Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə60/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   56   57   58   59   60   61   62   63   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
165
  -ing  şəkilçisi  ilə  düzələn  terminlərin  bəziləri  üslubi  çalarlara 
malikdirlər.  Məsələn,  buzzing  (şturmovka,  uçuş),  eavesdropping  (xəlvəti 
qulaq  asmaq,  rabitə  vasitəsilə  xəbəri  tutma),  kicking  (hərbidən  uzaqlaşma, 
qaytarma) və s.  
  -ion şəkilçisi ilə düzələn hərbi terminlər: 
  Müasir  ingilis  dilinin  hərbi  terminologiyasında  ən  geniş  yayılmış 
şəkilçisidir. Bundan başqa, yeni söz yaratmaqda intensiv surətdə bu şəkilçi 
çox 
aktivdir. 
Məsələn, 
collimation, 
comparimentation, 
comparimentalization, defaliation və s.  
  Bu şəkilçinin başqa allomorf xassəli variantları da vardır: 
  -ion,  -tion,  -sion,  -  ation,  -ication  və  s.  Məsələn,  contamination, 
retention, propulsion, motorization, identification və s. 
  Bu  şəkilçilərlə  bağlı  V.V.Borisov  yazır  ki,  -ization  müstəqil  şəkilçi 
kimi fel düzəldən –ize şəkilçisinə uyğun gəlmir və onun mövcudluğuna da 
etirazını bildirmir. 
  Bu  şəkilçi  əsasən  V+-ion=N  formulası  əsasında  termin  yaratmaq 
qabiliyyətinə  malikdir.  Məsələn,  demolition  (dağıtma),  atomization  (nüvə 
zərbəsi), invasion (zorla basıb girmə), detonation (detonasiya) və s.  
  -ton səkilçisi əsası –ate, -ify, -ize sonluğu ilə qurtaran sözlərin axırına 
əlavə edilərək isim düzəldir: Məsələn, penetration, calibration, codification, 
motorization,  miniaturation  və  s.  Ingilis  dilində  yemək  adları  da  bir  çox 
suffikslər ilə düzəlir. Belə ki, yemək adları məişət leksikasına daxil olduğu 
üçün, onlar əsasən isimlərdən ibarətdir və ismin şəkilçilərini də qəbul edir. 
Məsələn,  -er  suffiksi  ilə:  cheeseburger  (kotlet  və  ya  pendirlə  qızardılmış 
bulka),  frankfurter  (sosiska),  chitter  lings  (çox  məşhur  yemək  növüdür, 
donuzun qabırğalarından hazırlanır, qızartmadır), bangers and mash (sosiska 
ilə püre), cream cracker (şirin biskivit, adətən yağ-pendirlə yeyilir) və s. 
  -ery  suffiksi  ilə:  confectionary  (şirniyyat,  qənnadı),  cookery 
(kulinariya), crockery (qab-qacaq), cultery (çəngəl-bıçaq) və s. 
  Bütün  deyilənlərdən  aydın  olur  ki,  isim  düzəldən  suffikslər  nəinki 
ingilis  dilində,  hətta  Azərbaycan  dili  üçün  də  səciyyəvidir  və  dilin  lüğət 
tərkibinin zənginləşməsində böyük rolu vardır. 
 
Ədəbiyyat  
 
1.  Mələk Məmmədova. İngilis dilinin qrammatikası. Bakı 2011. 
2.  N.Məmmədov. “Azərbaycan dilçiliyinin nəzəri əsasları”. Bakı, 1971. 
3.  A.M. Babayev Dilçiliyə giriş, Bakı, Maarif, 1992.  
 
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
166
S.Qasımova  
The formation of military terms by morphological way 
 
Xülasə 
 
There are several noun forming suffixes enriching the lexical layer of 
the  English  language  in  the  formation  to  military  terms  by  morphological 
way. This principal is one of the main factors for increasing military terms. 
During the formation of such kinds of terms new lexical units appear so that, 
this is caused by word-building suffixes and some borrowed suffixes.  
Most  researchers  showed  that  this  way  of  word-building  is  more 
productive and is based on more internal linguistic laws. This is connected 
with  the  English  language  being  rich  with  word-building  suffixes.  Term 
forming  by  morphological  way  gives  an  opportunity  to  express  military 
notions by internal linguistic laws. Besides it helps to enrich the vocabulary 
stock of the English language by these suffixes.  
 
С.Касумова 
Формирование военных терминов с морфологическим способом 
 
Резюме 
 
Существует несколько существительных, образующих суффиксы, 
обогащающие  лексический  слой  английского  языка  в  формации 
военными  терминами  с  морфологическим  способом.  Этот  принцип 
является одним из основных факторов увеличения военных терминах. 
Во  время  формирования  таких  видов  терминов  появляются  новые 
лексические единицы, так что это вызвано суффиксами словосочетания 
и некоторыми заимствованными суффиксами. 
Большинство исследователей показали, что этот способ построения 
слов более продуктивен и основан на более внутренних языковых законах. 
Это связано с тем, что английский язык богат суффиксами для создания 
слов.  Формирование  термина  морфологическим  способом  дает  возмож-
ность  выражать  военные  понятия  внутренними  языковыми  законами. 
Кроме  того,  эти  суффиксы  помогают  обогатить  словарный  запас 
английского языка. 
 
Rəyçi:                   Rəhimə Məmmədova 
                      filologiya elmləri namizədi, dosent 
  


Filologiya məsələləri, № 7, 2017 
 
167
MƏTANƏT İBRAHİMOVA 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
matanat@mail.ru 
 
SİFƏTİN SUFFİKS VASİTƏSİLƏ YARANMASI ÜSULLARI 
 
Açar sözlər: nitq hissəsi, isim, sifət, suffiks, prefiks, sözdüzəltmə, kök, söz 
Key words: parts of speeh, noun, adjective, suffix, prefix, word-formation, 
stem, word 
Ключевые  слова:  части  речи,  существительное,  прилагательное, 
суффикс, префикс, словообразование, основа, слово 
 
Hər nitq hissəsinin öz sözdüzəldici suffiksləri olduğu kimi sifətində də 
özünə  məxsus  sözdüzəldici  suffiksləri  vardır.  Bu  suffikslər  də  müxtəlif 
qruplara bölünürlər.  
İngilis  dilinin  müasir  inkişaf  mərhələsində  iki  cür  –ly  suffiksi  vardır, 
onlar sözdüzəltmə funksiyasını yerinə yetirir və omonim hesab olunurlar. O. 
Espersenin fikrincə, sifət düzəldən –ly suffiksinin və zərf düzəldən –ly suf-
fiksinin müxtəlif yaranma mənbələri vardır. –ly suffiksinin həm də adverbial 
və adjektiv semantik potensialı bir qədər fərqlidir: -ly adverbial suffiksi söz 
kökünün ifadə etdiyi hərəkət obrazı və üsulu mənasını verir.  
-ly  adjektiv  suffiksi  isim  mənşəli  söz  köklərindən  sifət  düzəldir,  -ly 
adverbial suffiksi isə sifət mənşəli söz köklərindən sifət düzəldir. –ly suffiksi 
isim mənşəli söz kökləri ilə birləşərək çoxmənalı olur və aşağıdakı mənaları 
verir: 
a) “Söz kökünün ifadə etdiyi bir şeyə bənzər, oxşar, ümumi cəhətləri 
olan, xatırladan” mənalarını verir. Məsələn: fatherly – ata kimi, neighbourly 
– dost, qonşu kimi, earthly – yerə məxsus.  
b)  “Periodik  olaraq  təkrarlanan”.  Belə  mənada  –ly  suffiksi  müxtəlif 
zaman kəsişmələrini ifadə edən sözkökləri ilə birləşir. Məsələn: yearly – hər 
il, hourly – hər saat, nightly-hər gecə, minutely – hər dəqiqə  
c) –ly suffiksi sifət mənşəli söz köklərinə birləşərək söz düzəldən kökə 
xarakterik olan əlavə keyfiyyət çaları verir. Məsələn: sickly – ağrılı, kindly – 
mehriban,  deadly  –  ölümcül,  ölüm  gətirən.  Belə  halda  –ly  suffiksi  ilə 
işlənməyən sifət daha ümumi kateqoriyalı məna verir, -ly suffiksi ilə işlənən 
sifətlər isə daha spesifik məna verir.  
Müasir  ingilis  dilində  -ly  suffiksi  az  produktivliyi  ilə  xarakterizə 
olunur. Daha produktiv onun sinonimi olan –like suffiksidir.  
Gələcəkdə loveliness kimi sözlərin yaranmasında köməkçi ola bilər.  
-ly, -like, -ish kimi suffiksləri “oxşarlığı olan, xatırladan, bənzər, kimi” 
mənalarında sinonim morfem hesab olunurlar.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə