III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
999
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
2. Подтверждено предположение о том, что ударные гласные в открытых слогах в
русском языке длительнее гласных в закрытых слогах. Разница составляет от 9 до 19%,
в среднем достигая 14 %.
3. В безударных слогах в русском языке разница между значением длительности
в открытом и закрытом слоге равна 11 %, что незначительно меньше той же разницы
между ударными гласными.
4. В азербайджанском языке самыми краткими являются <ü>, и , самыми
долгими – и <ə>. Данные М.Ш.Ширалиева и Э.В.Севортяна о том, что дли-
тельность в открытом слоге почти в 3 раза превышает длительность того же звука в
закрытом слоге не подтверждается. Средняя длительность ударных гласных азербай-
джанского языка составляет 99 мс в открытом слоге и 90 мс в закрытом слоге..
5. Среднее абсолютное значение длительности гласного в азербайджанском языке
в открытом слоге в положении без ударения составляет 78 мс, в закрытом слогe 73
мс. Разница между длительностями гласных в открытом и закрытом слогах в положе-
нии без ударения составляет в среднем 7 %, в максимальной степени она выражена у
гласных [a] и [i] – 12%.
6. Длительность гласных азербайджанского языка незначительно больше дли-
тельности гласных русского языка, а разница в длительности гласного в зависимости от
типа слога в большей степени проявляется в русском языке.
M.Ə. SABİRİN BƏDİİ TİPLƏRİ İCTİMAİLİYİN FƏRDİ TƏZAHÜRÜNDƏ
İnci NAĞIYEVA
Qafqaz Universiteti
nagiyeva_80@mail.ru
AZƏRBAYCAN
Mirzə Ələkbər Sabirin yaradıcılığı Azərbaycan ədəbiyyatında öz məzmunu, poetik qu-
ruluşu, estetik strukturu baxımından yeni bir səhifə hesab olunur. Onun yaradıcılığında
diqqəti cəlb edən əsas məsələlərdən biri satira – tiplər aləmidir.
Sabirəqədərki Azərbaycan poeziyasında satira özünə müəyyən qədər yer alsa da, etiraf
etməliyik ki, Sabir biçimində, üslubunda davamlı şəkildə olmamış, satirik poeziya sahəsində
Sabir şeiri ucalığına yüksəlməmişdir. Sabirin yeni tipli satirasında gülüş ilk baxışda görün-
mür, sənətkar ciddi şəkildə, az qala inandırıcı halda sözünü deyir, yaxud ifşa etdiyi tipi
danışdırır, nəticə çıxarmağı isə oxucunun ixtiyarına buraxır. Sabir gülüşü əslində göz yaşları
içində olan gülüşdür. Təsadüfi deyildir ki, Sabir gizli imzalarından birini “Ağlar güləyən”
şəklində işlətmişdir.
Böyük satirik şairimiz tipin xarakterini yaradarkən müxtəlif üsul və vasitələrdən
istifadə etmişdi. Tipik şəraitin və hadisələrin təsviri, xarakterin fərdi səciyyələrinin realist
təqdimatı satirik şairin tip yaratmaq sənətkarlığının atribusiyasını təşkil edir. Şair xarakter
yaradarkən real obrazların ümumiliyinin fərdi təzahürünə, onların satirik fonda portretlərinin
təsvirinə, fərdi – poetik nitqinə xüsusi əhəmiyyət verirdi. Satirik tipin dilindən verilən hər
hansı bir söz bədii stukturda müəyyən funksionallıq qazanır, onun obrazının tamamlanma-
sında əsas rol oynayırdı.
Bəzən ədəbiyyatşünaslıqda sosioloji tiplə ədəbi tip qarışdırılır. Biz yaxşı diqqət etsək,
bu iki tipin hər birinin öz prinsip və qanunauyğunluqları vardır və onları bir – birinə qarış-
dırmaq yanlışdır. Biz əgər təhlil etdiyimiz tipin yalnız ictimai məzmunundan danışırıqsa, de-
məli biz tip mövzusundan deyil, sosioloji mövzudan söhbət açırıq. Sosiologoyada tipin
fərdiliyi məsələsi bir tendensiya olaraq ortaya qoyulmur və bu, bir məsələ olaraq izlənilmir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1000
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Y. Qarayev “Tənqid: problemlər, portretlər” kitabında satira və M. Ə. Sabir tipləri ilə
bağlı müəyyən fikirlər irəli sürür: “Sabir qəhrəmanları əksərən “adsız qəhrəmanlardır”. Nov-
ruzəli, Usta Zeynal, Məmmədhəsən əmi, Baqqal Məşədi Rəhim – fərdi realist tiplərin adların-
dan ibarət belə mükəmməl siyahını “Hophopnamə”dən tərtib etmək qeyri – mümkündür...
Sabir satiralarında təkliyin, fərdiliyin yox, məhz çoxluğun, kütləviliyin stixiyası əks olunmur-
mu?... “Hophopnamə”dəki satirik monoloqlardan heç biri ayrılıqda bir burjuyun oxuduğu “so-
lo” deyildir, bəlkə, əksinə, bütün burjuyların birlikdə ifa etdikləri qəribə bir xor misalındandır.
Bu, artıq “eyni bir ictimai ölüm və matəm mahnısı oxuyanların” vahid xoru idi”.
Təkcə Y. Qarayev deyil, əksər tənqidçi və ədəbiyyatşünas alimlərimiz bu fikirlərlə
razılaşırlar və düşünürlər ki, Sabir tipləri yalnız ümumi - ictimai səciyyə daşıyır.
Bəli, Sabir satiralarında “adsız qəhrəmanlar” çoxdur, amma bu bizə heç bir əsas vermir
ki, həmin qəhrəmanlara ümumiliyin bir parçası kimi baxaq. Əlbəttə, şairin xüsisi adlardan
istifadə etdiyi satiraları da var. Bir düşünün, əgər Sabir hər şeirindəki pesonaja bir ad qoysa
idi, nə dərəcə gülünc bir vəziyyət alınardı. Biz dünya ədəbiyyatına və milli ədəbiyyatımıza
diqqət yetirsək, xeyli miqdarda adı olmayan, amma süjetin əsas və qaynar xəttini təşkil edən
qəhrəmanlara rast gələ bilərik.
Ümumiyyətlə, ədəbiyyatda və ya ədəbi təhlil zamanı biz tiplərin mənəvi, psixoloji
aləminə nüfuz etmir, onların fərdi özünəməxsusluqlarını aşkara çıxarmayıb, yalnız ictimai
məzmundan danışırıqsa, deməli, biz heç nə əldə etmirik. Ola bilsin ki, ədəbiyyatda çox az ya-
yılmış xüsusiyyətləri daşıyan bir tiplə qarşılaşaq, amma o, öz səciyyəviliyi ilə ən məşhur
personajlardan belə daha çox diqqəti çəksin və yaddaqalan olsun. Məncə, ədəbiyyatda fərdilik
bir vacib məsələ kimi birinci yerdə durmalıdır, çünki yeni obraz yaranır və o, əvvəlki sələflə-
rindən çox fərqlənir, yəni o, tamamilə başqadır, özünəməxsusdur. O obrazın fərdi təzahürü
olmasa, özünün ədəbi vahidliyini təstiq etdirməsə, ədəbiyyat üçün maraqsızdır. Məsələn, M.
Ə. Sabirin personajları arasında bir sıra orijinal tiplər var ki, onlar ədəbiyyatda öz yenilikləri
və fərdilikləri ilə seçilir, alqışla qarşılanır. Onlardan bəhs edərkən bu obrazların zahiri görkə-
mi, səs tonu ağlımızda tam mahiyyəti ilə əks olunur. Məsələn, biz “Millət necə tarac olur
olsun, nə işim var” satirasının qəhrəmanını “Bir məclisdə on iki kişinin söhbəti” satirasındakı
tipləri və ələxsus da birinci əsərdəki etinasız sahibkarla ikinci əsərdəki taciri bir – birilə qarış-
dıra bilmərik, çünki bu personajların hər birinin ayrı görünüşü, hər birinin ayrı dünyagörüşü
və hər birinin bir tip kimi ayrı dəsti – xətti var və ya “Çatladı, Xanbacı, qəmdən ürəyim”
deyib haray qoparan tiplə “Qoyma gəldi” deyib qorxusundan Xandostunun arxasında gizlənən
vətən qızlarının da naratçılığı və ələmi də eyni deyil, oların hər birinin oxucu gözündə ayrıca
bir surəti var.
Bəli, bu tiplər eyni vaxtın, eyni sosial zəminin, eyni ictimai mühitin “qəhrəmanlar”ıdır-
lar, Sosial mühit onları bu qədər”inkişaf” etdirib amma onlara fərdi yanaşmaq və hər birini
ayrılıqda təhlil etmək lazımdır. Çünki onlar bir – birindən çox fərqli xüsusiyyətlər daşıyırlar.
Sabirin hər gün rastlaşdığı və satira atəşinə tutduğu nə məmur digərinin eynisidir, nə tacir di-
gərinin eynisidir, nə avam, nə də riyakar molla... Onların hər birinin bu dünyada özgə “dərdi”
var.
Mənim böyük şairin tiplərinə bir yerə toplanılmış, əyinlərinə eyni rəngdə və eyni
biçimdə əlbisə geyindirilmiş xor dəstəsi kimi baxmaq fikrim yoxdur. Mənim nəzərimdə Sabir
tiplərinin əksəriyyəti “şaqraq səsli”, “möhtəşəm ifaya sahib olan”, səhnəyə çıxanda tamaşaçını
mat qoyan, ifasını məharətlə sona çatdıran, müthiş “solo” ifaçısıdırlar.