205
Zəhərləyici maddənin növü müəyyən edilibsə, bu zaman iprit, V-qazı tipli zəhərləyici maddələri - 1-№-li
deqazasiya məhlulundan, zoman tipli ZM-lə zəhərlənmədən 2-aş (2-bş) №-li deqazasiya məhlulundan istifadə
olunmaqla deqazasiya edirlər.
1-№-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və bu məhlulların artıcı metal
səthlərin güclü korroziyasına səbəb olur. Məhz buna görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal
səthlər 2-aş №-li deqazasiya məhlulu ilə silinməli, sonra təmizlənib yağlanmalıdır.
1-№-li və 2-aş №-li məhlullar boyaq örtüklərini dağıdır. 2-aş №-li məhlul bundan əlavə, alüminium səthlərə də
həmin cür təsir göstərir.
1-№-li və 2-aş №-li deqazasiya məhlullarından istifadə olunduqda səthi deqazasiyaya dərhal nail olunur, amma
dərin deqazasiya müəyyən vaxt tələb edir. Məhz bu səbəbdən, texnika və avadanlığın deqazasiyasından sonra
təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.
V-qaz və ipritlə zəhərlənmiş qurğu, texnika və avadanlıqları texniki vasitələrin köməyilə DTS QK suspenziyaları
ilə deqazasiya etmək olar.
DTS QK suspenziyası DK-4 komplekti vasitəsilə də tədbiq edilərkən suspenziya avtomobilin mühərrikində
işlənilmiş qazların tərkibindəki karbon qazının hesabına turşulaşır. Nəticədə onun oksidləşdirici qabiliyyəti artır,
reaksiya daha tez və dolğun keçir.
Deqazasiyanın fiziki-kimyəvi üsulu. Bu üsul yuyucu məhlullar yaxud həlledicilər vasitəsilə zəhərlənmiş səthdən
ZM-in yuyulmasına əsaslanır.
Deqazasiyanın effektliliyinə görə, xüsusən də ZM-i qatı resepturalarının deqazasiyası zamanı, yuyucu məhlullar
deqazasiya məhlullarına nisbətən zəifdir. Amma yuyucu məhlulların istifadəsində də obyektlərin ilkin
zəhərlənmə dərəcəsi 10-100 dəfə azalır, bəzən tam təmizlənir. Qeyd etmək lazımdır ki, yuyucu məhlullar
vasitəsilə yalnız səthi deqazasiyaya nail olunur.
Yuyucu vasitələrdən deqazasiya məhlulları olmadıqda, eləcə də, 1-№-li və 2-aş (2-bş) №-li məhlullarla
deqazasiyanı aparmaq məsləhət görüldükdə istifadə olunur (təyyarə, optika, rabitə vasitələri və b.).
Həlledicilərdə deqazasiya ZM zəhərsizləşdirilmir, amma həll olunub həlledicilərlə birlikdə zəhərlənmiş səthdən
xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, spirt daha çox işlədilir. Dixloretan
zəhərlidir və onu qapalı yerlərdə işlətmək olmaz, çünki həll olunmuş ZM materialın daxilinə daha dərin
hopacaq. Deqazasiyadan sonra tərkibində ZM olduğuna görə həlledicilərdən istifadə etmək təhlükəlidir.
Deqazasiya, zəhərlənmiş səthdə yuxarıdan aşağıya doğru istiqamətdə icra olunur. Sonra bu səthi qurulayırlar.
Belə işlənmə 2-3 dəfə aparılır. Əskilərlə silindikdə 1-2litr/m² həlledici, firçalarla isə 2-3 litr/m² həlledici sərf
edilir.
Deqazasiyanın fiziki üsulu yüksək temperaturlu qaz axının təsiri şəraitində zəhərlənmiş səthlərdən ZM-in
buxarlanması və qismən parçalanmasına əsaslanır. Bu üsul istilik maşınları vasitəsilə aparılır.
Bu üsulla istənilən ZM-i deqazasiya etmək olur. Nəticədə, digər üsullara nisbətən, tam deqazasiya alınır. O,
sürətlə gedir, boyaq örtükləri dağılmır, əl əməyi tələb olunmur (məsələn, avtomobilin tam deqazasiyası üçün 5-
6 dəqiqə tələb edilir).
Dezinfeksiyanın növləri, onun aparılması üsulları və vasitələri
206
Dezinfeksiya və yoluxucu xəstəlik törədicilərinin zərərsizləşdirilməsi adamları əhatə edən mühitdəki yoluxucu
xəstəlik törədən mikrobların məhv edilməsinə yönəldilmiş xüsusi tədbirlər kompleksidir.
Dezinfeksiyanın xüsusi növləri sayılan dezinseksiya buğumayaqlı həşəratın və gənələrin bu yoluxucu xəstəlik
yayıcılarının məhv edilməsinə, deratizasiya isə epidemioloji cəhətdən təhlükə törədən gəmiricilərin məhv
edilməsinə deyilir.
Dezinfeksiyanın – profilaktika dezinfeksiyası, cari dezinfeksiya və son dezinfeksiya növləri olur.
Profilaktika dezinfeksiyası yoluxucu xəstəliklərin baş verməsi və ya ümumi istifadə olunan əşyalar vasitəsilə
yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır. Südün qaynadılması, çirkab suların, zibilin,
ümumi istifadə yerlərinin, xəstəxanalarda alt və üst paltarların, qatarlarda yataq ləvazimatının müntəzəm
surətdə zərərsizləşdirilməsi belə tədbirlərdəndir.
Cari dezinfeksiya – xəstənin yatağı yanında yoluxmanın yayılmasının qarşısının almaq məqsədilə keçirilir
(xəstənin ifrazatını və ondan yoluxan əşyaların zərərsizləşdirilməsi və s. kimi tədbirlər).
Son dezinfeksiya yoluxma ocağında xəstə təcrid ediləndən, xəstəxanaya qoyulandan, sağalandan və ya
öləndən sonra yoluxma ocağını xəstəlik törədicidən tam surətdə təmizləmək məqsədilə keçirilir.
Göstəricidən asılı olaraq dezinfeksiya işləri mexaniki, fiziki və ya kimyəvi üsulla və zərərsizləşdirmə
vasitələrindən istifadə edilməklə yerinə yetirilir.
Mexaniki üsul – bina və avadanlığın yaş əski ilə silib təmizlənməsindən, otaqların tozsoranla tozdan
təmizlənməsi, binaların ağardılması və rənglənməsindən, əllərin yuyulmasından ibarətdir. Bu vasitələrlə bina
və paltarlar mikroblardan 50-70% təmizlənir.
Fiziki dezinfesksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş şüalarından, ultrabənövşəyi
şüalardan, qızdırılmış ütüdən, zibilin yandırılması üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə
qaynatma üsulundan istifadə olunur.
Kimyəvi üsulda isə kimyəvi maddələrdən istifadə olunur. Bir sıra kimyəvi maddələr mikrobun hüceyrələrinə
məhvedici təsir göstərir. Bunlardan aşağıdakı sadalanan maddələr dezinfeksiya üçün daha geniş istifadə olunur.
Xlorlu əhəng suyu, əlləri, qab-qacağı, otağı, xəstənin ifrazatını, ayaqyolunu və s. zərərsizləşdirmək üçün 0.2-0.5
faiz, 2-3 faiz, 5-10 faiz su məhlulu halında və quru halda işlədilir.
Xlorlu əhəngin 10 faizli durulaşdırılmamış məhlulunu hazırlamaq üçün 1 kq xlorlu əhəng və 10 litr (1 vedrə) su
götürülür. Bu miqdardakı xlorlu əhəngə əvvəlcə azacıq su qatıb bütün kəsəklərini əzib xırdalayır və qalan suyu
tədricən əlavə edərək əhəngə qarışdırırlar. Belə məhlul hazırlandıqdan dərhal sonra işlədilir.
Xloramin 0.2-0.5 faizli məhlulu – damcılı yoluxma zamanı binaları dezinfeksiya etmək, 5 faizli məhlulu –
xəstənin bəlğəmini zərərsizləşdirmək, 0.2-3 faizli məhlulu - bağırsaq yoluxmaları zamanı alt paltarları
yumazdan əvvəl islatmaq üçün işlədilir.
Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK) – 2.5 faizli məhlul halında binaları, zibil quyularını, yük
vaqonlarını, torpağı və s. zərərsizləşdirmək üçün tətbiq edilir.
Lizol – 3-5 faizli məhlul halında maye ifrazatları, binaları, dəri və rezin məmulatları, ayaqqabıları, əlləri
zərərsizləşdirmək, alt və üst paltarları islatmaq üçündür.
Formalin – formaldehidin 40 faizli suda məhluludur. Dezinfeksiya kameralarında dəri və xəz əşyaları
zərərsizləşdirmək, toxumaları məhv etmək üçün işlədilir.
Dostları ilə paylaş: |