Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə59/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   55   56   57   58   59   60   61   62   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
162
-ing suffiksi ilə: bussing, de+plan+ing, bomb+ing; 
-sion suffiksi ilə: inva+sion  
-tion suffiksi ilə: penetra+tion, codifica+tion və s.  
  Misallardan  göründüyü  kimi,  söz  köklərinin  və  şəkilçilərin 
xarakterindən  və  formasından  asılı  olmayaraq,  ikinci  sözdüzəldici  şəkilçi 
vasitəsilə  düzələn  yeni  isimlər,  hərbi  termin  xarakteri  daşıyır  və  bu  cür 
isimlərin yaranması da ingilis dilinin daxili qanunauyğunluqlarına əsaslanır. 
  Şəkilçilərlə  düzələn  hərbi  termin  yaradıcılığında  ingilis  dilində 
işlənən  və  fəal  işlənmə  qabiliyyətinə  malik  olan  sözdüzəldici  şəkilçilərin 
müxtəlifliyi və onların qoşulduğu sözlərlə birlikdə malik olduqları semantik 
mənalar  da  kənarda  qalmamalıdır.  Belə  ki,  ingilis  dilinin  lüğət  tərkibində 
çoxlu sayda sözdüzəldici şəkilçilərlə işlənən hərbi isimlər vardır ki, onlar da 
ingilis dilinin lüğət tərkibini xeyli zənginləşdirir. 
  Şəkilçilərlə  işlənən  söz  yaradıcılığının  məhsuldar  olmasının  bir 
səbəbi də ingilis dilinin leksik şəkilçilərlə zəngin olmasıdır. Belə ki, ingilis 
dilində  şəkilçilər  sistemində  isim  düzəldən  suffikslərin  xüsusi  əhəmiyyəti 
vardır  ki,  onlar  da  hərbi  terminlərin  yaranmasına  xidmət  edən 
vasitələrdəndir. Məsələn: 
-age şəkilçisi ilə düzələn hərbi terminlər.  Bu 
şəkilçi  ilə  işlənən  isimlər  hərbi  dəniz  işləri,  onların  təchizatlarına  aid 
anlayışları bildirir. Bu zaman V+-age = N forması yaranır. Məsələn, floatage 
(ehtiyat  mənbəyi),  towage  (yedək),  assemblage  (dəst),  tubage  (daxili 
boruların əvəzlənməsi), pilotage (öz-özünü idarə edən) və s.  
  Bu  şəkilçi  ilə  düzələn  sözlər  sayıla  bilən  isimlərin  konkretliliyini 
bildirir:  berthage  (əsas  xətt),  tentage  (çadır  üçün  ləvazimat),  gunnage 
(silahların sayı), buoyage (döyüş sərhəddi), clutterage (yerli əşyaların əksi) 
və s.  Azərbaycan dilində belə şəkilçilərdən –ma, -mə ikivariantlı şəkilçini 
göstərmək olar ki, onlar da isimlərin sonuna fellərdən isim düzələn şəkilçilər 
artırılır. Məsələn, atışma, düzülmə, izləmə, bölmə, yaxalama və s. -an, -eer, -
ier, ist şəkilçiləri ilə düzələn hərbi terminlər. Mənalarına görə ümumiləşmiş 
əsaslara qoşulan bu şəkilçilər bir qrupda birləşirlər. Vasitəçi şəkilçi adlanan 
bu şəkilçilər –er və -man səkilçilərinə də aid ola bilərlər və çox məhsuldar 
olurlar. Bundan başqa bu qrup sözdüzəldici şəkilçilər eyni formula əsasında 
hərbi  termin  düzəldirlər:  N+suf+N.Bu  formula  ilə  düzələn  hərbi  terminlər 
vaxt ötdükcə də yeni-yeni terminlər yaranır və ingilis dilinin lüğət tərkibinin 
zənginləşməsinə  səbəb  olur.  Məsələn:codist,  receptionist,  environmentalist 
və  s.  Yaradıcı  şəkilçi  olan  –an,  -eer,  -ier,  -ist  şəkilçilərinə  aşağıdakı  dil 
faktlarına misal göstərmək olar: racketeer (raket texnikası üzrə mütəxəssis), 
grenadier (qranat atan), electrician (elektrik) və s. 
   Müasir Azərbaycan dilində bu formulaya uyğun sözlər də vardır ki, 
onlar da hərbi terminologiyada geniş işlənməkdədir. Məsələn, başlıq, ucluq, 


Filologiya məsələləri, № 7, 2017 
 
163
qəfillik,  tezlik  və  s.  sözlər  bu  gün  də  fəal  işləklik  xüsusiyyətinə  malik 
olmaqla daha çox isimlərə artırılır.  
  -ance//-ence şəkilçisi ilə düzələn hərbi terminlər. 
  Qeyri-məhsuldar  şəkilçilər  qrupuna  daxil  olan  bu  şəkilçilər  hərbi 
termin yaradıcılığında abstrakt məfhumlar yaradır. Bu tipli şəkilçilər xüsusi 
formula  əsasında  düzəlir:  V+ance+N  formulası  əsasında  yaranan  hərbi 
terminlər hal-vəziyyət, keyfiyyət bildirir. 
  Hərbi terminoloji lüğətlərin tədqiqi zamanı bir sıra törəmə terminlərə 
təsadüf olunur ki, onlar da A+ance+N formulasına uyğun gəlir. Bu zaman –
ant şəkilçisi –ance şəkilçisinə çevrilir. Məsələn, 
  vigilant-vigilance, dominant-dominance, turbulent-turbulence və s.  
  -cy, -ship şəkilçiləri ilə düzələn hərbi terminlər. 
  Abstrakt hərbi terminlərin yaradılmasında bu şəkilçilər işlədilir.  
  N+ship+N  və  N++cy=N  formulası  əsasında  yaranır.  Bu  da  qeyri-
məhsuldar  sözyaratma  funksiyasına  daxildir.  Bu  tipli  hərbi  terminlərin 
aşağıdakı məna çalarlıqları vardır: 
  -hərbi rütbə bildirənlər: 
  colonelcy  (polkovnik  rütbəsi),  captaincy  (kapitan  rütbəsi), 
admiralship (admiral rütbəsi), lieutenancy (leytenant rütbəsi) və s. 
  -qabiliyyət, bacarıq mənalarını bildirənlər:  
  -marksmanship  (oxatma  qabiliyyəti),  seamanship  (dənizçilik  sənəti, 
gəmi idarəetmə qabiliyyəti) və s. 
  -vəziyyət, keyfiyyət, hal mənaları bildirənlər: 
  -cadership (kursant kimi xidmət göstərmə), cenorship (hərbi senzura), 
leadership (hərbi rəhbərlik) və s. 
  -ee şəkilçisi ilə düzələn hərbi terminlər: 
  Bu şəkilçi ilə düzələn hərbi terminlər 
  Bu  şəkilçi  vasitəsilə  düzələn  terminlər  şəxs  bildirir,  hərəkətin 
obyektini bildirir.  
  V+-ee=N  formulası  əsasında  yaranır.  Bundan  başqa,  həm  də  təsirli 
fellərlə işlədilir. Məsələn,  
  decoratee (təltif olunan şəxs), draftee (xidmətə çağırılan şəxs) və s.  
  -ee şəkilçili hərbi terminlərdə vurğu şəkilçinin üzərinə düşərək ritmik 
struktur  yaradır.  Ikinci  dərəcəli  vurğu  isə  axırdan  ikinci  və  üçüncü  hecaya 
düşür. Məsələn:  
  enlistee [enli’st:], internee [intə:’ni], refugee [,refju:d=i:] və s.  
  İngilis dilində -ee şəkilçisi –er şəkilçisi ilə sinonimlik yaradaraq eyni 
semantikaya malik olur. Məsələn,  
  enlistee (hərbi xidmətə daxil olan)= enlister və s.  


Filologiya məsələləri, № 7, 2017 
 
164
  Lakin  bu  halı  bütün  sözlərə  şamil  etmək  olmaz.  Belə  ki,  holdee 
(əsgər)  –  holder  (bir  şeyi  saxlayan)  və  s.  bu  kimi  sözlər  yuxarıda  deyilən 
sinonimliyə uyğun gəlmir.  
  -ee  şəkilçisini  P.M.Karaşuk  qeyr-məhsuldar  şəkilçi  adlandırır,  eləcə 
də P.V.Sarev bu şəkilçinin məhdud işlənmə dairəsinə öz narazılığını bildirir.  
  -er şəkilçisi ilə düzələn hərbi terminlər. 
  Hərbi  terminologiyada  bu  şəkilçi  başqalarına  nisbətən  daha 
məhsuldardır.  Yeni  sözdüzəltmə  zamanı  həm  hərbi,  həm  də  başqa 
terminlərin  yaranmasında  çox  aktiv  olan  –er  aşağıdakı  formulalar  əsasında 
yaranır: 
  V+er=N beleaguerer, fighter, coder, defeender, exrloder və s. 
  N+er=N gunner, ambusher, armorer və s. 
  Bu  tipli  hərbi  terminlərin  bir  neçə  məna  çalarlıqları  vardır.  Onlar 
xəbər  vermə  mənalarına,  daha  doğrusu  müvəqqəti  də  olsa  hərəkət  və 
məşğuliyyət,  o  sahədə  sahiblik,  sənət-peşə  terminlərinin  mənalarını  bildirir. 
Məsələn,  
  aimer, evader, flier, defender, loader, ambusher və s. 
  Bununla yanaşı əşyanın, maşının, dəzgahın, alətin, hərbi texnikanın hər 
hansı bir nümunələrini də əks etdirmək üçün bu şəkilçidən istifadə olunur. 
  Məsələn,  exploder,  faker,  launcher,  smoker,  patroller,  tracker 
(operator), buzzer (rabitəçi), filler (serjant) və s. 
  -ic şəkilçisi ilə düzələn hərbi terminlər: 
  Bu şəkilçi ilə düzələn hərbi terminlər aşağıdakı mənaları ifadə edir: 
a)  Elmin  bir  bölməsini  bildirən  hərbi  terminlər:  tactics  (taktika), 
nautics (dəniz işi), logistics (təchizat), hyper ballistics (ən yüksək sürət) və s.  
b)  Eynicinsli əşya və hadisələrin mahiyyətini bildirən hərbi terminlər: 
optics (döyüş üçün optik aparatlar), electronics (elektronika) və s.  
c)  Hadisə  və  əşyaları  xarakterizə  edən  məşğuliyyət  sferasını  adlan-
dıran  hərbi  terminlər:  acrobatic  (ali  uçuş  qabiliyyəti),  aeronautics  (aero-
navtika), supersonics (aerodinamika) və s.  
  Belə  sözyaradıcılığının  mənaları  eyni  vaxtda  semantik  strukturada 
eyni  terminlə  qarışıq  düşə  bilər.  Belə  ki,  “ballistics”  termini  həm  elm  kimi 
“ballistika”, həm də uçuş qanunlarını bildirir. 
  -ing şəkilçisi ilə düzələn hərbi terminlər: 
  Hərbi terminologiyada ən yüksək dərəcəyə malik olan bu tipli terminlər 
hər hansı bir təsirli feldən abstrakt isim düzəldir: bu zaman aşağıdakı mənalar 
yarana bilər: 
a) proses və fəaliyyət, yaxud da
b)  fəaliyyətin  nəticəsini  bildirən  isimlər.  Məsələn,  filling  (döyüş 
sursatı),  gapping  (keçid  sərhədi),  hovering  (vertolyotun  asılması),  rifling 
(kəsik sistemi) və s.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə