III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1494
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qərarı ilə hər il 17 may – Ümum-
dünya Telekommunikasya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində Azərbaycan
Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli
Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas məqsədi informasiya
və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına
kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdən ibarət idi.
Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət
proqramı həyata keçirilmişdir:
1. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
2. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron Azərbaycan”)
Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnolo-
giyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya cəmiyyəti quru-
culuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən ölkəmizdə informasiya cə-
miyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu mərhələ “Azərbaycan 2020: Gələ-
cəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu
Konsepsiyada Azərbaycanda informasiya cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün
məqsədləri, istiqamətləri, vəzifələri müəyyən edilir. Bunlar aşağıdakılardır:
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi
İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması
Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin
genişləndirilməsi
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi
Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi
Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi
Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması
Bu Konsepsiyada informasiya cəmiyyəti quruculuğu ilə bağlı nəzərdə tutulan müddə-
aların həyata keçirilməsi üçün Azərbaycan Respublikasında informasiya cəmiyyətinin in-
kişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir. Milli Strategiyanın
əsas məqsədi aşağıdakılardan ibarətdir:
ölkədə informasiya cəmiyyətinin bərqərar olması
onun yaratdığı imkanlardan vətəndaş-ların, cəmiyyətin, dövlətin inkişafı üçün səmə-rəli
istifadə edilməsi
ölkənin davamlı və dayanıqlı inkişafı
İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi
İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi
inkişaf
etdirilməsi
Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır:
İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və
təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması;
kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli
İnternet xidmətlərinin göstərilməsi;əhalinin rəqəmli TV yayımı ilə tam əhatə olunması)
yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və xidmətlə-
rinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların istehsalının stimullaşdırıl-
ması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və
nüvə texnologiyalarının inkişaf etdirilməsi; xüsusi vergi və gömrük rejimlərinin tətbiq olun-
ması; İnternet iqtisadiyyatının, o cümlədən elektron ticarətin inkişaf etdirilməsi; informasiya
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1495
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılmasının
genişləndirilməsi)
yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi (kos-
mik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər
istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi; özəl sektorda yüksək texnologiyalar
üzrə elmi tədqiqatların aparılmasına şəraitin yaradılması və stimullaşdırılması)
elektron dövlətin inkişafı (dövlət orqanları arasında səmərəli və təhlükəsiz informasiya
mübadiləsinin təmin olunması; “Elektron hökumət” portalı vasitəsilə “bir pəncərə” prinsipi ilə
elektron xidmətlərin göstərilməsi; dövlət orqanlarında elektron sənəd dövriyyəsinin genişlən-
dirilməsi; “şəxsi kabinet”in və dövlət orqanlarına vahid müraciət imkanının yaradılması, “mo-
bil hökumət” texnologiyalarının tətbiqi; elektron xidmətlərin əlçatarlığının artırılması üçün
ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi; elektron və mobil imzanın, həmçinin
elektron ödənişin tətbiqinin genişləndirilməsi)
elektron təhsilin inkişafı (bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz geniş-
zolaqlı şəbəkəyə qoşulması; elektron tədris vasitələrinin inkişaf etdirilməsi; bütün təhsil pillə-
ləri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması; İKT-nin tətbiqi ilə yeni təhsil
modellərinin, o cümlədən distant təhsilin həyata keçirilməsi; İKT sahəsində fasiləsiz profes-
sional hazırlıq sisteminin təkmilləşdirilməsi)
elektron səhiyyənin inkişafı (bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təh-
lükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması
və inkişaf etdirilməsi; bütün yaş qruplarının elektron sağlamlıq kartları ilə təmin olunması;
telesəhiyyənin inkişaf etdirilməsi; ümumi istifadə üçün tibbi resursların yaradılması; tibb
işçilərinin İKT biliklərinin artırılması)
elektron vətəndaşın inkişafı (cəmiyyətin bütün üzvləri, xüsusilə də ucqar kənd yaşayış
məntəqələrində yaşayan və ya xüsusi tələbləri olan insanların kompyuterdən, internet xidmət-
lərindən, “E-hökumət” portalından istifadə bacarıqlarının formalaşdırılması və inkişaf etdiril-
məsi; bütün vətəndaşlar, biznes qurumları və dövlət tərəfindən İKT biliklərinə yiyələnmənin
stimullaşdırılması; kiçik və orta sahibkarların biznes proseslərində İKT-ni tətbiq etmələrinə
kömək göstərilməsi; teleişin tətbiqinin genişləndirilməsi)
kadr hazırlığı
informasiya təhlükəsizliyinin təmin edilməsi
milli kontentin inkişaf etdirilməsi (Azərbaycan tarixi, vətənpərvərlik mövzuları, ədəbi
və mədəni irs üzrə internet resurslarının yaradılması və inkişaf etdirilməsi; ümumi inkişaf,
təhsil, səhiyyə və digər sahələr üzrə internet resurslarının, məlumat-axtarış sistemlərinin inki-
şaf etdirilməsi; milli azlıqların adət-ənənələrinə həsr olunmuş elektron resursların yaradılması
və inkişafı; ödənişsiz istifadə edilə bilən Azərbaycan dilli proqram təminatlarının hazırlan-
ması və geniş istifadəsinin təmin olunması; onlayn medianın inkişaf etdirilməsi)
Ölkəmizdə informasiya cəmiyyətinin inkişafına xidmət edən digər mühüm proqramlar
da qəbul edilmiş və həyata keçirilmişdir:
Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007). Bu proqramın
məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə
təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil
almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil siste-
minə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini infor-
masiya cəmiyyətinə hazırlamaq idi.