Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə128/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   124   125   126   127   128   129   130   131   ...   141

396 

qəzetlərində müntəzəm olaraq məqalələr çap etdirmiş-

di. 1923-cü ildə “Qızıl işıq”, “Türkçülüyün əsasları”, 

“Türk adəti” kimi kitablarını  nəşr etdirmişdir. Res-

publika Xalq Partiyasının proqramını araşdıran və 

şərh edən “Doğru Yol” (1923) adlı araşdırmasını da 

yenə bu dövrdə  qələmə almışdır. O dövrdə yazdığı 

“Türk mədəniyyət tarixi” adlı kitabı isə 1926-cı ildə 

ölümündən sonra çap olunmuşdu. Yenə ölümündən 

sonra müxtəlif qəzet və jurnallarda çıxmış yazılarıyla 

məktubları müxtəlif kitablarda yığılmışdır. 1939-cu il-

də “Çinaraltı”, 1947-ci ildə 

“Təriqət nədir?”, 1950-ci il-

də “Ziya Göyalp deyir ki” 

adlı kitabları  işıq üzü gör-

müşdür. Ziya Göyalpın nəşr 

edilməmiş yeddi əsəri və 

ailə  məktubları  olmuşdur.  

Görkəmli ictimai xadim və 

yazıçı 25 oktyabr 1924-cü 

ildə vəfat etmişdir.  

 

Ədəbiyyat 

Türkçülüyün əsasları  /Ziya Göyalp; Azərbaycan türkcəsinə çevirən, ön söz, izah 

və şərhlərin müəllifi E.Mustafaoğlu; hazırlayan  İ.Allahverdiyev.- Bakı: Maarif, 

1991.-175 s.  

Aydın Abi Aydın. Ziya Göyalp: Anadan olmasının 130 illiyi münasibətilə 

/Aydın Abi Aydın; red. R.Təhməzoğlu.- Bakı, 2006.- 64 s.  

Qaliboğlu, E. Böyük ideal sahibləri Ziya Göyalp türkçülük, millətçilik sahəsində 

sistem yaradıb /E.Qaliboğlu //Xalq cəbhəsi.- 2009.- 24 iyul.- S.14. 

 

İnternetdə 

www.az.wikipedia.org  



Adilə Abdullayeva 

 

 



 


397 

 

Mustafa Kamal Atatürk 1881-ci 



ildə  Səlanikdə (Saloniki) dünyaya 

gəlmişdir. 1896-1899-cu illərdə müa-

sir Makedoniya ərazisində yerləşən 

Monastır Hərbi məktəbini bitirərək 

İstanbul Hərb Məktəbinə  qəbul 

olunmuşdur. 1902-ci ildə leytenant 

rütbəsi ilə  məzun olmuş, Hərbi 

Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il 

yanvar ayının 11-də kapitan rütbəsi ilə akademiyanı 

bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci 

Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi 

almışdır. Daha sonra Monastıra 3-cü Orduya təyin 

olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula 

girən Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət 

etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi 

manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda 

Baş  Qərargah Mərkəzində xidmətə başlamışdır. 

Mustafa Kamal 1911-1912-ci illərdə Türk-İtaliya 

müharibəsində bir qrup yoldaşıyla birlikdə Tobruk və 

Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci 

ildə  İldırım Orduları Qrupuna komandir təyin 

olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 

1918-ci ildə  İstanbula gələrək Müdafiə Nazirliyində 

vəzifəyə başlamışdır. 

1919-1923-cü illərdə Antanta dövlətlərinin Os-

manlı  ərazilərini işğal etməyə başlamasından sonra 

Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna get-

mişdir. 1919-cu il 23 iyul -7 avqust tarixləri arasında 

Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas 

Konqresini çağıraraq ölkə-

nin işğal olunan ərazilərinin 

geri qaytarılması üçün gö-

rülməsi lazım olan işləri 

müəyyənləşdirmişdir.   

Osmanlı dövlətinin müs-

təqil dövlət kimi varlığına 

əslində son qoyan  Mudros 

barışığı  (1918) ilə razılaş-

mayan Atatürk 1919-cu il 

mayın 19-da Samsunda 

“mübarək Vətəni və milləti 

parçalanmaq təhlükəsindən 

qurtarmaq, yunan və ermə-

ni istəklərinə qurban ver-

məmək üçün” milli qur-

tuluş savaşına başlamış  və 

sonradan onun adı ilə ad-

lanan “Kamalçılar hərə-

katı”nın rəhbəri olmuşdur. 

Antanta orduları  İstanbulu 

ələ keçirəndən (1920, 16 

mart) və ingilislər ”Məclisi-

Məbusan”ı (“Deputatlar 

palatası”) dağıtdıqdan son-

ra, Atatürk 1920-ci il apre-

lin 23-də Ankarada yeni 

Parlament – Türkiyə Böyük 

Millət Məclisini (TBMM) 

yaratmışdır. Atatürk 

 

2011 



 

130 illiyi 

Mustafa Kamal 

Atatürk 


1881-1938 

 

 



 

 

Siyasi xadim 




398 

TBMM-in və onun təşkil etdiyi hökumətin başçısı 

(prezident seçkilərinədək) olmuşdur. “Ya istiqlal, ya 

ölüm!” çağırışı ilə  işğalçılara qarşı Milli azadlıq 

mübarizəsinə başçılıq edən Atatürk İstiqlal Savaşını 

uğurla başa çatdırmış, müxalifətçilərin ölkədən 

qovulmasına və Türkiyənin ərazi bütövlüyünün bərpa 

edilməsinə nail olmuşdur. Sakarya zəfərindən sonra 

19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət 

Məclisi Mustafa Kamala “Marşal” rütbəsi və “Qazi” 

(“qalib”) titulu vermişdir.  İşğalçıların ordularını 

darmadağın edən Atatürk bununla böyük dövlətlərin 

Türkiyə  ərazisini bölüşdürərək, dünyanın sonuncu 

türk dövlətini yox etmək planlarını, habelə  mərkəzi 

hakimiyyətə qarşı  çıxan və xaricdən kömək alan 

erməni-daşnak quldurlarının Şərqi Anadoluda “Böyük 

Ermənistan” yaratmaq niyyətlərini puça çıxarmışdır. 

Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imza-

lanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə

Sevr müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət 

böyüklüyündə  ərazi verilən Türkiyə torpaqları üzə-

rində, milli birliyə  əsaslanan yeni türk dövlətinin 

qurulması üçün heç bir əngəl qalmamışdır. 

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-

birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı 

İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 

oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk 

yekdilliklə ilk prezident seçilmişdir. 

30 oktyabr 1923-cü ildə  İsmət  İnönü tərəfindən 

respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə 

Respublikası, “Hakimiyyət qeyd-şərtsiz millətindir” 

və “Yurdda sülh, cahanda sülh” ideoloji əsasları üzə-

rində qurulmuşdur. Dahi dövlət xadimi olduqca müd-

rik, uzaqgörən xarici siyasət yeritməklə  və  cəsarətli 

daxili islahatlar keçirməklə Türkiyəni müasir inkişaf 

yoluna çıxardı  və çağdaş dünyaya qovuşdurdu. 

Türkiyə Cümhuriyyətinin Prezidenti 20-ci, xüsusilə 

30-cu illərdə ölkənin inkişafı, millətin mütəşək-

killiyinin gücləndirilməsi üçün bir çox mədəni-mənə-

vi tədbirlər görülməsinin təşəbbüsçüsü olmuşdur. Ona 

görə  də biz bu gün Atatürkün mədəniyyət, mə-

nəviyyat, dil siyasətindən 

cəsarətlə danışır, böyük 

dövlət qurucusunun bu sa-

hədəki təcrübəsinin uğurlu 

örnək olduğunu qəbul edi-

rik. Bu gün demokratik, hü-

quqi, dünyəvi dövlət kimi 

dünya birliyində böyük nü-

fuz qazanan və türk islam 

dünyasının  önündə gedən 

qüdrətli Türkiyə Cümhu-

riyyəti Atatürk ideyalarının 

və onun əməli fəaliyyətinin 

parlaq bəhrəsidir. Atatür-

kün dahiliyi onda idi ki, o, 

yaşadığı dövrdə dağılmış 

Osmanlı imperiyasının xa-

rabaları üzərində yenicə 

yaranan, lakin hələ çox zəif 

olan Türkiyə Cümhuriy-

yətinin o zaman öhdəsindən 

gələ bilməyəcəyi ağır bey-

nəlxalq hərbi-siyasi qarşı-

durmalara girməsinə yol 

vermədi. Dahi siyasətçi 

qurmaqda olduğu gənc və 

hələ cana gəlməkdə olan 

Türkiyə Cümhuriyyətini 

qoruyub saxlamaqla, əslin-

də, ümumtürk dövlətçiliyini 

tarix səhnəsindən silinməyə 

qoymadı. Atatürk, bununla, 

həm də əsarətdə olan dünya 

türkləri üçün, yeganə ümid 

yerini – Türkiyə dövlətini 

qoruyub saxladı. 

29 yanvar 1923-cü ildə 

Latifə xanımla evlənmiş, bu 

evlilik 5 avqust 1925-ci 

ilədək davam etmişdir. 

Uşaqları çox sevən Atatürk 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə