Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə113/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   109   110   111   112   113   114   115   116   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

995



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

C.CABBARLININ DRAMLARINDA TİPLƏRİN DİLİ 

(“ALMAZ”, “YAŞAR”, “SEVIL”, “1905-CI ILDƏ”) 

 

Mətanət MEHDİZADƏ 

Qafqaz Universiteti 



mehdizade.metanet@mail.ru 

AZƏRBAYCAN 

 

İctimai həyatın  əsas qanunauyğunluqlarını  ən kamil ifadə edən, insan xarakter və 



taleyini ümumiləşdirən surət – tipdir. İnsan surətləri yaradılanda ancaq onları ümumiləşdirən 

cəhətləri deyil, fərdiləşdirən cəhətləri də göstərmək lazımdır. Yalnız ümumiləşdirmə ilə kamil 

bədii surət yaratmaq olmaz. Heç vaxt bir adamın ancaq rəsmi vəzifə, qulluq tərəfini təsvir 

etməklə onu bədii tip səviyyəsinə qaldırmaq olmaz. 

Ədəbi tip, surət yalnız bir faktın, bir hadisənin, bir insanın yox, yüzlərlə fakt, hadisə və 

insanın xarakter xüsusiyyətlərinin alınıb ümumiləşdirilməsinin nəticəsidir.  

Bədii əsərdə qəhrəmanın nə dərəcədə tipik olub-olmamasını onun cəmiyyətdə mənsub 

olduğu sinfin, zümrənin, ictimai hadisənin xüsusiyyətlərinin mahiyyətini nə  dərəcədə kamil 

əks etdirməsi ilə ölçmək lazımdır.  

Tip və xarakter yaradanda, surətləri danışıq vasitəsilə tipikləşdirəndə C.Cabbarlı mü-

şahidə etdiyi, yaxşı tanıdığı adamlardan, qohum və qonşulardan istifadə edirdi. Sona xanım 

Cabbarlı yazır ki: “Almaz”da olan Fatmansa tipində bir qadın bizimlə qonşu idi. “Almaz”dakı 

Fatmansanın komissiya qarşısında söylədiyi sözlərin kökünü Cəfər həmin qadının – 

Şərəbanının danışığından götürmüşdür... –“Hər  şeydən  əvvəl salam olsun cəmi yığılan  əhl-

məclisə  və habelə salam olsun gələn qonaqlara, hansı ki, bizim böyük-böyük 

qəmisyələrimizdir və salam olsun bütün böyük-böyük yoldaşlara hansı ki...”  

Fatmansanın dilindən –“Siz öləsüz, içəridə bir qiyamət var ki, vur çatlasın, tabaq 

oynasın. Ora bax, ora bax, sındır a-a!... Vallahı zalımın qızı elə  sındırır ki, elə  sındırır ki, 

bütün sümükləri beşatılan kimi şaraq-şaraq şaqqıldayır”. Bu böhtançı, hərzə və fitnəkar qarını 

müəllif onun özünə məxsus mübaliğəli və iyrənc sözlərlə danışdırır.  

C.Cabbarlının novatorluğu orasında idi ki, o öz dövründə hələ yayılmamış, lakin artıq 

doğulmuş, getdikcə artan və qalib gələn qüvvənin mahiyyətini əks etdirən tipik cəhətləri tuta 

bilmişdi. Almaz kimi azərbaycanlı qızlar hələ sayca çox deyildilər. Tipiklik yalnız çox yayıl-

mış və çox təsadüf edilən cəhət deyil, müəyyən ictimai qüvvənin mahiyyətini ən mükəmməl 

və qabarıq ifadə edən cəhətdir.  

C.Cabbarlı bəzən öz personajlarına gülünc replikalar verir. Bu replikalar da yenə bu və 

ya başqa tipin xasiyyəti ilə (qorxaqlıq, mövhumatçılıq, kütbeyinlik, ikiüzlülük və s.) 

əlaqədardır. “Od gəlini” faciəsində Oddamdının “toyuq-cücədən” danışması  və “ölüm 

ayağıdır, razı ol!” deməsi, “Sevil”də  Əbdüləli bəyin: “bəli, mən də onu düşünürdüm”, 

“Almaz”da Ocaqqulunun: “qurban olum Məhəmmədin  şəriətinə!” və s. deməsi gəlişi gözəl 

sözlər deyil, bu və ya başqa xarakter üçün səciyyəvi və mənalı ifadələrdir. Buradakı komizm 

sözlərin zahirində deyil, onların ifadə etdiyi daxili mənadadır. Çünki bu replikaların hər biri 

bu və ya digər personajın xasiyyətini aydınlaşdırmağa kömək edir.  

Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipikləşdirmə vasi-

tələrindən biridir. Qəhrəmanların xarakterinin açılmasında dildən mühüm vasitə kimi istifadə 

etmək bacarığını Cabbarlı istər məfkurəvi, istərsə  də  bədii cəhətdən daha mükəmməl olan 

“Sevil”, “1905-ci ildə”, “Almaz” və “Yaşar” pyeslərində, xüsusən  Əbdüləli bəy, Salamov, 

Mirzə Səməndər, Hacı Əhməd və İmamyar surətlərində göstərmişdir. 

Salamovun işlətdiyi söz və ifadələr elə diqqətlə seçilmişdir ki, bunlar Salamovun yalnız 

fərdi xarakterini deyil, eyni zamanda onun təmsil etdiyi ictimai zümrənin bir çox tipik cəhət-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

996



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

lərini ümumiləşdirir. Salamovun ən tipik cümlə və ifadələri bunlardır: “Yenə zolladı milliyyə-

ni”, “Keç guruldad bir-iki kəlmə”, “Ada bu türk nədir, üst-üstdən goplayırsan”, “Sən papaq elə, 

dalısı ilə işin yoxdur”, “A kişi eybi yoxdur, öz itimizdir”, “Söyərəm, gözünü də çıxardaram”.  

Bu xarakterik replikalarda Salamovun bir neçə xüsusiyyəti ifadə olunmuşdur: onun  bu 

danışığı xalis bakılı danışığıdır, avam, cahil, qolu zorlu, kobud, yırtıcı, padşahpərəst və 

kapitalist, müsəlman kapitalistinin danışığıdır. 

Hacı  Əhməd və  İmamyar hər ikisi qolçomaq olduğu halda, xasiyyət etibarilə bir-

birindən fərqlidirlər. Onların xarakterlərindəki fərq danışıq tərzlərində  də verilmişdir. Hacı 

Əhməd öz sinfi mənafeyini açıqdan-açığa müdafiə edir, öz hissiyyatını gizlədə bilmir; odur 

ki, onun danışığı da açıq və sadədir, ürəyindəki dilindədir. Gah: -“bərəkalla, kişi qızı...  əsil 

pirğram elə sən diyəndir” – deyə Almazı alqışlayır, gah da: “mən ölmüşəm ki, diri-diri mənim 

bağımı hərraca qoyasan?” – deyə ona qəti etiraz edir.  

 Hacı  Əhməd  İmamyara nisbətən “naşıdır”, uzaqgörən deyil, “sadəlövhdür”.  İmamyar 

isə çox vaxt özünü qəsdən avamlığa qoyur, tez-tez: “elə deyil yəni, bəlkə  mən yaxşı 

qanmıram?” deməklə öz sözlərini sanki qüvvətdən salmağa çalışır. Əslində isə öz ürək sözünü 

pərdələyir və müsahibində öz eyham və kinayələri ilə daha çox təsir bağışlamağa nail olur. 

İmamyar ikiüzlülüyün, riyakarlığın, üzdə dost, arxada düşmən tipinin əzəmi dərəcədə 

ümumiləşdirilmiş obrazı - Cabbarlı tapıntısıdır.  

Ümumiyyətlə, Cabbarlının həmin “mənfi tipləri” ağıllı, uzaqgörən, arif adamlardır. Belə 

tipləri yaratmaq üçün də yazıçıdan geniş, dərin, həssas həyati müşahidə, zəngin sənətkar 

xəyalı, insanların səciyyəvi cəhətlərini görüb göstərmək bacarığı, bədii ustalıq tələb olunur.  

 

 

B.VAHABZADƏ LİRİKASINDA BƏDİİ SUAL CÜMLƏSİ 



 

Mehriban CƏFƏRLI 

Qafqaz Universiteti 



mehribanceferli@gmail.com 

AZƏRBAYCAN 

 

Sual cümlələri dilçiliyin sintakis bölməsində “Cümlənin məqsəd və intonasiyaya görə 



növləri” başlığı altında tədqiq olunur. Cümlənin məqsəd və intonosiyaya görə dörd növü 

fərqləndirilir:nəqli,sual,əmr,nida.Bu cümlə növlərinin hər birinin özünəməxsus intonasiyası 

vardır. İntonosiya müxtəlifliyini doğuran amil  həmin cümlələrin əsasında duran  məqsəddir. 

Sual cümlələrində  məqsəd insanın  naməlum bir şey haqqında bilmək, fikrin doğruluğunu 

yəqinləşdirmək istəməsindən  ibarətdir. 

Suallar  önündə dayanıb insan 

Sirlər dünyasına yol açır  kamal. 

Hər daşın, hər dağın yaranmasından 

Ilki də sualdır, sonu da sual. 

Azərbaycanın görkəmli  şairlərindən biri olan B.Vahabzadənin yaradıcılığında sual 

cümlələrinin müxtəlif növlərindən ustalıqla istifadə olunmuşdur. Dahi şairin yaradıcılığından 

verilmiş bu  numunə ilə sual cümləsinin insan həyatındakı yerini və rolunu daha aydın şəkildə 

göstərmək olar. Bu səbəbdən də  sual cümlələrinin  cümlənin məqsəd və intonasiyaya görə 

növləri içərisində qədim  və çox  istifadə olunan növlərindən olması fikrini rahatlıqla söylə-

mək mümkündür. Sual cümlələri ədəbi  dilin üslubları içərisində istər məişət üslubunda adi 

danışıqda,istər publisistik üslubuda,istərsə  də  bədii üslubda geniş    şəkildə  istifadə olunan 

cümlə növüdür.Cümlənin bu növünün  belə  geniş  şəkildə bir çox üslublarda  fikrin əsas ifadə 

formalarından biri olmasının  səbəblərindən biri bu cümlə növünün  yalnız məlumat almaq,nə 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə