125
hərbi yürüşləri bir çох хаlqlаrın sоsiаl-iqtisаdi və
mədəni inkişаfınа хеyli zərər vurdu. Təkcə bu fаktı
göstərmək lаzımdır ki, о, 1383-cü ildə İsfаhаndа 70
min, 1401-ci ildə isə Bаğdаddа 90 min dinc əhаlini
qılıncdаn kеçirmişdir. Mühаribələr zаmаnı əldə еdil-
miş vаr-dövlət, əsir аlınmış sənətkаrlаr, mеmаrlаr və
b. Səmərqəndə göndərilir və оnlаr burаdа dəbdəbəli
sаrаylаr, məscidlər və еvlər tikirdi.
Əmir Tеymur 1405-ci il,
fеvrаlın 18-də Çinə yürüşü
ərəfəsində vəfаt еtdi. Sə-
mərqənddə Əmir Tеymur
məqbərəsində dəfn оlun-
muşdur. Əmir Tеymur tаriх
səhnəsində məğlubеdilməz
sərkərdə kimi qаlmışdır.
Ədəbiyyаt
Əmir Teymur //Аzərbаycаn tаriхi: Yеddi cilddə.- Bakı, 1999.- C.3.- S.43.
Əmir Teymur //Аzərbаycаn Sоvеt Еnsiklоpеdiyаsı: Оn cilddə.- Bakı, 1986.- C. 9.-
S.186.
Rus dilində
Новосельцев, А.П. Об исторической оценке Тимура /А.П.Новосельцев
//Вопросы истории.- 1983.- №3.- С.43-46.
İnternetdə
www.adam.az
www.az.wikipedia.org
www.science.gov.az
Məmməd Məmmədov
126
Yelmar Şahmar oğlu Edilov
1946-cı il aprel ayının 10-da Ağdam
rayonunda anadan olmuşdur. 1954-
1964-cü illərdə Əlimədədli kənd orta
məktəbində təhsil almış, sonra isə
Ağdam Kənd Təsərrüfatı Texniku-
muna daxil olmuşdur. O, 1964-cü
ildə Minsk şəhərində hərbi xidmətə
başlamış, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis
olunaraq texnikumda yarımçıq qalmış təhsilini davam
etdirmişdir. 1988-ci ildə Qərbi Azərbaycan ərazisin-
dən soydaşlarımızın deportasiya edilməsi zamanı Yel-
mar könüllü özünümüdafiə batalyonlarının yaradılma-
sını təkid etmiş və bu iş yalnız 1990-cı ildən sonra gö-
rülməyə başlanmışdı. 1991-ci ilin əvvəllərindən başla-
yaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tə-
rəfindən gecə-gündüz atəşə tutulmuşdu. Yelmar Edi-
lovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə
batalyonu yaradılmış, bu dəstə Ağdamda böyük hünər
göstərmiş, onlar dəfələrlə ermənilərə lazımi cavab
vermişdilər. 1994-cü il aprel ayının 11-də düşmən bö-
yük qüvvə ilə hücuma keçmiş, düşmənə sol cinahdan
əks hücuma keçən Edilovun taboru erməni faşistlə-
rinin iki tankını vurmuş, la-
kin döyüş bitməmişdi. Yel-
marın yanında partlamış
mərmi ona bu döyüşü sona
çatdırmağa imkan vermə-
miş, Vətənimizin cəsur öv-
ladı Edilov Yelmar 48 ya-
şında gözlərini həyata əbədi
yummuşdu. Evli idi. 7 öv-
ladı yadigar qalmışdır.
Azərbaycan Respublika-
sı Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203 saylı
Fərmanı ilə Edilov Yelmar
Şahmar oğlu ölümündən
sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adına layiq gö-
rülmüşdür. Bakı şəhərində-
ki ikinci Şəhidlər Xiyaba-
nında dəfn edilmişdir.
Ədəbiyyat
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Edilov Yelmar Şahmar
oğlu - sıravi - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə
Aprel
65 illiyi
Yelmar Edilov
1946-1994
Milli
Qəhrəman
10
127
edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və
şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində göstərdiyi
misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16
sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- S.1.- (Ölümündən sonra).
Abbasoğlu, B. Yelmar Şahmar oğlu Edilov haqqında /B.Abbasoğlu //Ölərkən
dünyaya gələn oğullar.- Bakı, 2004.- S.109-126.
Cəfərov, S. Qüdrətdən səngərli qalalı dağlar /S.Cəfərov.- Bakı, 2000.- S.213.
Edilov Yelmar Şahmar oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya
/tərt. ed. H.Həmidova; M.F.Axundov adına Milli Kitabxana.- Bakı, 2008.- S.47-48.
Əsgərov, V. Edilov Yelmar Şahmar oğlu /V.Əsgərov //Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S.42.
Səmədov, V. Yelmar Şahmar oğlu Edilov: (1946-1994) /V.Səmədov, S.Aslanov
//Vətən üçün lazım gəlsə.- Bakı, 1994.- S.175-184.
İnternetdə
www.agdam.org.
www.azerbaycanturkleri.com
www azerinter.net
www.disput.az
www.zengilan.com
Adilə Abdullayeva
128
Qəmbər Muxtar oğlu Hüseynli
1916-cı il aprel ayının 16-da Gəncə
şə hərində anadan olmuşdur. Hələ
gənc yaşlarından onda xalq musiqisi-
nə dərindən maraq oyanmışdır. Gənc
Qəmbər muğamları, təsnifləri, el ha-
valarını, aşıq musiqisini sevə-sevə
dinlərdir. Məhz xalq musiqisinə son-
suz məhəbbəti, klassik muğamlarımızın lad-məqam və
guşə əsaslarını öyrənməsi sonralar onun bəstəkarlıq
fəaliyyətində mühüm rol oynamışdır.
Gəncə Musiqi texnikumunu tar sinfi üzrə fərqlən-
mə diplomu ilə bitirən Qəmbər təhsilini davam etdir-
mək məqsədilə 1935-ci ildə Bakıya gəlmiş, Asəf Zey-
nallı adına orta ixtisas musiqi məktəbinin nəzəri-bəs-
təkarlıq şöbəsinə daxil olmuş, görkəmli pedaqoq, pro-
fessor Boris Zeydmandan sevib-seçdiyi sənətin sirrini
öyrənmişdir.
Texnikumda təhsil aldığı illərdə o, bir sıra iri
həcmli əsərlər, o cümlədən Şərq xalqlarının musiqi
mövzuları əsasında simli kvartet, fortepiano üçün va-
riasiyalar və digər əsərlər yaratmışdır. Onun ilk bəstə-
lərindən biri fortepiano üçün 7 uşaq pyesi 1970-ci ildə
ayrıca məcmuə şəklində “Azərnəşr” tərəfindən çapdan
buraxılmışdır.
Texnikumu bitirdikdən sonra musiqi yazma texni-
kasına yiyələnmiş bəstəkar müxtəlif formalı əsərlər
yazmağa böyük həvəs göstərsə də, onun yaradıcılığın-
da əsas yeri vokal miniatürləri tutmuşdur. O, üç yüzə
qədər mahnı və romansın müəllifidir.
Bəstəkar Azərbaycan ra-
diosunun və Dövlət Filar-
moniyasının xalq çalğı alət-
ləri orkestrlərində dirijor
vəzifəsində çalışmış, həmin
kollektivlər üçün bir sıra
instrumental əsərlər yarat-
mışdır.
Dahi bəstəkarımız Üze-
yir Hacıbəylinin şəxsi tə-
şəbbüsü ilə 1940-cı ildə
Azərbaycan Dövlət Filar-
moniyasının nəzdində yara-
dılmış sazçı qızlar ansamb-
lına rəhbərlik etmək Qəm-
bər Hüseynliyə tapşırılmış-
dır. O, aşıq Teymur Hüsey-
novun ifasından 55 ənnəvi
aşıq havasını nota köçür-
müş, onları “Sazçı qızlar
ansamblı” üçün işləmişdir.
Q.Hüseynli Gəncə filar-
moniyasında bədii rəhbər
olduğu 4 il ərzində şəhərin
uşaq və məktəblilər sara-
yında Vətənə həsr olunmuş
müxtəlif səpkili montajlar
hazırlamışdı. Eyni zamanda
Gəncə Dövlət Dram Teat-
rında tamaşaya qoyulmuş 6
Aprel
95 illiyi
Qəmbər Hüseynli
1916-1961
B əst əkar
16
Dostları ilə paylaş: |