Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə111/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   107   108   109   110   111   112   113   114   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

991



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Poemada  şair təbiətin ayrı-ayrı komponentlərindən  şeirin daxili dünyasını  zəngin-

ləşdirmək üçün istifadə etmişdir. Şair ayrı-ayrı təbiət hadisələrinin əmələgəlmə, inkişafetmə 

və başaçatma proseslərini gözəl bildiyi üçün bədii obrazların daha zəngin və təsirli alınması 

məqsədilə onlardan istifadə etmişdir.  

 

 

KAMAL ABDULLA HEKAYƏLƏRİNDƏ MƏKAN                  

OBRAZLARININ SEMANTİKASI 

 

Rübabə ƏZİZBƏYLİ 

Bakı Slavyan Universiteti 



ruba.aziz@yandex.com 

AZƏRBAYCAN 

 

Həm fəlsəfədə, həm də  ədəbiyyatşünaslıqda zaman və  məkan vəhdəti (xronotop) 



məsələsi hər zaman mühüm  anlayışlar sırasına daxil olmişdur. Hələ Antik dövrdə zaman, 

məkan və hərəkət vəhdəti dramaturgiyada riayət edilməli başlıca qanun hesab edilirdi. Lakin 

bu prosesin davamlılığı şəraitlə də bağlı idi.  Antik dövrdə zaman və məkan dəyişikliyini tam 

şəkildə  əks etdirən mükəmməl dekorasiya imkanları mövcud deyildi. Zaman keçdikcə artıq 

məkan və zaman anlayışlarının vahidliyi və ayrılmazlığı  dəyişməz qanun kimi qəbul edildi. 

Zaman və  məkan məfhumları bir-birindən ayrı mövcud deyillər. Məhz buna görə, 

ədəbiyyatşünaslıqda həmişə bu iki anlayış birlikdə tədqiq edilir və bədii əsərlərin məzmunun-

da zaman və məkan vəhdətdə araşdırılır. Şərti olaraq zamanın və məkanın konkret funksiya-

sını göstərmək üçün xronotopun bu iki elementi bir-birindən ayrı tədqiq edilə bilər. Xüsusilə 

XX  əsrdə meydana gələn modernizm və onun müxtəlif istiqamətlərində,  eyni zamanda 

postmodernizm cərəyanında məkanın və zamanın vəhdətdə təsvir edilməsi həm fəlsəfi, həm 

də bədii cəhətdən böyük əhəmiyyət daşıyır. X.L.Borxes, U.Eko, V.Pelevin və digər yazarların 

əsərlərində  məkanın xüsusi bədii funksiyaya malik olması  və baş verən proseslərin zaman 

daxilində  tənzimlənməsi özünü göstərir.  

Yazıçı Kamal Abdulla bir çox hekayə,  şeir, povest və roman müəllifidir. Xüsusilə 

yazıçının hekayələrində  mifoloji xronotop ünsürləri əhəmiyyətli yer tutur. Yazıçının əsərlə-

rində  məkan yalnız epik deyil, semantik məzmun daşıyır. Hər bir məkan obrazı özlüyündə 

müəyyən bir simvol bildirir. Məkanların mahiyyətində  işarəvilik gizlənir və bu işarəviliyin 

süjet boyunca tədricən açılması  əsərin ideyasının üzə  çıxarılmasına  şərait yaradır. “Üçrəng 

pişik balası”, “Adaşlar”, Qədim mayyalara cavab”, “Dəvə yağışı”, “Kölgə”, “Köhnə məhəllə” 

və digər hekayələrdə məkanlar ilk baxışdan epik məkan təsiri bağışlayır. Lakin süjet inkişaf 

etdikcə məkan obrazının üzərindən adilik pərdəsi qalxır və məkan məzmununun mistik tərəfi 

üzə çıxır. Profanlıq sakrallıqla əvəz olunur. Yazıçının hekayələrində məkan sanki zamandan 

təcrid edilmişdir. Zaman zamansızlıqla əvəz edilir və məkanın rolu ön plana çəkilir. Eyni bir 

məkanda toplaşan insanların zamandan təcrid olunmuş şəkildə fəaliyyət göstərirlər. Daha çox 

eyni məkan obrazlarında istifadə olunur, lakin hər əsərdə bu məkan başqa bir semantik qata 

bürünür. 

Kamal Abdullanın yaradıcılığında ağac, xüsusən Qarağac obrazı xüsusi yer tutur. Bura-

da ağac həm obraz, həm də məkandır. Məkan digər obrazlarla qarşılıqlı fəaliyyət göstərərək 

süjetin yönünü müəyyən edir. Qarağac obrazı türk mifoloji təfəkküründə  dərin kök salmış 

“dünya ağacı” obrazının ümumiləşmiş ifadəsidir. Ağac yazıçının əsərlərində mistifikasiyaya 

xidmət edərək, insanın, dünyanın, varlığın yaranma səbəbini aydınlaşdırmağa yardımçı olur. 

“Üçrəng pişik balası” hekayəsində məkan mediasiyaya xidmət edir. Hekayənin baş qəhrəmanı 

həyatdakı bütün canlılara nifrət edən bir insandır. Kimsəyə nə yaxşılıq, nə də pislik etməməyə 

çalışır. Onu bir problem narahat edir-sevdiyi qızı vəzifəli şəxs olan Həmidağa müəllimin ma-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

992



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

şınından düşərkən görməsi. Lakin problem axıra qədər öz həllini tapmır. Çünki məkan, və ya 

məkan obrazı-pəncərə, prosesi başqa səmtə yönəldir. Qəhrəman pəncərədən pişik balasının 

Qarağacın başından düşə bilmədiyini görür və onu xilas etmək üçün ağaca çıxır. Hamının 

xoşbəxtlik gətirdiyinə inandığı üçrəng pişik ona bədbəxtlik gətirir. Qəhrəman ağacdan yıxıla-

raq ölür. Bu hekayədə məkanın daxilində mediativlik, həm də mifiklik qatı gizlənir. Pəncərə 

onun özünə qapandığı dünya ilə qaçdığı aləm arasında əlaqə yaradır və ölümə doğru gedən 

yolda vasitəçi olur. Ömrü boyu kimsəyə yaxşılıq etməyən şəxsin qəlbində pişik balasına qarşı 

mərhəmət yaranır. Pəncərə iki aləm arasında həm birləşdiricilik, həm də  sərhəd funksiyası 

daşıyır. 

 “Adaşlar” hekayəsinin baş  qəhrəmanı  hər gün yuxuda köhnə  məhəlləsinə  gəldiyini 

görür.  Burada ilkin məkan köhnə məhəllədir. Lakin bu məkan həm də mifoloji funksiyası ilə 

seçilir. Bu funksiyanın əsasında məhz yuxu motivi durur. Əsərdə yuxu özlüyündə ayrıca bir 

məkandır. Qəhrəman yuxunun içinə daxil olaraq həm də köhnə məhəlləsinə daxil olur. Heç də 

təsadüfi deyildir ki, qəhrəmanın  əvvəlki həyatı tamamilə yuxuda gördüyü məkanla bağlıdır. 

Öz adaşı ilə qarşılalaşanda məhz bu detal onu heyrətləndirir. Finalda süjet xəttinin sonunda 

boşluq buraxılaraq paradoksal məna çaları yaradılır. Bu iki insandan hansının, bir digərinin 

yuxusu olması barədə sualının verilməsi isə, hekayənin fanfictiona açıq olduğunu bildirir-yəni 

mətnaltı qatı istənilən  şəkildə başa düşmək-yozmaq olar.  Kimin digər adaşının yuxusunda 

görünməsi sual şəklində ortaya atılır. Bu isə məkanın mistik qatının üzə çıxmasına səbəb olur. 

 “Qədim mayyalara cavab” adlı hekayədə adi bir məkan-qəhrəmanın evi problemin 

məğzini açılışına xidmət edir. Burada dilənçi uşaqla qəhrəman arasında gedən söhbətdə real 

məkan ev, haqqında danışılan məkan isə uşaq evidir. Paralel şəkildə təsvir olunan ev və uşaq 

evi məkanları psixoloji prosesin açılışına imkan verir. Xüsusən qəhrəmanın həyatının təsviri 

zamanı uşaq evi məkanının acınacaqlı vəziyyətinin göz önünə sərilməsi buna sübutdur. 

            Beləliklə  məlum olur ki, Kamal Abdullanın hekayələrində  məkan həm mifik, 

həm real, həm də semiotik xarakter daşıyır. Bu proses yazıçının pyes və romanlarında da 

davam etdirilir. Xronotopik mahiyyətin açılması prosesini yönləndirir və zamanın və məkanın 

bədii və mifoloji funksiyasının üzə çıxmasına imkan yaradır.  

 

 



BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA                                  

ATATÜRK ŞƏXSİYYƏTİNƏ SEVGİ 

 

Nərgiz KƏRİMOVA 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu  



nergizkerimova622@gmail.com 

AZƏRBAYCAN 



 

Türk dünyasının görkəmli yazıçı, dramaturq, publisist və  şairi Bəxtiyar Vahabzadə 

özünün zəngin yaradıcılığında Türkiyə mövzusuna da xüsusi diqqət ayırmışdır. Onun şeirlə-

rinin Türkiyə ilə bağlılıq mövzusunda bir-birinin ardınca həm məzmun, həm məna, həm də 

bədii, siyasi cəhətlər üstünlük təşkil edir. Türkiyə mövzusu deyəndə, biz mütləq buraya şairin 

ortaq tariximizlə bağlı pyeslərini, poemalarını da daxil edirik. Çünki qədim türklərdən bəhs 

edən  əsərlər elə Türkiyənin də, Azərbaycanın da, yəni Türkiyə türklərinin də, Azərbaycan 

türklərinin də qədim və şanlı tarixinə aiddir. 

Bəxtiyar Vahabzadə yaradıcılığındakı Türkiyə mövzulu «Türkiyə havası» (1996),  

«Atatürk» (1998), «Dəprəm» (1999), «Xəyalpərəst» (1999), «Azərbaycan-Türkiyə», «Yunus 

İmrəyə», «Çiydim» (1999), «Azərbaycan-Türkiyə » (1966),  «İstiqlal nəğməkarı», «Doğru» 

(2001), «Tənha məzar» (1998), «İbadət» (1999), «Tasavvuf» (1999), «Gülüm» (1999), «Onun 

gücü xalqda, kəsəri haqda» (24 avqust 2000), «Ey dünənki körpələr (2000), «Allah, məni belə 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə