212
şəhərdə yerləşirsə, belə hallarda rayonun və şəhərin birləşmiş mülki müdafiə qərərgahı
yaradılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.
Rayon qərərgahının əsas vəzifələri : rayonun mülki müdafiə planını işləyib
hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını
qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş
hazırlığını daim təmin etmək; kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik
göstətmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi və
bakterioloji adi silahlardan sülh mahiyyətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib
hazırlamaq və həyata keçirmək; mülki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin
hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində
yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət erməkdir.
Rayonun (Şəhərin) Mülki Müdafiə Xidmətləti.
Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş)
yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və
müvafiq bazanın olmasını nəzərə alaraq, Rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə
rayon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə kontorunun bazası əsasında təşkil olunur.
Rabitə xidmətinin işçiləri: icra hakimiyyətinin nümayəndəsinə, idarələrin,
müəssisələrin vəzifələri şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr
təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun
bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun
ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını
təmin edirlər.
Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmət rəisi –
rayonun baş həkimidir). Xidmət: müalicə - profilaktika, epidemiya əleyhinə və sanitar-
gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər
çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və
müalicəsi üçün binaları hazırlayır.
İctimai asayişi mühafizə xidməti – polis şöbəsinin bazası əsasında təşkil olunur
(xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai
mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq;
nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davraniş qaydalarını
213
yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki
müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına
buraxılma rejiminin və bakterialoji yoluxma ocağında karantin tədbirlərinin yerinə
yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşkilatlarının bazası
əsasında yaradılır (xidmətin rəisi –rayon yağın müfəttişidir). Bu xidmətin vəzifələri:
yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata
keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil
etməkdən ibarətdir.Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və
söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət bazası
əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sedridir). Bu xidmət:
anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəəhərləyici,
radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul
olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını səhmana salır,
onları ən lazımı şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi
heyətini yeməklə təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti - baytarlıq və aqronomiya idarələrinin
bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd
təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə
vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları
emal edən müəssisələrdə bu xidmət hemçinin su mənbələrinin, taxıl, alaf və başqa
kənd təsərrufatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri
mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil
edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının
vəziyyətinə nəzarət edir; tibb xidməti , habelə ərzaq və paltarla techizat xidməti ilə
birlikdə zədələnmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda
göstərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət – rayon
kommunal təsərrüfatı kombinatı bazası əsasında; avtomobil nəqliyyatı xidməti –
avtomobil təsərrüfatlari, yol idarələri və digər teşkilatların bazası əsasında; maddi-
texniki techizat , energetika ve b. Xidmətlər ) yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin
idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin
edilir.Rayon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrə, təlimatlara, habelə
Dostları ilə paylaş: |