Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   27   28   29   30   31   32   33   34   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
86
FƏRİDƏ ASLANOVA 
 Gəncə Dövlət Universiteti 
faridka_125@mail.ru 
 
MƏTN STRUKTURUNDA YARIMÇIQ CÜMLƏLƏR 
(FUNKSİONAL-KOMMUNİKATİV ASPEKT) 
 
Açar sözlər: mətn strukturu, yarımçıq cümlə, dialoq vahidi, qarşılıqlı əlaqə. 
Key  words:  text  structure,  incomplete  sentence,  unit  of  dialogue, 
interconnection. 
Ключевые  слова:  структура  текста,  неполное  предложение,  единица 
диалога, взаимосвязь. 
 
Mətn ünsiyyət prosesinə xidmət edən dilin müəyyən mənaya malik nitq 
parçasıdır,  konfiqurasiyadır.  Mətn  bütöv  nitq  əsəridir.  Mətn  üçün  əsas 
xüsusiyyət onun bütöv məzmuna malik nitq parçası olmasıdır. Burada dilin 
bütün strukturuna aid əlaqələrin birliyi vardır.  
Mətnin  strukturu  müxtəlif  və  bir-birilə  əlaqəsi  olan  cümlələrin 
məcmuəsindən  ibarətdir.  Həmin  cümlələr  dünyanın  reallıqları  haqqında 
müəyyən  bir  məlumatı  ötürmək  cəhətindən  ayrıca  yox,  mətn,  kontekst 
içində, digər konstruksiyalarla birgə fəaliyyyət göstərir. 
Mətni dil və nitq vahidlərinin sintezi hesab edən Ə.Cavadov yazır ki, 
mətnlə  əlaqədar  olan  məsələlərdən  biri  də  yarımçıqlıqdır.  Bu  və  ya  digər 
səbəbdən mətn daxilində cümlənin bir hissəsi, bir üzvü buraxıla bilir. Lakin 
mətn  cümlənin  buraxılmış  hissəsinin,  üzvünün,  mənasının  və  vəzifəsinin 
bərpasında mühüm rol oynayır» [1, s.109; 111 s.] 
Sonrakı tədqiqatlar göstərdi ki, bütövlükdə mətnə həm dil (invariant), 
həm də nitq (variant) xüsusiyyətlərini qoruyub saxlayan vahid kimi baxmaq 
lazımdır. 
Q.Kazımov  mətn  strukturunda  cümlənin  yerini  və  sərhəddini  belə 
müəyyənləşdirir: «Ünsiyyətin əsas vahidi olan cümlə bitmiş fikir ifadə etsə 
də, onun ifadə etdiyi fikir bitkinliyi nisbi xarakter daşıyır. Cümlə onu əhatə 
edən cümlələr birliyində, mətn mühitində struktur-semantik xüsusiyyətlərini 
tam  şəkildə  üzə  çıxara  bilir.  Cümlələrin  müəyyən  fikir  ətrafında  əlaqəli 
birliyi  mətnin  yaranmasına  səbəb  olur.  Mətnin  yaranmasının  əsaslı 
qanunauyğunluqları  vardır.  Mətnin  təşkili  mexanizmi,  qurulma  texnikası 
ardıcıl  gələn  cümlələrdə  semantik  proqressiya  ilə  bağlıdır.  Bu  sahədəki 
qanunauyğunluqların  hərtərəfli  tədqiqi  bir  sıra  problemlərin  həllinə  kömək 
edir,  dilin  funksional-kommunikativ  əhəmiyyətini  daha  ətraflı  üzə  çıxarır» 
[2, s.432; 500 s.] 


Filologiya məsələləri, № 7, 2017 
 
87
«Mətnin  strukturu  deyərkən  nə  dərk  edilir?»  Bu  suala  A.Məmmədov 
«mətnin  strukturuna  baxış»  bucağı  altında  belə  cavab  verir:  «...bəzi 
müəlliflər  onun  xətti  xarakterini  qeyd  edir  və  mətnə,  bir-birilə  müxtəlif 
vasitələr və müəyyən qaydalar ilə bağlanmış cümlələrin xətti ardıcıllığı kimi 
tərif verirlər. Digərləri isə, mətnin yalnız xaricən cümlələrin xətti ardıcıllığı 
kimi  təşkil  olunduğunu  xüsusi  vurğulayaraq  göstərirlər  ki,  bu  səciyyə 
çoxölçülüdür.  Onların  fikrincə,  mətnin  yalnız  cümlələrin  öz  aralarında 
əlaqələnmiş  ardıcıllığı  kimi  müəyyən  edilməsi  kifayət  deyil.  Şübhəsiz  ki, 
komponentlərin  qarşılıqlı  əlaqəsinin  təsviri  zamanı  ola  bilsin  ki,  mətn 
strukturunun  relevant  əlamətləri  qeyd  edilsin,  lakin  burada  göstərilmir  ki, 
müəyyən  cümlələrin  məhz  məna  ardıcıllığı  ifadə  etməsi,  yəni  mətn  kimi 
qavranılması  üçün  zəruri  şərtlər  hansılardır.  Mətn  strukturunun  belə 
hərtərəfli  tədqiqi  mətndəki  əlaqəliliyin  xətti  xarakteri  haqqındakı  fikri 
qismən  təkzib  edir  və  belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki,  mətn 
qarşılıqlı  əlaqəli  amil  və  elementlərdən  ibarət  olan  kompleks  çoxölçülü 
birləşmədir» [3, s.49; 608 s.] 
Məlumdur  ki,  müasir  dövrdə  cümlədən  yüksək  vahid  olan  mətn  bir 
tədqiqat obyekti kimi müxtəlif bilik sahələrinin mütəxəssislərini, o cümlədən 
dilçilərin  diqqətini  funksional-kommunikativ  aspektdə  özünə  cəlb 
etməkdədir. 
Mətn  cümlələr  vasitəsilə  gerçəkləşir,  realizə  olunur.  Bundan  əlavə, 
mətnin  quruluqu,  mənası,  məzmunu,  onun  funksional-kommunikativ 
xarakteri onun yaranma motivi, əmələgəlmə şəraiti ilə müəyyənləşir. 
Mətnin  strukturu,  düzgün  anlaşılması  təkcə  dil  vahidləri,  qrafik 
vahidlər və dil vasitələri ilə təmin olunmur, həm də ümumi bilik fonu, başqa 
sözlə,  kommunikativ  fon  ilə  təmin  olunur.  Məhz  həmin  ümumi  bilik  fonu 
üzərində  mətnin  yaranması  və  onun  kodunun  açılması  gerçəkləşir.  Mətnin 
məna  növlərinin  tədqiqi  ilə  L.M.Loseva,  İ.Bellert,  Q.Kazımov, 
Ə.Abdullayev, Q.Bəyzadə, N.Novruzova, və başqa alimlər məşğul olmuşlar. 
Mətnin  strukturunu  yarımçıq  cümlələrin  bütün  növləri  təşkil  edir,  bu 
cümlə tipi mətnin digər vahidləri ilə möhkəm əlaqəyə girir. 
Bədii  mətn  yarımçıq  cümlələr  vasitəsilə  də  yaranır.  Əsas  mətndaxili 
əlaqələrdən biri olan yarımçıq cümlələrin rolu xüsusi nəzərə çarpır. Mətndə 
müşahidə  olunan  yarımçıq  cümlə  tipləri  özünəməxsus  bir  sistem 
formalaşdırır. Belə ki, burada yarımçıq cümlədən ellipsisə qədər ən müxtəlif 
struktur növlərlə qarşılaşmaq olur. Əlbəttə, yarımçıq cümlələrin təkrarı həm 
emosionallığı artıran üslubi nöqteyi-nəzərdən, həm də struktur baxımdan çox 
effektiv mətnyaradıcı faktor kimi özünü göstərir. Məs.: 
-Papağımı itirmişəm-dedim. 
-Hansını? 
-Hansını? 


Filologiya məsələləri, № 7, 2017 
 
88
-Köhnə şapkanı. Köhnə şapkanı. (Əli İldırımoğlu. Seçilmiş əsərlər. IV 
cild. Bakı, 2017: 117) 
Tədqiqat  işinin  mövzusu  mətn  strukturunda  yarımçıq  cümlənin 
funksional-kommunikativ qanunauyğunluqlarının müəyyənləşdirilməsidir. 
Tədqiqatın  predmeti  mətn  və  yarımçıq  cümlə  probleminin 
öyrənilməsidir.  Obyekt  isə  Azərbaycan  və  ingilis  dillərindəki  mətnlər  və 
yarımçıq cümlələrdir. 
Mətni təşkil edən yarımçıq cümlələr komponentlərin məna əlaqəsi və 
struktur  münasibətləri  ilə  bağlanmış  olurlar.  Demək,  mətnin 
formalaşmasında yarımçıq cümlələr də aparıcı xüsusiyyətə malikdir. Mətndə 
işlənən belə cümlələr bütün mətndə aşılanan niyyət və məqsədi açmış olur. 
Qeyd  edək  ki,  mətn  strukturunda  eyni  məlumat  həm  sadə,  həm  də 
mürəkkəb cümlələr vasitəsilə ötürülə bilər. «Lakin ellipsis yolu ilə mürəkkəb 
fikrin  sadə  cümlədə  verilməsi  faktı  üzdə  olan  və  potensial  mövcud  olan 
(düşünülə  bilən)  dil  elementlərinin  yükündə  təzahür  edir.  Ona  görə  də 
situasiyadan  asılı  olaraq  mürəkkəb  cümlə  komponentlərindən  birinin 
işlədilməməsi ilə fikrin ifadəsinə və bu ifadə aparatının anlaşılmasına ciddi 
xələl gəlmirsə, dil asanlıqla belə «güzəştə» gedir (4, s.122). 
Beləliklə, mətnin strukturunu, sərhədlərini adekvat biçimdə dərk etmək 
üçün  onun  yarımçıq  cümlə  tipləri  ilə  əlaqəsini  də  təhlil  etmək  lazım  gəlir. 
Yarımçıq  cümlə  ilə  mətn  arasında  əlaqə  (formal  əlaqə)  onun  məntiqi-
semantik xüsusiyyətlərini təşkil edən koqeziya, koqerentlik, inteqrasiya kimi 
məsələlərin öyrənilməsini də şərtləndirir. 
Yarımçıq cümlənin iştirak etdiyi mətnin quruluş bütövlüyünü koqeziya 
təmin edir. Bu, mətnin strukturunda bir çox faktorların köməyilə gerçəkləşir. 
Əlaqəlilik isə koqeziya və koqerentliyin birləşməsindən ibarətdir. 
Yarımçıq  cümlə  də  mətn  yaratmaq  vəzifəsini  yerinə  yetirir.  Burada 
«yarımçıq  cümlənin  funksional  perspektivi»  faktoru  mühüm  rol  oynayır.  Bu 
«perspektiv»də  informasiyanın  həmin  tip  cümlələrlə  verilməsi  və  bölüşdürül-
məsi dayanır. 
Mətndə  yarımçıq  sintaktik  konstruksiyalar  deyərkən:  yarımçıq  cümlələr, 
mürəkkəb cümlənin yarımçıq predikatı və yarımçıq söyləmlər nəzərdə tutulur. 
Bu vasitələrlə söyləmin strukturunda informasiya lakunu və koqnitiv-diskursiv 
mexanizmi  formalaşır,  eləcə  də  yarımçıq  konstruksiyalar  bir-birinə  təsir 
göstərir.  Ona  görə  də  yarımçıq  sintaktik  konstruksiyaların  struktur,  semantik, 
funksional,  koqnitiv-diskursiv  və  informasiya  vasitələrini  təsvir  etmək  və 
onların imkanlarını üzə çıxarmaq qarşıda duran əsas vəzifələrdən biridir. 
 «Yarımçıq cümlələrin mətn strukturunda işlənən ən əsas növü dialoqun 
qarşılıqlı  replikalarından  ibarət  olanlardır.  Bu  növ  cümlələrin  əsas  quruluş 
xüsusiyyətləri dialoqun getdiyi mühitin, şəraitin özünəməxsus xüsusiyyətləri 
ilə  müəyyən  olunur.  Dialoqun  bir-birini  əvəz  edən  replika  zəncirində 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə