III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
855
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mətnin semantikasının öyrənilməsində mətn komponentlərinin aktual üzvlənməsinin,
yəni tema – rema əvəzlənməsinin böyük rolu vardır. Cümlədə sözlərin və söz birləşmələrinin
yeri cümlənin sintaktik quruluşu və cümlə üzvlərinin aktual üzvlənməsi ilə bağlı olur və söz
sırası normaları həmin iki cəhətə əsasən müəyyənləşir. Prof. Kamal Abdullayev “Azərbaycan
dili sintaksisinin nəzəri problemləri” kitabında yazır: Cümlənin aktual üzvlənməsi mümkün
olan başqa üzvlənmələrindən öz funksional yönü ilə fərqlənir. Funksional sintaksisin əsas
tədqiqat obyektlərindən biri olan aktual üzvlənmə prinsip etibarilə cümləyə yalnız onun
quruluşundan çıxış edib, qiymət vermir, bu quruluşu sərhədlərindən kənara çıxarır”.
Mətndə müəyyən məqsədlə işlədilən hər bir cümlə “məlum olan”ı bildirən və dilçilikdə
“tema” adlandırılan çıxış nöqtəsinə və “yeni”ni bildirən, “rema” adlandırılan hissəyə malik
olur. Tema həm danışanın, həm qəbul edənin ümumi bilik bazasıdır. Bu ümumi bilik olmasa,
prinsip etibarilə informasiya ötürmək nöqteyi-nəzərindən irəli addım atmaq mümkün olmaz.
Tema cümlələr arasında semantik bağlılıq yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan
sonrakı cümlədə müəyyənləşir. Rema isə əksinə, məlumatın əsas nüvəsini və canını təşkil
edir. Hər bir cümlədə verilən yeni informasiya remanı təşkil edir. Rema məntiqi vurğu ilə
fərqləndirilir və cümlənin kommunikativ mərkəzini təşkil edir. Cümlənin strukturu danışanın
məqsədindən, tema və remanın cümlədə necə yerləşdirilməsindən asılı olur. Tema cümlənin
çıxış nöqtəsi kimi cümlənin əvvəllində, rema isə fikir ifadəsinin əsas məqsədini – “yeni”ni
bildirməklə sonra işlənir. Bu hal cümlənin komponentlərinin belə bir ardıcıllıqla düzülüşü
fikrin məntiqi ifadəsinə xidmət edir.
Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və intonasiyadır. Ədəbi
dilimizin normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra
işlənir; temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə, nisbətən aşağı tonda
tələffüz edilir. Prof.Qəzənfər Kazımov yazır: “Rema vasitəsilə tema - təbiət hadisələri,
müxtəlif proseslər, şəxslər və əşyalar, ayrı-ayrı faktlar, zaman, şərait və s. haqqında yeni
məlumat verilir, müxtəlif məsələlər dəqiqləşdirilir.”
Azərbaycan dilində digər müxtəlif sistemli dillərdə olduğu kimi cümlə üzvünün
aktuallaşması yazılı dildə əsasən söz sırasının hesabına həyata keçirilir. Dilimizin kəskin,
sabit, möhkəm söz sırasına malik olması aktual üzvlənmə elementlərinin təzahürü üçün çox
münbit bir zəmin yaradır. Söz sırası sabit olduğu zaman aktuallaşma nəticəsində baş verən hər
hansı yerdəyişmə cümlənin quruluşunda çox aydın, qabarıq şəkildə onun əsas səthindən
seçilir.Azərbaycan dilinin qrammatik quruluşuna görə cümlədə sözlərin müəyyən sırası var.
Əgər cümlə müxtəsərdirsə, mübtəda birinci, xəbər isə ikinci gəlir. Geniş cümlələrdə də
mübtəda ilə xəbərin sırası yuxarıdakı kimi olur: mübtəda əvvəldə (təyin varsa, təyindən sonra)
xəbər cümlənin sonunda gəlir. Tamamlıqlar mübtədadan sonra, xəbərdən əvvəl, zərfliklər isə
daha çox xəbərin yanında əvvəlində olur.Lakin bu, o demək deyil ki, cümlə üzvlərinin yeri
heç vaxt dəyişə bilməz. Bəzən zərflik tamamlıqdan, hətta mübtədadan da digər cümlə
üzvlərinə nisbətən əvvəl gələ bilər
Müxtəsər cüttərkibli cümlələrdə mübtəda temaya, xəbər remaya uyğun gəlir; məsələn:
Leyla oxuyur –cümləsində Leyla tema, oxuyur remadır. Əgər bu cür cümlələrdə tema və rema
yerini dəyişsə (Oxuyur Leyla), qrammatik və aktual üzvlənmə uyğun gəlməz: oxuyur – tema,
Leyla –rema olacaqdır, lakin həmin sözlərin əvvəlki qrammatik funksiyası qalacaqdır: oxuyur
– xəbər, Leyla – mübtəda. Geniş cümlələrdə isə qrammatik üzvlənmə beş cümlə üzvünün
müəyyənləşdirilməsini tələb edir. Aktual üzvlənmədə isə söyləm hökmün üzvlərinə - subyekt
və predikata müvafiq olaraq iki üzvə - tema və remaya ayrılır. Bu cür hallarda tema mübtəda
zonasına, rema xəbər zonasına uyğun ola bilir.
Beləliklə, məlumatı tema ilə dəqiqləşdirilmiş remanı cəminə bərabərləşdirmək mümkün-
dür. Və bu hal istənilən dildə predikatların müəyyənləşməsində əsas çıxış nöqtəsi ola bilər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
856
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİNDƏ QAN QOHUMLUĞU
TERMİNLƏRİNİN MƏNŞƏYİ
Rəna MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
rena.memmedova.1991@inbox.ru
AZƏRBAYCAN
Qohumluq terminləri dilin ən qədim semantik sahələrindən olduğu üçün bu termin-lərə
tarixi yazılı abidələrdə də rast gəlinir. Həmçinin, bir çox türk
dillərində işlənən ortaq qo-
humluq terminləri mövcuddur.
Ağadadaş – ağa böyük deməkdir. Ağadadaş “böyük dadaşdır” (Həm ad kimi işlədilir,
həm də kiçiklərin böyüklərə müraciət formasıdır).
Ana – Tuva dilində bu sözün yerinə iyə (qida verən) işədilir. Görünür, ana sözü iyə sö-
zünün dəyişmiş formasıdır. İyə isə öz növbəsində yemək feli ilə bağlıdır, “кормилица” de-
məkdir (mənbələrdə ana sözünün ruscaya tərcüməsi məhz bu cür verilmişdir.
Ata – nəinki türk dillərində, hətta latın dilində, elamlarda və s. işlədilmişdir. Amma türk
dillərində daha geniş yayılmış və dədə, ata babası, əmi, böyük qardaş, erkək adam anlamlarını
əks etdirmişdir. Noqay, tatar, başqırd dillərindəindi də kişi (yəni erkək adam) mənasını
bildirir. Çox maraqlıdır ki, bir çox dillərdə dədə “ata babasına” deyirlər. Ehtimal ki, aba (böyük
bacı, ana və s.) və baba sözləri eyni kökdən törəyib, süd tərəflə bağlı işlədilir. Ata, dədə isə
kök tərəflə bağlı olub və daha çox erkək mənasına uyğun gəlib. Dədə və ata eyni kökdəndir,
bütün başqa dillərə türk dilərindən keçib. Qədim mənası kişi (erkək) deməkdir. Sözün başqa
yozumu da mümkündür: ruslarda отец sözü “o” səsi ilə başlayır. Bizdə od, ocaq sözü də ailə,
ev mənalarında işlədilir. Oтец və od sözləri arasındakı fonetik yaxınlığa əsasən deyə bilərik
ki, ata – “od başçısı” (ailə başçısı, ocaq rəhbəri, ocaq yandıran) deməkdir.
Qağa – “ağa” (böyük) sözünün dəyişmiş formasıdır, əvvəllər “böyük qardaş” mənasın-
da işlədilib.
Qardaş – bu söz qarın və daş kəlmələrindən əmələ gəlib, “bir qarında olanlar” demək-
dir. Qıza da qardaş demişik, oğlana da. İndi təkcə oğlana deyirik ( bəzi başqa türk dillərində
indi bacıya “qız qardaş deyirlər).
Qız – mənbələrdə “qısır qısraq” ifadəsi var və hələ cinsi əlaqəyə girməmiş dişi ata deyib-
lər. Zənn edirəm ki, qısır sözünün qədim mənası qız sözü ilə eyni olub. Evli qadın qız adlan-
dırılmır, qız yalnız ərə gedənə qədər qız adlanır. Deməli, qız və qısır eyni kökə malikdir. İndi
qısır sözünün mənası dəyişib, bakirə olmayan heyvan da doğmursa, ona qısır deyirlər. Tuva
dilində qız (qıs) “dişi mənasında da işlədilir. Bizdə cici kəlməsi dişi sözünün təhrifindən ya-
ranmışdır. Qız sözünü “bakirə dişi” kimi başa düşmək olar. Tuva dilində qancıq yerinə qız it
birləşməsindən istifadə olunur. Rus dilində дочъ və доитъ sözləri eyni kökə malikdir “дочъ”
– süd verə bilən,yəni dişi deməkdir.
Dayı – ana qohumlarının hamısı birlikdə day adlanıb: dayza – xala, dağay – dayı, day-
baş – ana babası kimi şərh olunub. Ata tərəfdən qohumlar əm sözü ilə bağlıdır (əmi – atanın
qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.). Bu əmmək feli ilə qohumdur, eyni döşdən
süd içənlər deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir k, həmin
kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “Doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur.
Əmi – mama sözü “əmiyə oxşayan” deməkdir (eyni məməni əmmiş olan). Dayza isə
doğana (anaya) oxşayandır. Latın dilində xalaya matertera (подобная матери) deyirlər.
Deməli əmi və mama (bibi), eləcə də dayı və dayza (xala) kökdaş sözlərdir.
Yadıca – nəvədən sonra nəticə gəlir, üçüncü uşaq kötücə,dördüncü nəbibə, beşinci
nədidə, altıncı yadıca, yeddinci isə tullancı adlanır.