Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə42/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   38   39   40   41   42   43   44   45   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
116
Саида Вердиева  
Обучение студентов инженеров техническому письму на 
английском языке 
 
Резюме 
 
Статья посвящена обучению студентов инженеров технических 
вузов  письму  на  английском  языке.  Необходимость  общения  на 
профессиональном  международном  уровне  в  письменной  форме  в 
настоящее  время  становится  актуальным.Обучить  письму  на 
профессиональном  уровне  это  приоритет  учителей  технических 
вузов.Обучение  происходит  поэтапно  и  состоит  из  четырёх  сту-
пеней.Подготовительный этап Овладение грамматическими навыками-
Сжатие  текста,  Сочинение,Каждый  из  этих  этапов  также  состоит  из 
нескольких  ступеней.  Обучение  хорошему  правильному  письму 
требует  много  тренировок  и  практики.Умение  письменно  излагать 
мысль ясно, кратко и правильно это ценное качество студентов. 
 
Saida Verdiyeva  
Mühəndis tələbələrə texniki yazıya öyrədilməsi 
 
Xülasə 
 
 Məqalə  texniki  universitetlərdə  təhsil  alan  mühəndis  tələbələrə 
ingilis dilində öz ixtisasları üzrə yazmasının təhsilinə həsr olunub. Yazını 
lazımlı  yüksək  səviyyədə  qurmaq,  tələb  olunan  işə  müvəffəq  olmaq 
deməkdir. Bunun öz metodikası,qayda və qanunları mövcuddur. Verilmiş 
məqalədə yazı tədrisinin əsas mərhələləri qöstərilib. 1. Hazırlıq mərhələsi 
 2. Qrammatik vərdişlərə yiyələnmə, 3. Mətnin sıxılması, 4. Əsər Bu 
mərhələlərin  hər  biri  də  bir  neçə  mərhələdən  ibarətdir.  Aydın,  qısa  və 
effektiv yazmaq imkanı bir çox məşq və təcrübə tələb edir.  
 
 
Rəyçi:                   Sevil Əliyeva  
                   filologiya elmlər namizədi 
 
 
 
 
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
117
  VÜSALƏ BƏNNAYEVA,  
   Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 
        ZEYNƏB ƏSGƏROVA  
     Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi  
vusala79bannayeva@gmail.com 
 
ALINMA SÖZLƏR VƏ ”SÖZALMA” PROSESİ 
   
Açar sözlər: Təhsil, sifət, söz ehtiyatı, əlaqə, alınma sözlər  
Key words: education, word-stock, periods, relationship, borrowings  
 
Ключевые  слова:  образование,  словарный  состав,  период,  взаимоот-
ношение, заимствованные слова  
 
   Tarixi inkişaf prosesində hər bir dil müxtəlif dəyişmələrə məruz qalır. 
Ən əsas dəyişikliklər isə özünü dilin lüğət tərkibində biruzə verir. Dünyada 
ancaq öz xalis sözlərindən ibarət olan saf dil yoxdur. Bütün dillər bir-birinə 
söz vermiş və başqasından söz almışdır. Millətin və xalqın bir-birilə ictimai-
siyasi,  iqtisadi,  elmi-mədəni  əlaqələri  nəticəsində  dillərin  də  bir-birilə 
qarşılıqlı təsiri olmuşdur və olmaqdadır. Bunun nəticəsində də dünyada olan 
dillərin hər birində müəyyən qədər alınma söz və söz birləşmələsi vardır. Bir 
dildən  başqa  dilə  söz  o  zaman  kecir  ki,  bu  dildə  həmin  sözün  ifadə  ettiyi 
məfhumu  bildirən  başqa  söz  olmasın  və  ya  onun  tam  ekvivalent  variantını 
dildə ifadə etmək çətinlik törətsin.  
   Hər  hansı  bir  dilin  digərindən  sözlər  və  söz  elementləri  götürməsi 
”Sözalma”  adlanır.  ”Sözalma”  dedikdə,  adətən  ,  yeni  yaranan  anlayışları 
ifadə  etmək  və  mövcud  anlayışları  bir-birindən  dəqiq  fərqləndirmək  üçün 
başqa dillərin lüğət tərkibinə müraciət edilməsi, bir dilin digərindən ayrı-ayrı 
elementləri alıb işlətməsi prosesi nəzərdə tutulur.  
  Dilin  lüğət  tərkibindəki  alınmalar  həm  alınma  mənbəyinə,  həm  də 
alınma dövrünə görə fərqləndirilir. Müasir ingilis dilində müxtəlif dillərdən 
alınmalar  vardır.  İngilis  dilindəki  alınmaları  beş  əsas  qrupda  birləşdirmək 
olar:  1)  kelt  dilindən  alınmalar;  2)  latın  dilindən  alınmalar;  3)  skandinav 
dillərindən alınmalar; 4) fransız dilindən alınmalar; 
5) başqa dillərdən alınmalar. 
   Keltlər  eramızdan  əvvəl  və  eramızın  ilk  illırində  Avrapada  yaşayan 
xalqdır.  Təxminən  4  min  il  öncə  bəzi  tayfaların  Avropaya  köçməsi 
nəticəsində  Mərkəzi  Avropadan  köç  edərək  Qərbə  və  şimala  sıxışdırılaraq 
Britaniya  adaları  və  İspaniyada  yerləşdilər.  Heç  şübhəsiz  ki,  sıxışdırma 
dərhal  baş  verməmişdi  və  dillər  arasında  əlaqələr  yaranmışdı.  Buna 
baxmayaraq ingilis dilindəki kelt alınmaları çoxluq təşkil etməmiş daha çox 
toponimlərdə  qorunub  qalmışdır.  Müasir  dövrədək  gəlib  çıxmış  kelt 


Filologiya məsələləri, № 7, 2017 
 
118
alınmalarına  vapposk  (fətir),  down,  dune  (təpə),  dun  (qəhvəyi)  sözlərini 
nümunə göstərmək olar. 
   Sonrakı dövrlərdə tərkibində keltizmlər olan sözlər Şotland dilindən 
(məs: slogan, whisky, clan), irland dilindən (məs: bard, fan, tory) və fransız 
dili vasitəsilə alınmalar (məs: beak, budget, career, gravel, harness, tunnel) 
ingilis dilinə daha çox daxil olmuşdur. Kelt dili bir neçə hissəyə bölünürdü. 
Bu dil Hind Avropa dilləri ailəsinin bir qoludur. Dünyada hazırda 1,5 milyon 
adam bu dildə danışır.  
   Latın  dilindən  alınan  sözlərin  üç  qatı  göstərilir.  I  qat  bizim  eradan 
əvvələ təsadüf edir, bizim eranın İV əsrinə qədər bir dövrü əhatə edir. II qat 
V-Vİ  əsrlərə-  xristianlığın  İngiltərədə  yayıldığı  dövrə  aid  edilir.  III  qat 
intibah  dövrü  ilə  əlaqədar  XV-XVİ  əsrlərdə  ingilis  dilinə  keçmiş  latın 
sözləridir.  İngilis  dilində  latın  dilindən  alınma  sözlərin  əksəriyyəti  “kitab” 
sözləri  təşkil  edir.  Bu  sözlər  dilə  yazılı  sənədlər,  kitablar  və  s.  vasitəsilə 
keçmişdir.  Latın  dilindən  alınan  sözlərin  müəyyən  hissəsi  bu  və  ya  başşqa 
fonetik  cilddə,  qrammatik  quruluşda  və  mənada  bir  çox  dillərdə  rast 
gəldiyindən internasional sözlər cərgəsində yer tutur. İnternasional sözlərin 
əsas hissəsi latın mənşəlidir. Müasir elmlərin çoxunda latın mənşəli terminlər 
müəyyən  çəkiyə  malikdir.  Müasir  təbabət,  kimya,  botanika,  zoologiya, 
fəlsəfə, siyasət elmlərində indiyə kimi latın sözlərindən istifadə olunur. Bu 
onunla izah olunur ki, feodalizm dövründə latın dili Qərbi Avropanın bir çox 
ölkələri üçün beynəlxalq elmi dil, bəzi ölkələrdə isə ümumiyyətlə, ədəbi dil 
hesab olunurdu. Latin mənşəli olan alınmalara obligation, constitution, alibi, 
microscope, modern, laboratory, system, socialism, communism, tradition və 
s.  misal  ola  bilər.  Bundan  başqa  audio-lat.  dinləmək,  qulaq  asmaq: 
auditorium, audience. Centum- lat. yüz: cent, centry, centenary. Demos-lat. 
xalq:  democracy,  demography.  Scribe,  scriptum-lat.  Yazmaq,  yazılmış: 
describe,  subscribe,  inscription.  Video-lat.  Görmək:  visus-  lat.  Görünüş, 
mənzərə:  visible,  vision,  revise,television,  evidence.  Vita-lat.  Həyat:  vital, 
vitality, vitamin. 
Latınca quies, quietus “sakitlik, istirahət” bilavasitə ingilis dilinə daxil 
olmuş,  quiet  formasına  malikdir,  fransız  dilindən  keçən  həmin  söz  dildə 
quite kimi mövcuddur.  
    Üçüncü  qrup  sözlər  Skandinav  dilindən  alınan  sözlərdir.  Müasir 
dövrdə Norveç və isveç dilinə meylli olan yazılar danimarka dilinə mənsub 
olanlara  nisbətən  daha  çox  sayda  gəlib  çatmışdır.  Xİİİ-XİV  əsrlərə  aid 
mətnlərdə,  daha  dəqiq  desək  Ormulun,  Qolsterli  Robertin  xronikası, 
Danimarkalı  Havelok  kimi  əsərlərdə  şərqi  skandinav  qrupuna  daxil  olan 
Danimarka  və  İsveç  dillərinin  xarakterində  fərqli  xüsusiyyətlər  müşahidə 
olunmuşdur.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə