198
Sel – dağlardan gələn su, torpaq, gil, daş parçalarının qarışığıdır. Torpaq sürüşmələri yamaclarda tarazlıq
şərtlərinin pozulması nəticəsində baş verir.
Sel və sürüşmələr zamanı əhalinin fəaliyyətinə bu FH-ın ilkin əlamətlərini vaxtında müəyyən edilməsi və
əhalinin xəbərdar olunması böyük təsir göstərir.
Sel təhlükəli ərazilərdə axının baş verməsinə səbəblər, yağıntının çox olması, qarların və dağlardakı buzların tez
əriməsidir. Başlıca hallarda sel təhlükəsi barədə məlumat 1-2 saat öncədən verilir. Belə axının yaxınlaşmasını
xarakterik səsdən, daşların bir-birinə dəyməsindən müəyyən etmək olar. Sel axının qarşısının alınması üçün
bəndlər tikilir, istiqamətinin dəyişdirilməsi üçün çuxurlar qazılır.
Yaxınlaşan sel axınının səsini eşidən kimi, yarğanın dibindən yamaclarla 50-100 m-dən yuxarı qalxmaq lazımdır.
Uğuldayan sel axınından uzaq məsafələrə həyat üçün təhlükəli olan ağır daşlar atıla bilər.
Sel baş verən zaman evin xaricində olarkən, dərhal yüksək bir yerə çıxmaq, su yatağı olan və ya çuxurlu bir
yerdə olarkən, dərhal həmin ərazini tərk etmək lazımdır.
Sel bölgəsi dərhal tərk edilməlidir, lakin heç vaxt suda qarşıdan qarşıya keçməyə çalışmaq olmaz.
Sel zamanı avtomobilə gedərkən əsla su ilə dolu yoldan getməyə çalışmaq olmaz (ani olaraq sellərin meydana
gətirdiyi ölümlərin yarısı avtomobil ilə əlaqəli olduğundan qətiyyən sel sularının toplandığı bölgələrdə
avtomobil istifadə edilməməlidir).
Sel sularından uzaq olmaq lazımdır. Çünki, təhlükəli maddələr də selə qarışa bilər.
Müəyyən miqdarda quru qida və su, ilk kömək vasitələri və ailənizin ehtiyacı olduğu və ya istifadə etdiyi
dərmanları götürmək gərəkdir;
Su xətləri sel səbəbindən çirklənmiş ola bilər. Əl quyularından götürülən sular analiz edildikdən sonra istifadə
edilməlidir.
Evin zirzəmisi və ya birinci mərtəbəsi sel suları ilə doludursa, suyu nasosla kənarlaşdırmaq lazımdır. Bu müdafiə
tədbirləri ilə ziyanın müəyyən miqdarda qabağını almaq mümkündür. Ətraf ərazilər su altındadırsa, su təcili
kənarlaşdırılmadıqda tikililərin çökməsinə və divarların, döşəmələrin əyilməsinə səbəb ola bilər.
Torpaq sürüşmələri ümumiyyətlə yavaş inkişaf edən təbii fəlakətlərdəndir. Ancaq çox dik yamacların
üzərində tikilən və yamacların altındakı fərdi yaşayış evləri ani inkişaf edən torpaq sürüşmələrinə məruz qala
bilər.
Torpaq sürüşmələrinin başlanmasının ilkin əlaməti bina və evlərdə, yollarda çatların əmələ gəlməsi, ağac və
hündür tikililərin yerdəyişməsidir. Sürüşmə təhlükəsi olan ərazilərdə ağacların kəsilməsinə ciddi riayət etmək,
yeni ağaclar əkmək lazımdır.
Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi elektrik və qaz cihazlarını söndürmək, suyu bağlamaq,
əvvəlcədən müəyyən edilmiş plan üzrə təcili təxliyyəyə hazırlaşmaq lazımdır. Əlaqədar təşkilatlardan verilən
məlumatda göstərilənlənlərə müvafiq hərəkət etmək gərəkdir. Sürüşmənin sürəti aşağıdırsa (ayda bir metr),
imkanlara müvafiq şəkildə hərəkət edilir (əvvəlcədən hazırlanmış məkana köçülür). Sürüşmənin sürəti gün
ərzində 0,5 – 1,0 m–dən çoxdursa, əvvəlcədən hazırlanmış plana uyğun olaraq hərəkət edilir. Təxliyyə zamanı
əhali özü ilə sənədlərini, qiymətli əşyalarını və müvafiq orqanların göstərişlərinə uyğun olaraq, isti geyim və
ərzaq götürür. Təcili olaraq təhlükəsiz əraziyə təxliyə edilir. Lazım gələrsə, xilasedicilərə yardım edilir.
199
Torpaq sürüşməsinin üzərində hərəkət edilməməlidir.
Sürüşmə baş verən zaman bağlı sahədə olarkən binadan çıxmaq və sürüşmə bölgəsindən uzaqlaşmaq
üçün lazımi vaxt yoxdursa içəridə qalmaq lazımdır. Möhkəm əşyaların altında bükülü şəkildə uzanmaq gərəkdir.
Torpaq sürüşməsinin və ya palçıq axıntısının gəldiyi yolun üzərində dayanmaq olmaz, təhlükə anında torpaq
sürüşməsinin və ya palçıq axınının yolundan uzaq dayanaraq dərhal mümkün olduğu qədər yüksəklərə doğru
uzaqlaşmaq və torpaq sürüşməsi olduğunu ətrafınızdakı insanlara söyləymək vacibdir, palçıq və torpaq
kütləsinin axmasından qaça biləcək vaxtınız və ya ətrafınızda arxasında sığına biləcəyiniz möhkəm bir əşya
yoxdursa, olduğunuz yerdə bükülərək uzanmaq, başınızı qorumaq lazımdır;
Torpaq sürüşməsi başlayan zaman yaxında yerləşən elektrik, qaz və su xətlərini dərhal bağlamaq, ətrafda
qaz xəttinin olmamasına əmin olana qədər kibrit və ya digər işıqlandırıcı vasitələrdən istifadə etməmək
lazımdır.
Qeyd etmək lazımdır ki, torpaq sürüşmələri dağlıq və seysmik bölgələrdə tez-tez meydana gələn bir təbii
hadisədir. Ölkəmizdə, dağlıq və seysmik bölgələrin əksəriyyətində hər il bu təbii hadisələrə tez-tez rast gəlinir.
Qar uçqunu zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilmək və təhlükəsiz bir yerə,
qayaların altına sığınmaq (kiçik ağacların altında gizlənməyə dəyməz) lazımdır. Əgər uçqundan qaçmaq
mümkün deyilsə, üfüqi vəziyyətdə dizləri qarına sıxaraq, gövdəni uçqunun hərəkəti istiqamətində əymək
lazımdır. Burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlamaq gərəkdir.
Uçqunun mümkün qədər üst hissəsinə çıxmaq vacibdir. Uçqun dayanan kimi üz və sinə ətrafında əl ilə
boş zona yaratmağa çalışmaq gərəkdir; bu nəfəs almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət
etməyə çalışmaq lazımdır (yuxarı istiqaməti ağızdan tökülən tüpürcək vasitəsi ilə təyin etmək mümkündür).
Qar uçqununa düşdükdə əllər və ayaqlarınızla üzmə hərəkətləri etmək olar, bu qarın səthində qalmağa kömək
edər.
Uçqunun altında qalanda qışqırmaq olmaz. Çünki qar səsi keçirmir və bu kimi digər hərəkətlər yalnız
gücün, oksigenin və istiliyin itirilməsinə səbəb olacaqdır. Yuxulamaq olmaz, belə ki, axtarışlar başlayacaqdır
(uçqun altından 3 və hətta 5 gündən sonra xilas olunmuş insanlar var.)
Yanğın zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Dostları ilə paylaş: |