Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   30   31   32   33   34   35   36   37   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
94
ton (high fall + high fall), yüksəkdən enən + alçaqdan qalxan ton (high fall + 
low rise). Orta səs tonları yüksək, orta və alçaq səviyyələrdə yerləşə bilər [3, 
s.206].Haqqında  danışdığımız  səs  tonları  və  ya  nüvə  tonları  sadə  nüvə 
tonlarına  aid  edilir.  Demək  olar  ki,  ingilis  dilində  sadə  tonlar  əksəriyyət 
təşkil edir. Lakin ingilis dilində (sadə) elə nüvə tonları da vardır ki, onlar bir 
və ya daha çox nüvədən ibarət olurlar. Bu cür nüvə tonlarına mürəkkəb nüvə 
tonları  deyilir.  Mürəkkəb  tonlar  əksər  hallarda  pauzanın  olmaması  ilə 
düzəlir. Əks halda, bu pauza məna qrupunu sadə tonlara ayıra bilər. Məsələn, 
Will you take sugar? 
`No, I won’t. 
Verilmiş misalda pauzanın olmaması məna qrupundakı nüvə tonlarını 
mürəkkəb tonlar kimi adlandırmağa əsas verir. Əgər biz bu cümləni `No, /I` 
won’t  şəklində  işlətsək  və  nüvə  tonları  arasında  pauza  işlətsək,  onda 
mürəkkəb  tonlardan  danışmaq  əsassız  olardı.  Çünki  tətbiq  olunmuş  pauza 
məna  qrupunu  iki  sadə  nüvə  tonuna  ayırmışdır.  Mürəkkəb  tonların  mənası 
iki sadə tonun mənasının bir növ cəmidir. 
Mürəkkəb tonların aşağıdakı növlərini qeyd etmək olar: 
1) Yüksəkdən enən ton + yüksəkdən enən ton (high fall + high fall). Bu 
mürəkkəb  nüvə  tonu  əsasən  bu  və  ya  digər  obyekt,  əşya  və  s.  müqayisə 
edərkən işlənir. Məsələn, 
Like ` most of `London `suburban, houses. 
2) Yüksəkdən enən ton + alçaqdan qalxan ton (high fall + low rise). Bu 
mürəkkəb nüvə tonu əsasən orta cümlələr, cümlənin əvvəlində işlənən zaman 
və  yer  zərfliklərini  əmələ  gətirən  tərkiblə  işlənir  və  deyilmiş  fikrə  şəxsi 
münasibət  bu  və  ya  digər  obyektin  zaman  və  məkanını  bildirir.  Məsələn,I’m 
`absolutely `certain I ˇbrought it.Mürəkkəb tonlar haqqında danışarkən onu qeyd 
etmək vacibdir ki, sadə nüvə tonlara nisbətən mürəkkəb nüvə tonları daha çox 
emfatik nitq, yəni emosional nitq üçün xarakterikdir [1, s.141].Cümlə vurğusu – 
cümlədəki daha əhəmiyyətli söz və ya sözlərin qabarıqlığının nisbi dərəcəsidir. 
Başqa  sözlə,  cümlə  vurğusu  bu  və  ya  digər  sözü  və  ya  sözləri  o  birilərindən 
ayırır.  Vurğulu  və  vurğusuz  hecaların  uzunluğundakı  fərq  və  həmçinin 
vurğuların  məna  qrupunda  bölüşdürülməsi  cümlənin  ritmik  quruluşunun 
yaranmasında əhəmiyyətli rol oynayır. Vurğunun dəyişməsi cümlənin mənasını 
da dəyişə bilər. Əslində, vurğu və səs tonu hər hansı bir cümləyə emfaza vermək 
üçün  bir-biri  ilə  sıx  əlaqədədir.  Cümlə  vurğusunun,  həmçinin  sözləri  onların 
nisbi semantik əhəmiyyətinə görə fərqləndirmək kimi funksiyası da vardır.Bir 
qayda olaraq, söz nə qədər əhəmiyyətli olarsa, onun vurğusu da bir o qədər 
güclü  olar.  Cümlə  vurğusu  cümlənin  ritmik  quruluşunun  əsası  kimi  çıxış 
edir. Başqa sözlərlə desək, ingilis dilində nitqin ritmi vurğulu hecaların daha 
çox  və  ya  daha  az  müntəzəm  zaman  intervallarında  təkrar  olunması  və 
vurğulu və ya vurğusuz hecaların əvəzlənməsi ilə düzəlir.Bəzi alimlər cümlə 


Filologiya məsələləri, № 7, 2017 
 
95
vurğusunu  aksent  sözü  ilə  yanaşı  işlədirlər.  Belə  alimlərə  misal  olaraq 
L.Leontiyevanı  göstərmək  olar.  Buna  baxmayaraq,  alim  vurğu  ilə  aksentin 
arasındakı fərqi də izah edir. Onun sözlərinə görə, cümlə vurğusu ilə aksent 
arasındakı fərq o fakta əsaslanır ki, vurğu halında dominant kimi qavranılan 
komponent ucalıqdır, lakin aksent halında isə səs tonudur. Cümlədəki vurğu 
dərəcələri  tonal  diapazon  sistemi  ilə  əlaqəlidir.  Nüvə  vurğusu  ən  güclü 
vurğudur və ən mühüm informasiya daşıyıcısıdır. Nüvəsiz vurğular tam və 
natamam  vurğulara  bölünürlər.  Tam  vurğulara  yalnız  intonasiya  qrupunun 
taktında təsadüf edilir. Natamam və zəif vurğulara isə həm takt önündə, həm 
də  taktardıda  təsadüf  edilir.  Natamam  vurğulu  sözlər  öz  qabarıqlıq 
dərəcələrini  tamamilə  itirmirlər,  lakin  onlar  sait  səsin  tam  keyfiyyətini 
saxlayırlar.Ton  –  qruplarda  ritmin  təsiri  ilə  vurğu  dəyişikliyə  məruz  qala 
bilər,  lakin  bir  neçə  qaydalar  vardır  ki,  bu  qaydalara  əsasən  cümlədəki 
sözlərin hansının vurğulu və ya vurğusuz olduğunu bilmək olar.Nitqin tempi – 
cümlənin və ya onun bir hissəsinin tələffüz edildiyi sürətdir. İntonasiyanın bu 
tərkib  hissəsi  müəyyən  dərəcədə  ritmlə  əlaqədardır.  Temp  nitqin  davamlılıq 
müddətinə  əsaslanır,  onun  sürətlə  və  yaxud  ləng  aparılmasını  nəzərdə  tutur. 
Temp  üçün  danışıq  üzvlərinin  gərginliyinin  və  deyim  aydınlığının  da 
əhəmiyyəti vardır.Nitqin tempi ən çox ritmlə bağlıdır. Məhz buna görə də ritm 
daha  çox  fonetistlərin  əsərlərində  tədqiq  edilir.  Ritmin  təhlilinə  keçməzdən 
əvvəl  ritmin  özünün  tərifinin  verilməsinə  çalışaq.  İntonasiyanın  tərkib 
hissələrindən mühümü olan ritm dilçilik terminlərinin izahlı lüğətində belə şərh 
olunur: Sürətlənmənin və ləngimənin, gərginləşmənin və zəifləşmənin, uzunlu-
ğun  və  qısalığın,  bənzərliyin  və  çeşidliliyin  nitqdə  bir  bərabərdə  əvəzlən-
məsi”.Bu  fonetik  kateqoriya  nitqin  prosodik  üzvlənməsinə,  modifikasiyasına, 
yəni  müxtəlif  qəbildən  olan  sintaktik  əlaqələrin,  mənaların  ton  yüksəkliyinin, 
intensivliyinin,  uzunluğunun  hər  cür  dəyişməsi  və  qarşı-qarşıya  qoyulması, 
fonetik cəhətdən müxtəlif (yaxud eyni) hecaların, ritmin əvəzlənməsi vasitəsilə 
ifadəsinə  aid  olan  bütün  hadisələri  əhatə  edir  [1,  s.136].Ritm  vurğulu  və 
vurğusuz  hecaların  müntəzəm  əvəzlənməsidir.  Cümlədəki  ritmin  quruluşu, 
vahidləri  vurğu  qrupları  və  ya  ritmik  qruplar  adlanır.  Ritmik  qruplar 
arasındakı sərhədlərin dərk edilməsi vurğulu hecalar və ya gərginlik zirvələri 
ilə əlaqələndirilir. Vurğusuz hecaların özlərindən əvvəlki hecalara (enklitika 
–  enclitics),  yaxud  da  özlərindən  sonra  gələn  hecalara  (proklitika  – 
proclitics)  yanaşmaq  meyli  vardır.  Bir  qayda  olaraq,  ingilis  dilində  ilkin 
vurğusuz  hecalar  sonrakı  vurğulu  hecalara  yanaşır.  Ritmik  qrupun  bu  cür 
hecasız  vurğuları  enklitika  adlanır.Cümlənin  hər  bir  məna  qrupu  təqribən 
eyni zaman müddətində tələffüz olunur. Vurğusuz hecalar daha tez tələffüz 
olunur.  Vurğusuz  hecalar  nə  qədər  çox  olarsa,  onlar  bir  o  qədər  sürətlə 
tələffüz  olunurlar.  Ritmik  qrupda  özlərindən  sonrakı  vurğulu  hecalara 
yanaşan vurğusuz hecalar – proklitikalar enklitikalara nisbətən daha sürətlə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə