Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə109/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   105   106   107   108   109   110   111   112   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

987



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə 

rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual  edir. L. Feyxtvangerin „Yalançı 

Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir. 

Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri 

heç də həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayılın ox-

şarı Xızırın öz  taleyinə münasibəti haqqında geniş məlumat verilmir. 

Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə 

onun üçün xoşbəxtlik olur. 

Oxşar sirr pərdəsi altında. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barə-

də heç bir məlumat verilməsə də xüsusi qayğı və maddi yardım göstərilir. Terrensinin kiçik 

emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu ox-

şarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində Ter-

rensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir. 

Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl Çaldıran dö-

yüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə girmə-

dən öncə son tapşırıqlarını verərək öxşarı Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin „Yalançı 

Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir. 



 

 

60-CI İLLƏR NƏSRİNDƏ PSİXOLOGİZM 

 

Tünzalə SADIQOVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

tunzale.sadiqova@mail.ru 

AZƏRBAYCAN 



 

1960-cı illərdə dünyada baş verən ictimai-siyasi proseslər  ədəbiyyat dünyasına da 

təsirsiz ötüşmür. Stalinizmin ifşa edilməsi ilə ədəbiyyatda qismən demokratik abu-hava yaran-

mağa, yazıçılar yuxarıdan diqtə edilən sosializm realizmi qəliblərindən kənara çıxmaqla öz 

yaradıcılıq sferalarında sərbəstlik göstərməyə başlayır.Əmək proseslərinin, istehsalatın birinci 

planda, insanın isə ikinci planda verildiyi əsərlərdən fərqli olaraq artıq insanın daxili mənəvi 

dünyasının dərinliklərinə baş vuran, insanı çoxcəhətli, mürəkkəb planda, bütün mənfi və 

müsbət cəhətləri, ziddiyyətləri ilə bərabər təqdim edən nəsr əsərləri meydana çıxır. Nəsrin bu 

yeni mərhələsində  qəhrəman müəllifin çatdırmaq istədiyi ideyaların ruporu olmaqdan, 

publisist pafosdan xilas edilir, yazıçıların yenilik təşəbbüsləri özünü ideyalılıqdan uzaqlaşma 

meyllərində biruzə verir. Bu dövrdə Azərbaycan nəsrində baş verən keyfiyyət dəyişikliklərini 

ədəbi tənqid haqlı olaraq insanın ön plana çəkilməsində- psixologizmdə görür. 

Psixologizm nəsr  əsərlərində  qəhrəmanın hissi-emosional və intellektual aləminin ön 

plana çəkilməsi olub, əsas prinsiplərindən biri xarakterin çoxcəhətliliyini təmin etməkdir. 

Məlumdur ki, insan psixologiyası çevik və dəyişkəndir, konkret vəziyyətlərdən, ətraf mühitin 

müxtəlif amillərindən asılı olaraq eyni adamda bir-birindən fərqli, bir-birinə zidd duyğular 

yarana bilər və  nəticədə  şəxsiyyət öz sabit xarakterinə uyğun gəlməyən gözlənilməz 

hərəkətlərə yol verə bilər.60-cı illərdə ədəbiyyatımızda bu cür bir qrup çoxcəhətli, mürəkkəb, 

təzadlı xarakterlər yaradılmşdır: Sultan Əmirli (İ. Hüseynov “Yanar ürək”), Qılınc Qurban (İ. 

Hüseynov “Saz”), Cahandar ağa (İ.  Şxlı “Dəli Kür”), Mədinə  (Ə.Əylisli “Adamlar və 

ağaclar”), Nemət (Anar “Ağ liman”), Laçın (S. Əhmədli “Yamacda nişanə”), Kərbəlayı 

İsmayıl (F. Kərimzadə “Qarlı  Aşırım”), Cəlil müəllim (M. İbrahimov “Ondan yaxşı qardaş 

yox idi”), Məmməd (Ç. Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”). 

İsmayıl Şıxlının “Dəli Kür” əsəri 60-cı illərdə Azərbaycan xalqının tarixindən sinfi mü-

barizə baxımından danışmayan ilk romanlardan biridir. Yaratmış olduğu Cahandar ağa obrazı 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

988



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

isə özünəqədərki obrazlardan fərqli olaraq, əməkçi sinfin nümayəndəsi, kəndli yox, böyük bir 

mülkədardır. İsmayıl Şıxlı bu obrazı müsbət planda vermiş, ona olan rəğbətini gizlətməmişdir. 

Bu o dövrdə yazıçının böyük cəsarəti və  ədəbiyyatımıza gətirdiyi yenilik idi. Cahandar ağa 

obrazı  həm bütöv, həm də ziddiyyətli bir obraz olub, psixologizmin ən mükəmməl 

nümunələrindən biri sayıla bilər. Psixologizmin tələblərinə uyğun olaraq, əsərdə Cahandar 

ağa obrazı bütün davranışlarında əvvəldən axıra qədər yalnız bir insani keyfiyyəti ifadə edən 

və həmin keyfiyyətə zidd ola biləcək heç bir əlavə hərəkətə yol verməyən obrazlar kimi deyil. 

Cahandar ağa ailəyə, qadına, dosta, düşmənə münasibətdə milli ənənələrdən çıxış edir, onun 

xarakteri ilə dövrün adət-ənənələri arasında qırılmaz  əlaqə vardır. Ancaq, bu Cahandar ağa 

surətini səciyyələndirən xüsusiyyətlərdın yalnız biridir. Yazıçı obrazın bir fərd kimi şəxsi 

duyğularını da ciddi şəkildə  nəzərə alır və Cahandar ağanın adət-ənənələrlə bağlı sabit 

xarakteri ilə konkret məqamlardan doğan hiss-həyəcanları arasındakı təzadı əks etdirməyə səy 

göstərir. Belə ki, daim adət-ənənəyə, milli əxlaqi dəyərlərə əsasən həyatını sürdürən Cahandar 

ağa namus və qeyrət təsəvvürlərinə xilaf çıxaraq Allahyarın arvadı  Mələyi götürüb qaçırır. 

Uzun müddət etdiyinin yanlış olduğunu düşünsə də, bəzən öz hərəkətinə bəraət qazandırmağa 

çalışır. Başqasından tələb etdiyi qeyrət və namusun mütləq timsalı ola bilmədiyi halda 

Cahandar ağa Molla Sadığın meyxana toruna düşən günahsız bacısı  Şahnigarın “yanlış”ına 

güzəştə getmir və onun həyatına son qoyur. Kəndlilərə qarşı xoşrəftar olduğu halda oğlu Şam-

xalın bir kənd qızı ilə evlənməsini bağışlaya bilmir, onu övladlıqdan sildiyini söyləyir, ancaq 

zaman-zaman Şamxal üçün də çox darıxır. Mələyi sevsə də, onu oxşamaq əvəzinə hisslərini 

gizlətməyi, kişilərin qadınlara qarşı  sərt olmalı olduqlarını düşünür.Allahyarla nə  qədər 

düşmən olsa da bəzən onun taleyinə  də acıyır. Bütün bu nümunələr fonunda biz əsər boyu 

Cahandar ağanın mürəkkəb, müsbət və mənfi cəhətləri ilə tanış oluruq. Ancaq, müəllif əsərdə 

nəinki Cahandar ağanı, heç bir qəhrəmanı mühakimə etmək fikrinə düşməmiş, onlara qarşı 

mərhəmətli təhkiyə aparmış, surətlərin səhv addımlarına belə həyatın çoxmənalı mürəkkəbliyi 

yüksəkliyindən baxmışdır 

 

 



“HEYDƏRBABAYA SALAM”A TÜRKİYƏDƏ YAZILAN CAVABLAR 

 

Nərmin ƏLİYEVA 

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 



narminbdu@gmail.com

 

AZƏRBAYCAN   

 

Azərbaycan ədəbiyyatının sevilən ədəbi şəxsiyyətlərindən və söz ustadlarından biri  Mə-



həmmədhüseyn Şəhriyar 1954-cü ildə ana dilində yazdığı  və  Azərbaycan ədəbiyyatının  qiy-

mətli incisi sayılan möhtəşəm  “Heydərbabaya salam” əsəri ilə  Pəhləvi rejiminin illərlə sus-

durduğu türk dilinin əzəmətini bir daha sübuta yetirdi. Əsərin türk dilində yazılması Azərbay-

canda milli oyanışın və millətin  öz soy- kökünə  qayıdışı hərəkatında sanki yeni bir mərhələ-

nin başlanğıcı oldu, Cənubi Azərbaycanda  anadilli poeziyaya geniş yol açdı. Seyid Məhəm-

mədhüseyn  Şəhriyarın  “Heydərbabaya Salam”  poeması  təkcə  Cənubi Azərbaycanda və 

İranda deyil, bütün Yaxın  Şərqdə    və dünyanın bir çox ölkələrində  yayılaraq ona misilsiz 

şöhrət qazandırmışdır. Bir çox ədəbiyyatşünaslar “Heydərbabaya Salam” poemasını  şairin 

yaradıcılığının zirvəsi, şah əsəri kimi qiymətləndirirlər. Bu əsər, səlis bir dil, atəşin bir qəlblə 

yazılmışdır.  Şəhriyar  İranda  türk dilinin yasaqlandığı bir dövrdə bu dili yazdığı «Heydər 

babaya salam» əsəri ilə  əbədi olaraq ayağa qaldırdı. XX əsrin 50-ci illərindən başlayaraq 

Şəhriyarın poeziyası bütün Türk dünyasının əsas tədqiqat obyektinə çevrildi. “Heydərbabaya 

salam” poeması təkcə Güney və Quzeydə deyil, Yaxın və Orta Şərq ölkələrində, o cümlədən  

qardaş Türkiyə Cümhuriyyətində    də  tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Onun bu 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə