III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1003
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ta onların (türk xalqlarının) ədəbiyyatlarında lisani və üslubi ayrılıq o qədər də ciddi şəkildə
nəzərə çarpmır.
Ona görə də “bu vəziyyət türk-tatar mühərrirləri arasında ümumi ədəbi dil məsələsini
ortaya çıxarmışdır. Lakin iqtisadi və elmi mərkəzlər olmadan bu məsələni həll etmək mümkün
deyildir. Hər şeydən əvvəl Rusiya türk-tatarları arasında ümumi maarif mərkəzi yaradıl-
malıdır”.
O, vahid türk ədəbi dilinin yaradılması üçün hələ də yetərli imkanların olmaması
qənaətindədir. Görkəmli alimin dediyi kimi, türklərin müxtəlif dövrlərdə ayrı-ayrı yaratdıqları
böyük dövlətlərin ədəbi dilləri də mövcud olmuşdur, ancaq o dövlətlərin süqut etməsi ilə bu
ədəbi dillər yalnız bədii əsərlər vasitəsilə günümüzə kimi gəlib-çatmışdır. Həmçinin türkçənin
ədəbi dil kimi uzun müddət hazırlıqsız olmasının digər bir səbəbi ədəbiyyatda olduğu kimi,
təhsilə də ərəb-fars dillərinin geniş ayaq açmasıyla bağlı idi, hətta bunun nəticəsində uzun
müddət dilimiz xalq ədəbiyyatının təsir dairəsindən də uzaq düşmüşdü.
Dilçi alim türkcənin ədəbi dil olmasına mane olan amillərdən birini də onun leksik
tərkibinin zəngin olmaması və “məna fəqirliyi” ilə bağlayır. Biz də B.Çobanzadənin bu fikri
ilə razıyıq ki, xalq dili zəngindir, ancaq onun əsasında formalaşan ədəbi dil bu zənginliyi tam
ehtiva etmir. Bunun səbəbini müəllif haqlı olaraq, ərəb və fars dillərindən dilimizə yersiz söz
axını ilə əlaqələndirir ki, bunların çoxusu da təkrar kəlmlərdir (dəniz-dərya, eynək-çeşmək və
s.).
Bəkir Çobanzadə XX əsrin əvvəllərində Azərbaycan türkcəsində özünü göstərən üslub
meyillərindən hansını – “Molla Nəsrəddin”çilərin, yoxsa Hüseyn Cavidin təmsil etdiyi
romantiklərin dilini ədəbi dil adlandırmaq olar sualna da aydınlıq gətirir. Qeyd edir ki, “Molla
Nəsrəddin”çilərin dili sistemsiz olduğundan, romantiklərin dili isə İstanbul şivəsinə söykən-
diyindən ədəbi dil ola bilməz. Ona görə də müəllif xalq dilinə əsaslanan və hər iki cərəyanın
materiallarına söykənən, özünün də “orta qrup” adlandırdığı ünsiyyət dilini yaratamağı nəzər-
də tutur.
Beləliklə, B.Çobanzadənin türk coğrafiyasının ortaq ədəbi dilinin yaradılması üçün
dilçilik müstəvisinə çıxarıdığı elmi konsepsiya bu gün də aktual olaraq qalır. Təxminən 90
ildən artıq müddət keçməsinə baxmayaraq, türklərin ortaq ünsiyyət vasitəsi problemi hələ də
öz həllini gözləyir.
PSİXOLİNQVİSTİKA DİLÇİLİYİN BİR SAHƏSİ KİMİ
Nərminə ƏLƏKBƏROVA
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
ladynarmina@yahoo.com
AZƏRBAYCAN
Dilin cəmiyyətdə çoxfunksiyalılığı və insan düşüncəsi və psixoloji fəaliyyəti ilə sıx
əlaqəsi dilçiliyin sosial və psixoloji elmlərlə əlaqəsini daha elastik edir. Dilçiliyin psixologiya
ilə sıx əlaqəsi XIX əsrdə psixoloji metodların və ideyaların dilçiliyə daxil olmasına gətirib
çıxarmışdı. Buna səbəb, əsasən də yalnız mətnin analizinin yetərli olmadığı bəzi praktik mə-
sələlərə treotik anlam verilməsinin vacibliyinin ortaya çıxması oldu. Bundan əlavə, psixolinq-
vistika insanların dilinə görə müəyyənləşdirilməsində, maşın tərcümənin problemlərinin həl-
lində və s. sahələrdə vacibdir. Məhz bu tətbiqi vəziyyətlər psixolinqvistikanın yaranmasına və
onun ayrılıqda bir elm sahəsi kimi özünü göstərməsinə zəmin oldu.
Psixolinqvistikaya qismən bir hissə dil, bir hissə psixologiya kimi baxmaq düzgün deyil.
O kompleks elmdir, belə ki, o dili öyrəndiyinə görə linqvistik fənlərə və onu psixoloji feno-
men kimi öyrəndiyindən psixoloji fənlərə aiddir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1004
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Psixolinqvistikanın obyekti müxtəlif məktəb və cərəyanlarda müxtəlif cür təyin edilir.
Amma demək olar ki, təyin edilmiş obyektlərdə subyekt, dilin adresatı, məqsəd, motiv və ya
tələbat dil ünsiyyətinin məzmunu, dil vasitəsi kimi xarakteristikalar göstərilmişdir.
"Psixolinqvistikanın obyekti həmişə dil hadisələrinin və ya dil situasiyaların müəyyən-
ləşdirilməsidir". Psixolinqvistikanın bu obyektilinqvistikanın və digər dilçiliyə yaxın elmlərin
obyektləri ilə üst- üstə düşür.
Psixolinqvistikanın bir elm sahəsi kimi öz inkişafı dövründə predmetinin təyin edilmə-
sində çox çətinliklər yaranmışdır. Bir sıra nəzəriyyələr irəli sürülsə də, məhz A. A. Leontevin
müəyyənləşdirdiyi predmet daha düzgündür: "Psixolinqvistikanın predmeti şəxsiyyətin bir
tərəfdən dil fəaliyyətinin struktur və funksiyası ilə olan nisbəti, digər tərəfdən insan
dünyasının obrazının əsas yaradıcısı kimi dillə olan nisbətidir".
Psixolinqvistika nitq ifadələrinin qəbulu və formalaşmasını tədqiq edir. Psixolinqvistika
tədqiqat predmetinə görə linqvistikaya yaxın olsa da, ancaq tədqiqat metodlarına görə isə daha
çox psixolinqvistikaya yaxındır. Psixolinqvistika linqvistikanın sahəsi kimi dili ilk öncə
psixikanın fonemeni kimi tədqiq edir. Psixolinqvistika nöqteyi-nəzərindən dil danışıb və
eşidənin, yazıb və oxuyanın daxili dünyasının mövcudluğu qədər mövcuddur. Bu səbəbdən
psixolinqvistika "ölü dillər"in tədqiqatı ilə məşğul olmur.
Psixolinqvistikanın tarixinə nəzər salsaq, görərik ki, "Psixolinqvistika" termini 1954-cü
ildə ABŞ-da Ç.E.Osqud və T.A.Sebeokanın redaktorluğu altında eyni adlı kollektiv və iş çap
olunduqdan sonra gəldi. Hesab etmək olar ki, dilin və nitqin psixolinqvistik yanaşmadan təd-
qiqi amerikan alimlər qrupunun dilçiliyə "Psixolinqvistika" terminini daxil etməmişdən qabaq
mövcud idi.
Psixolinqvistikanın yaradıcısı kimi alman filosofu və linqivisti Vilhelm fon Humbolt
hesab edilir, belə ki, "nitq fəaliyyəti ideyası və dilin cəmiyyətlə insan arasındakı bağlılıq
bəndi kimi anlayış" məhz ona məxsusdur. Dilçilikdə məhz Psixolinqvistika sahəsi üzrə ən çox
tanınıb və nəzəriyyələri hələ də tətbiq olunan dilçilər N.Xomski, hansı ki, öz generativ
qrammatikası ilə tanınmışdır, Fransız psixolinqvisti Jan Piaje və digərləridir.
Son onillikdə dilçilik mətnin tədqiqinə daha çox diqqət ayırır və psixolinqvistika daha
çox mətnlərlə, onların spesifik strukturu, variantlılığı, funksional xüsusuiyyətləri ilə maraqla-
nır. Buradan görünür ki, psixolinqvistika ümumi dilçiliklə sıx əlaqədədir. Bundan əlavə o,
mütəmadi olaraq sosiolinqvistika, etnolinqvistika və tətbiqi linqvistika ilə, əsasən də son
illərdə komputer linqvistika ilə qarşılıqlı əlaqədədir.
Psixolinqvistika ilə dilçiliyin çox yaxın olması onların vahidlərinin sərhədlənməsinə
maneçilik törədir. Dilçiliyin vahidləri-"elmi teoretik düzülüşün və ya linqvistik modelizasiya-
nın elementi"dir. Dil vahidləri - hər şeydən öncə dili təsvir edən müxtəlif modellərin invari-
antıdır, onlar dilə, dil standartlarına, normalarına aiddirlər.
Psixolinqvistik vahidlər-"bir-biri ilə iearxik əlaqədə olan nitq fəaliyyəti və operasiyalarıdır".
Üç onillikdə, əsasən də son 10-15 ildə "ənənəvi" dilçilik sahəsində psixolinqvistika
problematikasına maraq nəzərə çarpacaq qədər artır. Tədqiqatlar içərisində Psixolinqvistika
daha məşhur elm sahəsinə çevrilir. Təsadüfi deyil ki, 1985-ci ildə linqvistik ixtisasların rəsmi
nomenklaturasında "Ümumidilçilik, sosiolinqvistika, psixolonqvistika" kimi müəyyənləşdiril-
miş ixtisas vardır.
Bir çox dilçi dilə ənənəvi yanaşmanın bütün imkanlarından istifadə etdikdən sonra
onları maraqlandıran suallara cavab tapmaq üçün məhz psixolinqvistika üstünlük tuturlar. İn-
di çoxlu tədqiqatçılar insanın dil mexanizminin fəaliyyətinin qanunauyğunluğunu tədqiq et-
mək üçün kompleks yanaşmanın vacibliyini göstərir. Onun tədqiqi zamanı alimlər dilçilikdən
kənar çıxaraq psixolinqvistika kimi bir sıra yeni elm sahələrinə müraciət edirlər.
Dünya mədəniyyətinin qloballaşması, külli -miqrasiya və mütəmadi müxtəlif dil və mə-
dəniyyətlətin qarşlıqlı münasibətlərinin areallarının genişlənməsi, dünya komputer şəbəkələri-
nin yaranması, yad dilin öyrənilməsi mexanizmi və prosesinin tədqiqatına yeni çəki verdi.