209
Qismən dezaktivasiya zamanı ehtiyatla paltarı çıxarmaq (tənəffüs orqanlarının mühafizə vasitələrini
çıxarmamaq), arxası küləyə dayanmaq (növbəti fəaliyyət zamanı radioaktiv tozun düşməsindən yayınmaq
üçün) və paltarı çırpmaq, sonra paltarı zivədən, ipdən asmaq, yenidən arxası küləyə dayanmaqla onun
üzərindən tozu fırça və ya süpürgə ilə yuxarıdan aşağı istiqmətdə təmizləmək gərəkdir. Paltarı taxta ilə də
çırpmaq olar. Bundan sonra ayaqqabını dezaktivasiya etmək: islaq parça ilə silmək, süpürgə və ya fırça ilə
təmizləmək lazımdır (rezin ayaqqabını yumaq da olar).
Əleyqazı aşağıda göstərilən ardıcıllıqla dezaktivasiya edirlər:
Süzücü-uducu qutunu çantadan çıxarırlar, çanta çırpılır, sabunlu suda, yuyucu vasitədə və ya kimyəvi
maddələrə qarşı nəzərdə tutulmuş paketdəki mayelərdə isladılmış pambıq ilə süzücü-uducu qutu, birləşdirici
dəstək və üzlük hissənin (şlem maskanın) üst tərəfi silinir. Bundan sonra əlehqaz çıxarılır.
Tozaqarşı parça maskalar dezaktivasiya zamanı yaxşıca çırpılır, fırçalar ilə təmizlənir, suda yuyulur.
Yoluxmuş pambıq tənzif parçalar məhv edilir (yandırılır).
Paltarların qismən dezaktivasiyası
Açıq bədən sahələrinin qismən sanitar təmizlənməsi zamanı ilk öncə əllər, üz və boyun, həmçinin gözlər
radioaktiv maddələrlə yoluxmamış su ilə yuyulmalıdır. Burun, ağız, boğaz yaxalanır. Yuyulma zamanı yoluxmış
suyun gözə, ağıza və buruna düşməsinə yol verilməməlidir. Su çatışmamazlığı zamanı bədən hissələri isladılmış
tənzif parçalarla (pambıqla) bir neçə dəfə silinir. Silinmə bir istiqamətdə (yuxarıdan aşağıya), hər dəfə pambığı
təmiz tərəfinə çevirməklə həyata keçirilməlidir.
Qismən dezaktivasiya və sanitar təmizlənmə radioaktiv tozun tam kənar etmədiyinə görə, bu proseslər
həyata keçirildikdən sonra mütləq dozimetrik nəzarət yerinə yetirilir. Paltar və bədənin yoluxmasının
normadan çox olması müəyyən edildikdə qismən dezaktivasiya və sanitar təmizlənmə yenidən təkrar olunur.
Lazım olduqda tam dezaktivasiya keçirilir.
Qış vaxtı paltarın, ayaqqabının, mühafizə vasitələrinin qismən dezaktivasiyası və sanitar təmizlənmə
üçün radioaktiv maddələrlə yoluxmamış qardan da istifadə olunur. Yay vaxtı sanitar təmizlənməni çaylarda və
ya digər axar sularda həyata keçirmək mümkündür.
Vaxtında həyata keçirilən qismən dezaktivasiya və sanitar təmizlənmə insanların radioaktiv maddələrlə
yoluxmasının qarşısını tam ala və təhlükənin səviyyəsini azalda bilər.
210
MÖVZU 14
MM XİDMƏTLƏRİ VƏ QÜVVƏLƏRİ. MM SİSTEMİNDƏ RABİTƏ VƏ
XƏBƏRDARLIĞIN TƏŞKİLİ.
Mülki müdafiə qüvvələri
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-
xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin
nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi
mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən,
təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən X və DTİ yerinə
yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra
etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir.
Bunlar sülh və müharibə vaxtı yerinə yetirilən tədbirlərdə iştirak edən mülki müdafiə
qüvvələrinin sayca ən boyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xüsusi
mülki müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət
göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan
Muxtar
Respublikasında,
rayonlarda,
şəhərlərdə,
obyektlərdə
və
yaşayış
məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat
obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə,
təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı
olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər.
Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3
yaşadək uşağı olan orta və ali tibb təsilli qadınlar dəstələrə cəlb olunurlar.
211
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə
bölünürlər:
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələri;
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə
dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə
isə ixtisaslaşdırılmiş dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq təbii
fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə
tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma
mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri-xüsusi təyinatli dəstələr kəşfiyyat, tibbi yardım,
yanğınsöndürmə, rabitə, dozimetik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri
sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.)
ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin
bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda
olurlar (24 saat).
Rayonun mülki müdafiə qərərgahı.
Rayonun icra başçısı MM dəstələrinin işinə qərərgah və xidmət rəisləri vasitəsilə
gündəlik rəhbərlik edir. Qərərgah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin
və digər təşkilatlarının işçilərindən təşkil olunur. Qərərgaha, adətən ştatda olan işçi
(qərərgah rəisi) rəhbərlik edir. Qərərgaın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən
ayrılmadan yerinə yetirir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda,
xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda,
tədbirlərin plan üzrə və məqsədəuygun yerinə yetirilməsinə imkan yaradır.
Qərərgah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərərgah
12- 16 nəfərdən ibarət ola bilər: qərərgah rəisi, onun müavini, operativ kəşfiyyat
şöbəsi (rəis və 2-3 köməkçisi); döyuş hazırlığı qrupu (rəis və 2-3 köməkçisi); mühəndis-
texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçisi); maddi və texniki
təminat qrupu (rəis və 1-2 köməkçisi). Rayon İcra başçısı rayon tabeliyində olan
Dostları ilə paylaş: |