229
planlaşdırılır və həyata keçirilir. Tədris ili yanvardan başlayır və 10 ay davam
edir.
Hər il dekabr ayında MM qərargahı gələn tədris ili üçün “Obyektdə rəhbər
heyətin, dəstələrin fəhlə və qulluqçuların MM-ə hazırlanması planı”nı tərtib edir. Plan,
rayon (şəhər) MM rəhbərinin əmri və sahə üzrə yuxarı idarənin (nazirlik, şirkət və s.)
direktivi əsasında tərtib olunur, bu zaman hazırlıq proqramları, həmçinin MM
kurslarında rəhbər heyətlərin tolanışdan keçməsi barədə tapşırıqlar da nəzərə alınır.
Təlimin prinsipləri, metod və formaları
MM təliminin prinsipləri aşağıdakılardır:
-
Elmililik;
-
Şüurluluq; Təlimin fəallılığı və əyanililik;
-
Təlimin müntəzəmliliyi, ardıcıllığı və həmçinin əlverişli olması;
-
Bilik və vərdişlərə möhkəm yiyələnmək.
Şüurluluq və fəallılıq prinsipi təlim olunanlardan öyrənilən materiallara şüurlu
yanaşmalarını, onların dərslərdə fəal iştiraklarını, biliklərə və vərdişlərə möhkəm
yiyələnmələrini tələb edir.
Tədris prosesində əyani vasitələr və b. materiallar da (plakatlar, şəkillər, filmlər)
göstərilməlidir.
Təlimin müntəzəmliliyi və ardıcıllığı təlim olunanlara, təlimin ardıcıl, qəti
məntiqlə sadədən mürəkkəbə keçilməklə izah edilməsini, təlimə müntəzəm rəhbərlik
edilməsini, müəyyən sistem üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsini tələb
edir.
Tədris proqramını tərtib edərkən və tədris prosesini qurarkən təlim olunanların
şəxsi heyətinin hazırlıq dərəcəsini nəzərə almaq lazımdır.
Bilik, bacarıq və vərdiş təlimin gedişində əldə edilir. Rəhbərin aydın və inandırıcı
izahı, təlim olunanları maraqlandırma qabiliyyəti və onların məşğələləri düzgün təşkil
etməsi, şüurluluq və dərslərə fəal münasibəti, biliyin möhkəm öyrənilməsinə səbəb
olur.
230
Təlimdə kollektivçilik və fərdi yanaşma prinsipi rəhbərdən bütün təlim
olunanların işi üçün əlverişli şərait yaratmağı və bunların hər birində müsbət
keyfiyyətləri inkişaf etdirməyi tələb edir.
MM-in müvəffəqiyyətlə keçirilməsi düzgün seçilmiş təlim üsullarından asılı ola
bilər.
Dəstələrin komandir, rəis və şəxsi heyəti ilə nəzəri dərslərlə yanaşı, praktiki
məşğələlər də keçirilir. Təlim keçənlər nəzəri dərslərdə xüsusilə radioaktiv, kimyəvi
maddələrlə və bakterioloji vasitələrlə zəhərlənmiş ərazidə MM-in təşkili və aparılması
məsələlərini öyrənirlər.
Təlimin əsasını praktiki məşğələlər təşkil edir. Bu zaman dərslərin şəxsi heyəti
müxtəlif işlərin yerinə yetirilməsində lazımi üsul və vərdişlərə yiyələnirlər.
Nəzəri və praktiki dərslər mövzudan və tədris məqsədindən asılı olaraq müxtəlif
üsullarla (mühazirə, nəqletmə, söhbət, izahat, göstəriş, nümayiş, çalışma, məşq,
müstəqil iş) keçirilir.
Mühazirə - müəyyən elmi-nəzəri və ümumi praktiki məsələlərin məntiqi düzgün,
müntəzəm, ardıcıl və aydın şərhindən ibarətdir. Mühazirənin gedişində təcrübələr
göstərilməli və əyani vasitələr nümayiş etdirilməlidir. Mühazirə müəssisə rəhbər işçiləri
və mütəxəssislərin, MM dəstələrinin komandirləri və başqa kateqoriyalar üçün aparıla
bilər. Mühazirə predmeti tam əhatə etmir. Mühazirə əşyanı tamamlayır və elmi biliyin
əsasını qoyur, istiqamətini, əsas məzmununu və tədris dərslərinin bütün növlərinin
xarakterini (seminarlar, laboratoriya işləri, təcrübə və b.), həmçinin təlim keçən
şəxslərin müstəqil işini təmin edir.
Mühazirə elmi və idea–nəzəri cəhətdən düzgün istiqamətləndirilməlidir. Hər
mühazirə üçün geniş materiallardan ən vacib, ən aydın və ən inandırıcılarını seçirlər.
Mühazirəyə hazırlaşarkən proqram üzrə mühazirənin əsasını təşkil edəcək tədris
sualları müəyyənləşdirilir, digər sualların isə ancaq səthi qeyd ediləcəyi və sonra
seminarlarda, laboratoriyalarda və ya kitabda sərbəst iş zamanı izah olunacağı qərara
alınır.
Mühazirəçi mühazirədən qabaq və sonra öz üzərində müntəzəm işləməli və
özünə yüksək tələbkar olmalıdır.
Nəqletmə - öyrənilən məsələlərin əsas hissələrini, onların mahiyyətini açır,
öyrənilən qaydaları, üsulları və hissələri izah etmək məqsədilə verir. Nəqletmə
məqsədəuyğun, ardıcıl, doğru, forma etibarı ilə qısa, aydın və sadə olmalıdır.
Nəqletmədə təlim olunanların biliklərini aşkar etmək və öyrənilən materialın
231
mənimsənilməsini yoxlamaq üçün suallar vermək olar. Nəqletmədə adətən, əyani
vasitələr nümayiş etdirilir, lövhədə çertyojlar, sxemlər, diaqramlar, şəkillər çəkilir və
məqalə, nizamnamə, təlimat, tədris kitabları və b. ədəbiyyatlardan müvafiq mətnlər
oxunur.
Söhbət - elə bir formadır ki, rəhbər materialın izahında təlim olunanlara suallar
verir və cavab alır. Bundan sonra rəhbər cavabların məzmununu aydınlaşdırır, həmçinin
təlim olunanların suallarına cavab verir.
Söhbət dəstələrin şəxsi heyəti ilə keçirilən dərslərin ən yayılmış
metodlarındandır. Söhbət aparılarkən rəhbər təlim olunanlara lazımi nəzəri bilik verir,
onları MM vəzifələrinin şüurlu və düzgün yerinə yetirilməsi üçün hazırlayır. Söhbət
biliyin mökəmlənməsi, dərinləşməsi və yoxlanılması, onların şəxsi təcrübəsinin
aydınlaşdırılması və inkişafı üçün bir vasitədir. Söhbətdə həmçinin təlim olunanların
marağı öyrənilir.
İzahat – nümayiş edilən materialın üsulun və ya fəaliyyətin şifahi izahatla,
hadisələrin, proseslərin, fəaliyyətin mənasını açmaqdan ibarətdir; Bu, təlim olunanların
fənni və ya fəaliyyəti yaxşı mənimsəmələri üçündür və bunların yaxşı öyrənilməsinə
şərait yaradır.
İzahatda düşüncə məntiqi, yaxşı nəzərdə tutulmuş sübutlar sistemi, aydın izahat,
əsas məsələlərə diqqət yetirmək, pedoqoji takt, dözümlülük, hövsələlilik böyük
əhəmiyyətə malikdir. İzah edərkən qısa və aydın danışmalı, nəticələr və təkliflər aydın
izah olunmalıdır.
Göstəriş – dərsdə öyrənilən üsulların və ya fəaliyyətin nümunəvi yerinə
yetirilməsidir. Göstərişin nəticəsində təlim olunanlar gördüklərini öyrənir və bunun
əsasında bu və ya başqa üsul haqqında konkret və düzgün təsəvvür əldə edirlər.
Göstəriş bəzən dəqiq, qısa izahatla nümayiş etdirilir. Bu təlimata qəti uyğun və
ibrətamiz (nümunəvi) olmalıdır.
Nümayiş – izah olunan şeyi əyani anlatmaq deməkdir.
Burada abstrakt anlayış görmə qabiliyyəti və hissetmə ilə birləşdirilir ki, bu da
anlayışın dərin mənimsənilməsinə, nümayiş etdirilən materialın və hərəkətin yaxşı
yadda qalmasına kömək edir. Məşğələnin rəhbəri dərsin gedişində film göstərib
məzmununu izah edə bilər.
Çalışma, məşq – öyrənilən üsulların və hərəkətlərin bir neçə dəfə təkrar
edilməsidir. Məşq nəticəsində təlim edilənlərə öyrədilən üsulların düzgün yerinə
Dostları ilə paylaş: |