194
Zəhərli maddələrin təsiri nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi baş vermiş və ya baş
verə biləcək ərazi kimyəvi zədələnmə ocağıdır.
Müasir zəhərləyici maddələr yüksək toksikliyə malikdirlər. Uçan təyyarənin arxası ilə tünd tez yayılan zolağın
qalması, aviasiya bombasının partlaması ilə ağ və ya açıq rəngli buludun əmələ gəlməsi havadan zəhərli
maddələrin (ZM) olmasına əsas verir. Bundan əlavə ZM damcıları asfaltın, binaların divarlarının, bitkilərin
yarpaqlarının və d. əşyaların üzərində olması dərhal seçilir. ZM olmasını yaşıllıqların və güllərin solması,
quşların ölməsi ilə də mühakimə etmək olar.
Düşmən tərəfindən kimyəvi silahının tətbiqi aşkar edildikdə (“Kimyəvi həyəcan” siqnalı ilə) dərhal əleyhqaz,
ehtiyac duyulduqda dəri mühafizə vasitələrini geymək, əgər yaxınlıqda sığınacaq və ya daldalanacaq varsa ora
sığınmaq lazımdır. İçəri daxil olmazdan öncə dəri mühafizə vasitələrini və üst paltarı çıxarmaq və girişdəki
tamburda yerləşdirmək gərəkdir (əleyhqaz içəri daxil olduqdan sonra çıxarılır).
Kimyəvi zədələnmə ocağından çıxarkən xüsusi yol nişanları və ya Mülki müdafiə postları istiqamətində hərəkət
etmək lazımdır, əgər nişanlar yoxdursa, həmin ərazidən küləyə perpendikulyar istiqamətdə çıxmaq vacibdir.
Belə ərazidə tez hərəkət etmək, lakin qaçmamaq və toz qaldırmamaq, binalara və ətrafdakı əşyalara
toxunmamaq, görünən ZM-lərə ayaq basmamaq lazımdır.
Zəhərlənmiş ərazidə əleyhaqzları çıxarmaq qadağandır (əgər zəhərli olub olmamasına dair hər hansı bir şübhə
varsa, həmin yerdə zəhərli ərazidəki kimi davranmaq lazımdır).
Bağlar, bostanlar, əkin sahələri, parklar olan ərazidə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki budaq və
yarpaqlarda ZM ola bilər və onlara toxunduqda ZM-in paltara və ya ayaqqabıya keçmək ehtimalı mövcuddur.
Mümkün qədər sulu ərazilərdən (göllər, çaylar və s.) uzaq gəzmək məsləhətdir, belə yerlərdə ZM-in
buxarlarının durması ehtimalı vardır.
Bakterioloji silahın tətbiqi zamanı əhalinin davranış və fəaliyyət qaydaları.
Bakterial vasitələr yoluxmuş və infeksion xəstəliklərin yayılmasının mənbəyi sayılan şəhərlər, digər yaşayış
məntəqələri, təsərrüfat sahələri və ərazilər bakterioloji zədlənmə ocağı hesab olunur.
Sursatların partlama ərazisində torpaq səthinin, bitkilərin və d. əşyaların üzərində maye və tozabənzər
maddələrin damcıların olmasını və ya sursatın partlaması zamanı yüngül tüstü qatının (dumanın) əmələ
gəlməsini, hava gəmilərindən sonra yerə doğru yayılan tünd izin qalmasını, bakterial vasitələrin ən əsas
daşıyıcısı olan həşərat və gəmiricilərin toplaşmasını, ilin müəyyən vaxtı üçün xas olmayan insanların və
heyvanların kütlləvi xəstələnməsini müşahidə etdikdə düşmən tərəfindən bakterioloji silahın tətbiq edildiyini
söyləmək olar.
Düşmənin bakterioloji silahı tətbiq etməsi ilə bağlı hər hansı bir əlamət aşkar olunarsa dərhal fərdi mühafizə
vasitələrini (FMV) geymək və yaxınlıqdakı MM orqanlarına və tibb müəssisəsinə bu barədə məlumat
verilməlidir. Sonradan isə şəraitdən asılı olaraq mühafizə qurğusunda saxlanmaq olar. FMV-dən vaxtında
istifadə etməklə bakterioloji vasitələrin insanın tənəffüs orqanlarına və dərisinə düşməsinin qarşısnı almaq
olar.
195
Bakterioloji vasitələrə yoluxmamaq üçün epidemiyaya qarşı və sanitar gigiyenik tədbirləri həyata keçirmək,
şəxsi sağlamlığa fikir vermək lazımdır. Bütün qida məhsulları və ləvazimatlar istifadədən öncə dezinfeksiya edici
məhlullarla və ya qaynar su ilə yuyulmalıdır.
İnfeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə karantin və observasiya tədbirləri həyata keçirilir.
Zəlzələ zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Zəlzələ - yer səthinin istənilən hissəsində baş verə bilən, idarə olunmayan dağıdıcı qüvvədir. Zəlzələlər
həm suda, həm də quruda baş verə bilər. Bunlar hər zaman insanı öz dağıdıcı gücü, nəticələri, yer səthində
deformasiyaların əmələ gəlməsi, vulkanik fəaliyyətin aktivləşməsi, sunamilərin yaranması və s. ilə heyran
qoyurdular.
İnsan üçün zəlzələnin harada və nə zaman baş verəcəyini bilmək vacibdir. Müasir texniki vasitələr bu
təbii fəlakətin harada, hansı gücdə olması barədə məlumatları əldə etməyə imkan verir, amma bunun baş
vermə gününü və saatını söyləmək mümkün deyildir.
Bəzi amillər zəlzələnin baş verməsini müəyyən etmək üçün köməkçi rolunu oynayır. Məsələn: Havası
təmiz olan ərazidə qaz iyinin gəlməsi, quşların və ev heyvanlarının həyəcanının artması, bir-birinə yaxın olan
amma toxunmayan elektrik naqillərinin qığılcımlanması, lüminefor lampaların özü-özünə alışması və s.
Zəlzələ haqqında xəbərdarlıq olunubsa və ya başlanmasına hər hansı bir ehtimal varsa, cəld, lakin
təmkinlə, əminliklə və təşvişə düşmədən hərəkət etmək lazımdır.
Zəlzələ təhlükəsi haqqında mümkün qədər tez xəbərdarlıq olarsa, evi tərk etməzdən öncə qaz və
cihazları söndürmək, uşaqları və qocaları geyindirmək, özünüzün geyinməsi lazımdır. Vacib olan əşyaları,
ehtiyat qida, tibbi ləvazimatları, sənədləri götürüb küçəyə çıxmaq gərəkdir. Küçədə mümkün qədər binalardan
və tikililərdən uzağa, meydan, geniş küçələr, idman meydançalarına tərəf, ictimai asayişə ciddi riayət edərək
istiqamətlənmək vacibdir.
Əgər zəlzələ gözlənilmədən baş verərsə, ilk təkan baş verdikdə binanı tərk etməyə (pilləkən və ya birinci
mərtəbədə pəncərədən) çalışmaq lazımdır. Bina, işıq çılçıraqları tərpənən, əşyalar düşən, şüşə sınmasının səsi
eşidilən kimi təşvişə düşmək olmaz ( ilk təkanlar hiss edilən andan binanın tərpənməsinin təhlükə törədə
biləcəyinə qədər 15-20 saniyə vaxt olur). Binanın içində çıxış yaxındadırsa, zəlzələ baş verdiyi zaman 6 saniyə
ərzində olduğunuz yerdən açıq (təhlükəsiz) bir sahəyə dərhal qaçaraq çıxmaq lazımdır. Zəlzələ baş verən zaman
sarsıntılar yüngül olduğu halda, əvvəlcədən təyin olunan müdafiə tədbirlərini xatırlamalı və plana uyğun
hərəkət etməlisiniz.
Əgər yığışmaq və evdən çıxmaq mümkün deyilsə, qapı və ya pəncərə çərçivəsində durmaq və ya dizi üstə
və ya çiyin üzərində, ayaqlarınızı qarına doğru çəkərək təhlükəsiz bir yerə (iri həcmli əşyaların yanı, masanın
altı, iki divarın küncü) uzanmaq, başını qoruyacaq şəkildə əlləri ilə bağlamaq, yıxılmamaq üçün sabit bir yerə
yapışmaq, ilk təkanlar sona çatana qədər yerində qalmaq, dərindən nəfəs alaraq sakitləşmək lazımdır. Düşə
biləcək əşyalara yaxın uzanmaq olmaz. Zəlzələnin ilk təkanları bitən kimi, dərhal bayıra çıxmaq gərəkdir. Zəlzələ
zamanı liftlərdən istifadə edilməməlidir.
Zəlzələ baş verən zaman liftdə olduqda, hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə
basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.
Dostları ilə paylaş: |