III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
829
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Diqqəti çəkən budur ki, elə ilk yazısında Anar həm ideya, həm də sənətkarlıq baxımından
yetkin bir qələm sahibi olduğunu ortaya qoydu. Belə ki, hekayənin qəhrəmanının xarakterin-
dəki çevrilmələrin psixoloji baxımdan motivləndirilməsi, onun haldan-hala düşməsindəki,
roldan-rola girməsindəki inandırıcılıq, üslubun sahmanlılığı bizi "təzə qələm sahibinin ilk təc-
rübəsi" təsəvvüründən xeyli uzaqlaşdırır.
V. SKOTTUN “AYVENQO” ROMANINDA OBRAZLAR SISTEMI
Aqşin ƏLİYEV
Bakı Dövlət Universiteti
sabir_muxtarov@mail.ru
AZƏRBAYCAN
Valter Skottun tarixi romanlarının diqqəti cəlb etməsinin əsas səbəblərindən biri onun
böyük tarixi hadisələri qəhrəmanları həyatı ilə möhkəm əlaqələndirmək bacarığıdır. Bu qəhrə-
manların taleyi isə tarixi mübarizənin gedişi ilə əlaqədar həll edilir və ondan asılı olur. Valter
Skott tarixi hadisələrə kənardan soyuq bir müşahidəçi kimi baxmır, bu hadisələrin iştirakçıla-
rının gözləri ilə baxır, oxucularını həyəcanlandırır, sevindirir və kədərləndirir, hadisələrin mü-
vəffəqiyyətlə nəticələnəcəyinə inandırır.
V.Skottun “Ayvenqo” əsəri onun ən maraqlı tarixi romanlarından biridir. Yazıçı roman-
da İngiltərənin çox mürəkkəb yenidənqurma dövrünü, pərakəndə feodal malikanələrinin vahid
bir krallığa çevrilməsi prosesini təsvir etmişdir. Əsərdəki hadisələr XII əsrdə, yəni Orta əsrlər
İngiltərəsində feodal qaydalarının yaranıb möhkəmləndiyi dövrdə cərəyan edir. Həmin dövrdə
İngiltərə ərazisində uzun müddətdir ki, yaşayan anqlosakslarla, XI əsrin sonunda İngiltərəni
zəbt etmiş normandlar arasında qızğın mübarizə gedirdi. Bu, anqlosaks və normand feodalları
arasında gedən mübarizə idi. Kəndlilər həm normand, həm də anqlosaks feodalları ilə eyni
vaxtda mübarizə aparırdılar.
V.Skott qədim anqlosaks əsilzadələri ilə (Sedrik, Atelstan), normand feodallarının
(normand cəngavəri Fron de Bef, de Malvuazen, de Brasi) arasındakı ziddiyyətləri təsvir
etməklə qədim qayda-qanunları bərpa etməyə çalışan sakson sülaləsinin və əsilzadələrinin
məhvə məhkum olduğunu göstərmək istəmişdir. Təsadüfi deyildir ki, sonuncu sakson kralı
Atelstan romanda tənbəl, qarınqulu, əlindən heç bir iş gəlməyən bir avara kimi təsvir edilir.
Hətta qədim anqlosaks əsilzadələrinin nəcib cəhətlərini özündə cəmləşdirən, milli
şərəfini və dədə-babadan qalma torpağını qorumağa çalışan Sedrik belə özünün cəsarətinə və
qətiyyətinə baxmayaraq, baş verən hadisələrin qarşısını almaq iqtidarında deyil. Sonda
normandların qələbəsi yazıçı tərəfindən tarixi qanunauyğunluq kimi göstərilir. Bu həm də
feodalizmin mürəkkəb qaydalarını, özündə cəmləşdirən yeni ictimai qayda-qanunların
qələbəsi idi.
Əsərdə ingilis kəndlilərinin yadelli normand qəsbkarlarına qarşı apardıqları mübarizə
onların normandlara olan nifrəti tarixi reallıqlara uyğun şəkildə təsvir edilir. Çünki normand-
lar kəndliləri sıxışdırırdılar. Əsərdə kəndlilərin normand feodallarına olan münasibəti Vamba-
nın oxuduğu nəğmədə aydın şəkildə üzə çıxır. Burada xalq və onun rəhbərləri, ilk növbədə
Loksli adı ilə çıxış edən Robin Qud surəti diqqəti cəlb edir. Robin Qud və onun cəsur atıcıla-
rının surətləri inandırıcı olub, xalqın məğlubedilməzliyi, cəsarəti, əzmi, fədakarlığı, azadlıqse-
vərliyi kimi müsbət keyfiyyətləri özündə birləşdirir. Yazıçı Robin Qudu xalq nəğmələrində,
balladalarında olduğu kimi, haqsızlıqlarla mübarizə aparan əsl xalq qəhrəmanı kimi təsvir
etmişdir. Robin Qud və yoldaşları yalnız varlıları talayır, yoxsullara əl tutur, qadınlara və
uşaqlara arxa olurdu. O, kəndlilərin rəhbəri kimi təsvir edilir. Onun çağırışı ilə əyalətin bütün
kəndliləri feodalların haqsızlıqlarına qarşı mübarizəyə qalxırlar. O, həm də gözəl təşkilatçı və
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
830
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bacarıqlı rəhbərdir. Onun təşkilatçılıq bacarığı, mətinliyi və qızğın ehtirası Torkilston malika-
nəsinin mühasirəsi zamanı xüsusilə nəzərə çarpır. Yazıçı Robin Qud – Loksli surətini yara-
darkən xalq ədəbiyyatı motivlərindən bacarıqla istifadə etmişdir. Oxatma səhnələri, meşədə
dəyənəklə vuruşma kimi epizodlar ingilis xalq yaradıcılığı əsasında yazılmışdır. Robin Qud
surəti “Ayvenqo” romanında V.Skottun yaratdığı tipik xalq qəhrəmanlarından biridir. Robin
Qudun sadiq silahdaşları və köməkçiləri olan atıcılar xalq poeziyası ənənələri əsasında təsvir
edilmişdir. Bunların arasında kəndlilərin tərəfində vuruşan zarafatcıl zahid Tuk xüsusilə
seçilir. Həddindən artıq yeməyi və içki içməyi sevən Tuk Şekspirin Falstafını xatırladır
Nökər Qurt və Vamba surətləri romanda xüsusi əhəmiyyət kəsb edir. Bu surətlərdə məğ-
rurluq, insani ləyaqətlərini saxlamaq, alicənablıq vardır. Ağası Sedrik tərəfindən alçaldılan
“Sedrik mənim başımı kəsə bilər, qamçı ilə döydürə bilər, ancaq mən ona artıq nökər deyi-
ləm” deyən Qurt Vamba ilə birlikdə Lokslinin dəstəsinə qoşulur, malikanənin mühasirəsində
və alınmasında iştirak edir.
V.Skott əsərdə feodal qayda-qanunlarının və əxlaqının real lövhələrini yaradaraq feo-
dalların hədsiz özbaşınalıqları, cəngavər qəsrlərinin quldur məskəninə çevrilməsi, kəndlilərin
hüquqsuz və dilənçi kökündə olmasını inandırıcı şəkildə təsvir edir.
Kral Riçard surəti əsərdə aparıcı surətlərdən biridir. Bu surət əsərin özəyini təşkil edir.
Riçardın simasında V.Skott Orta əsrlər İngiltərəsində qayda-qanun yaradan qüdrətli hökmdar
surəti vermişdir. Əsərdə Riçard müdrik insan və cəsur sərkərdə kimi təsvir edilir. Müəllif onu
həddindən artıq ideallaşdırdığına görə, Riçardın əsərdəki surətilə tarixi Riçard bir-birindən
fərqli görünürlər.
Əsərdə Skott ingilis feodallarının, ruhanilərinin, cəngavərlərinin parlaq surətlərini yarat-
mışdır. Ancaq o, Riçardı ideallaşdırarkən, müəyyən dərəcədə romantizmə meyl etmişdir. Ro-
manda sehirli və intriqaçı qüvvələrlə əhatə edilmiş Riçard Qara cəngavər kimi təsvir olunmuş-
dur. Onun gizli adının mahiyyəti əsərdə tədricən açılır. Xalqın Riçarda inamını və sədaqətini
təsvir edən səhnələr bir o qədər də inandırıcı görünmür. Bu cür səhnələrin təsvirində V.Skott
xalqa arxa duran “ədalətli hökmdar” haqqındakı utopik fikirlərinə sadiq qalır.
Əsərdə Ayvenqo və Roven surətləri diqqəti daha çox cəlb edir. Romanın bədii cəhətdən
orijinal surətlərinə nisbətən Ayvenqo surəti zəif verilmişdir. Roven xətti kimi, Ayvenqo xətti
də, sanki romanın realist səciyyəsindən ayrılır və bəzən çox aydın şəkildə elodramatik ünsür-
lərin təzahür etdiyi fabulanın orjinallığını müəyyənləşdirir. “Ayvenqo” istər əhatə etdiyi prob-
lemlər, istərsə bu problemlərin dərindən işlənməsi baxımından V.Skottun yaratdığı tarixi ro-
manların ən yaxşısıdır.
AĞDAŞ ANTROPOTOPONİMLƏRİNİN
QRAMMATİK XÜSUSİYYƏTLƏRİ
Zibeydə HƏŞIMOVA
Qafqaz Universiteti
zabioj@mail.ru
AZƏRBAYCAN
Məlum olduğu kimi antropotoponimlər insan adları ilə bağlı olaraq yaradılmış yer ad-
larıdır. Ölkəmizin hər bir ərazisində olduğu kimi Ağdaş ərazisində də antropotoponimlərin
maraqlı nümunələrinə rast gəlmək mümkündür. Bu antropotoponimlər qrammatik quruluşu
baxımından da diqqəti cəlb edən xüsusiyyətlərə malikdir.
Beləliklə, Ağdaş ərazisində mövcud olan bir neçə antropotoponimin qrammatik quru-
luşuna nəzər yetirək: