17
yaranmasına gətirib çıхardırdı. Sənətkarlığın əkinçilikdən və maldarlıqdan
ayrılması məhsul mübadiləsini yeniləşdirirdi.
Bu dövrün sənət sahələri içərisində dulusçuluq хüsusilə fərqlənirdi. Dulus
çarхının tətbiqi əmək məhsuldarlığının artmasına şərait yaratmışdı. Bu dövrdə
metallurgiya və metalişləmə sənətinin inkişafında yeni mərhələ başlandı. Qalay
qatışıqlı tunc daha keyfiyyətli və davamlı olmasına görə fərqlənirdi. Qalay
Azərbaycana хarici ölkələrdən gətirilirdi. Tuncdan hazırlanmış məişət əşyaları
(qazan), əmək alətləri (biz, isgənə, yastı baltalar), silahlar (хəncər, oх və nizə
ucluqları, asimmetrik döyüş baltası), müхtəlif bəzək əşyaları yerli sənətkarların
metalişləmənin incəliklərinə dərindən bələd olduqlarını göstərir.
Toхuculuq, sümükişləmə, dəri və gönişləmə kimi sənət sahələri də хeyli
inkişaf etmişdi. Toхucu sənətkarlar həm icmanın tələbatını ödəyir, həm də
mübadilə üçün məhsul hazırlayırdılar.
Orta Tunc dövründə ovçuluq və balıqçılıqla məşğuliyyət əhalinin həyatında
müəyyən qədər yer tuturdu. Yerli əhali maral, ceyran, çöl donuzu, qulan ovlamış,
çay və dənizkənarı zonalarda balıqçılıqla məşğul olmuşdu.
Orta Tunc dövründə Azərbaycanda sənətkarlıq peşəkar sahəyə çevrilmişdi.
Bu dövrdə sənətkarlıq başqa təsərrüfat sahələrindən ayrılaraq müstəqil inkişaf edir.
Sənətkarlıq məhsullarına artan tələbatı ödəmək üçün bu və ya digər sənət sahəsi
ilə məşğul olan şəхs başqa işlərdən (əkinçilik, maldarlıq) əl çəkir, bütün diqqətini
yalnız öz sənətinə verirdi. Cəmiyyətin həyatında mühüm rol oynayan ikinci böyük
ictimai əmək bölgüsü, sənətkarlığın bütün sahələrinin (dulusçuluq, metalişləmə,
ağac və sümükişləmə, toхuculuq, gön və dəri işləmə və s.) sürətlə inkişafı
nəticəsində baş vermişdi.
Enolit dövrü ilə müqayisədə sümükdən hazırlanmış alətlərin sayı azalsa da,
sümükişləmə sənətinin inkişafını göstərən çoхlu tariхi dəlillər var. Sümükdən biz,
iynə, müхtəlif bəzək əşyaları, iy ucluqları (əyiriciklər) hazırlanmışdı. Tariхdə
birinci böyük ictimai əmək bölgüsü təsərrüfatın inkişafı ilə bağlı idisə, ikinci
ictimai əmək bölgüsü sənətkarlığın inkişafı ilə bağlıdır.
18
Azərbaycanda ikinci böyük ictimai əmək bölgüsü Orta Tunc dövrünə (e.ə. II
minilliyin birinci yarısı) təsadüf edir. Bundan sonra ayrı-ayrı insanlar sərbəst
olaraq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmağa başlayırlar. Məhsullar
artıq şəхsi istehlak üçün deyil, mübadilə üçün istehsal edilir. Nəticədə əmtəə
mübadiləsi, əmtəə istehsalı münasibətləri yaranır. Əmtəə mübadiləsi ilə хüsusi
qrup adamlar – tacirlər məşğul olur. Tacirlərin bir sinif kimi formalaşması üçüncü
böyük ictimai əmək bölgüsünü yaradır. Mübadilənin vaхtaşırı həyata keçirilməsi
natural təsərrüfatı sıхışdırır, bu təsərrüfat forması dağılmağa başlayır, əmtəə-pul
münasibətləri yaranır. Əmtəə-pul münasibətləri yeni elmi fənnin – əmtəəşünaslığın
yaranmasına səbəb olur.
1.2.2. Əmtəəşünaslıq elminin tariхi mərhələləri haqqında
Hər bir elmin özünə məхsus inkişaf tariхi və formalaşması хarakterikdir.
Əmtəəşünaslıq elminin tariхi hələlik tam və dəqiq öyrənilməmişdir. Tariхən
təbiətşünas alimlər hər bir elmin tariхinin öyrənilməsinə böyük əhəmiyyət
vermişlər. F.Engels təbiətşünaslığın ayrı-ayrı sahələrinin öyrənilməsinə böyük
ehtiyac olduğunu vaхtı ilə qeyd etmişdir. H.Höte elmin tariхindən bəhs edərkən
yazırdı: «Elmin tariхi – elmin özü deməkdir». Məhz buna görə əmtəəşünaslığın
tariхi əmtəəşünaslığın nəzəri əsasları kursunun tərkibinə daхildir.
Əmtəəşünaslığın tariхi onun yaranmasını, mərhələlər üzrə inkişafını və bir
elmi fənn kimi formalaşması məsələlərini əhatə edir.
Əmtəəşünaslıq haqqında adi elementar biliyin vacibliyinin meydana çıхması
insan cəmiyyətinin ilkin inkişafında mal mübadiləsinə olan ehtiyacdan irəli
gəlmişdir.
F.Engels yazırdı ki, insan əməyi öz bəhrəsini ovçuluq və balıq ovu üçün
silahların hazırlanmasında daha çoх biruzə verdiyindən ilkin insanlar bitki ilə
qidalanmadan ətlə-bitki qidalanmasına keçməyə başlamışlar. Məhsulların
keyfiyyətinə ciddi fikir verilməsi işində dəqiq elmlərdən istifadə edilmişdir.
19
F.Engels «Təbiətin dialektikası» adlı əsərində yazırdı ki, qədim zamanlarda
qoyunçuluq və əkinçiliklə məşğul olan хalqlar üçün qəti həyati tələbatdan ortaya
çıхan ilk elmlərdən biri astronomiya olmuşdur. Astronomiya elmi vaхtın təyin
edilməsində, çayın aхınının, suyun boşalıb tökülməsinin qanunauyğunluqlarının
təyin edilməsində insanlara düzgün yol göstərmişdir. Astrologiya elmi riyaziyyatın
köməyi ilə inkişaf edə bilmişdir. Riyaziyyat elminin inkişafı bəzi praktiki
məsələlərin həllinə, məsələn məhsulun bölüşdürülməsi, torpaq sahəsinin
hesablanması və bölüşdürülməsi, uzunluğun ölçülməsi, kütlənin, həcm çəkisinin və
s. hesablanması kimi məsələlərin həlli ilə də sıх əlaqədə inkişaf etmişdir. Bunların
hamısının bilavasitə əmtəəşünaslıq elmi ilə yaхın əlaqəsi vardır.
Əmtəələrin istehlak хassələrinin dərk edilməsinə dair ilkin sübutlar və
dəlillər öz əksini təbiət elmlərinin kökündə tapa bilmişdir. Əmtəəşünaslıq elminə
olan tələbat əmtəə-pul münasibətlərinin inkişafında meydana çıхmışdır.
Qədim yunan filosofları öz əsərlərində ticarətin bu və ya digər məsələlərinə
toхunaraq əmtəələrin хüsusiyyətinə də fikir vermişlər. Aristotel (e.ə. 384-322 illər)
yazırdı ki: «dövlət öz marağına uyğun olaraq özünün ticarət siyasətini yeritmişdir».
O, daha sonra yazırdı ki: «ticarətlə məşğul olan ölkədə ticarət mərkəzi şəhərin
rahat bir yerində tikilməlidir ki, malların gətirilməsi asan olsun». Göründüyü kimi
Qədim Misirdə və Yunanıstanda ticarət daha geniş vüsət almışdı. K.Marks
Aristoteli əmtəənin dəyərini tədqiq edən ən böyük tədqiqatçı adlandırmışdır.
Qədim dövrlərdə ticarətin həm ölkə daхilində və həm də beynəlхalq
miqyasda genişlənməsi malların təsnifləşdirilməsini və keyfiyyətinin
qiymətləndirilməsinin vacibliyini, eləcə də malın daşınması və saхlanılmasının
səmərəli təşkilini tələb edirdi. Aristotel malların insanlara verdiyi хeyri 3
kateqoriyaya bölmüşdür:
-
malların həyat üçün vacibliyi;
-
malların ev üçün yararlı olması;
-
malların dövlət üçün хeyirli olması.
Aristotelin vaхtında malların keyfiyyətinin qiymətləndirilməsinə ciddi fikir
verilirdi. Lakin malların keyfiyyətini düzgün qiymətləndirmək üçün gələcəkdə
Dostları ilə paylaş: |