliklə yazılmış «Əhməd və Məleykə», «Abbas və Zeynəb»,
«Nurəddin», «Qaraca qız», «Əşrəf» hekayələrini çap etdirmişdir.
Filologiya məsələləri, №4, 2017
457
Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun və üslub etibarılə
yenilik gətirən, yazıçının yaradıcılığında önəmli yer tutan «Qorxulu nağıllar»
hekayələr silsiləsində müəllifin ağır keçən uşaqlıq illərinin, eləcə də
müəllimlik fəaliyyətinin təsiri aydın duyulmaqdadır. S.Vurğun “Balalarımız
üçün gözəl əsərlər yaradaq” adlı məqaləsində uşaq ədəbiyyatına ciddi
münasibətin, uşaq psixologiyasını nəzərə almağın zəruriliyinə cəlb edərək
yazırdı: «Uşaq insandır! Onun sadə görünən oynaq, daim xoşbəxt və azad
təbiətində böyük insanların bütün xassələri mövcuddur.
Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəb-
lənmək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq,
hörmət, bütün insan xassələri uşaqlıq aləmində mövcuddur. Demək istəyirəm
ki, biz uşaqla danışdığımız zaman – insanla danışdığımızı, uşaq üçün
yazdığımız zaman – insan üçün yazdığımızı unutmamalıyıq».( 8, s.36)
Silsiləyə daxil olan hekayələrin nağıllar kimi təqdimi rəmzi məna
daşıyır. Hadisələr öz övladlarını başına toplayıb ibrətamiz həyat hadisə-
lərindən söz açan atanın dili ilə nağıl edilir. Hekayələrin dili, üslubu xalq
nağıllarına xas olan bədiiliyi, ifadəliliyi, canlı xalq dilinə yaxınlığı ilə seçilir.
Təsadüfi deyil ki, Hacı Səməd silsiləyə daxil olan ilk əsəri – “Əhməd və
Məleykə” hekayəsini nağıllar üçün səciyyəvi olan “biri vardı, biri yoxdu”
sözləri ilə başlayır: “Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində,
çay kənarında Tatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və
çarvadarlıqla güzəran edərdi. Qızım, həmin nağıl olunan kənddə Nurəddin
adında bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı
yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.”
Eyni zamanda bütün hekayələrdə nağıla xas olan mühüm cəhət –
həyatda xeyirlə şərin mübarizəsi motivləri əsas yer tutur. Nağılların uşaq
qəhrəmanları kimi bu əsərlərdəki uşaqlar da həyatda çətinliklərlə, şəri təmsil
edən qüvvələrlə qarşılaşır, çətin sınaqlara məruz qalırlar.
Hekayələr silsiləsindəki “qorxu” sözü ədalətsizlik mühitinin uşaq
həyatına gətirdiyi təhlükələrə işarə idi. Hekayələrin qəhrəmanları qorxulu
insanlar və hadisələrlə qarşılaşır, lakin qaranlıq mühitin təsiri onların saf hiss
və duyğularını, insana inamını sarsıtmır. Əlbəttə, müəllifin niyyəti kiçik
oxucuda həyatın sərt üzü qarşısında qorxu hissi yaratmaq yox, humanist
hislər aşılamaq, şərə, ədalətsizliyə nifrət oyatmaq olmuşdur.
B.Həsənlinin fikrincə, yazıçının qorxulu nağıllar adlandırdığı bu
hekayələrdə başlıca niyyət oxucularda həyatın ağrı-acıları, işıqlı və qaranlıq
cəhətləri barədə düzgün təsəvvür yaratmaqdır. “«Qorxulu nağıllar» uşaqlara
belə bir həqiqəti başa salır ki, həyatda xeyirxah, alicənab, mərd insanlar
olduğu kimi, ədalətsiz, şər xislətli, vicdansız insanlar da vardır. Həyat
həqiqətlərinin uşaq psixologiyasına, qavramasına uyğun bir tərzdə bədii əksi
oxucunun hiss və duyğularına təsir edir, onu düşündürür, düzgün mənəvi