III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
839
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ret nəticəyə gəlir və gəldiyi nəticəyə oxucunu inandırmağa səy göstərir. Müəllif bunu müxtə-
lif üsullarla edir. Sitatlar və müqayisələr mətndə əsas fikri şərh etməyə yönəlir. Aydın, anla-
şıqlı təhkiyə dili ilə yazılmışdır. Mətndə müəllif təhkiyəsi daxilində vasitəli nitqdə hadisə və
əhvalatlara simvolik oxucu münasibəti, yəni cəmiyyətin dilindən müəllif təxəyyülü aparıcı
yer tutur. Mətndə obrazlılıq və bədiilik hadisələrin tipikləşdirilməsi, xalq deyimindən nümu-
nə, dialekt sözlərindən və ümumilikdə xalq dili ilə ədəbi dilin sintezindən istifadə nəticəsində
yaranmışdır. Cümlələr, abzaslar bir-birilə qarşılaşdırılır və nəticə hasil olur. Yəni müəllifin
fikri üzə çıxır. Yazı bir söhbət havasında və inandırıcı bir təfəkkür tərzi ilə yazılıb. Məsələn:
“Bu cür başqa ölkələr də var. Məsələn, nə vaxt baxırsan, Braziliyada karnavaldır, yüz min-
lərlə insan küçələrə tökülüb dingildəyir, oxuyur, deyir, gülür, şoular göstərirlər.
Bu o demək deyil ki, onların sosial problemləri yoxdur. Xeyr! Var. Amma onlar müxtə-
lif sosial problemlərə görə qanlarını çox da qaraltmır, keflərindən qalmırlar.” Mətndən gətiril-
miş bu nümunədə birinci abzasda Braziliyada vəziyyət şərh olunur. Həmçinin həmin vəziyyət
digər abzaslardakı fikirlərlə qarşılaşdırılır. İkinci abzasda isə müəllifin şərhindən çıxan nəticə
müəllifin dili ilə oxucuya çatdırılır. Bu da köşəni daha inandırıcı edir və əyanilik yaradır. Müəl-
lif sanki oxucunu özü ilə bərabər hadisə ətrafında fikirləşməyə, nəticə çıxarmağa səfərbər edir.
Ancaq fərdi üslubu daha çox nəzərə çarpdıran müəllifin ümumi yaradıcılığıdır. Müəl-
lifin ümumi yaradıcılığı ilə tanış olmadan müəllifin üslubu haqqında dolğun fikir söyləmək
qeyri-mümkündür. Həmçinin müəllifin yaradıcılığını digər müəlliflərin yaradıcılığı ilə müqa-
yisə etmək, fərdi üslub xüsusiyyətlərini görməyə kömək etmiş olur.
YAŞAR KAMAL “AĞRIDAĞI ƏFSANƏSİ”
ROMANINDA DASTAN MOTİVLƏRİ
Mehriban QULİYEVA
Naxçıvan Dövlət Universiteti
quliyeva.mehriban@list.ru
AZƏRBAYCAN
Müasir türk nəsrinin ən görkəmli simalarından biri Yaşar Kamalın əsərləri içərisində bu
günə qədər on beş dəfəyə yaxın nəşr edilən “Ağrıdağ əfsanəsi” romanı mühüm yer tutur. Əsər
haqqında tanınmış türkoloqlar Q.İsmayılov, Q.Qorbatkina , və S.Uturqaurinin son dərəcə
dəyərli məqalə, təhlil və fikirləri vardır. Biz bu məqalədə çağdaş bir romanla qədim türk
dastan mədəniyyəti, əfsanə ilə reallıq, miflə gerçəklik arasındakı bağların ənənə və novatorluq
müstəvisində təhlilini verməyə çalışacağıq.
“Ağrıdağ əfsanəsi” romanı özünün süjet xətti, obrazların təsviri, bədii şərtiliklər və
konfliktlərin həlli, təsvir və ifadə vasitələri, dil, üslub və təhkiyə tərzi, əfsanəvi və real zaman-
məkan anlayışları baxımından qədim və zəngin türk epos mədəniyyətinin çağdaş söz
sənətində ən gözəl nümunələrindəndir.
Əsərdə yer alan hadisələr Şərqi Anadolunun hələ bütün qəbilələrinin Osmanlı imperiya-
sının hakimiyyəti altında olmadığı çox uzaq dövrlərdə cərəyan edir. Əsərin əsas süjet xəttini
Əhmədin qapısına təsadüfən gəlib çıxmış Qır atın Allah tərəfindən göndərilən hədiyyə
sayılması və yeni sahibinin qaytarılmayan mülkiyyəti hesab olunması kimi tayfa-əşirət
ənənəsi təşkil edir. Qapıya qədər gəlmiş atı geri vermək də, onu geri istəmək də bölgə
xalqının yüzillərdir sürüb gələn adət-ənənələrinə ziddir. Çünki at Haqdan yadigardır. Onu
saxlamaq, qorumaq lazımdır. Ənənələrin belə tələb etdiyini xalq müdriki, bölgənin bütün
oymaqlarının elini-dilini bilən Sofinin verdiyi məsləhətdən başa düşürük. Lakin əvvəlcə,
Əhməd atı üç kərə aparıb, dağın arxa tərəfinə buraxmalıdır; əgər at hər səfərində qayıdıb, ye-
nə bu qapıya gələrsə, o zaman atı əsla geri verməməlidir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
840
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Romanın III şəxs adından folklorik təhkiyəsi dastan üzərində köklənməsinin ilk işarəsi-
dirsə, əsərin baş personajının qapısına gələn Qıratla onu ilk görən Əhmədin qonşusu Sofi
arasındakı sözsüz mükalimə ikinci simvoldur. Atın belindəki üzərində günəş və ağac işlənmiş
yəhəri və bu rəmzlərin hansı tayfa və əşirət mənsubuna aidliyini "hər şeyin bilicisi" Sofi
xatırlaya bilmir. Lakin o fəhmlə dərk edir ki, bu, fəlakət işarəsidir, belə olmasaydı, Sofi bu
rəmzi şəkilləri mütləq tanımalıydı. Üçüncü bir dastani rəmz Qır atın qapısında dayandığı evin
içərisindən ətrafa yayılan yanıqlı tütək səsidir. Ürəkləri sızladan bu ney Ağrıdağının ən
kədərli türküsünü səsləndirirdi; Bu, Ağrıdağının hiddəti idi və tütəyi çalan xalq arasında çox
sevilən, sifəti daima kədər və həsrət ifadə edən igid Əhməddən başqası deyildi.
Əsərin ilk səhifələrində heç kəsdən və heç nədən qorxmayan bir obraz kimi təqdim
edilən Mahmud xanı hadisələr inkişaf etdikcə qorxu hissi çulğayır. Onun qorxduğu şey
ayrılıqda götürülmüş bir fərddən qaynaqlanan qorxu deyildir. Bu qorxu xalqın qəzəbidir,
kükrəmiş selin gücüdür, qullar dünyasının intiqamıdır. Hətta sükutudur, çünki bu sükutun
tufan öncəsi sakitlik olduğunu və hər an qasırğaya dönə biləcəyini yaxşı başa düşür. Heç vaxt
bir sözü iki olmayan Mahmud xan gözləmədiyi bu hadisədən sarsılır, hiss edir ki, xalq ayağa
qalxarsa, onun qabağında durmaq mümkün olmayacaqdır. Ustad yazıçı bu qorxu hissinin
Mahmud xanda yaratdığı psixoloji ovqatı oxucuya onun daxili monoloqu vasitəsilə çatdırır:”
İnsanları, şu dağlardan, ovalardan kopup gelen kalabalığı düşünüyordu. Bunlar bir erkek ve
bir kadının mutluluğu için buraya toplanmışlardı. Dışardan bakınca öyle görünüyordu. Ama
bunun altında çok şey vardı. İnanılmaz bir ölke vardı. Yüzbin yılların başkaldırma duygusu
vardı. Şu konuşmayan, kıpırdamayan öfke.... Gittikce zaman bozuluyor ve halk azıtıyor. Bu-
gün benim sarayımın, kapısını tutarlar kız bahanesiyle, yarın İstanbul şehrini doldurur, Padi-
şahın sarayının kapısını tutarlar başka bir bahaneyle. Vakit erişti gibime gelir. Şu halka bir
çare bulamazsak hepimizin kellesi gider. Yarın zulmü bahane ederler, öbürsü gün ekmeği...
Ve birikirler birikirler. Yüz bin yılın öfkesi ve de acısıyla. Şimdiki gibi sessiz birikirler. Ve bu
kalabalığa güc yetmez. Onlarla ordular, bir dünya kadar ordu olsa başa çıkamaz”.
Romandan gətirdiyimiz bu nisbətən geniş alıntı Yaşar Kamalın Bəyazid paşası Mahmud
xanın qəddarlıq, rəhmsizlik və zalımlığının getdikcə onun üçün vahiməyə, ümidsizliyə,
qorxuya çevrilmə prosesini necə böyük sənətkarlıqla canlandırdığını vurğulamaq məqsədi
daşıyır. Daha əvvəllər də müxtəlif üsyan, qiyam, iğtişaşlarla qarşılaşmış olan Mahmud xan öz
hakimiyyətini hər dəfə müəyyən güzəştlər etməklə əldə saxlayır. Romanda iki dəfə Bəyazid
qalasının qarşısında toplanan xalq birincidə Xan qızının zindandan azad olunmasını, ikincidə
isə Osmanlı paşasının müqavimətini qırıb, Gülbaharla Əhmədin qovuşmasını reallaşdırır.
Haqqı, həqiqəti, ədaləti təmsil edən xalq qarşıya çıxan maneələrin hamısını dəf edir və
Ağrıdağının hiddətini sevgiyə ( sonu faciə ilə bitsə də) döndərməyi bacarır.
AZƏRBAYCAN DİLİNDƏ “BAŞ” KOMPONENTLİ
FRAZEOLOJİ VAHİDLƏR
Elzadə SADIQOVA
Bakı Slavyan Universiteti
sadiqli.elya@mail.ru
AZƏRBAYCAN
Hər dildə xalqın yaşam tərzini, mədəni xüsusiyyətlərini əks etdirən vahidlər və birləş-
mələr var. Bir dildə danışarkən
sadəcə sözlərdən deyil, qəlibləşmiş söz birləşmələri yəni,
frazeoloji vahidlərdən də istifadə olunur. Bu birləşmələr dildə qəlib şəklində mövcuddur. Fra-
zeoloji birləşmələr dili zənginləşdirən ən önəmli materiallardırlar. Din, fəlsəfə, tarix, folklor