Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə101/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   97   98   99   100   101   102   103   104   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

971



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

adi, sıravi insanlar mühitinin bir üzvüdür, lakin güclü vətəndaşdır. Qanuna hamının eyni 

dərəcədə hörmət etməsini istəyən bir insandır.  Əsərdə çox obraz vardır, ancaq burada 

dolaşıqlıq hiss olunmur, əksinə onların daxili monoloqları obrazları daha dərindən tanımağa, 

xeyirlə  şəri ayırd etməyə kömək edir. Qərib hadisələr  əsasında sürətlə böyüyür, bu böyümə 

daha çox Qəribin daxili aləmində gedir, biz bunu onun daxili monoloqundan görürük. Bir 

müddət xəstə yatan Qəribi hərkəs dəli adlandırırdı, buna görə də o mənəvi cəhətdən tənha idi. 

Biz onun necə biri olduğunu, fikir və düşüncələrini daxili monoloqundan öyrənmiş oluruq. O 

həm də sirdaşsız idi, çünki onu anlayan yox idi, sevdiyi qiza-Gülsümə belə içini aça 

bilməmişdi. “Görəsən Gülsüm məni düşünür mu? Yoxsa o da məni dəli sanır”. Qərib qoruqda 

keşikçi idi, bəzi quşları ovıanmaqdan qoruyurdu, lakin kəndin varlı, ədəbaz, bığıburma kişiləri 

quşları ovlamaq üçün qoruğa gələr və tez-tez Qəriblə mübahisə edərdilər. Mühitin insanları 

Qəribin qəbul etdiyi qanunlara riayət etmirdilər, qorunan quşları ovlayırdılar, əsər boyu Qərib 

onları bu işdən uzaqlaşdırmağa çalışsada alınmır. Yazıçı  Qəribi daha çox mühitə uyuşa 

bilməyən bir qüvvə kimi göstərir, Qəribi anlamayanlar onu dəli adlandırırlar. Çünki mühit 

saxta idi, insanlar saxta idi, Qərib kimi qanunlara riayət edən biri onlar üçün təbii ki dəli 

olacaqdı. 

Əsərdə belə bir məna bizi düşündürməyə vadar edir-Qərib onları dəyişə bilmədi, yəqin 

ki, heç kim dəyişə bilməyəcək, dəyişmək istəyənlər də “dəli” adıandırılacaq. Qərib məhz bu 

fikirləri düşünərək yaşıl gecədə qoruğun düşmənləri tərəfindən öldürülür. Əsər Qəribin bu 

monoloqu ilə bitir: “Sərxanın Bakıdan gələn qonaqlarıdır...Külə döndərəcəklər qoruğu...Viran 

qoyacaqlar buranı...”. 



 

 

TƏPƏGÖZ  ARXAİK  QƏHRƏMAN  KİMİ 

 

Türkan CƏFƏROVA 

Bakı Slavyan Universiteti 



ceferova19@gmail.com 

AZƏRBAYCAN

 

 

Ta qədim dövrlərdən bədii ədəbiyyatda dini motivlərdən, rəmz və obrazlardan istifadə 

dünya ədəbiyyatının geniş yayılmış ənənələrindən olmuşdur. Homerin "İliada" və "Odisseya" 

sı; antik yunan ədəbiyyatından Roma ədəbiyyatına keçmiş motivlər, Virgilinin "Eneida"sınin 

janrını, müasir dillə desək, "tarixi" janr adlandırmaq olar; bu, eyni zamanda, həm Qərb, həm 

də Şərq ədəbiyyatında, kinematoqrafda İisusun cəzalandırılması, Məhəmmədin həyatı haqda 

süjetlər, İblisin invariasiyaları və sairədir. Şekspirə qədər 200 variantı mövcud olmuş "Romeo 

və Cülyetta", "Leyli və Məcnun" dastanı kimi qeyri-dini motivlər də arxetip süjetlərə çevril-

mişdir. Fransız dilində köhnə tip, ilkin nümunə mənalarıni verən arxetip sözünə “Kitabi-Dədə 

Qorqud” dastanında da rast gəlmək olar. Dünya ədəbiyyatında, daha dəqiq desək, Azərbay-

can, yunan, hind və digər eposlar arasındakı  bənzəyişlərdən söz açarkən, alınma süjetlər və 

arxetip süjet yaxud arxetip obrazlardan danışmaq daha  doğru olar. 

 Bu eposda əski təsəvvür və etiqadlar, türk eposçuluğu ənənələrini əks etdirən süjetlərlə 

yanaşı, əski qəhrəman arxetipini əks etdirən süjet, motiv və obrazlar da vardır. Onlar eposun 

hələ  tədqiqinin ilk dövründən araşdırıcıların diqqətini cəlb etmiş, onlarla bağlı müxtəlif 

dövrlərdə ayrı-ayrı araşdırıcılar müəyyən mülahizələr irəli sürmüşlər. “Kitabi-Dədə Qorqud” 

dastanın mövzu və məzmunu, onun əski dünyagörüşləri əks etdirməsi barədə müəyyən fikirlər 

söylənmişdir. Onlar zaman keçdikcə daha da dərinləşmiş, yeni faktlarla zənginləşmiş, lakin 

vahid nəticənin əldə edilməsi zamanla, tədricən mümkün olmuşdur. Bəzən də həlli mümkün 

olmayan nəticələrə gedib çıxmışdır. 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

972



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“Kitabi-Dədə Qorqud”da özünü göstərən belə arxaik qəhrəman tipləri içərisində obraz-

ların tarixi qruplaşması geniş  və  əhatəlidir. Belə ki, günümüz üçün eposun bir sıra süjetləri 

tam arxaikdir. Oğuz həyat və  məişətininin, dövlətçiliyinin arxaik hökmdarı Bayanır xan, 

qoşun başçısı Qazan bəy, oğuz bəyləri, ozan obrazının  ən qədim arxetipi Dədə Qorqud, 

Qanturalı və onun sevgilisi Sarı donlu Selcan xatun, mifik obraz olan Təpəgöz, Dəli Domrul 

və başqaları eposun arxaik qəhrəman arxetipləri sırasına məxsusdurlar. Onların bir çoxunun 

eposdakı yeri, mövqeyi ilə yanaşı, tarixi qaynaqlarla bağlılığının əsas və başlıca istiqamətləri 

üst-üstə düşməmişdir. Bütün bunlar gələcək tədqiqatların obyekti ola bildiyi kimi, eposdakı 

daha qədim dövrün arxaik qəhrəman arxetipləri olan Təpəgöz və Dəli Domrul barədə aparılan 

araşdırmaların yekununa böyük ehtiyac vardır. 

“Kitabi-Dədə Qorqud”un arxaik qəhrəman arxeotipləri içərisində mühüm yer tutan və 

müxtəlif mülahizələrə  səbəb olan qəhrəman Təpəgözdür. Tədqiqatçı A.Acalovun fikrincə 

“Kitabi-Dədə Qorqud” boyları içərisində mifoloji xarakter daşıyan iki oğuznamədən biri 

olmuşdur. Təpəgöz obrazının mifoloji xarakterinin göstəricisi bu dastanda kifayət qədərdir. 

Səkkizinci boydakı Təpəgöz obrazı dastanın qədim etiqadlarla bağlı və Qafqaz yayılmış bir 

motivi üzərində qurulmuşdur. 

“Basatın Təpəgözü öldürdüyü” boyu dünya xalqları üçün ənənvi olan bir sıra görüşlərlə 

bağlıdır və onları  təkcə türk təfəkkürünün məhsulu hesab etmək düzgün olmaz. Dünya 

eposçuluğu ilə sıx, qarşılıqlı əlaqə və təsir zəminində yaranıb üzə çıxan qədim oğuznamələrin 

bir çoxu qədim yunan, roma və skif qaynaqlarından, Qafqazd və slavyan xalqlarında yaranan 

bir sıra əski süjetlərdən istifadə yolu ilə yaranmışdır. Qorqudşünaslığın aparıcı məsələlərindən 

biri kimi bu arxaik qəhrəman olan Təpəgöz surəti diqqət mərkəzində saxlanılmışdır. Belə ki 

bir çox tədqiqatçılar bu mövzu ətrafında müəyyən fikirlərə gələrək qeyd edirlər ki, Təpəgöz 

məhz oğuz türklərinin məhsuludur. Və dastanın arxaik süjetlərinin özünəməxsus xüsusiy-

yətlərinin öyrənilməsi isə son dərəcə aktual məsələdir. Bu sahədə araşdırmalar davam etmək-

dədir. 

Bu obrazın Şərq və Qərb eposuna, nağıl və sujetlərinə yayılması ehtimal ki, onun barbar 



xüsusiyyətlərini mühafizə etməsi, arxaik düşüncədə yaranmış modelin çətin rekonstruksiya 

edilməsi ilə bağlıdır. Bu obraz Qərbə yayıldıqca mülayimləşmiş, bir çox cəhətlərdən yumşal-

mağa başlamış, lakin çox cuzi deformasiyaya uğramışdır. Odur ki, mənşə etibari ilə Şərq bar-

bar modelində yaranan bu insan Şərqdə öz mühafizəkarlığını sona qədər davam etdirmiş, insan 

övladına qənim kəsilməsi ilə özünə milli düşüncədə  əbədi yer tutmuşdur. Təpəgözün insan 

mənşəyi ilə bağlılığı özü də maraq doğurur və obrazın gələcəkdə ayrıca tədqiqinə ehtiyac do-

ğurur.  

 

 

YUSİF  SƏMƏDOĞLUNUN HEKAYƏLƏRİNİN                                       



İDEYA-MƏZMUN XÜSUSİYYƏTLƏRİ 

 

Fidan CUMAYEVA 

Azərbaycan Universiteti 



fidancumayeva@yahoo.com 

AZƏRBAYCAN 



 

Yazıçılarımızı indi cəmiyyətin keçmişi, hazırkı vəziyyəti və gələcəyi ilə bağlı daha böyük 

sosial-psixoloji məsələlər, daha humanist ideallar narahat edir, qlobal problemlər düşündürür. 

Problemlərin yüksək sənət dili ilə ifadəsi üçün səbr və təmkinlə işləmək, dəfələrlə götür-qoy 

etmək, ustalıqla ümumiləşdirə bilmək bacarığı, xüsusi zəhmət və istedad tələb olunur. Yazıçı 

nədən yazır-yazsın, əsəri humanist ideyalar təbliğ etməli, insan və onun əzəməti yazıçı sənəti 

ilə daha çox mühafizə olunmalıdır.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə