III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1506
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
DAHİLƏR ÖLMƏZDİL, TARİXDƏ QOYDUQLARI
İZLƏR ONLARI ƏBƏDİ EDİR
Kəmalə ABBASOVA
Taras Şevçenko adına Ümummilli Kiyev Universiteti
Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış, görkəmli Dövlət xadimi, dünya
miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət
xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik
edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqi-
qətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tə-
rəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını
qoyan dahi lider idi.
1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının
tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi
hakimiyyətə gəldiyi gündür.
Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i
isə müstəqil Azərbaycanın Qurtuluş günüdür.
Azərbaycan xalqı milli dövlətçiliyinin dağıl-
maq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda -
1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin
vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını
görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə
qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə
Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.
Böyük qürur hissi ilə deyə bilərəm ki, xaricdə təhsil aldığım Taras Şevçenko adına
Kiyev Milli Universitetinin fotostentində Ulu Öndərin şəklini görəndə ölkəmizin dünya mə-
kanında öz layiqli yerini tutmasının bir daha şahidi oldum.
Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi
əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş
fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı
əfsanəyə çevrilmişdir.
Məhz bunları nəzərə alaraq deyə bilərəmki, bu gün Azərbaycanda sosial-iqtisadi,
ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli liderin adı
ilə bağlı olmasın.
Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı
hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət
kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgö-
rənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin Azərbaycana rəhbərlik
etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ
Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndiril-
məsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin
özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması
zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi
idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi
strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1507
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müd-
rikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.
Bu şəxsiyyət müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər
Əlirza oğlu Əliyevdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev
amallarını uca tutaraq düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində
qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurmuşdur. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf
modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və
yeni-yeni uğurlara imza atır.
Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa
malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal
enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan
Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdiril-
məsinin məntiqi nəticəsidir.
Biz gənclər Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı
bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən
nadir şəxsiyyətlərdən biri kimi gördük. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin
bilicisi idi. Buna görə də O, xalqın sevgisini qazana bilmişdi. Onun uzaqgörənliyi başqalarına,
həmkarlarına nisbətən daha güclü idi. O, yürütdüyü daxili və xarici siyasətin ölkəmizi bugün-
kü inkişaf pilləsinə gətirib çıxaracağını bilirdi. Hal-hazırda onun layiqli davamçısı ölkə Pre-
zidenti İlham Əliyev də mərhum Ümummilli Liderimizin qoyduğu iqtisadi-siyasi kursu
davam etdirir.
Dahilər ölməzdilər, tarixdə qoyduqları izlər onları əbədi edir. Bu gün də Heydər Əliyevi
Azərbaycan xalqı qəlbində yaşadır.
MADRİD PROTOKOLUNA GÖRƏ ƏMTƏƏ NİŞANLARININ
BEYNƏLXALQ QEYDİYYATI
Səma ARİFLİ
Bakı Dövlət Universiteti
sama.arf@gmail.com
AZƏRBAYCAN
Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının inkişafında əqli mülkiyyətin rolu əhəmiy-
yətli dərəcədə artmışdır və əqli mülkiyyət hüquqlarının təminatının gücləndirilməsinə xüsusi
diqqət yetirilir. Bu da səbəbsiz deyil: müəlliflik hüququ, əlaqəli hüquqlar, patentlər, əmtəə
nişanları hazırda texnologiyaların və cəmiyyətin inkişafında mühüm yer tutur. Bununla ya-
naşı, əqli mülkiyyət hüquqlarının təminatında problemlər də mövcuddur. Bu problemlərlə
mümkün qədər daha az rastlaşmaq üçün əqli mülkiyyət hüquqlarının müdafiə sisteminə bələd
olmaq lazımdır. Əmtəə nişanının mühafizəsi əmtəə nişanının sahibinə əmtəə və ya xidmətləri
identifikasiya etmək üçün xüsusi nişandan istifadə etmək və başqalarının ixtiyarına vermək
(misal üçün lisenziya vermək yolu) kimi müstəsna hüquq verir. Əmtəə nişanının sahibi öz
məhsulunun qarışıq düşmə ehtimalı olduğundan digər şəxslərə eyni və oxşar əmtəə və ya xid-
mətlərə eyni və ya oxşar nişanların verilməsini qadağan edə bilər.
İlk öncə qeyd etmək vacibdir ki, bütün dünya ölkələrini əhatə edən vahid əmtəə nişan-
larının qeydiyyat proseduru mövcud deyildir. Və bir çox hallarda məlum olur ki, nişanların
hüquqi mühafizəsinə maraq sadəcə bəzi inkişaf etmiş ölkələrdə mövcuddur. Bu o mənanı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1508
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ifadə edir ki, yalnız hər hansı bir ölkədə aparılan nişanın qeydiyyat proseduru avtomatik ola-
raq digər ölkələrə də şamil ediləcək. Nişanların qeydiyyatının birbaşa marağı olan ölkələrdə
qeydiyyata alınması vacibdir. Belə ki, əgər siz əmtəə nişanın bir neçə ölkədə mühafizəsində
maraqlısınızsa, ən yaxşı seçim beynəlxalq qeydiyyat sistemi vasitəsi ilə qeydiyyatdan keçir-
məkdir ki, bu da Madrid sistemi adlanır, hansı ki öz adını bu münasibətləri tənzimləyən
Nişanların Beynəlxalq tənzimləməsi haqqında 14 aprel 1891-ci il tarixli Madrid saziş və
“Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin 1989-cu il iyunun 28-də
Madrid şəhərində qəbul edilmiş Protokol kimi hüquqi aktlardan almışdır. Madrid Protokolu
Dünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyya-
tını təmin etmək üçün qurulan Madrid Sistemini yaradan iki beynəlxalq razılaşmadan birisi-
dir. Madrid Sistemindəki digər razılaşma isə Madrid Sazişidir. Madrid Sazişi 1891-ci ildən
bu yana qüvvədədir və Madrid Protokolu, əmtəə nişanlarının beynəlxalq qeydiyyatı sisteminə
üzvlüyü artırmaq, sistemi üzv olan dövlətlər baxımından daha yararlı hala salmaq üçün 1996-
cı ildə qüvvəyə minmişdir. Protokola edilən yeniliklər sistemə daxil olmaq istəyən ölkələr
üçün əlverişli imkan yaratmışdır və 2015-ci ilədək üzv olan dövlətlərin sayı 95-ə çıxmışdır.
Dünya iqtisadi sahəsində öndə gedən ölkələrin böyük hissəsi və Avropa İttifaqına üzv ölkə-
lərin əksəriyyəti Madrid sisteminə üzvdür. Azərbaycan bu sistemini birinci qolu olan Madrid
Sazişinə 1995-ci il 25 dekabrda, Madrid protokoluna isə 2007-ci il 15 apreldə qoşulmuşdur.
Azərbaycan hüququnda əmtəə nişanının qorunması ilə bağlı hüquqi tənzimləməni “Azərbay-
canın qoşulduğu beynəlxalq razılaşmalar” və “əmtəə nişanı ilə bağlı milli qanunvericilik” ola-
raq ayırmaq mümkündür. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun 2-ci mad-
dəsinə müvafiq olaraq, əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respub-
likasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Əmtəə nişanları və
coğrafi göstəricilər haqqında AR qanunundan, Azərbaycan Respublikasının digər qanunveri-
ci-lik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Əmtəə nişanlarının beynəlxalq qeydiyyatını təmin edən Madrid Sisteminin əsas
məqsədləri aşağıda sadalanmışdır:
Əmtəə nişanlarının tək bir beynəlxalq müraciət vasitəsilə və tək bir dildən istifadə
olunaraq iki və ya daha çox ölkədə qeydiyyatını təmin edəcək müraciətlər etmək.
Tək iddia sənədi, tək dil, tək ödəmə sistemi yolu ilə iddiaçıları ağır maddi yükdən,
bürokratiyadan, fərqli müraciət prosedurlarından qurtulmasını təmin etmək.
Əmtəə nişanının beynəlxalq qeydiyyatı həyata keçirildikdən sonra və ya müraciət
əsnasında meydana gələn dəyişikliklərin də tək bir müraciət vasitəsilə Seçilmiş bütün
ölkələrdə edilməsi mümkün edərək, müraciət edən şəxslərə avantaj gətirmək.
Üzv ölkələrə gətirilən rədd müddəti məhdudiyyəti sayəsində (Protokol'da 18 ay) müra-
ciət edən şəxslər baxımından işlərinin daha sürətli yerinə yetirilməsini təmin etmək.
Madrid Sisteminin əsas məqsədləri, avantajları sayılarkən sözü gedən məsələlərdən
birisi də, əmtəə nişanılarla əlaqədar hər cür dəyişiklik, məhdudlaşdırma, ləğv, azadolma şək-
lində əməliyyatların da tək bir tələblə edilməsi imkanının təmin edilməsidir.
Qeyd etmek lazımdır ki, Madrid sistemi üzrə əmtəə nişanlarının qeydiyyatı birbaşa
olaraq müraciət edən şəxslərin Əmtəə nişanlarının bütün üzv olan dövlətlərin ərazilərində
qanuni müdafiəsini təmin edir. Qeyd olunanlara əsasən, tələb olunan iddia sənədi özündə
əmtəə nişanın hüquqi mühafizəsinin təmin olunmasının tələb olunduğu ölkələrin konkret
siyahısını əks etdirməlidir. Belə hallarda iddiaçı ümumiləşdirilmiş şəkildə Avropa olaraq qeyd
edə bilməz. Əmtəə nişanısının mühafizəsini maraqlı olduğu ölkələri ayrı-ayrılıqda qeyd etmə-
lidir. Bu həm də ona görə vacibdir ki, hər bir ölkə üçün haqq baxımından differensasiya
mövcuddur.
Beynəlxalq Reye Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı ilə bağlı Madrid Protokolu
15.04.2007 tarixindən itibarən Azərbaycanda qüvvəyə minmişdir; Protokol çərçivəsindəki
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1509
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
beynəlxalq əmtəə nişanı qeydiyyatı işləri Azərbaycan Respublikasının Standartlaşdırma, Met-
rologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Madrid Protokolu çərçivəsində edilən işlər əsasən iki istiqamətlidir: xarici ölkələrdən
Azərbaycana edilən müraciətlər və Azərbaycandan xarici ölkələrə göndərilən əmtəə nişanı
qeydiyyati müraciətləri.
Madrid sistemi vasitəsi ilə Azərbaycandan müraciətlər yalnız Azərbaycan Respublikası-
nın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) vasitəsi ilə edilə
bilər. Birbaşa WIPO’ya göndərilən müraciətlər WIPO tərəfindən müraciət edənə geri qay-
tarılır. Qaydalar sadəcə Azərbaycan baxımından bu şəkildə deyildir, Protokolla təmin olunan
sistemin əsas xüsusiyyətlərindən birisi beynəlxalq qeydiyyat müraciətlərinin WIPO’ya tərəf
ölkələrin rəsmi əmtəə nişanı mənşə idarələri tərəfindən çatdırılmasıdır.
Reyistrdə qeydiyyatın gerçəkləşməsinin ardından iddiaçılar hər cür dəyişiklik (adres /
ünvan / nevi dəyişikliyi), ləğv,məhdudlaşdırma, təhvil əməliyyatlarını WIPO Beynəlxalq
Bürosuna göndəriləcək tək bir tələblə etmək imkanına sahibdirlər. WIPO-un aldığı tələb əgər
üsuluna uyğun isə bu tələbi reyestre salır və qeydiyyat əməliyyatın ardından əlaqədar ölkələrə
göndərir. Seçilmiş ölkələr müraciət sahibinin istədiyi və WIPO tərəfindən özlərinə bildirilmiş
tələbi öz məlumat bazalarında da əks etdirirlər. Bu baxımdan Madrid Sisteminin iddiaçıların
əmtəə nişanlarınının tək mərkəzdən nəzarətini tam mənada təmin etdiyi deyilə bilər.
Beynəlxalq qeydiyyatın davamlılıq müddəti 10 ildir. 10 il sonunda beynəlxalq qeydiy-
yatın sahibləri WIPO-ya tələblə Əmtəə nişanlarınını yeniləmə haqqına sahibdirlər. WIPO
yeniləməyi beynəlxalq reyestdə qeydiyyata aldıqdan sonra beynəlxalq reyestrin əhatə etdiyi
ölkələrə bildirişlə müraciət edir və əlaqəli ölkələr də əmtəə nişanının yenilənməsini öz
məlumat bazasında qeyd edirlər.
XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNİN ANLAYIŞI
Aysel BABAYEVA
Bakı Dövlət Universiteti
aysel.babasoy@yahoo.com
AZƏRBAYCAN
Xüsusi mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən
mühüm problemlərindən biridir. Mülkiyyət-iqtisadi münasibətlər həmişə hüquqi təminatla
bağlıdır. Xüsusi mülkiyyət münasibətləri hüququn bütün sahələri tərəfindən mühafizə edilsə
də, heç şübhəsiz, bu sahədə aparıcı rol konstitusiya hüququna məxsusdur. Konstitusiyanın 29-
cu maddəsində qeyd edilir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa-
nunla qorunur.
Xüsusi mülkiyyət hüququnun müdafiəsi vasitələrindən birincisi əşya hüquqi iddialarıdır
(vəzifəsi mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncam vermək
hüquqlarını bərpa etmək, habelə bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilmə-
sində maneələri və ya şübhələri yox etməkdir). Müvafiq olaraq əşya-hüquqi iddialar başqa-
sının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddi-
ası), pozulmuş hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqları-
nın bərpa edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddialardır. İkinci - mülki-hüquqi vasitələr qrupu öhdəlik-hüquq xarakterli vasitələrdir (mül-
kiyyətçiyə dəymiş zərərin ödənilməsi, əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları
və s.). Bu cür vasitələri təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq institut-
larından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn, mülkiyyətçi
əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir. Üçüncü
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1510
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qrup vasitələr, nə əşya-hüquqi, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, onlar mülki-
hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının
mühafizəsi, qanunun tələblərinə müvafiq olmayaraq bağlanan əqdlərdə tərəflərin mənafeləri-
nin müdafiəsi belələrindəndir. Dördüncü qrupa qanunla müəyyən olunmuş qaydada mülkiyyət
hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitə-
lər daxildir.
Mülki hüquqlar, xüsusən də bu hüquqların bir növü olan əşya hüquqları (o cümlədən
mülkiyyət hüquqları) qanunla mühafizə edilir (qorunur). Xüsusi mülkiyyət münasibətlərinin
hüquqla mühafizə edilməsi (qorunması) mürəkkəb xarakterli anlayışdır. Xüsusi mülkiyyət
münasibətlərinin qorunmasında əmək hüququ da müəyyən rol oynayır. Azərbaycan Respub-
likasının Konstitusiyasının 35-ci maddəsində bildirilir ki, əmək fərdi və ictimai rifahın əsası-
dır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə
görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq
hüququ vardır (1, s.14). Əmək hüququ müəyyən edir ki, işəgötürən və işçi qarşılıqlı maddi
məsuliyyət daşıyır. Maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işəgötürən və işçinin)
digər tərəfə əmək vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri
nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur (5, s. 415; 7).
Mülki hüququn yarımsahəsi hesab edilən əşya hüququnun əsas vəzifələrindən biri
subyektlərin mülkiyyət hüquqlarını qorumaqdan ibarətdir. Mülkiyyət münasibətlərinin mülki
hüququn müəyyən etdiyi qaydalar və normalar əsasında mühafizə edilməsi “mülkiyyət hüqu-
qunun mülki-hüquqi qorunması” anlayışı ilə əhatə edilir. Bu anlayış iki mənada - geniş və
məhdud mənada işlədilir. Geniş mənada - mülki hüquqda nəzərdə tutulan və cəmiyyətdəki
iqtisadi münasibətlərin normal və maneəsiz inkişafını təmin edən bütün üsul və vasitələrin
məcmusu başa düşülür
(8; с.58-78). Mülki hüquq normalarının vasitəsilə xüsusi mülkiyyət
hüququnun qorunması həyata keçirilir. Birinci qrup normalar xüsusi mülkiyyət hüququnun
əmələ gəlmə əsaslarını, ikinci qrup normalar xüsusi mülkiyyət hüququna xitam verilməsi
üsullarını, üçüncü qrup normalar mülkiyyətçinin malik olduğu səlahiyyətin həcmini, dördün-
cü qrup normalar xüsusi mülkiyyət hüququnun həyata keçirilməsinin hədlərini və bu hüquq-
ların məhdudlaşdırılmasını, beşinci qrup normalar xüsusi mülkiyyət hüququnun obyektlərinin
ayrı-ayrı növlərinin hüquqi rejimini, altıncı qrup normalar əşya hüququnu pozan subyektlər
üçün mənfi (arzuolunmayan) nəticələri müəyyən edir. “Xüsusi mülkiyyət hüququnun mülki-
hüquqi mühafizə edilməsi” anlayışı ilə “xüsusi mülkiyyət hüququnun mülki-hüquqi qorunma-
sı” anlayışı sinonim anlayışlardır. RF-də yazılan dərsliklərin çoxunda mülkiyyət hüququnun
mülki-hüquqi qorunması anlayışı hər iki mənada işlədilir (9, с.334; 10, с.302; 11, с.611). Bu
normaların çoxu pozulmamış mülkiyyət hüquq münasibətlərini qoruyur.
Mülkiyyət hüququnun mülki-hüquqi müdafiəsi iki əsas funksiyanı - qoruyucu və bərpa-
edici funksiyanı yerinə yetirir. Qoruyucu funksiyanın mahiyyəti normal və pozulmuş vəziy-
yətdə mülkiyyət münasibətlərini mühafizə etməkdən ibarətdir; bu funksiyanın köməyi ilə
mülki dövriyyədə əmlakın normal təsərrüfat istismarı, habelə öz şəxsi mülkiyyətinə maneəsiz
olaraq sərəncam verməsi və ondan istifadə etməsi təmin edilir. Bərpaedici funksiyanın mahiy-
yəti isə pozulmuş mülkiyyət münasibətlərini bərpa etməkdən ibarətdir; bu funksiyanın köməyi
ilə mülkiyyətə edilən müxtəlif qəsdlərin zərərli əmlak nəticələri aradan qaldırılır, hüquqazidd
hərəkətlərlə vurulmuş zərərin əvəzi ödənilir.
Dostları ilə paylaş: |