232
yetirilməsində bacarıq və vərdişi inkişaf etdirib, bunları təkmilləşdirmək lazımdır.
Adətən, təlim müntəzəm olaraq var qüvvə ilə aparılır.
Şəxsi heyətin öyrədilməsi üsullarının (hərəkətinin) praktiki yerinə yetirilməsi bu
ardıcıllıqla aparılır: Əvvəlcə rəhbər öyrənilən üsulların yerinə yetirilməsini və onların
vəzifələrinin yerinə yetirilmə qaydalarını özü göstərməli, və sonra isə üsullar düzgün
yerinə yetirilənə qədər təlim olunanlar işləməlidirlər (üsul ayrı-ayrı, elementlər üzrə və
tam halda yerinə yetirilə bilər).
Müstəqil iş – materialın öyrənilməsində böyük əhəmiyyətə malikdir. Təlim
edilənlər, sərbəst düşünməyə, nəticələr çıxarmağa və ümumiləşdirməyə alışırlar.
Beləliklə, birinci növbədə MM nizamnamələrini, təlimatları və rəhbərlikləri
öyrənmək məqsədəuyğundur. Təlim edilənlər dərslərə hazırlaşmaq üçün bu metoddan
geniş istifadə edə bilərlər. Onların müstəqil işi dərs vəsaiti texnika və cihazlarla təmin
olunmuş auditoriyalarda aparılmalıdır.
Tədris forması. Bu dərs prosesinin müəyyən təşkilidir; təlim edilənlərin heyətini,
onların yerləşdirilməsini, dərslərin təşkili quruluşunu, dərsin aparılma yerini və onun
müddətini nəzərdə tutur. Bundan başqa, forma dərs prosesində təlim edilənlərin
rolunu nəzərə alır.
Tədris forması, metoddan bir qədər geniş anlayışdır ki, bu da təlim prosesində bir
neçə təlim metodlarını nəzərdə tutur. Hər dərsdə bu metodlardan biri əsas sayılır və
adətən mövzu üzrə metodik işləmənin titul vərəqəsində göstərilir.
MM üzrə əsas tədris formaları bunlardır: sinifdə qruplarla dərs, qrupla çalışma,
təcrübi dərs, seminar, məsləhət, ekskursiya, məqbul, qərargah təlimi, elmi nəzəri
konfranslar, MM məşqi.
İstehsalat obyektlərində təlimin təşkili
Rəhbər heyətin öyrədilməsi. Tədrisin məqsədi – obyektin rəhbər heyətini MM
üzrə funksional vəzifələrin təcrübi olaraq yerinə yetirilməsinə hazırlamaq, həmçinin,
daimi olaraq obyektdə MM məsələlərinin həll edlməsi üzrə vərdişləri
möhkəmləndirmək və bilikləri mükəmməlləşdirməkdir. Mürəkkəb şəraitdə MM
233
qüvvələri və vasitələrinin idarəedilməsi bacarığı nəzəri biliklərin və təcrübi vərdişlərin
səviyyəsindən asılıdır.
Rəhbər heyətin MM üzrə tədrisi MM kurslarında, institutlarda, fakultələrdə,
ixtisasartırma kurslarında, eləcə də, obyektlərdə həyata keçirilir. Obyetklərdə rəhbər
heyətdən tədris qrupu yaradılır. Bu qrupa obyektin MM üzrə rəhbərinin müavini, MM
qərargahının əməkdaşları, MM xidmətlərinin rəhbərləri və əsas mütəxəssislər, sex və
digər struktur bölmələrin rəhbərləri, ümumi təyinatlı qurumların komandirləri və
onların müavinləri daxildir. Rəhbər işçilərin tədris qrupunun heyəti obyektin MM üzrə
rəhbərinin əmri ilə müəyyən olunur.
Rəhbər heyətin öyrədilməsi obyektin tədris-material bazası əsasında davamlı
məşğələlər və ya toplanışlar yolu ilə həyata keçirilə bilər. Rəhbər heyətin tədris qrupu
ilə məşğələləri obyektin MM üzrə rəhbəri, onun müavini, obyektin MM qərargahının
rəhbəri, xidmət rəisləri keçə bilər.
Elmi tədqiqat və tədris müəssisələrində ayrı-ayrı mövzular üzrə dərslərin
keçirilməsi üçün elmi işçilər, mütəxəssislər və tədris heyəti cəlb olunur.
Dəstələrin hazırlanması. Bunun məqsədi – təyinatına uyğun olaraq dəstələri
zədələnmə (zəhərlənmə) ocaqlarında, təbii fəlakət, qəzalar ərazisində fəaliyyətə
hazırlamaqdır. Tez dəyişən mürəkkəb şəraitdə dəstələri onların üzərinə düşən
tapşırıqların yerinə yetirilməsinə daim hazır səviyyədə saxlamaq məsuliyyəti idarəedici-
rəhbər heyətin üzərinə düşür.
Ümumi hazırlıq qeyri iş saatlarında işçilərin hazırlıq planına əsasən sexlər,
istehsalatlar, şöbə və briqadalar üzrə həyata keçirilir.
Xüsusi hazırlıq iş saatlarında həyata keçirilir. Dəstələrin şəxsi heyətinin tədrisinin
planlaşdırılması zamanı ümumi mövzuların rəhbər və sıravi işçilərlə eyni zamanda və ya
paralel keçilməsi nəzərdə tutulmalıdır.
Dəstələr hazırlığı taktiki-xüsusi təlimlərlə bitirirlər. Taktiki-xüsusi təlimlərə və
məşğələlərə dəstələr bütün texniki vasitələr, alətlər, fərdi mühafizə vasitələri ilə
gəlməlidirlər. Tədris ilinin sonunda taktiki-xüsusi təlimlərə və proqrama yiyələnməyin
səviyyəsinə uyğun hər kəsə qiymət qoyulur.
İşçilərin hazırlığı. Hazırlıq zamanı kütləvi qırğın silahlarına və düşmənin digər
hücum vasitələrinə qarşı bütün müdafiə üsullarından effektli istifadə edilməsi üçün
tədris alanlara müəyyən bilik və təcrübi vərdişlər verilir. Hazırlıq qabaqcadan müəyyən
olunmuş proqram üzrə aparılır. Proqramda mühafizənin əsas üsul və vasitələrindən
inamla və düzgün istifadə olunması, habelə xilasetmə işlərində iştirak etmək, özünə və
234
digərlərinə ilk tibbi yardım göstərmək qaydalarının öyrədilməsi nəzərdə tutulur.
Məşğələlər əsasən əməli surətdə keçirilməlidir. Buna nail olmaq üçün proqramda
nəzərdə tutulan əsas şərtlərdən biri mövzular üzrə xüsusi normativlərin əməli olaraq
yerinə yetirilməsidir. Hazırlığın nəticələri də əsasən bu normativlərin icrasına görə
qiymətləndirilir.
Məşğələ aparmaq üçün obyektlərdə hər bir sex, sahə, briqada və digər struktur
bölmələr üzrə hərəsi 30 nəfərədək dinləyicilərdən ibarət tədris qrupları yaradılır. Bu
qruplarda məşğələləri sex rəisləri, sahə, briqada rəhbərləri, ustalar, habelə MM
rəhbərlərinin əmri ilə təyin olunmuş digər şəxslər (qrup rəhbərləri) aparırlar. Onların
özləri hər il MM kurslarında və ya obyektdə 1-2 gün ərzində müvafiq təlimat alırlar.
Tibb mövzularında məşğələ keçirməyə tibb işçiləri cəlb olunurlar.
Mühafizə mövzularının müstəqil surətdə öyrənilməsinə şərait yaratmaq
məqsədilə obyektin mühafizə qurğusunda, MM sinfində və ya digər münasib bir otaqda
MM məsləhət məntəqəsi düzəldilir. Məntəqə lazımi avadanlıq, ədəbiyyat və əyani
vasitələrlə təchiz olunur, orada MM mütəxəssislərindən ibarət məsləhətçilərin
növbətçiliyi təşkil edilir.
Dəstələrə cəlb olunmamış fəhlə və qulluqçulara MM–in öyrədilməsi onlardan
normativlərin qəbulu ilə başa çatdırılır.
İstehsalat və xidmət sahələrində çalışmayan əhalinin hazırlığı. Bu kateqoriya
əhali kütləvi qırğın silahlarına və düşmənin digər hücum vasitələrinə qarşı müdafiə
üsullarını öyrənir. Bu zaman əhalinin xəbərdarlıq siqnalları üzrə fəaliyyəti, fərdi və
kollektiv mühafizə vasitələrindən istifadəni, özlərinə və digər zərərçəkmişlərə tibbi
yardımın göstərilməsini, kütləvi qırğın və digər silahlardan uşaqların mühafizə
edilməsini və həmçinin təbii fəlakət zamanı davranış qaydalarının öyrənilməsinə xüsusi
diqqət yetirilməlidir.
Tədris yaşayış yeri üzrə ərazinin MM qərargahı tərəfindən aparılır. Əhali
mühafizə biliklərini həm tədris qruplarında mütəşəkkil halda, həm də müstəqil olaraq
öyrənə bilər. Mütəşəkkil öyrətmək məqsədilə qonşu evlərin, mənzillərin işləməyən
sakinlərindən ibarət 10-12 nəfərlik tədris qrupları yaradılır, məşğələ rəhbərləri
müəyyənləşdirilir, 12 saatlıq proqramı əhatə edən illik məşğələ cədvəli tərtib olunur,
eləcə də məşğələ yerləri və vaxtları razılşadırılır. Tibb mövzularındakı dərsləri həkimlər,
tibb bacıları aparırlar.
Beləliklə, ölkənin bütün əhalisini sülh və müharibə dövrlərində yarana biləcək
FH-da mühafizəyə və fəaliyyətə hazırlamaq üçün respublikada fasiləsiz tədris sistemi
yaradılmışdır. Bütün MM rəhbərləri və qərargahları MM-in tədris bazasını
Dostları ilə paylaş: |